Загрузка...

Özünüzü daim yorğun hiss edirsinizsə, OXUYUN

Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 2,6% sakini özündə o qədər tez-tez güclü yorğunluq hiss edir ki, onların nə işləməyə, nə də oxumağa həvəsləri olmur.

Trend.az bildirir ki, əmək qabiliyyətli insanların isə təxminən 15 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkirlər.

Xroniki yorğunluq sindromunun hansı səbəbdən yaranması ilə bağlı alimlər uzun müddət araşdırma aparsalar da, bu qədər güclü yorğunluğa səbəb olan amilləri dəqiqliklə tapa bilməyiblər. Əksəriyyət bu fikirdə olub ki, xroniki yorğunluq sindromu xəstəlik deyil. Avstraliya və ABŞ tədqiqatçıları isə bu qənaətə gəliblər ki, xroniki yorğunluğun sindromu stress və ya gərgin iş deyil. Onun yaranmasının əsas səbəbi immun qəfəslərinin səthində olan reseptorun strukturunu pozan mutasiyalardır. Bütün bunlar isə sübut edir ki, milyonlarla insan bütün dünyada bu mutasiyayla bağlı yaranan xəstəlikdən əzab çəkir və nəticədə də özlərində çox güclü yorğunluq hiss edirlər.

Çin alimləri isə hesab ediblər ki, xroniki yorğunluq sindromu enerji balansının pozulmasıdır.

Həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, xroniki yorğunluq sindromu həddindən artıq daimi yorulma, apatiya, gücdən düşmə, ümumi zəiflik ilə xarakterizə olunur. Bu əlamətlər hətta uzunsürən, gözəl istirahətdən sonra belə bərpa olunmur:

"Xroniki yorğunluq sindromu daha çox inkişaf etmiş ölkələrin meqapolislərində rast gəlinir. Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanların 90%-ə yaxını iri meqapolislərdə yaşayırlar. Burada həyat ritmi sürətlidir, amma ekoloji vəziyyət aşağıdır".

Y.Abdiyeva qeyd edib ki, xroniki yorğunluq sindromu üzrə risk qrupuna 25-45 yaş arasında olan şəxslər daxildir.

Onun sözlərinə görə, bu dövrdə insan maksimal iş qabiliyyətinə malik olduğundan karyerasında yüksəlməyə, müvəffəqiyyət əldə etməyə çalışır və bunun üçün də özünü ciddi gərginliklərə məruz qoyur:

"Xəstəliyin simptomları özünü müxtəlif formalarda biruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənirlər. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, diareya, qastroenteroloji pozğunluqlar və sairdən sonra yarana bilər. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyin azalmasi ilə əlaqədardır".

Y.Abdiyeva bildirib ki, alimlərin əskəriyyətinin qənaətinə görə, xroniki yorğunluq sindromunun əsas səbəbi insanın sinir sisteminin vəziyyətinə neqativ təsir göstərən uzunmüddətli emosional və psixiki gərginliklərdir.

Mütəxəssis qeyd edib ki, psixoloji gərginliyin olması - güclü stressin, depressiyaların yaranması, daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. Xronik infeksion və virus xəstəlikləri, uzunsürən xəstəliklər, tez-tez baş verən residivlər də immun sisteminin işində pozğunluqlara səbəb olur ki, bu, sonda sinir sistemində gərginliyə, həyat gücünün zəifləməsinə gətirib çıxarır. Bununla yanaşı, qeyri-düzgün həyat tərzi - qeyri-rasional günlük rejim, yarımçıq yatma, hərəkətsizlik, təmiz hava, günəş şüalarının azlığı xronik yorgunluğa gətirib çıxarır:

"Düzgün olmayan qidalanma - keyfiyyətsiz qidalar, qidanın həddindən artıq çox olması və ya çatışmazlığı, rasionda vitaminlərin, makro və mikroelementlərin çatışmazlığı metabolizm proseslərinin pozulmasına səbəb olur, bu da daimi yorğunluq hissi yaradır. Xroniki yorğunluq sindromunun yaranmasına ətraf mühit də təsir göstərir. Əlverişsiz ekoloji vəziyyətdə insan orqanizmi daha tez xroniki yorğunluq halına məruz qalır".

Y.Abdiyeva əlavə edib ki, bəzi şikayətlər 6 aydan artıq sürdükdə xroniki yorğunluq sindormunun diaqnozunu dəqiqləşdirmək olar.

Mütəxəssis həmin şikayətlərin nələrdən ibarət olduğunu da söyləyib.

Onun sözlərinə görə, bu şikayətlər yaddaşın və diqqətin zəifləməsi, yuxu pozğunluqları, əzələ ağrıları, tez-tez olan baş ağrıları, oynaq ağrıları (şişkinlik və hiperemiya olmadan), gecə yuxusundan sonra - səhər hiss olunan yorğunluq və əzginlik hissi, hər hansı fiziki işdən sonra 24 saatdan çox sürən yorğunluq, bəzən isə boğazda ağrı və limfa düyünlərinin həssaslığıdır:

"Diaqnozu dəqiqləşdirmək üçün sadaladığımız bu simptomlardan ən azı 4-nün 6 ay və daha çox müddətdə olması labüddür. Lakin nəzərə alaq ki, sadalanan simptomlar başqa xəstəliklərdə də ola bilər. Ona görə də diaqnozu dəqiqləşdirməzdən əvvəl bir çox infeksion xəstəliklər, qalxanabənzər vəzin pozğunluqları, fibromialqiya, depressiv pozğunluqlar inkar edilməlidir".

Y.Abdiyeva deyib ki, xroniki yorğunluq sindromunun müalicəsi kompleks xarakter daşıyır. Bunun üçün mütləq istirahətin edilməsi, xüsusilə keyfiyyətli istirahətin edilməsi lazımdır. Gündəlik rejimə mütləq olaraq fiziki yüklənmələr (müalicəvi fiziki hərəkətlər, açıq havada gəzinti) daxil edilməlidir. Sindromun aradan qaldırılması üçün balanslaşdırılmış qidalanma rasionu, seqmentar və ya ümumi massaj, yorğunluq sindromunun simptomlarını yarada bilən patologiyaların terapiyası, gündəlik olaraq, kontrast duşun qəbulu, müsbət emosiyalar mənbəyinin tapılması kimi tədbirlər həyata keçirilməlidir:

"Xəstəliyin müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmayıb. Lakin müalicənin əsas prinsipi narahatlıq törədən simptomları aradan qaldırmaq olmalıdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu siklini bərpa etmək lazımdır. Xəstə hər gün eyni vaxtda yatıb, səhər eyni vaxtda oyanmağa vərdiş etməlidir. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir. Xroniki yorğunluq sindromu olan şəxslərə ardıcıl olaraq (pillə-pillə) fiziki yükləməni artırmaq məsləhət görülür. Bəzi hallarda ağrıkəsicilərdən, vitaminlərdən və antidepressantlardan istifadə oluna bilər. Bir qayda olaraq belə xəstələr qrup halında psixoterapiya seanslarına qatıldıqda müsbət effekt əldə etmək olar".


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /860

Яндекс.Метрика