HƏKİM İDDİASI
Yüksək konsentrantlı burun damcıları görməni zədələyir. Bu barədə Rusiyanın tibb elmləri doktoru Vladimir Zaytsev sosial şəbəkə hesabında danışıb.
Həkim deyib ki, burnunuz tutulduğunda bu damcılar tez bir zamanda nəfəs almağınızı bərpa edir. Amma heç düşünmüsünüzmü nəyin bahasına?!
Zaytsev izah edib ki, əvvala bu damcılar asılılıq yaradır. Zamanla onlarsız nəfəs ala bilmirsiniz.
Savadlı qulaq-burun-boğaz həkimləri burun damcısına ehtiyac yarananda hətta böyüklərə də uşaqlar üçün nəzərdə tutulan preparatların ən zəifini, 0,5 fazilik məhlulunu yazır.
Çünki yüksək konsentratlı burun damcıları selikli qişanı ciddi şəkildə zədələyir. Ani sıxılmadan qan damarlarının spazmı meydana gəlir. Gözlər etmoid labirintinə yaxın yerləşdiyi üçün zədələnmiş hüceyrələr görmədə də problem yaradır.
Tibb elmləri doktoru sağlamlığın təhlükəsizliyi üçün bu məqama qarşı, xüsusilə uşaqlarda çox diqqətli olmağa səsləyib.
Saglamolun.Az