Qurudulmuş gilas saplağı xalq təbabətində müxtəlif xəstəliklirin müalicəsində istifadə edilən və şəfa mənbəyi olaraq bilinən bir bitkidir.
Qurudulmuş gilas sapının faydaları hər nəqədər çox olsa da biz ancaq bir neçə xüsusiyyəti barədə danışacayıq:
- Sidikqovucudur
Gilas sapı əsrlər boyu fitoterapiyada effektiv və təhlükəsiz sidikqovucu vasitə kimi istifadə edilmişdir. Laksatif təsirə malikdir və ödemə səbəb olan artıq suyun orqanizmdə qalmasının qarşısını alır. Bədənin təbii detoksifikasiya prosesini dəstəklədiyi üçün detoks tətbiqlirində seçilir.
- Sidik yolları iltihablarının qarşısını alır.
Güclü sidikqovucu və iltihab əleyhinə xüsusiyyətlərinə görə böyrəklər və sidik yollarını təmizlər.
- Böyrək daşlarının bədəndən çıxarılmasına və arıqlamağa kömək edər
Bədəni tullantılardan və toksinlərdən təmizləyərək, piy və selülitləri aradan qaldırır. Arıqlama prosesində dəri formasının və elastikliyinin pozulmasının qarşısını alır. Bağırsaq fəaliyyətini normallaşdıraraq, bədəndə suyun toplanmasına mane olur. Qan şəkərinin səviyyəsini sabitləşdirir və iştahı azaldır. Beləcə arıqlamağı asanlaşdırır.
- Podaqra və iltihab əleyhinə mübarizə aparır
Podaqra xəstəliyinin irəliləməsinin qarşısını aldığı bilinir.
- Menstruasiya və ödemə qarşı faydaları
Menstruasiya qaynaqlı şişkinliyin müalicəsində gilas sapından istifadə etmək olar. Gilas sapı qaynadılıb içlirsə, qan dövranı artar, bədəndəki toksinlər atılaraq ödem azalır.
- Sakitləşdirici xüsusiyətə sahibdir
Gecə yatmazdan əvvəl bir stəkan gilas sapı çayı içmək stressi azaldır və vücudu sakiltəşdirir.
- Prostat vəzinin böyüməsinin qarşısını alır
- Qanı təmizlər və anemiyanın qarşısını alır.
- Xolesterolu azaldır
- Qaraciyəri qorur
- Qəbizliklə mübarizə aparır.
- Revmatizm və oynaq ağrılarını azaldır.
Gilas saplağını necə qurutmaq olar?
Saplar rütubətsiz və günəş işığı daxil olmayan bir otaqda qurudulur. Bu 4 gün ilə bir həftə ərzində quruyan saplar havaya məruz qalmayan bir qabda saxlanır.
- Gilas çayı necə hazırlanır?
RESEPT I: 1 litr su və bir ovuc qurudulmuş gilas sapı qazana qoyulur 5 dəqiqə aşağı istilikdə qaynadılır. Soyuduqdan sonra süzülür və şüşəyə doldurulan çay üç gün içilir. Müalicəyə davam etmək üçün 3 gün sonra yeni çay hazırlanır.
RESEPT II. : Bir stəkan qaynadılmış suyun içinə 20-25 ədəd qurudulmuş gilas sapı atılır və 3-4 dəqiqə daha qaynadıldıqdan sonra içilir.
Gilas saplağı çayını müalicə məqsədi ilə neçə gün içmək olar?
Toksinləri çıxaran və qan dövranını tənzimləyən təsirindən yararlanmaq üçün yeməkdən yarım saat əvvəl və ya iki saat sonra bir həftə müddətlə gündə bir stəkan içilir. Üç gün fasilədən sonra yenə bir həftə gündə bir stəkan istehlak edilir. Daha sonra müalicə dayandırılır.
Qurudulmuş gilas sapı müalicəsini 40 yaşdan yuxarı kişilər, 15 yaşdan yuxarı qadınlar qəbul etməlidilər.
Gilas saplağı çayı gündə neçə stəkan içmək olar?
Sidikqovucu və ödemi azadma xüsusiyyəti olan gilas sapı çayı gündə ən çox 2 stəkan içilməlidir. Çayın axşam yeməyindən əvvəl istehlak edilməsi məsləhətdir.
Gilas saplağı zərərləri və mənfi təsirləri
Gilas sapı demək olar ki, heç bir əks təsiri olmasa da, sidikqovucu xüsusiyyətə sahib olduğu üçün həddindən artıq istehlak edildikdə kalsium ifrazının artmasına və sidik yollarında bəzi problemlərin yaranmasına səbəb ola bilər.
Mənbə:TRT
Saglamolun.Az