Bağırsaq iltihabının genetik səbəbləri aşkarlandı

YENİ KƏŞF: BİR GEN XƏSTƏLİYİ NECƏ BAŞLADIR?

Alimlər bağırsağın xroniki iltihabi xəstəliklərinin yaranmasında mühüm rol oynayan genetik səbəbi müəyyən ediblər. Araşdırmalara görə, PTPN2 adlı genin funksiyasının pozulması bağırsaq divarının qoruyucu mexanizmini zəiflədir. Normal şəraitdə bu gen immun sistemi tənzimləyir və zərərli bakteriyaların bağırsaq hüceyrələrinə daxil olmasının qarşısını alır.

Lakin genetik pozuntu zamanı bağırsaqda yaşayan bəzi patogen bakteriyalar hüceyrələrə daha asan yapışır və iltihabi proses başlayır. Bu hal xüsusilə Kron xəstəliyi və xoralı kolit kimi ağır bağırsaq xəstəliklərinin inkişaf riskini artırır. Mütəxəssislər bildirirlər ki, bu kəşf gələcəkdə genetik risk daşıyan şəxslər üçün daha dəqiq diaqnostika və hədəfli müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Mənbə: Health.mail.ru

Saglamolun.Az