YEMƏK MENYUDAN ÇIXARILDI
Dünyaca məşhur fast-food şəbəkələrində E. Coli bakteriyasının epidemiyası həyəcanı yaşanıb.
ABŞ-da bir çox insanın xəstələnməsinə və bir insanın ölümünə səbəb olan E.Coli McDonald's-da başlayanda Pizza Hut, KFC və Burger King kimi bəzi fast-food şəbəkələri də həyəcan təbili çalıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 10 ştatda ən azı 49 nəfərin McDonald's "dörddəbir funt" hamburgerlərindən xəstələndiyini bildirib.
McDonald's açıqlamasında zəhərlənməyə səbəb olduğu güman edilən dilimlənmiş soğanların bir təchizatçı tərəfindən təmin edildiyini və xüsusi paylama mərkəzlərinə göndərildiyini söyləyib.
Hadisədən sonra digər fast food restoranları da bəzi menyularından soğanı çıxarıblar.
Escherichia Coli (E. Coli) insan və heyvanların bağırsaqlarında yaşayan bakteriya qrupudur. Adətən zərərsiz olan bu bakteriyalar bəzi hallarda toksinlər çıxararaq ciddi sağlamlıq problemlərinə səbəb olur.
Saglamolun.Az