Allergiyanın olmasını necə bilmək olar?

Gündəlik həyatımızda bir çox halarda biz respirator allergiya ilə rastlaşırıq. Belə reaksiya toza, ətirlərə, bitki çiçəkləri tozcuqlarına və s. qarşı baş verir.

Respirator allergiyalarüçün, bizim bir çox hallarda soyuqdəymə adlandırdığımız əlamətlər xarakterik olur: asqırmaq, duru su şəklində ifrazat ilə müşayət olunan zökəm, öskürək, asqırmaq, bunrunda qaşınma hissiyyatı. Havada mövcud olan allergenlər, bundan başqa gözlərin yaşarması, gözlərdə ağrı, qızarma, şişkinlik, qaşınma kimi əlamətlərin yaranmasına da səbəb ola bilər.

İnsan özündə bu əlamətləri müşahidə etdikdə, adətən, onda kəskin respirator virus infeksiyasının (KRVİ) və ya qrip xəstəliyinin olduğunu düşünərək, bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün lazım olan dərman preparatlarından istifadə etməyə başlayır. Ancaq respirtor infeksion xəstəliklərdən fərqli olaraq, allergiya bu dərmanlarla müalicəyə tabe olmur. Bundan başqa, allergiya bədən hərarətinin yüksəlməməsi ilə müşayət olunmur. Allergiyanı KRVİ ilə eyniləşdirən – asqırmaq, burun yollarının tutulması, zökəm kimi əlamətlər də tam başqa xarakterdə olur. Məsələn, allergiya zamanı baş verən asqırma, çoxsaylı, tutmaşəkilli olur. Asqırma tutmaları heç bir aydın səbəb olmadan günlərlə davam edir.

Allergiya zamanı burundan xaric olan ifrazat adətən şəffaf və duru, soyuqdəymə vaxtı isə adətən qatı və sarımtıl olur. Bundan başqa, allergiya zamanı burundan ifrazatın gəlməsi hər hansı bir soyuqdəymə ilə müşayiət olunmur və günlərlə, bəzən isə həftələrlə də davam edə bilər.

Allergiya zamanı burun boşluğunun selikli qişası iltihablaşaraq və qalınlaşaraq (şişkinləşərək) burun yollarını qapayır. Bu isə burun seliyinin normal şəkildə xaric olmasını pozur və ya tamamilə mümkünsüz edir. Burunu təmizləmək cəhdləri heç bir nəticə vermir və əksinə - burun yollarının tutulmasını daha da artır.

Bir çox hallarda biz gözümüzə düşmüş müxtəlif tozları, kirpiyi, qum dənəsini və bu kimi digər yad cisimləri xaric etmək üçün gözlərimizi ovxalayırıq. Ancaq gözümüzün qıcıqlanmasına səbəb olan yad cismi xaric edəndən dərhal sonra biz gözlərimizi daha ovxalamırıq. Ancaq sizin gözünüzdə allergiya olduğu halda vəziyyət kəskin şəkildə fərqlənir: gözlərdə olan qaşınma heç bir xarici səbəb olmadan başlayır və heç bir müdaxilə onu azalda bilmir. Bu qaşınma həftələrlə davam edə bilər. Gözlərində allergik xəstəliyi olan xəstələrdə - gözlərində yad cismin olması, qaşınma, yandırma, gözlərin yaşarması kimi şikayətlər olur. Belə xəstələrin göz qapaqları adətən qızarmış və şişkinləşmiş olur.

Statistikaya əsasən, respirator allergiyadan sonra ikinci yerdə kontakt allergik reaksiyalarıdermatozlar durur. Bu dermatozlar kosmetikadan istifadə olunduqda, farmasevtik preparatlarla, məişət kimyası və bir çox digər maddələrlə (orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq) işləyərkən baş verir. Allerqodermatozların əlamətləri: dəridə səpgilərin, suluqların əmələ gəlməsi, onun qızarması, qaşınması, şişkinləşməsi, quruluq, qabıqvermə.

Qida məhsullarına və dərmanlara qarşı olan allergiyalar daha qorxulu hesab olunur. Orqanizmə mədə-bağırsaq traktı vasitəsi ilə daxil olan bu allergenlər, ürəkbulanma, qusma, dilin, qırtlağın şişkinləşməsi, diareya (ishal), qarında ağrılar kimi əlamətlərlə müşayiət olunurlar. Bəzi hallarda bir müddət sonra isə dəridə də allergik əlamətlər (səpkilər, şişkinlik) yarana bilər.

Allergik aktivliyi dərəcəsinə görə qida maddələri üç qrupa bölünür:

- Yüksək allergik aktivlik: inək südü, balıq, yumurta, sitrus meyvələri, qoz-findıq, bal, göbələklər, toyuq əti, çiyələk, moruq, ananas, yemiş, xurma, nar, qara qarağat, böyürtkən, şokolad, kofe, xardal, tomatlar, kök, çuğundur, kərəviz, buğda, çovdar, üzüm.

- Orta allergik aktivlik: şaftalı, ərik, qırmızı qarağat, quş üzümü, düyü, qarğıdalı, qarabaşaq, yaşıl bibər, kartof, noxud, donuz əti, hinduşka əti və dovşan əti.

- Zəif allergik aktivlik: yunan qabağı, patisson, turp, balqabaq (açıq rəngdə olanlar), turş-şirin almalar, banan, badam, ağ qarağat, motmotu (“krıjovnik”), qara gavalı, gavalı, qarpız, kahı, qoyun əti.

Bəzi hallarda allergiyanın səbəbi insanın qəbul etdiyi qida yox, onun tərkibində olan müxtəlif qida əlavələri olur (rəngvericilər, aromatizatorlar, emulqatorlar və ya konservləşdirmədə istifadə olunan müxtəlif maddələr).

Allergiyanın özünü büruzə verən ən ağır forması – anafilaktik şokdur. Bu, əksər hallarda orqanizmə dərman preparatlarının (xüsusən də damar daxilinə) yeridilməsinə, az-az hallarda isə həşaratların dişləməsinə cavab olaraq yaranır. Anafilaktik şokun əlamətlərini hər bir şəxs bilməlidir. Tənəffüsün çətinləşməsi, huşun itirilməsi, qıcolmalar, bədənin bütün dəri örtüyünün səpməsi, qeyri-iradi sidik və nəcis ifrazı, qusma - anafilaktik şokun əsas əlamətləri hesab olunur. Anafilaktik şokun ilk əlamətləri qeyd olunan kimi tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...

 


Яндекс.Метрика