EŞİTMƏYƏN VALİDEYNLƏR SAĞLAM UŞAQ İSTƏMİR

ALİMDƏN ŞOK AÇIQLAMA

Anadangəlmə eşitmə məhdudiyyəti olan uşaqları gen modifikasiyası ilə tamamilə sağaltmaq mümkündür, amma təəssüflər olsun ki, valideynlər uşaqları üzərində bu eksperimenti aparmağa imkan vermir.

Bu fikri tanınmış rusiyalı "you tube bloger" İrina Şixmanın “Bəs danışmayaq?”("A поговарить?") verilişində qonaq olan biologiya üzrə elmlər namizədi Alexander Yurieviç Pançin deyib.

Alim deyib ki, "DNT-Technology" şirkətinin direktoru, rusiyalı alim, müəllimi Denis Rebrikov tədqiqatçı heyəti ilə hazırda molekulyar qayçılar vasitəsi insan geninə təsir edib, məhdudluq yaradan hüceyrələrə  təsir etmə üçün tədqiqatlar aparır, lakin bir çox valideynlər təcrübədə iştirakdan imtina edir. Aparıcının təəccüblə verdiyi “Niyə?” sualına isə Aleksandr belə cavab verib:

Eşitmə məhdudiyyəti olanların özlərinin ünsiyyət mədəniyyəti var. Hər iki valideyn əngəllidirsə, eşidən uşaqla anlama-qavrama uçurumu yaranmağından çəkinirlər, hər halda.

Xatırladaq ki, rusiyalı bioloq Denis Rebrikov 2019-cu ildə bütün dünyada  “GMO-uşaq”, yəni Genetik Modifikasiya olunmuş Orqanizm yaratmağı planlaşdırdığını açıqlayıb və hazırda elm dünyasının diqqət mərkəzində olan alimlərdəndir.

Saglamolun.Az