Alındakı qırışları yox edən 3 təbii vasitə. Hər axşam çəkin!

Alındakı qırışlar ən tez əmələ gəlir və insanları çox narahat edir.

Mütəxəssislər bu qırışları daha az görünən etmək üçün ev şəraitində bəzi təbii vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu vasitələri təqdim edir.

1. Gənəgərçək yağı

Bu yağ dəri üçün ən faydalı təbii vasitələrdən biridir. Antioksidantlarla zəngin olan gənəgərçək yağı dərinin elastikliyini artırır, dərini hamarlayır, cavanlaşdırır.

Yatmazdan əvvəl alnınıza bir az gənəgərçək yağını çəkin, 15-20 dəqiqədən sonra dəriyə hopulmamış yağı salfetlə silin.

2. Zeytun yağı

Dərini nəmləndirir, qidalandırır, elastikliyini artırır. Yatmazdan qabaq yağı su hamamında bir az qızdırın, alın nahiyəsinə çəkin, yüngül massaj edin, sonra artıq qalan yağı salfetlə silin.

3. Badam yağı

Bu yağ dərini məxmər kimi yumşaq edir, cavanlaşdırır, kiçik qırışları yox edir. Yatmazdan qabaq dərinizə çəkin, 15-20 dəqiqədən sonra salfetlə silin.

Bu vasitələri hər gün istifadə edə bilərsiniz.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar