Gözlərin sağlamlığını qorumaq istəyənlər oxusun!

Gözlərin sağlamlığını qorumaq üçün bu sadə qaydalara əməl edin:

1. Düzgün işıqlandırma. Kifayət qədər olmayan işıqlandırma zamanı gözlər həddindən artıq yüklənir və tez yorulur. Lakin çox güclü işıq da gözlərin yüklənməsinə səbəb ola bilər.

Bu səbəbdən gün işığı lampalarından istifadə edin.

2. Gözlərinizi tez-tez qırpın. Kompüterdə işlədikdə insan gözlərini gec-gec qırpmır. Bu isə gözlərin qurumasına səbəb olur. Gözlərin quruması isə onların sağlamlığı üçün çox ziyanlıdır.

3. Orqanizmdə olan istənilən əzələlər işləmələdir. Uzun müddət ərzində işləməyən istənilən əzələ zəifləyir. Bu həm ətraflar, həm ürək, həm də göz əzələlərinə aiddir. Bu səbəbdən gün ərzində uzaqda və  yaxında yerləşən obyektlərə baxmaq lazımdır. Bu xüsusilə kompüterdə işləyən insanlara aiddir. Onlar uzun müddət ərzində yaxın məsafəyə baxır ki, bu da göz əzələsini zəiflədir.

4. Hər gün təmiz havada gəzin.

5. Gün şuaları gözlərin sağlamlığı üçün ziyanlıdır. Gözlərinizi yaxşı keyfiyyətli gün eynəklərin köməyi ilə qoruyun.

6. Yaxşı qidalanın. Gözlərin sağlamlığını bu kimi vitaminlər qoruyur:

- C vitamini (sitrus meyvələri, kivi)

- E vitamini (badam, avokado)

- A vitamini (bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlər)

- Sink (süd məhsulları, mal əti, qaraciyər).

7. Kifayət qədər su için. Sağlam insan gün ərzində təxminən 2 l təmiz su içməlidir. Bu bütün orqanizmin və həmçinin gözlərin sağlamlığı üçün çox vacibdir.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика