Lobyanın sağlamlığa 1001 faydası

Lobya çox qiymətli və faydalı məhsuldur.

Lobyanın tərkibində bir çox faydalı maddələr var. Lobya tərkibində olan zülalın miqdarına görə ətə və balığa yaxınlaşır. Məhz bu səbəbdən həkimlər hal hazırda qırmızı ətin əvəzinə daha tez-tez paxlalıları (lobya, noxud və s.) yemək tövsiyə edirlər.

Geniş araşdırmalar nəticəsində sübut olunub ki, qırmızı ətin həddindən artıq miqdarlarda qəbulu insan sağlamlığı üçün ziyanlıdır. Həkimlər paxlalıları həftədə 2-3 dəfə yeməyi tövsiyə edirlər.

Lobyanın tərkibində müxtəlif orqanik turşular, karotin, C, B1, B2, B6, PP, E vitaminlər, müxtəlif minerallar (xüsusilə mis, sink, kalium, kükürd, dəmir, yod, fosfor), digər faydalı maddələr (triptofan, lizin, tirozin və s.) var.

Saglamolun.az xəbər verir ki, lobyanın istehlakı immun sistemimizə çox müsbət təsir edir.

Sidikqovucu təsirinə malik olan lobya, xüsusilə onun qırmızı növləri, sidik kisəsini və sidik yollarınına müsbət təsir edir.

Lobya dişlərin və damaqların sağlamlığı üçün çox faydalıdır.

Lobya nəfəs yollarını selikdən təmizləyir.

B qrupu vitaminlərlə zəngin olan lobya sinir sistemi üçün çox də faydalıdır - sakitləşdirir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Lobya cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir. Bu xüsusilə kişilərə aiddir. Lobyanın qəbulu kişilərdə potensiyanı yaxşılaşdırır.

Lobyanın tərkibində xüsusi maddələr var ki, bu maddələr qanda şəkərin tənzimlənməsinə kömək edir. Bu səbəbdən lobya şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Kaliumla zəngin olan lobya ürək üçün olduqca faydalıdır - ürək ritmini tənzimləyir, ürək əzələsini möhkəmləndirir. Həmçinin kalium orqanizmdə ödemlərin azalmasına kömək edir.

Lobya yüksək təzyiqdən əziyyət çəkənlərə də yaxşı kömək edir, təzyiqi tənzimləməyə yardım edir.

Lobya qanda xolesterinin səviyyəsini aşağı salır ki, bu da damarların tıxanmasının qarşısını alır. 

Lobyanın yeganə mənfi tərəfi - bağırsaqlarda qazların əmələ gətirməsidir. Tibdə buna "meteorizm" deyilir. Lobyanın bu xüsusiyyətini azaltmaq üçün mütəxəssislər lobyanı bişirilməkdən əvvəl bir neçə saat ərzində suda islatmaq tövsiyə edirlər. Həmçinin suya bir qədər soda əlavə olunduqda lobyanın bu mənfi xüsusiyyəti azalır. Lobyanı uzun müddət ərzində bişirmək və xörəyə şüyüd, razyana kimi təbii köpəleyhinə otları əlavə lazımdır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı lobyanın qəbulu insanın sağlamlığına ziyan vura bilər. Bu xəstəliklər arasında: mədə və 12 barmaq bağırsağı xora xəstəliyi, kolit, xolesistit, pankreatit, podaqra.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...

 


Яндекс.Метрика