ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan insanların sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək.
Yeni hesablamalara görə, diabetli insanların sayı 2021-ci ildəki 529 milyondan 2050-ci ildə 1,3 milyardı keçəcək.
Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.
Araşdırmanın nəticələri “The Lancet və The Lancet Diabetes & Endocrinology” jurnallarında dərc olunub.
Mütəxəssislər diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə yaratdığını, dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.
Hər yeddi və ya səkkiz nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir
"Şəkərli diabet zəmanəmizin ən böyük ictimai sağlamlıq təhdidlərindən biri olaraq qalır və növbəti üç onillikdə hər bir ölkədə, yaş qrupunda və cinsdə aqressiv şəkildə artacaq və bütün dünyada səhiyyə sistemləri üçün ciddi problem yaradacaq",-deyə tibb elmləri doktoru Şivani Agarval bildirib.
Bundan başqa BMT 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard olacağını təxmin edir. Bu o deməkdir ki, hər yeddi və ya səkkiz nəfərdən biri o vaxta qədər diabetlə yaşayacaq.
Tədqiqat müəlliflərinin fikrincə, şəkərli diabet hallarının əksəriyyətini təşkil edən 2-ci tip diabetdir. Bunun əsasən qarşısını almaq olar və bəzi hallarda xəstəliyin erkən mərhələsində diaqnoz qoyulub idarə olunarsa, potensial olaraq müalicəsi mümkündür.
medicalmedia.az
Saglamolun.Az