Körpə qidalarında toksin maddə təhlükəsi

DÜNYA MİQYASINDA ƏRZAQLAR GERİ ÇAĞIRLIR



Dünyanın aparıcı süd məhsulları istehsalçıları Nestlé, Danone və Lactalis körpə süd qarışıqlarında cereulide toksininin aşkarlanması səbəbindən genişmiqyaslı geri çağırma prosesinə başlayıb. Tədqiqatlar çirklənmənin premium süd qarışıqlarında istifadə edilən ARA yağının Çindəki tək bir təchizatçıdan qaynaqlandığını göstərir. Lactalis 18 ölkədə satılan Picot markalı altı partiyanı bazardan yığışdırıb. Nestlé isə 60-dan çox ölkəni əhatə edən ən böyük geri çağırmalarından birini həyata keçirib.

Danone isə Singapur Qida Agentliyinin tələbi ilə Tailandda istehsal olunan bir partiyanı bazara çıxmadan geri çağırıb. Şirkət məhsulların təhlükəsiz olduğunu, geri çağırmanın ehtiyat tədbiri olduğunu açıqlayıb. Nestlé isə geri çağırmanın könüllü həyata keçirildiyini və uşaq sağlamlığının prioritet olduğunu bildirir.

Lakin istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar məlumatın gecikdirildiyini iddia edir. Onlar Nestlé-nin çirklənməni dekabr 2025-də təsdiq etdiyini, lakin ictimaiyyətə xəbər verilməsinin yanvar 2026-a qədər uzandığını bildirirlər. Şirkət isə izahat verərək xəstələnmə hallarının qeydə alınmadığını və izlenebilirliyin təmin edildiyini qeyd edib.

Bu vəziyyət, valideynlər arasında narahatlıq yaradıb və təkcə təhlükəsizlik yox, həm də istehlakçı məlumatlandırmasının sürəti məsələsini gündəmə gətirib.

 

Saglamolun.Az