SİQARET VƏ MİLYONLARLA TALE

Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatına görə, dünyada hər il təxminən 7 milyon xərçəng halının qarşısını almaq mümkündür. Qlobal təhlil göstərir ki, xərçəng hallarının 37 faizi infeksiyalar, qeyri-sağlam həyat tərzi və ətraf mühitin çirklənməsi ilə bağlıdır və bunlar qarşısı alına bilən risklərdir.
Araşdırmaya əsasən, siqaret çəkmək, alkoqol istifadəsi, piylənmə, fiziki passivlik, ultrabənövşəyi şüalanma və hava çirkliliyi xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, HPV, hepatit virusları və Helicobacter pylori kimi infeksiyalar da xərçəngin əsas səbəbləri sırasındadır.
2022-ci ilin məlumatlarına görə, dünyada 18 milyondan çox xərçəng halının əsas səbəbləri siqaret (3,3 milyon), infeksiyalar (2,3 milyon) və alkoqoldur (700 min). Kişilərdə xərçəngin 45 faizi, qadınlarda isə 30 faizi qarşısı alına bilər. Hesabatda vurğulanır ki, xərçənglə mübarizə tədbirləri ölkə və regionlara uyğun şəkildə aparılmalıdır.
Saglamolun.Az



















