SƏHİYYƏ TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

Böyük Britaniyada vərəm xəstəliyinə yoluxma hallarında kəskin artım qeydə alınıb. Bu barədə “The Daily Express” qəzeti ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına istinadən xəbər yayıb. Rəsmi statistikaya əsasən, son bir neçə il ərzində vərəm hallarının sayı nəzərəçarpacaq dərəcədə yüksəlib.
Məlumata görə, 2025-ci ildə Böyük Britaniyada ümumilikdə 5424 vərəm hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə təxminən 25 faiz çoxdur. Xəstəliyin pik həddi isə 2024-cü ilə təsadüf edib. Həmin il ölkə üzrə 5480 nəfərdə vərəm aşkarlanıb.
Ən çox yoluxma halları ölkənin şimal-şərq bölgəsində qeydə alınıb. Mütəxəssislərin bildirdiyinə görə, müasir dövrdə vərəm əsasən ağciyərləri zədələyir. Xəstəliyin əsas simptomları arasında uzunmüddətli öskürək, bəzən qanlı bəlğəm, arıqlama və ümumi zəiflik yer alır.
Səhiyyə qurumları əhalini erkən diaqnostika və müalicənin vacibliyi barədə xəbərdar edib, risk qruplarına daxil olan şəxslərə isə mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edib.
Saglamolun.Az



















