Загрузка...

Oruc vaxtı qəbizlik. Çarəsi

Müqəddəs Ramazan ayında oruc tutan insanlar bəzi sağlamlıq problemlərlə qarşılaşa bilər - baş ağrısı, halsızlıq, qıcqırma, qəbizlik.

Düzgün qida və maye qəbulu bu problemləri həll etməyə və orucu daha asan tutmağa kömək edəcək.

Yayılmış problemlərdən biri qəbizlikdir. Saglamolun.az sizə bu pozulmanı həll etmək üçün bəzi tövsiyələri təqdim edir:

1. Çay və qəhvənin qəbulunu azaldın. Bu içkilərin sidikqovucu xüsusiyyəti var və onlar orqanizmdən mayenin xaric olunmasını tezləşdirir. Nəticədə insan daha çox susuzlaşır. Susuzlaşma isə qəbizliyin əsas səbəblərindən biridir. Suxur və iftar zamanı su və bitki çaylarını için.

2. Mütləq xurma yeyin. Xurma qidalı liflər, kalium və maqneziumla zəngindir. Bütün bu maddələr qəbizliyin qarşısını alır.

3. Kifayət qədər su için. Suyu birdən deyil, asta-asta için. Bu halda su orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

4. Suxurda sıyıqlar (yulaf, darı, arpa yarmaları) yeyin. Sıyıqlar qəbizlik zamanı kömək edir.  

5. Yeməklərə (salatlar, sıyıqlar və s.) buğda kəpəyini əlavə edə bilərsiniz. Buğda kəpəyi bağırsaqları yaxşı "işlədir".

6. Qəbizliyin əsas səbəblərindən biri hərəkətsizlikdir. Oruc tutan insanlar bəzən hərəkətliliyini minimuma azaldır. Lakin bu səhvdir. İftardan sonra mütləq açıq havada gəzin. Bu bağırsaqların fəaliyyətini stimullaşdırır.

7. Çox yağlı, qızardılmış qidalardan, tort, pirojna və s. bu kimi şirniyyatlardan imtina edin.     

8. Meyvə, tərəvəz, göyərti, quru meyvələrin istehlakını artırın. Bu məhsullar həll olunmyan qidalı liflərlə zəngin. Liflər bağırsaqlarda şişərək bağırsaqların daha tez və asan boşalmasına kömək edir.   


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика