Keçi südünün faydaları

Qədimdə keçi südü müalicəvi vasitə kimi istifadə olunurdu. Keçi südünün müalicəvi xüsusiyyətləri dahi Hippokratın əsərlərində qeyd olunur.

Digər dahi həkim Avisenna keçi südünün ürəyə olan faydalarını vurğulayırdı. Avisennanın fikirləri əsassız deyil. Kalium və maqnezium kimi elementlərlə zəngin olan keçi südü ürək üçün həqiqətən xeyirlidir. XIX-cu əsrdə İsveçrə kurortlarında keçi südü vərəmin müalicəsində çox geniş şəkildə istifadə olunub.

Keçi südü insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən, zəif uşaqlar üçün keçi südü çox faydalıdır. 3 yaşından başlayaraq uşağın qidalanmasına təbii keçi südü əlavə etmək olar (əvvəllər kiçik miqdarlarla).

Keçi südünün vitamin-mineral tərkibi inək südü ilə müqayisədə daha zəngindir. Keçi südündə əsas vitaminlərin (A, B, D, E) və mineralların (kalium, kalsium, maqnezium, kobalt) miqdarı daha çoxdur.

Keçi südü sümüklər, dişlər üçün xeyirlidir, ürək-damar və sinir sisteminə müsbət təsir edir, mədə-bağırsaq sistemində olan xoraların və eroziyaların sağalmasına kömək edir.

Süd orqanizmdən ziyanlı maddələrin çıxarılmasına kömək edir. Məhz bu səbəbdən sovet dövrdə ziyanlı istehsalatda işləyən insanlara fabrik və zavodlarda nahar vaxtı mütləq süd verirdilər.

Keçi südü haqqında bir çox rəvayətlər var. Eşidmək olur ki, keçi südü ana südü ilə eynidir. Təbii ki, bu belə deyil. Nə keçinin, nə inəyin, nə də digər heyvanın südü qadın südünü təkrarlaya bilməz. Bunların tərkibləri tam müxtəlifdir - qadın südünün tərkibində olan zülalların, karbohidratların, yağların və s. maddələrin miqdarı keçi və inək südündə olan maddələrin miqdarından çox fərqlənir. İnsənilən heyvanın südü məhz onun balasının (başqasının yox!) bəsləməsi üçün nəzərdə tutulub. Bu səbəbdən körpə uşaq üçün ən uyğun və əvəzolunmaz qida məhz ana südüdür.

Lakin bəzən müxtəlif səbəblərə gözə ana körpəsini öz südü ilə bəsləyə bilmir. Bu halda körpə xüsusi süni süd qarışıqları ilə ("smes") qidalandırılmalıdır. Belə qarışıqlar əksər hallarda inək südü əsasında (bəzən keçi südü) hazırlanır. Lakin inək südünün tərkibi dəyişilir - bəzi maddələr azaldılır, bəziləri əlavə olunur və s. Heç bir halda 3 yaşına kimi olan uşağa təbii inək və ya keçi südü vermək olmaz! Bu bir çox pozulmaların inkişafına səbəb ola bilər - allergiyalar, mədə-bağırsaq sistemi pozulmaları və s.

Bəzən uşaqda inək südü əsasında hazırlanan istənilən süni süd qarışığı allergiyaya səbəb olur. Bu halda həkimlər uşağa keçi südü əsasında hazırlanan süni süd qarışığı təyin edə bilərlər. Belə qarışıqlar allergiyaya daha az hallarda səbəb olur.

Ümumillikdə keçi südünün tərkibində olan yağlar və zülallar inək südü ilə müqayisədə insan orqanizmi tərəfindən daha asan mənimsənilir. İnən südünün tərkibində olan kazein zülalı insan orqanizmi tərəfindən çox çətin mənimsənilir və bir çox hallarda allergik reaksiyalara səbəb olur. Keçi südünün tərkibində olan albumin zülalı isə daha asan mənimsənilir və allergik reaksiyalara daha az hallarda səbəb olur. Baxmayaraq ki, keçi südü inək südü ilə müqayisədə daha yağlıdır, keçi südündə olan yağlar daha rahat mənimsənilir. Bu səbəbdən inək südünə allergiyası və ya fərdi dözümsüzlüyü olan  insanlar keçi südü qəbul edə bilərlər.

Bəzən eşidmək olur ki, keçi südünün xoşagəlməz iyi və dadı var. Bu yanlış fikirdir. Kənar iyin və ya dadın olması keçiyə olan pis qulluq ilə bağlı ola bilər. Bəli, keçi südünün dadı və iyi inək südü ilə müqayisədə fərqlidir. Lakin müəyyən müddət ərzində qəbul etdikdən sonra insan buna oyrəşir. Uşaqlar keçi südünün dadına daha tez öyrəşir.

Keçi südü qədim vaxtlardan cavanlaşdırıcı vasitə kimi istifadə olunurdu. Gözəlliyini və cavanlığını qorumaq istəyən qadınlar keçi südü ilə üzünü yuyurdu, vanna qəbul edirdilər. Keçi südü əsasında çox təsirli cavanlaşdırıcı maskalar hazırlamaq olar: keçi südündə 20 dəqiqə ərzində 2 xörək qaşığı yulaf yarması isladın və təzmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

 


Яндекс.Метрика