Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş - 6 sınanmış RESEPT

Dəfnə yarpağı bir sıra faydalı xüsusiyyətlərə malikdir və buna görə də müxtəlif sahələrdə tətbiq edilir.

Lakin onun bir sıra çox da məlum olmayan xüsusiyyətləri mövcuddur.

Medicina.az dəfnə yarpağının gizli qalan faydalı xüsusiyyətlərindən söz açır.

Qanda olan şəkər miqdarını azaldır

15 ədəd dəfnə yarpağını kiçik bir qazana qoyun, üzərinə 1.5 stəkan sərin su tökün. Vam odda 5 dəqiqə qaynadın. Dəmləməni termosa tökün və 3-4 saat saxlayın, daha sonra süzün.

Alınan məhlulu bütün gün ərzində 50 ml olmaqla için. Eyni proseduru əlavə 2 gün də təkrar edin. Daha sonra 2 həftə fasilə verərək yenidən davam edin. Bu, qanda olan şəkərin miqdarını qaydaya salacaq.

Sağaldıcı təsirə malikdir

Əgər bədəninizdə açıq yara varsa, o zaman dəfnə dəmləməsi ilə həmin nahiyənin ətrafını tez-tez silin. Bu, yaraya mikrob düşməsinin qarşısını alacaq və dərinin bərpa olunmasını təmin edəcək.

Bədənin virus və infeksiyalara qarşı dayanıqlılığını artırır

Bir sıra xəstəliklərə qarşı orqanzimin müqavimətini artırmaq üçün bu reseptdən isifadə edin. 10 ədəddən az olmaqla dəfnə yarpağını 1,5 stəkan suda qaynadın və gün boyu için. Proflaktika məqsədilə dəmləməni gündə 1 x/q olmaqla yeməkdən əvvəl 7 gün müddətində qəbul edin.

Saçlara və dəriyə yaxşı təsir göstərir

Üz dərisini təmizləmək üçün tonuslaşdırıcı losyon hazırlamaq olar

1. 15-20 ədəd dəfnə yarpağını 100 ml suya atın və 3 dəqiqə qaynadın. Məhlulu 1 saat saxlayaraq soyudun. Üzü, boyun və dekolte hissəsini onunla silin. Losyonu 1 ay ərzində soyuducuda saxlaya bilərsiniz.

2. Saçları möhkəmləndirmək üçün də dəfnə yarpağından hazırlanmış ekstraktdan istifadə edə bilərsiniz. Bunun üçün 2 x/q xırdalanmış dəfnə yarpağının üzərinə az miqdar qaynar su tökərək 1 saat saxlayın. Daha sonra üzərinə 2 x/q bal əlavə edin.  

Alınan kütləni saçlarınızın diblərinə çəkin, bağlayaraq 1 saat saxlayın. Daha sonra şampunla yuyun.  

Yuxusuzluq zamanı kömək edir

Əgər övladınız pis yatır və tez-tez oyanırsa, o zaman təzə dəfnə yarpağını əzərək ətrini otağa yayın. Həmçinin dəfnə yarpağından vanna da edə bilərsiniz. 10 ədəd dəfə yarpağını 1 litr suda 30 dəqiqə qaynadın. Daha sonra uşağı bu su ilə yuyun. Körpəniz gecə rahat yatacaq və oyanmayacaq.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика