MƏŞHUR TELE-HƏKİM AÇIQLAYIB
Normal çəki saxlamaq üçün bir insana adətən təxminən 2000 kkal lazımdır və bu normanı aşmamaq üçün onları saymaq qətiyyən lazım deyil. Bu fikri “Ən vacib olan haqqında" televiziya şousunun aparıcısı Aleksandr Myasnikov bildirib.
"Əgər qidanı əvvəldən düzgün seçsəniz, onda kalori saymaq ehtiyacı aradan qalxacaq. Yarım kilo tərəvəz və yarım kilo meyvə, bəzi təbii süd məhsulları, balıq, toyuq, paxlalılar, tam taxıl məhsulları, bir stəkan qırmızı şərab - belə bir masada 2000 kkaldan çox olmayacaq və balanslaşdırılmış miqdarda protein, yağlar və karbohidratlar olacaq" deyə, həkim qeyd edib.
Onun sözlərinə görə, bütün məhsullar minimal işlənmiş formada istehlak edilməli, həddindən artıq yeməməyə, yəni masadan tam toymadan qalxmağa və çox hərəkət etməyə diqqət yetirmək vacibdir.
Saglamolun.Az