Bunu edən insan qara ciyərini qoruyur

Amerika alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, bədən tərbiyəsi və qaçış qara ciyəri bir çox mənfi təsirlərdən, hətta spirtli içkilərin ziyanlı təsirindən qoruyur.

MedicalDaily xəbər verir ki, intensiv məşqlər zamanı orqanizmdə maddələr mübadiləsi prosesləri sürətlənir ki, bu da qara ciyəri piylənmədən və iltihabdan qoruyur.

Alimlər siçovullar üzərində eksperimentlər aparıblar. 6 həftə ərzində siçovullara spirtli içkilər verilirdi. Bu zaman bir qrup siçovullar fiziki aktiv, digəri passiv idi. Nəticədə məlum olub ki, fiziki aktiv olan siçovullarda qara ciyər daha az zədələnib.


Saglamolun.Az



loading...