Qurban bayramı ilə bağlı qəssablara XƏBƏRDARLIQ

Qurban bayramında kəsik yaraları ən çox rast gəlinən xəsarətlərdəndir.

Təcilli tibbi yardım mütəxəssislərinin fikrincə, qanaxmanın dayandırılması zamanı edilən səhvlərdən biri də üzərinə şəkər tökmək və ya salfet yapışdırmaqdır. Bunun əvəzinə təmiz və nəm parça ilə yaranı bağlamaq məsləhət görülür. Mümkünsə sarğı parçası qalın və sərt olmalıdır.

Hər il qurban kəsmək istəyərkən yaralanan naşı qəssabların sayı artır. Bu ilki Qurban bayramı öncəsi xəsarətlər zamanı necə davranmaq barədə türkiyəli mütəxəssis Dr. Erdi Atay önəmli açıqlamalar verib.

"Qurban bayramında ən çox rastlaşdığımız xəsarətlər kəsik xəsarətləridir. Bu yaralara baxdığınız zaman bu yaraların ən əsas əlamətlərində 3 anlayış var. Birincisi yara ətrafındakı ağrılardır. İkincisi kəsiyin dərəcəsidir. Üçüncüsü qanaxmadır. Xəsarətlərdə ilk növbədə xəstənin huşunun olub-olmadığını yoxlamaq lazımdır. İkincisi, yaranın dərinliyinə nəzarət etmək lazımdır. Burada qanaxmanın miqdarı baxımından yaranın dərinliyinə nəzarət etmək lazımdır. Daha sonra ediləcək müdaxilənin əsası qanaxmanın dayandırılmasıdır. Yaranın dərinliyi, kəsik yeri və qanaxma miqdarına görə ən yaxın səhiyyə müəssisəsinə müraciət etmək lazımdır”,-deyə mütəxəssis bildirib.

O qeyd edib ki, türkəçarə üsullarla yaraya yod, pereks (Hidrogen peroksid) tökmək doğru deyil. Mütləq həkim müdaxiləsi olmalıdır.

 

medicalmedia.az 

Saglamolun.Az