Həyatın təxminən 3-cü-4-cü həftəsindən başlayaraq (bəzən daha tez) yenidoğulmuşları köp narahat etməyə başlayır.
Körpənin bağırsaqlarında spazm əmələ gəlir və bu ağrılara və narahatçılığa səbəb olur. Köpdən əziyyət çəkən uşaq ayaqlarını qaldırır, tərpədir, gücənir, qızarır, ağlayır. Körpənin qarnı bu zaman çox bərk (daş kimi) olur. Bağırsaqlardan yel çıxandan sonra körpə sakitləşir və bir müddətdən sonra hər şey yenə təkrarlanır. Köp tutmaları körpədə bir çox hallarda axşam saatlarında olur. Əvvəl köp tutmaları həftədə bir neçə dəfə, daha sonra isə gündə bir neçə dəfə təkrarlanır.
Köpün səbəbi adətən körpənin mədə-bağırsaq sisteminin yeni həyata uyğunlaşmasıdır. Müəyyən müddətdən sonra (adətən həyatın 3-cü-4-cü ayından sonra) bu uyğunlaşma dövrü qurtaracaq və körpə sakitləşəcək.
Həkimlər uşaqlara müxtəlif köpəleyhinə dərmanlar təyin edir. Bu dərmanlarla yanaşı uşaqlara xüsusi massaj da çox yaxşı kömək edir.
Videoda bu masajın hərəkətləri təqdim olunur. Masaj zamanı heç bir yağdan istifadə olunmur.
Saglamolun.Az