Bu psixi xəstəliyi olanların sayı artır


ARAŞDIRMA SUALLAR DOĞURUR

PubMed-də dərc olunan geniş icmal yeni trendləri üzə çıxarır: son illərdə Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DÇHP) diaqnozu alan uşaqların sayı kəskin artıb. Tədqiqatçılar bildirirlər ki, artım təkcə pozuntunun daha geniş yayılması ilə bağlı deyil — əsas səbəblərdən biri diaqnostika meyarlarının dəyişməsi və valideyn-müəllim məlumatlılığının yüksəlməsidir.

Xatırladaq ki, DHÇP-li uşaqlarda diqqəti uzun müddət saxlaya bilməmək, tapşırıqları yarımçıq buraxmaq, başqasının sözünü tez-tez kəsmək, yerində sakit otura bilməmək, ani və düşünülməmiş qərarlar vermək, ətraf stimullara həddindən artıq tez reaksiya vermək, davamlı hərəkət ehtiyacı hiss etmək kimi simptomlara rast gəlinir.

Mütəxəssislər qeyd edirlər ki, müasir həyat tərzi, ekran qarşısında uzun müddət qalmaq, intensiv tədris tələbləri və psixososial stress uşaqlarda diqqət problemlərini daha çox görünən edir. Bu isə real DÇHP ilə sadəcə diqqət fərqliliklərinin qarışdırılması riskini artırır.

Çay içən qadınların sümüyü möhkəm olur

AVSTRİYALI ALİMLƏRİN 10 İLLİK ARAŞDIRMASI

 

Avstraliyanın Flinders Universitetinin alimləri uzunmüddətli araşdırma nəticəsində müəyyən ediblər ki, gündəlik adi çay içmək yaşlı qadınlarda sümük sıxlığını artırır. Tədqiqatda 65 yaşdan yuxarı 9 704 qadın izlənilib və on il ərzində bud sümüyünün mineral sıxlığı ölçülüb.

Nəticələr göstərib ki, çay içən qadınlarda sümük sıxlığı daha yüksəkdir, kofe həvəskarlarında isə əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Hətta gündə beş fincandan çox kofe içənlərdə sümük sıxlığında azalma müəyyən edilib.

Alimlər bildirirlər ki, sümük sağlamlığını qorumaq üçün çaydan əlavə balanslı qidalanma, kifayət qədər Kalsium və D‑vitamini qəbulu, aktiv həyat tərzi də vacibdir.

Mənbə: Health.mail.ru

“Ağilli” saatlar istifadəçilər üçün riskli ola bilər

MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Son illər sağlamlıq üçün nəzərdə tutulan “ağıllı” saatlar, bilərziklər və üzüklər sürətlə populyarlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cihazlar istifadəçilər üçün risk yarada bilər.

“Rəqəmsal Tibb” klubunun iclasında bildirilib ki, müasir cihazlar bəzən həyatı xilas etsələr də, “müvəqqəti təhlükəsizlik illüziyası” yarada bilər. Məsələn, ürək ritmində dəyişiklik barədə xəbərdarlıq müəyyən hallarda vaxtında həkimə müraciətə səbəb olur. Amma cihaz heç bir problem göstərmirsə, insanlar tam sağlam olduqlarını düşünərək müayinədən yayınır. Ekspertlər həmçinin cihazların ölçmə dəqiqliyinin hələ də qeyri-stabil olduğunu vurğulayıb. Buna missal olaraq, Kanadada 1 ildə Apple Watch-un avtomatik göndərdiyi 800 təcili yardım çağırışının 90%-i yanlış olub. Bu isə səhiyyə xidmətləri üçün böyük yük yaradır.

Bununla belə, bu cuhazların faydalı tərəfləri də var. Onlar yuxunun ümumi keyfiyyətini, fiziki aktivliyi və addım sayını kifayət qədər dəqiq qeydə alır. Mütəxəssislərə görə, bu məlumatlar insanın gündəlik sağlamlıq vərdişlərini nəzarətdə saxlamasına kömək edir.

 

Süni intellekt stresin görüntüsünü aşkar elədi

KT MƏLUMATLARINA ƏSLANAN YENİ MODEL TƏQDİM EDİLİB

Süni intellekt artıq adi tibbi görüntülərdən istifadə etməklə insanın xronik stress vəziyyətində olub-olmadığını müəyyən edə bilir. Radiologiya üzrə alimlər dərin öyrənmə modelindən istifadə edərək döş qəfəsi KT müayinələrində böyrəküstü vəzilərin ölçüsünü analiz edib və stressin ilk obyektiv bioloji göstəricisini müəyyənləşdiriblər.

Tədqiqat çərçivəsində 3 minə yaxın xəstədən toplanan KT görüntüləri, stress sorğuları, kortizol səviyyələri və digər sağlamlıq məlumatları müqayisə edilib. Nəticələr göstərib ki, xronik stress bildirdiyini deyən şəxslərdə böyrəküstü vəzilərin həcmi daha böyükdür, kortizol səviyyəsi yüksəkdir və ürək çatışmazlığı riski artır.

Mütəxəssislər bildirirlər ki, uzunmüddətli stressin bədəndə yaratdığı fəsadlar  ilk dəfə real görüntülərlə qiymətləndirilir. Model gələcəkdə yaşlı insanlarda stresslə əlaqəli müxtəlif xəstəliklərin erkən aşkarlanmasında istifadə oluna bilər. Alimlər bunun həkimlərə xəstənin psixo-fizioloji vəziyyətini obyektiv şəkildə ölçmək imkanı verdiyini qeyd edirlər.

 

Mənbə: Euronews

Nadir xəstəliyi olan 3 yaşli oğlan həkimləri heyrətləndirdi

DÜNYADA İLK

Kaliforniyalı 3 yaşlı Oliver Çu nadir irsi xəstəlik Han­ter sindromu (MPS II) diaqnozu ilə yaşayan ilk uşaqdır. Ona Mançesterdə gen terapiyası tətbiq edilib. Bu xəstəlik bədəndə və beyində sürətlə proqressiv zədələnmələrə səbəb olur və ağır halda olan xəstələr çox vaxt 20 yaşa çatmadan dünyasını dəyişir.

Oliverin orqanizmi xəstəlik səbəbindən həyati vacib IDS fermentini istehsal etməyib. Britaniya alimləri ilk dəfə olaraq onun kök hüceyrələrini laboratoriyada genetik olaraq dəyişdirib bədənə geri qaytarmaqla xəstəliyin inkişafını dayandırmağa çalışıb. Tədqiqatın rəhbərlərindən biri professor Saymon Cons bildirib ki, belə nəticəni 20 il gözləyib.

Oliver bu müalicəni alan dünyadakı 5 uşaqdan ilkidir. Bir il əvvəl başlanan prosedurdan sonra onda nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Ailəsi BBC-yə bildirib ki, Oliverin nitqi, hərəkət bacarıqları və ümumi inkişafı xeyli yaxşılaşıb. Ən mühüm dəyişikliklərdən biri isə onun artıq həftəlik ferment inyeksiyalarına ehtiyac duymamasıdır, çünki lazımi fermenti orqanizmi özü istehsal edir.

Mançester komandası bildirir ki, müalicə hələ izlənmə mərhələsindədir, lakin ilkin nəticələr son dərəcə ümidvericidir. Cəmi bir prosedurla xəstəliyin gedişinin dayandırılması nadir genetik xəstəliklər üçün mühüm dönüş nöqtəsi sayıla bilər.

Mənbə: BBC News

Yeniyetməlik 32 yaşa qədər davam edir

BEYNİN İNKİŞAF DÖVRLƏRİ ÜZƏ ÇIXDI

Kembric Universitetinin alimləri beynin 5 ayrı mərhələdən keçdiyini müəyyən edib. 4000-ə yaxın 90 yaş;na qədər insanın “skan”lar üzərində aparılan araşdırması göstərib ki, əsas dönüş nöqtələri 9, 32, 66 və 83 yaşlarda baş verib. Mütəxəssislərin sözlərinə görə, bu tapıntılar psixi sağlamlıq pozuntuları və demensiyanın niyə müəyyən dövrlərdə daha çox yayıldığını anlamağa kömək edir.

Tədqiqat beynin 5 inkişaf fazasını belə izah edir:


Uşaqlıq – doğumdan 9 yaşa qədər beynin sürətli böyüməsi və artıq sinapsların azalması baş verir.

Yeniyetməlik – 9 yaşdan 32 yaşa qədər davam edən dövrdə neyron əlaqələri daha effektiv hala gəlir. Bu, beyin fəaliyyətində ən kəskin dəyişikliklərin yaşandığı mərhələdir və psixi sağlamlıq riskləri ən yüksəkdir.

Yetkinlik – 32–66 yaş arası nisbətən sabitlik dövrüdür, yəni beyin bu yaş aralığında kəskin və sürətli dəyişikliklər keçirmir, daha stabil şəkildə fəaliyyət göstərir.

Erkən qocalma – 66 yaşdan etibarən beyin əlaqələri daha lokal hala gəlir və funksional bölgələr arasında ayrılma artır. Gec qocalma – 83 yaşdan sonra bu dəyişikliklər daha da güclənir.

Araşdırmanın müəllifləri qeyd edir ki, bu yaş hədləri fərdlər arasında dəyişə bilər, lakin ümumi tendensiya bütün nümunələrdə aydın görünür.

 

Bağirsaq xəstəliklərini kolonoskopiyasız aşkarlayan yeni texnologiya

MAQNETİK HİDRAGELƏ YERLƏŞDİRİLMİŞ BİOSENSORLAR SÜRƏTLİ DİAQNOSTİKA TƏQDİM EDİR

 

Alimlər bağırsaq xəstəliklərinin ultrasürətli aşkarlanması üçün MagGel-BS adlı yeni diaqnostik platforma təqdim ediblər. “ACS Sensors” jurnalında yayımlanan tədqiqatda bakterial bioloji sensorların maqnit xüsusiyyətli, biouyğun hidragel kapsullarına yerləşdirilməsi ilə xəstəlik markerlərinin cəmi bir neçə dəqiqəyə müəyyən olunduğu bildirilib.

Əvvəllər bu sensorların ağızdan qəbulu onların mədə turşusunda tez məhv olması və bağırsaq mikrobiotası ilə qarşılıqlı təsir riski səbəbindən məhdud idi. Yeni hidragel strukturu isə bakteriyaların mədə mühitində 10 dəfə daha dayanıqlı olmasına və nəticələrin dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Siçanlar üzərində aparılan sınaqlarda MagGel-BS bağırsaq qanaxmasını 20 dəqiqəyə aşkar edib. Bu göstərici adi biosensorlarla saatlar tələb edirdi. Platforma immun reaksiyaya səbəb olmayıb və heç bir yan təsir yaratmayıb.

Tədqiqatçılar hesab edir ki, bu tip hidragel kapsullar gələcəkdə bağırsaq xəstəliklərinin təhlükəsiz, qeyri-invaziv və sürətli diaqnostikasında yeni mərhələ yarada bilər.

 

Mənbə: ACS Sensors

Hansı banan daha faydalıdır?

MÜTƏXƏSSİSLƏR FƏRQİ AÇIQLADI

Bananın rəngi və dadı dəyişdikcə onun tərkibi də dəyişir. Mütəxəssislər - dietoloq Eyveri Zenker və qidalanma üzrə müəllim Amanda Sauseda bananın yetişmə dərəcəsinə görə hansı şəraitdə daha faydalı olduğunu izah edib.

Yaşıl və sərt bananlarda şəkər minimum, nişasta isə maksimumdur. Mütəxəssislər bildirib ki, bu nişasta bağırsaqdakı faydalı bakteriyaları qidalandıran prebiotik kimi işləyir, qan şəkərini stabil saxlayır və toxluq hissini uzadır. Bu bananlar diabet riski olanlar və həzm sistemini yaxşılaşdırmaq istəyənlər üçün idealdır. Lakin idmançılar məşq öncəsi ağırlıq hiss etməmək üçün ehtiyatlı olmalıdır.

Tamamilə sarı, yumşaq bananlar şirin və asan soyulandır. Bu mərhələdə nişasta tamamilə təbii şəkərlərə çevrilir. Lifin miqdarı azalır, lakin antioksidantlar və vitaminlərlə zəngin olur. Bu bananlar məşqdən əvvəl enerji mənbəyi kimi, həmçinin ürək və damar sağlamlığını dəstəkləmək üçün əla seçimdir.

Qabığı qəhvəyi ləkələrlə örtülmüş bananlarda şəkər miqdarı ən yüksəkdir. Şəkər səviyyəsinə nəzarət edənlər üçün yüksək şəkər tərkibinə görə ehtiyatlı olmaq lazımdır. Ən çox şəkər və antioksidantlar qəhvəyi/qara rəngli bananlarda olur. Bu bananlar adətən şirniyyat və smuzilər üçün idealdır.

Mütəxəssislər vurğulayıb ki, “xeyirli” və ya “ziyan” banan yoxdur. Hansı bananın faydalı olması sizin sağlamlıq məqsədlərinizə və ehtiyac olan qida maddələrinə bağlıdır.

"Övladımızın qatili ChatGPT'dir" - İDDİA

 

SÜNİ İNTELLEKTİ MƏHKƏMƏYƏ VERƏN 7-Ci AİLƏ

 

Amerikalı ailə, 23 yaşlı Zeyn Şamblinin ölümü ilə bağlı süni intellektə qarşı məhkəmə iddiası qaldırıb. Onların fikrincə, ChatGPT söhbətləri onun ailə üzvləri ilə əlaqələrini kəsməyə, təcrid hissini dərinləşdirməyə və psixi sağlamlığının pisləşməsinə səbəb olub.

İddia sənədlərində qeyd olunur ki, Zeynə “ailəsindən məsafəni qorumaq” məsləhəti verilib, bu da onun izolyasiyasını gücləndirib. İttihamçıların sözlərinə görə, süni intellekt “eko-kamera effekti” yaradıb — istifadəçi təkcə chatbotla qalaraq real münasibətlərdən uzaqlaşdırıb.  

Psixiatrlar bunu sekta liderlərinin manipulyasiyasına bənzədir: “əvəzsiz diqqət” və tərif asılılıq yaradır.

Bu iddia süni intellektə qarşı irəli sürülən bir neçə məhkəmə işindən biridir: dörd ölüm hadisəsi və üç psixoz halı şikayət predmetidir. Ekspertlər bildirirlər ki, belə hallar süni intellektin zərərli dövr yaratma potensialını göstərir — real insan münasibətlərinin yerinə süni intellektlə virtual əlaqə toksik asılılıq yaradır. 

 

Mənbə: İnvolta.media

Brüs Uillisin beyni demensiya araşdırmalarına bağışlanacaq

 

 

ELMİ TÖHFƏ

Aktyor Brüs Uillis ağır xəstəliklə mübarizə apardığı bir vaxtda, həyat yoldaşı Emma Heming gələcəkdə onun beynini elmi araşdırmalar üçün ianə etməyi planlaşdırdığını bildirib. Heming bu addımı həm “emosional baxımdan çətin”, həm də “elm üçün əhəmiyyətli”dir, deyib.

Uillisə demensiya, konkret olaraq frontal-temporal demensiya diaqnozu qoyulub. Bu xəstəlik onun zehni qabiliyyətinin tədricən azalmasına səbəb olur. Aktyor artıq anasını və keçmiş həyat yoldaşını tanımaqda çətinlik çəkir. Heming bildirib ki, Uillisin vəziyyəti pisləşdikcə ailədə həyatın son mərhələsi və gələcəkdə onun ölümü mövzusu gündəmdə daha çox yer tutmağa başlayıb.

Hemingin fikrincə, beyin toxumasının tədqiqi nevroloji xəstəliklərin, o cümlədən demensiyanın əsas səbəbolərinin daha dərindən öyrənilməsinə kömək edə bilər. Bu isə gələcəkdə daha yaxşı müalicə üsullarının hazırlanması üçün vacibdir.

Bu cür elmi töhfə gələcək nəsillər üçün ümidverici miras olacaq və nevroloji xəstəliklər üzərində aparılan tədqiqatlara real-dünya nümunəsi kimi xidmət edəcək.

Əvvəl – sonra videolarina son!

HƏKİMLƏRƏ SOSİAL MEDİA QADAĞALARI QOYULUB

Türkiyədə sağlamlıq xidmətlərinin tanıtım və məlumatlandırma qaydalarına yeni dəyişikliklər təsdiqlənib. Dəyişikliklərə görə həkimlərin və tibbi müəssisələrin reklam məqsədli sosial media paylaşımlarına ciddi məhdudiyyətlər qoyulur. “Əvvəl-sonra” görüntülərinin manipulyasiyasına icazə verilmir, şəkillər eyni şəraitdə çəkilməlidir və xəstənin yazılı razılığı mütləqdir. Əməliyyat zamanı görüntülərin paylaşılması, endirim və kampaniya tipli reklamlar da qadağan edilir. Məqsəd səhiyyə xidmətlərini reklam obyektinə çevirmədən ictimai etibarı qorumaqdır.

Azərbaycanda isə bu sahədə qanunvericilik artıq uzun müddətdir sərt tələblər müəyyən edir. “Reklam haqqında” Qanuna əsasən həkim resepti tələb edən dərmanların, icazəsiz müalicə metodlarının və tibbi manipulyasiyaların reklamı qadağandır. İnzibati Xətalar Məcəlləsi qanunsuz tibbi üsulların reklamına görə fiziki və hüquqi şəxslərə cərimələr nəzərdə tutur. Səhiyyə qurumları həkimlərin sosial şəbəkələrdə pasiyent üzərindən reklam xarakterli paylaşımlar etməsinin yolverilməz olduğunu dəfələrlə açıqlayıb.

 

Azərbaycanlı alimin kitabı Londonda nəşr edilib

İLHAMƏ CƏFƏRLİNİN YENİ UĞURU

Azərbaycanlı alim İlhamə Cəfərlinin “Disorders of Sex Development” (Cinsi İnkişaf Pozuntuları) və “Androgen Insensitivity Syndrome” (Androgen Həssaslığı Sindromu) mövzularını əhatə edən elmi araşdırmaları Londonda çap olunan “Pediatric Surgical Procedures – An Updated Guide – Volume 2” (Pediatrik Cərrahiyyə Prosedurları – Yenilənmiş Bələdçi – Cild 2) nəşrində yer alıb.

Müəllif Sağlamolun.az saytına bildirib ki, bu kitab onun pediatrik cərrahiyyə sahəsində apardığı çoxillik araşdırmaların geniş elmi xülasəsidir.

Kitabda Cinsi İnkişaf Pozuntuları hallarının erkən aşkarlanması, diaqnostik meyarları və müasir müalicə yanaşmaları elmi materiallara əsaslanaraq izah edilir.

Nəşr pediatrik cərrahiyyə ilə bağlı yenilənmiş praktiki bələdçi kimi beynəlxalq mütəxəssislər tərəfindən əhəmiyyətli mənbə sayılır.

Xatırladaq ki, Dr. İlhamə Cəfərli 5 kitabın müəllifidir. Həmçinin alim 25-dən çox resenziyadan keçmiş (peer-reviewed) məqaləsi ilə beynəlxalq elmi ədəbiyyatlarda öz xüsusi yerini qazanıb.

Londonda yaradılan Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təsisçisi və prezidenti kimi Dr. Cəfərli iki ölkə arasında əməkdaşlıq və bilik mübadiləsinin inkişafına töhfə verir. O, idarəetmə üzrə son ixtisaslaşmasını tamamladığına görə Böyük Britaniyanın Kral Sənədi ilə – mərhum Kraliça II Elizabet tərəfindən verilən rəsmi tanınma ilə təltif olunub.

 Dr. Cəfərlinin digər mühüm nailiyyətlərindən biri də “City of London” Təhsilçilər Şirkətinə Freeman (azad üzv) statusu ilə qəbul edilməsidir.

Mənbə: IntechOpen, 2025.

Abort qadağası hamilə qadının həyatına son verdi


TEXASDA SKANDAL TİBBİ HADİSDƏ

Texas ştatında 37 yaşlı Tierra Valkerin riskli hamiləlik zamanı səhhəti ağırlaşıb. Xəstəxanada təzyiqi, şəkəri yüksəlib və proeklampsiya əlamətlərinin güclənib. Həkimlər hamilələyin həyat üçün təhlükə yaratdığını qeydə alıblar.

Lakin stomatolaq assistenti kimi çalışan Valker vəziyyətinin pisləşdiyini görüb abort tələb edib. ABŞ-nin Texas ştatının sərt abort qadağası səbəbilə ona bu prosedur edilməyib. Xəstənin ard-arda tutmaları olub, ürək-damar fəaliyyəti pozulub və vəziyyəti getdikcə ağırlaşıb.

Tibbi heyət hüquqi mexanizmlərin qeyri-müəyyənliyinə görə müdaxilə imkanlarını itirib. Xəstə evə qayıdıb.

 Səhəri gün 14 yaşlı oğlu Djey öz ad günündə anasının cansız bədənini yataq otağında tapıb.

Tibbi ekspertiza ölüm səbəbini 20-ci həftədə ağır proeklampsiya olduğunu

ABŞ-ın abort qadağası olan ştatlarında xroniki xəstəlikləri olan və yüksək riskli hamilə qadınlar tibbi yardımı almaqda çətinlik çəkir, deyə yerli media yazır. 

Mənbə: ProPublic

Quraqlıq, insanlar və vəhşi heyvanlar

İQLİM DƏYİŞİKLİYİNİN FƏSADLARI 

Kaliforniyada aparılan yeni araşdırma göstərir ki, iqlim dəyişikliyinin əsas nəticələrindən olan uzunmüddətli quraqlıq insanla vəhşi heyvanlar arasında təhlükəni artırır. “Science Advances” jurnalında dərc edilən tədqiqatda 2017–2023-cü illər üzrə 31 mindən çox hadisə analizi göstərib ki, yağıntınıların azalması yırtıcı heyvanları yaşayış məntəqələrinə daha yaxın gətirir. Quraqlıq səbəbindən təbii resurslara çıxış məhdudlaşdıqca, vəhşi heyvanlar su və qida axtarışı ilə insanların yaşadığı ərazilərə daxil olur. Bu isə həm təhlükəsizlik risklərini artırır, həm də mühafizə proqramları üçün yeni problemlər yaradır.

Tədqiqatçılar bildirir ki, yağıntının hər 25 mm azalması insidentlərin sayını orta hesabla 2 faiz artırır. Xüsusilə puma, vaşaq və kojot kimi yırtıcılar, həmçinin qara ayılar quraqlığa daha həssasdır. Meşə örtüyünün çoxluğu, əhali sıxlığının yüksək olması və sosial-iqtisadi amillər də təhlükənin çoxalmasına təsir edir. Araşdırma göstərir ki, may–oktyabr aylarında ilin ən quraq və isti dövrlərində hadisələrin sayı daha sürətlə artır. Bunun səbəbi həm heyvanların su qıtlığının aktivləşməsi, həm də insanların açıq havada daha çox vaxt keçirməsidir.

Marburq virusu nəticəsində 3 ölüm halı təsdiqlənib

SƏHİYYƏ NAZİRİNİN MƏLUMATI

Efiopiya hökuməti ölkənin Cənub bölgəsində Marburq virusu səbəbilə üç nəfərin öldüyünü təsdiqləyib. Səhiyyə naziri Mekdes Daba bildirib ki, Omo regionunda aşkar olunan yeni epidemiya ilə əlaqədar 17 şübhəli hal testdən keçirilib. Hazırda aktiv yoluxma qeydə alınmasa da, hökumət profilaktik tədbirləri gücləndirib.

Vaksini və təsdiqlənmiş müalicəsi olmayan Marburq virusu, Ebola kimi, yarasalardan insanlara keçir və yoluxmuş şəxslərin bioloji mayeləri ilə təmas zamanı yayılır. Müalicə olunmadıqda ölüm göstəricisi 88 faizə çata bilər. Virus yüksək qızdırma, əzələ ağrıları, qusma, ishal və ağır hallarda daxili qanaxma ilə müşahidə olunur.

ÜST və Afrika Xəstəliklərə Nəzarət Mərkəzlərinin mütəxəssisləri bölgəyə göndərilib. Cənubi Sudan isə sərhədyanı rayonlarda əhalini əlləri tez-tez yumağa və bioloji mayelərlə təmasdan çəkinməyə çağırıb.

 

Qurudulmuş sarımsaq yaddaşı gücləndirir

YENİ TƏDQİQAT

ABŞ-ın Missuri Universitetində aparılan yeni tədqiqat qurudulmuş sarımsaq ekstraktının uzunmüddətli neyrobioloji və davranış təsirlərini araşdırıb. 40 həftə ərzində bu ekstraktla qidalanan yaşlı siçanlarda narahatlıq reaksiyalarının azalması və yaddaş göstəricilərinin yaxşılaşması müşahidə olunub.

Tədqiqat zamanı siçanlar davranış testlərindən keçirilib. Əlavə alan qrup işıq–qaranlıq testində daha az nəticə göstərib, yeni obyektlərin tanınması tapşırığında isə daha yaxşı yaddaş qabiliyyəti nümayiş etdirib.

Analizlər gösrətib ki, qurudulmuş sarımsaq ekstraktı siçanların beynində, xüsusən də hipokamp bölgəsində çox sayda protein səviyyəsini dəyişir.  Bu dəyişikliklər siqnalvermə, yaddaş və stress reaksiyası ilə əlaqəli yolların aktivləşməsinə işarə edir.

Alimlər nəticələrin ümidverici olduğunu, lakin insanlara tətbiqi üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu bildirir.

Enerji içkiləri 22 yaşli gənci şikəst etdi

YERİYƏ BİLMİR

Səkkiz il ərzində hər gün enerji içkiləri içən 22 yaşlı gənc əlil olub. O, vərdişinə 16 yaşında başlayıb, əvvəlcə gündə bir ədəd enerji içkisindən istifadə edib, lakin tezliklə bu üçə yüksəlib. Gənc çox vaxt içkiləri boş mədə ilə qəbul edib, gecələr isə kompüter oyununu oynamaq üçün oyaq qalıb.

Bir müddət sonra orqanizmi dözə bilməyib. Həkimlərin sözlərinə görə, onun mədəaltı vəzi fəaliyyətini tamamilə itirib və nekroz başlayıb. Bununla yanaşı, qaraciyər və dalaqda ciddi zədələnmə qeydə alınıb, ayaqlarındakı sinirlər demək olar ki, fəaliyyətini itirib. Nəticədə, səhər yatağından qalxa bilməyib. Təcili yardımla xəstəxanaya çatdırılan gəncin vəziyyəti həkimləri də şoka salıb. Hazırda mütəxəssislər onun yenidən yeriyə bilməsi üçün mübarizə aparır, lakin proqnoz hələ ki, ürəkaçan deyil.

Həkimlər bildirib ki, uzunmüddətli yüksək kofein qəbulu və gecə-gündüz davam edən gərginlik bədənin enerji ehtiyatlarını azaldaraq belə ağır nəticələrə səbəb ola bilər. Bu hadisə enerji içkilərinin nə qədər təhlükəli ola biləcəyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

 

Hazır səhər yeməklərinin tərkibi təhrif edilir

ƏN ÇOX SATILAN MƏHSULLAR ŞƏKƏRLƏ DOLUDUR

Quru səhər yeməkləri reklam edildiyi qədər sağlam deyil. Bunu amerikalı həkim Robert H. Shmerling-in “Harvard Health Publishing” üçün yazdığı yeni məqalədə bildirib.

ABŞ-da uşaqların dörddə biri, böyüklərin isə yarısı müntəzəm olaraq bu tip hazır dənli yeməklərlə səhər yeməyi edir. Lakin 2025-ci ildə aparılmış geniş tədqiqat 600-dən çox növ quru səhər yeməyinin qida dəyərini təhlil edərək onların əksəriyyətinin yüksək şəkər, az protein və az lif tərkibli olduğunu göstərib.

Əksər məşhur brendlərin məhsullarında kalori miqdarı aşağı göstərilir, halbuki insanlar adətən ikiqat daha çox yeyir. “Ürək üçün faydalı”, “vitaminlə zəngin” və ya “tam təbii” kimi iddialar məhsulun real qida dəyərini əks etdirmir. Ən çox satılan məhsullar (Cheerios, Frosted Flakes, Honey Nut Cheerios, Lucky Charms və başqaları) çox vaxt emal olunmuş və şəkərlə doludur.

2025-ci ilin mayında aparılan daha bir araşdırma isə 2010–2023-cü illər arasında uşaqlara satılan 1200 növ quru səhər yeməyinin tərkibində yağ, natrium və şəkərin artdığını, protein və lifin isə azaldığını aşkar edib.

Mütəxəssis sağlam seçim üçün dənli səhər yeməyi alarkən bu qaydalara əməl etməyi tövsiyə edir: ilk inqrediyent tam taxıl olmalı, porsiyada ən azı 2,5–5 qram lif, az şəkər və natrium, 150 kaloridən az enerji olmalıdır.

 

Bədən yağları ən çox bu saatlarda əriyir

Qreypfrutun faydaları haqqında araşdırma 

Elmi müşahidələrə görə, insan orqanizmi gecə saat 02:00–04:00 arası ən aktiv şəkildə yağ yandırır. Məhz bu zaman bədənin enerji mənbəyi kimi yığılan piylərdən istifadə etmə faizi maksimuma çatır.

Arizona Universitetinin apardığı 30 günlük müşahidə maraqlı nəticə göstərib. Yatmazdan təxminən 1 saat əvvəl yarım qreypfrut yeyən iştirakçılar, pəhriz və həyat tərzlərini dəyişmədən, hər həftə orta hesabla 1,5 kq çəki itirib.

Mütəxəssislər bu effekti qreypfrutun tərkibindəki naringin adlı təbii maddə ilə əlaqələndirir. Naringin bədəndə yeni yağ hüceyrələrinin yaranmasını ləngidir, eyni zamanda orqanizmin mövcud yağ ehtiyatlarını enerji kimi istifadə etməyə “məcbur” edir.

Qidalanma üzrə ekspertlər axşam saatlarında yüngül qreypfrutlu smuzi qəbul etməyi tövsiyə edir. Qreypfrutun yanına nanəzəncəfil əlavə etdikdə təsir daha da artır.

Bu sadə, lakin elmi əsaslı vərdiş bədən formasını qorumaq, maddələr mübadiləsini gücləndirmək və sağlam şəkildə arıqlamaq üçün təbii üsul hesab olunur.

 

Ailədə hamı eyni gündə doğulub - FOTO

MARAQLI HADİSƏ

ABŞ-ın Ohayo ştatında yaşayan Sierra Bler və Hozey Ervin Jr. cütlüyü unikal ailə tarixçəsi ilə gündəmə gəlib. Onların hər ikisi 18 avqust tarixində doğulub, lakin ən maraqlısı odur ki, cütlüyün əkiz övladları da eyni gün dünyaya gəlib.

Sierra və Hozey, Klivlenddəki Hillcrest Hospitalda doğuş zamanı həkimlərdən xahiş edib ki, proses bir qədər gecikdirilsin və körpələr məhz 18 avqustun ilk dəqiqələrində dünyaya gəlsin. Beləliklə, ailənin hər 4 üzvü eyni gündə doğulub. Bu təsadüf sosial mediada böyük maraq doğurub.

Qeyd edək ki, bu hal tibbdə planlı doğuşun vaxtının tənzimlənməsi kimi qəbul olunur. Əgər ana və körpələrin səhhəti buna imkan verirsə, bəzi ailələr xüsusi tarixlərdə doğuşun müəyyən vaxta salınmasını xahiş edir. Həkimlər bu cür qərarlara yalnız tibbi risk yoxdursa razılıq verir. Əks halda, doğuşun gecikdirilməsi və ya süni şəkildə sürətləndirilməsi həm ana, həm də döl üçün təhlükəli ola bilər.

Qadın üçün səadətin formulu: qaçış və ritmik musiqi

YAPONİYALI ALİMLƏRİN TƏDQİQATI

Yaponiyanın Ryutsu Keizai University sağlamlıq və idman elmləri fakültəsinin alimləri qadın iştirakçılar arasında aparılan eksperiment nəticəsində müəyyən ediblər ki, ritmik musiqi altında edilən 10 dəqiqəlik qaçış əhvali-ruhiyənin yüksəlməsinə, motivasiyanın artmasına və fiziki sürətin bir qədər artmasına səbəb olur.

Təcrübədə 18-21 yaş aralığında olan 38 tələbə iştirak edib.  İştirakçılar bir qaçışı yüksək ritmik musiqi ilə, digərini isə musiqisiz və ya az ritmik fonla ediblər. Musiqili qaçış zamanı qadınlar daha sürətli qaçdıqlarını və «canlılıq», «hərəkət istəyi» hiss etdiklərini bildiriblər.

Alimlərin fikrincə, bu təsirin əsas səbəbi qadınların musiqi stimullarına kişilərə nisbətən daha həssas olmasıdır. 

Mütəxəssislər qeyd edirlər ki, əhvali-ruhiyənin yüksəlməsi yalnız psixika ilə deyil, həm də fiziki aktivliklə sıx bağlıdır. Qaçış zamanı dinlənilən musiqinin seçimi – sürətli ritm, vurğu hissi olan avazlar – qadınlarda çıxış keyfiyyətini və gündəlik fiziki aktivliyi artırma potensialına malikdir.

İştirakçılar bu üsulu gündəlik həyatlarına daxil etməklə həm fiziki sağlamlıqlarına, həm də əhval-ruhiyyələrinə müsbət təsir göstərə bilərlər. Bu sadə metod qadınlara özünəinam və enerjini artırmaq baxımından yeni imkanlar təqdim edir.

 

Mənbə: Health.mail.ru

 


İphone və ya android seçimi xarakterinizdən xəbər verir

SORĞU KEÇİRİLİB

Britaniyalı psixoloqların apardığı araşdırma göstərib ki, insanların iPhone və Android seçimi onların şəxsi xüsusiyyətləri ilə bağlıdr. Linкoln Universitetinin apardığı tədqiqatda həm Android, həm də iPhone istifadəçiləri şəxsi keyfiyyətlərini və telefonla münasibətlərini qiymətləndirən anketlər doldurub.

Nəticələrə görə, iPhone sahibləri telefonlarını çox vaxt status göstəricisi kimi qəbul edir, brendə və xarici görünüşə daha çox diqqət yetirir. Android istifadəçiləri isə smartfonu əsasən praktik vasitə kimi görür, əsas funksionallığa üstünlük verir.

Tədqiqatçılar müəyyən edib ki, iPhone istifadəçiləri adətən daha gənc olur, onların arasında qadınların sayı çoxdur və emosional yanaşma daha güclüdür. Android istifadəçiləri isə əksinə, daha yaşlı və çox vaxt kişi olur, statusa az önəm verir.

Araşdırmanın müəllifi Hizer Şou bildirir ki, smartfonlar getdikcə insanların daxili obrazının rəqəmsal əksinə çevrilir və seçim də buna uyğun formalaşır. Bununla belə, alimlər vurğulayırlar ki, cəmi 500 nəfərin iştirakı ümumi nəticə çıxarmağa imkan vermir.

Mənbə: unian.net

Bədən yağların ən çox yandığı saatlar açıqlanıb


30 GÜNLÜK MÜŞAHİDƏ
Elmi müşahidələrə görə, insan orqanizmi gecə saat 02:00–04:00 arası ən aktiv şəkildə yağ yandırır. Məhz bu zaman bədənin enerji mənbəyi kimi yığılan piylərdən istifadə etmə faizi maksimuma çatır.
Arizona Universitetinin apardığı 30 günlük müşahidə maraqlı nəticə göstərib. Yatmazdan təxminən 1 saat əvvəl yarım qreypfrut yeyən iştirakçılar, pəhriz və həyat tərzlərini dəyişmədən, hər həftə orta hesabla 1,5 kq çəki itirib.
Mütəxəssislər bu effekti qreypfrutun tərkibindəki naringin adlı təbii maddə ilə əlaqələndirir. Naringin bədəndə yeni yağ hüceyrələrinin yaranmasını ləngidir, eyni zamanda orqanizmin mövcud yağ ehtiyatlarını enerji kimi istifadə etməyə “məcbur” edir.
Qidalanma üzrə ekspertlər axşam saatlarında yüngül qreypfrutlu smuzi qəbul etməyi tövsiyə edir. Qreypfrutun yanına nanə və zəncəfil əlavə etdikdə təsir daha da artır.
Bu sadə, lakin elmi əsaslı vərdiş bədən formasını qorumaq, maddələr mübadiləsini gücləndirmək və sağlam şəkildə arıqlamaq üçün təbii üsul hesab olunur.

Menopauza dərmanlarının "QARA QUTU"su ləğv edilir

 

ABŞ SƏHİYYƏ VƏ SOSİAL XİDMƏTLƏR DEPARTAMENTİ

ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamenti (HHS) ilə Qida və Dərman Administrasiyası (FDA) menopauza zamanı qadınlara verilən hormon dərmanlarının üzərindəki “qara qutu” xəbərdarlığını ləğv etdiklərini elan ediblər. Xəbərdarlıq əvvəllər bu dərmanların ürək xəstəliyi, döş xərçəngi və demensiya (yaşlılıq yaddaş problemləri) riskini artırdığını bildirirdi.
FDA rəhbərləri bildiriblər ki, bu addım qadınlara isti basmalar, gecə tərləmələri və digər menopauza simptomlarını yüngülləşdirmək üçün daha rahat dərman alma imkanı yaradacaq. Onlar hormonal dərmanların bəzi uzunmüddətli sağlamlıq faydalarının da olduğunu vurğulayıblar.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, dərmanların faydası hər qadın üçün fərqli ola bilər və bəzi risklər hələ də mövcuddur. Məsələn, qan laxtalanması, xərçəng və ürək-damar problemləri və s.
Ekspertlər qeyd edirlər ki, vaginal istifadə üçün nəzərdə tutulmuş kremlər və məlhəmlər təhlükəsiz sayılır, amma ağızdan və ya dəridən istifadə olunan hormon dərmanları bütün bədənə yayıldığı üçün riskləri daha yüksəkdir. Həkimlər qadınlara bu dərmanları qəbul etməzdən əvvəl fayda və riskləri öz həkimləri ilə müzakirə etməyi tövsiyə edirlər.

Mənbə: JAMA

50 KİLOQRAM ARIQLAYANLARA MAŞIN VERİLƏCƏK


İDMAN ZALINDA AKSİYA

Çinin Şandun əyalətinin Binçjou şəhərində yerləşən idman zalı qeyri-adi çəki atma yarışına start verib. Zalın sahibi elan edib ki, cəmi 3 ay ərzində 50 kiloqram arıqlaya bilən şəxsə 2020-ci il istehsalı olan “Porsche Panamera” avtomobili hədiyyə ediləcək.

Yarış 23 oktyabrda başlayıb və iştirak haqqı 1 400 ABŞ dollarıdır. Bu məbləğə məşqlər, xüsusi qidalanma planı və zalda yaşayış daxildir. Yəni iştirakçılar 3 ay boyunca məkanı tərk etmədən yaşayır. Məşqçi bildirib ki, layihə realdır, lakin proqram və pəhriz planı hələ açıqlanmayıb. Ekspertlər isə qeyd edib ki, gündə yarım kiloqramdan çox arıqlamaq sağlamlıq üçün ciddi risklər yarada bilər.

Hazırda yarışa cəmi 7–8 nəfər yazılıb, qeydiyyat isə maksimum 30 nəfərlə məhdudlaşdırılıb. Mükafat kimi təqdim edilən avtomobilin zal sahibinin şəxsi maşını olduğu bildirilib.

Göz yaşları - sağlamlıqdır

HARVARD UNİVERSİTÜTİNİN ARAŞDIRMASI

"Harvard Health Publishing"də dərc edilən məqaləyə görə, ağlamaq insanın həm emosional, həm də fiziki sağlamlığına müsbət təsir göstərir.

Alimlər tərəfindən aparılan “Is crying good for you?”, yəni “Ağlamaq sizə xeyirdirmi?” adlı tədqiqatda qeyd olunur ki, emosional göz yaşları zamanı orqanizmdə endorfin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar ağrını azaldır, bədəni rahatlaşdırır və stress səviyyəsini tənzimləyir.

Araşdırmaya əsasən, ağladıqdan sonra iştirakçıların 98 faizi özünü daha sakit, rahat və emosional cəhətdən sabit hiss etdiyini bildirib. Mütəxəssislərin fikrincə, bu hal ağlamağın bədənin təbii tənzimləmə mexanizmi olduğunu təsdiqləyir. Göz yaşları vasitəsilə stress hormonları orqanizmdən xaric olur, bu isə psixoloji gərginliyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır.

Tədqiqat həmçinin göstərib ki, ağlamaq sosial əlaqələrin möhkəmlənməsinə yardım edir, çünki insan ağlayarkən ətrafındakıların dəstəyini almağa meylli olur. Bununla belə, tez-tez və səbəbsiz ağlama halları psixoloji pozuntuların əlaməti ola bilər və bu halda mütəxəssisə müraciət olunmalıdır.

 

Mənbə: Harvard Health Publishing

D VİTAMİNİnin ürəyə faydası aşkarlanıb


AMERİKA ÜRƏK ASSOSİASİYASI

2025-ci il Amerika Ürək Assosiasiyasının Elmi Sessiyalarında təqdim ediləcək ilkin tədqiqata görə, 

miokard infarktı keçirdikdən sonra D vitamini qəbul edənlərdə təkrar ürək tutma riski iki dəfə azalıb. 

Bu hal digər ürək-damar xəstəliyi olanlarda da müşahidə edilib.

Tədqiqat əsasən optimal D vitamini səviyyələrinin ürək-damar xəstəliyi olan yetkinlərdə

miokard infarktı, ürək çatışmazlığı, insult və ya ölüm kimi ciddi fəsadların riskini azaltmağa kömək edib-etmədiyini araşdırıb.

D vitamininin fərdiləşdirilmiş dozalarını qəbul edənlərin  ilkin nəticələri əhəmiyyətli dərəcədə azalıb.

Ölüm, ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirmə və ya insult hallarında da təqribən eyni nəticə əldə edilib.

Tədqiqatda 2017-ci ilin aprelindən 2023-cü ilin mayına qədər Yuta ştatındakı Intermountain Tibb Mərkəzində

müalicə alan kəskin koronar sindromlu 630 yetkin iştirak edib. Orta müşahidə müddəti 4,2 il olub.

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

ELMİ FAKTLAR

Oklend Universitetinin tədqiqatçıları feyxoa və böyürtkənin ən güclü iltihab əleyhinə təsirlərə malik olduğunu aşkar edib. Tədqiqat iltihabi bağırsaq xəstəliklərinin və digər orqanların müalicəsi üçün istifadə edilə bilən təbii vasitə olduğunu müəyyən edib.

Alimlər feyxoanın müxtəlif hissələrindən səkkiz bakteriya ştammına qarşı aktivliyini də sınayıblar. Həkimlər antimikrob aktivliyinin çox hissəsinin toxumlardan olduğu qənaətinə gəliblər. Həmçinin, feyxoanın qabığının da əla təbii antibiotik olduğunu təsdiqlənib.

100 q feyxoada 183 kalori, 0,6 qr. zülal, 0,4 qram yağ və 8 qram karbohidrat var. Meyvə antioksidan, iltihab əleyhinə, göbələk əleyhinə və antimikrob xüsusiyyətlərə malikdir, C, B, P və E vitaminləri var və çəkini normallaşdırır. Alimlər sübut ediblər ki, bu meyvədən xərçəngin qarşısının alınması və sümükləri möhkəmləndirilməsi üçün də istifadə etmək olar. Bundan əlavə tərkibində yod, kalium, bor və xrom var.

Bütün faydalı tərəfləri ilə bərabər, feyxoa da ekzotik meyvələr kimi, allergiyaya səbəb ola bilər. Buna görə də, onları ilk dəfə kiçik porsiyalarla yemək tövsiyə edilir.

Feyxoa həmişəyaşıl tropik ağac meyvəsidir. O, 1815-ci ildə Braziliyada alman botanisti Fridrix Zelle tərəfindən kəşf edilib və 75 il sonra meyvə Avropaya gətirilib. 1914-cü ildən başlayaraq ilk plantasiyalar Gürcüstan və Azərbaycanda yaranıb.

 

Yeni nəsil sarğılar - YARA İZİ QALMIR

GƏLƏCƏYİN TEXNOLOGİYASI

Yeni texnologiyalar sayəsində yara müalicəsində inqilabi yeniliklər əldə edilib.

Tayvanın Milli Universitetində aparılan tədqiqat sübut edib ki, gümüş nanoliflər, hidrogellər və sensorlu “ağıllı” sarğılar ənənəvi olanlardan daha effektivdir.

Bu yeniliklər toxuma regenerasiyasını sürətləndirir, antimikrob hissəciklər vasitəsilə infeksiya riskini azaldır və

xüsusilə diabetik xoralar kimi xroniki yaraların sağalmasını dəstəkləyir. Sensorlarla təchiz edilmiş sarğılar yarada

pH səviyyəsini, temperaturu və ifrazat miqdarını izləyir. Toplanmış məlumatlar əsasında həkimlər müalicə prosesini fərdiləşdirir.

3D çap texnologiyası ilə yaradılan hüceyrə karkasları mürəkkəb yaralar üçün fərdi bərpa üsulları təklif edir.

Bu hidrogellər, nanoliflər, gümüş əsaslı kompozitlər və sensorlu sarğılar artıq klinik praktikada da istifadə olunur.

Bununla da, yara baxımı daha ağıllı, adaptiv və effektiv hala gəlir.

 

Mənbə: newatlas.com

Çox dil bilmək qocalmağın qarşısını alır

ARAŞDIRMA SÜBUT ETDİ

Yeni araşdırmaya görə, bir neçə dili bilmək və onlardan müntəzəm istifadə etmək bədənin bioloji yaşlanma prosesini yavaşladır.

Araşdırma “Nature”  jurnalında dərc olunub.

Tayvan Milli Universiteti və Dublin Triniti Kollecinin alimləri tərəfindən aparılan tədqiqatda

27 Avropa ölkəsindən 51–90 yaş arası 80 mindən çox insanın məlumatları təhlil edilib.

Nəticələr göstərib ki, yalnız 1 dildə danışanlarda sürətli bioloji qocalma riski çoxdilli insanlara nisbətən

2 dəfə yüksəkdir. Hər əlavə öyrənilən dil yaşlanmanı ləngidir.

Neyrobioloq Auqustin İbanesin sözlərinə görə,

“çoxdillilik beynin diqqət, yaddaş və düşünmə sistemlərini aktiv saxlayır, bu da neyron əlaqələri gücləndirir.”

Araşdırma həmçinin göstərib ki, çoxdillilik sosial və emosional sağlamlığa da müsbət təsir göstərir.

Bu, ünsiyyəti və mədəni kimliyi gücləndirərək stressi azaldır, ürək-damar və immun sistemini dəstəkləyir.

 

Mənbə: Nature

 

Gələcəyin tibbi - Düşün və sağal


SƏHİYYƏDƏ YENİ ERA BAŞLAYIR

 

İnsanlar artıq dərmanla yox, beyni idarəetməklə sağala biləcək. Bu iddianı Koliforniya alimləri irəli sürüb.

Onlar insan biologiyasının ənənəvi anlayışına meydan oxuyan

"Ağıl-Bədən Konsepsiyası, Meditasiya və Açıq Etiketli Plasebo Müalicəsi Müdaxiləsi Zamanı Neyron və Molekulyar Dəyişikliklər" inqilabi məqaləsini təqdim edib.

Araşdırma “Communications Biology”-də dərc olunub.

Bu əlamətdar tədqiqat, intensiv meditasiyanın əvvəllər yalnız psixodelik dərmanlarla müşahidə edilən eyni dərin beyin fəaliyyətini

necə stimullaşdıra biləcəyini və eyni zamanda bədəndə ölçülə bilən bioloji dəyişiklikləri aktivləşdirə biləcəyini nümayiş etdirir.

Cəmi yeddi gün ərzində, heç bir dərman müdaxiləsi olmadan, sağalan iştirakçılar tədqiqatçıların

"bioloji yenidən başlatma" adlandırdığı prosesi aktivləşdirib.

Alimlər iddia edir ki, onlar neyron şəbəkələrini yenidən qurub, sinir hüceyrələrinin böyüməsini sürətləndirib,

hüceyrə enerji sistemlərini yenidən proqramlaşdırıb və təbii ağrıkəsici mexanizmləri aktivləşdiriblər.

Dr. Joe Dispenzanın yeddi günlük meditasiyasında 20 sağlam iştirakçıda dəyişiklikləri sənədləşdirmək üçün

qabaqcıl beyin görüntüləməsindən və hərtərəfli qan analizindən istifadə edilib.

Nəticələr birmənalı olub: meditasiya, neyron və molekulyar səviyyələrdə ölçülə bilən fundamental bioloji yenidən proqramlaşdırmaya təsir edib.

 

Mənbə: Communications Biology

Bağırsaq mikrobları yuxunun keyfiyyətinə böyük təsir göstərir


ALİMLƏR YUXU VƏ BAĞIRSAQ ƏLAQƏSİNİN SİRRİNİ AÇDI

ABŞ və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu bağırsaq mikrobiotasının insanın yuxu keyfiyyətinə birbaşa təsir etdiyini sübut edib. Araşdırma “Bağırsaq mikrobiotası və yuxu: Qarşılıqlı təsir mexanizmləri və terapevtik perspektivlər” (“Gut Microbiota and Sleep: Interaction Mechanisms and Therapeutic Prospects”) adı ilə “Frontiers in Psychiatry” jurnalında (PMC, NIH) dərc olunub.
Məqalədə qeyd olunur ki, bağırsaqda yaşayan mikroorqanizmlər sinir sistemi ilə sıx əlaqədə olur və melatonin, serotonin kimi yuxunu tənzimləyən hormonların istehsalını stimullaşdırır. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, mikrobiota balansı pozulduqda yuxu fazalarının dərinliyi azalır, orqanizmin bərpa prosesi zəifləyir.
Alimlər hesab edirlər ki, bu əlaqənin öyrənilməsi gələcəkdə yuxusuzluq və depressiya kimi problemlərin müalicəsində yeni istiqamətlərin yaranmasına səbəb ola bilər.

Mənbə: Frontiers in Psychiatry / PMC (NIH)

Hamiləlik v doğuş zamanı ölüm halları azalıb


YENİ TƏDQİQAT
Yeni qlobal araşdırmaya görə, son 20 il ərzində dünyada ana ölümü halları əhəmiyyətli dərəcədə azalıb. 2000-ci illərdə hər il təxminən 443 min qadın hamiləlik və doğuşla bağlı fəsadlardan dünyasını dəyişirdisə, 2023-cü ildə bu rəqəm 260 minə enib, yəni 41 faiz azalma müşahidə olunub. Tədqiqat “The Lancet Global Health” jurnalında dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının və aparıcı universitetlərin mütəxəssisləri 195 ölkənin məlumatlarını təhlil edərək bu azalmanın səbəblərini müəyyənləşdirib. Nəticələr göstərib ki, azalmaların 61 faizi doğuş zamanı tibbi yardımın yaxşılaşması, ixtisaslı tibb işçilərinin iştirakı və doğuşdan sonrakı qayğının güclənməsi ilə bağlıdır. Qalan 39 faiz isə doğum səviyyəsinin enməsi, kontraseptivlərin istifadəsi və təhlükəsiz abort xidmətlərinin artması hesabına əldə edilib.
2023-cü ildə 77 minə yaxın qadının ölümünün qarşısı alınıb. Bunun səbəbi isə kontraseptiv, yəni qoruyucu vasitələrdən istifadənin artmağıdır.
Mütəxəssislər qeyd edir ki, doğum nəzarəti vasitələri qadınlara hamiləliklər arasında fasilə saxlamağa, bədənin bərpasına imkan verməyə və təhlükəli abortlardan yayınmağa kömək edir.

Subcategories