“İNTEQRATİV ONKOLOGİYA” – ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSINƏ FƏRQLİ YANAŞMA

 Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var?

Oktyabrın 26-da Milli Onkologiya Mərkəzində “İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. 
Onkoloji xəstəliklərin diaqnostika və müalicəsində ən son elmi nailiyyətlər hansılardır? Müasir dövrdə hansı yeni fikir və fərqli yanaşmalar daha aktualdır? Xroniki xəstəlik sayılan onkoloji proseslərin standart müalicəsində hansı yanlışlıqlar var? Yenu istiqamət olan “İnteqrativ onkologiya” bu yöndə nələr təklif edir? kimi mövzularla bağlı konfransın spikerləri həkimlərə - Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarının onkoloqları, genetika üzrə mütəxəssislərinə geniş məlumat verdilər.
Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.
Daha sonra söz spikerlərə verilib. Spikerlərdən biri alman alimi (türk əsilli), Almaniya Onkologiya Cəmiyyətinin vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü dr. med. Hüseyn Şahinbaş idi. Dünyaca məşhur alimin maraqla qarşılanan çıxışının mövzusu alman alimi H.H..Rekkeveqin “ Xəstəliklərin 6 fazalı inkişaf cədvəli”nə görə xərçəngin yaranma səbəbləri, bu xəstəliyin müalicəsində drenaj-detoksikasiya və qidalanmanın rolu haqqında olub. Hüseyn Şahinbaş bu mövzu ətrafındakı yeni tibbi bilgilərini azərbaycanlı həmkarları ilə bölüşüb.
Gün boyu davam edən tədbirdə türk əsilli məşhur alimin xərçəng xəstəliklərinin müalicəsində yüksəkdozalı vitamin C infuziyaları və omeloterapiyadan istifadənin uğurlu nəticələri” və “Onkoloji xəstəliklərin müalicəsində psixoterapiya, idman və termoterapiyanın rolu” mövzusundakı çıxışları da onkoloqların diqqətini çəkib.
Konfransda maraq və diqqətə səbəb olan çıxışlardan biri də həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Natəvan Axundovanın mərüzəsi idi. Natəvan xanımın çıxışı “Uşaqlıq boynunun xərçəngönü xəstəliklərində omeloterapiyanın effektivliyi”nə həsr olunmuşdu.
Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikriyyə İbrahimlinin ”İnteqrativ tibb metodları ilə kimyaterapiyanın əlavə təsirlərinin aradan qaldırılması “ mövzusundakı çıxışı iştirakçılarda bir daha belə qənaət yaradıb ki, onkoloji xəstəliklərdən əziyyət çəkən insanların yaşam tərzini, əhval-ruhiyyəsini, psixologiyasını xeyli yaxşılaşdırmaq mümkündür və bunun üçün İnteqrativ Tibbin fərqli yanaşması və müalicə üsulları daha məqsədəuyğundur.


Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var? Bu yenilikləri ölkəmizdə necə tətbiq edə bilərik? Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin onkoloqu, baş həkimin müalicə işləri üzrə müavini Rəna Niftəliyeva öz çıxışında daha çox bu məsələlərə toxunub və təbii ki, çıxışı ilə konfrans iştirakçılarının diqqətini mövzuya cəlb etməyi bacarıb.
“İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfransda Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutunun professoru, tibb elmləri doktoru İvan Stanislavoviç Rolikin “Dəri xərçənginin İnteqrativ Tibb üsulları ilə müalicəsindən klinik hallar”, Milli Onkologiya Mərkəzinin onkoloqu, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurovun “Onkologiyada ənənəvi müalicə üsulları” mövzusundakı çıxışlarından həmkarları öz sahələrinə aid yeni bilgilər ala biliblər.
Tədbirin sonunda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

“PLAYSTATİON” İLƏ UZAQDAN ƏMƏLİYYAT EDİLDİ

ÇİNİN İNSAN ÜZƏRİNDƏ ETDİYİNİ, AVROPA HƏLƏ DONUZLARDA YOXLAYIR

İsveçrənin Sürix şəhərindəki cərrahlar əllərində “PlayStation5 DualSense” idarəedicisini tutaraq, oyun oynayırmış kimi görünə bilər, lakin onlar təxminən 9 300 kilometr uzaqlıqdakı donuz üzərində əməliyyat aparır. Bu, yeni əldə edilən nailiyyət, uzaqdan kənd təsərrüfatı heyvanları üzərində cərrahiyyə əməliyyatı həyata keçirmək üçün, video oyun periferiyasından istifadə edən tədqiqatçılarının apardığı əsaslı araşdırmadı.

Cərrahlar “PlayStation5 DualSense” idarəedicisi ilə xəstədən xeyli aralıda olmasına baxmayaraq, heyvan üzərində distant endoskopiya aparıb.

Xatırladaq ki, bu ilin avqustunda xəbər verdiyimiz kimi çinli cərrah xəstədən 5000 kilometr məsafədə uzaqdan innovativ 5G şəbəkə imkanlarından istifadə edərək uğurla ağciyərdəki şişi kəsib çıxarmağa müvəffəq olub.

OĞLUNUN QANI İLƏ GƏNCLƏŞƏN MİLYARDER SAÇINA BELƏ QULLUQ EDİR

ORİJİNAL HALI 70% BƏRBA OLUNUB

Qocalmamaq üçün, bir çox ölkələrdə qadağan olunmuş gen terapiyasından keçərək, ildə 2 milyon dollar xərcləyən milyarder, saça qulluq üsulunu bölüşüb.

Cavanlaşmaq üçün oğlunun qanından və plazmasından istifadə edən iş adamı, saçlarının da orijinal rəngini və sayını 70% bərpa edib.

Amerikalı milyarder Brayan Conson “Düzgün vitaminlərin qəbulu - saçların bərpasında əsas rol oynayır, deyib. 

Zülal, Omeqa-3 yağ turşularının qəbulu xüsusilə vacibdir. İlkin olaraq qırmızı işıq terapiyasına başladım,

bunun üçün isə hətda papaq taxırdım. Son müalicə isə saç tökülməsinə qarşı istifadə olunan dərman - oral minoksidil idi.” deyə izah edib.

Milyarder terapiyadan “əvvəl” və “sonra” fotosunu paylaşaraq 

“düzgün qulluq edilərsə, kişilər saçlarını 40 yaşdan sonra da bərpa edə bilər”, deyə yazıb. 

 

“NƏ VAXT UZATMAĞIN XEYRİ YOXDU?” - SEVGİNİ, DOSTLUĞU, PƏHRİZİ, İŞİ…”

SONUN GƏLDİYİNİ NECƏ ANLAMALI?

Dostluq və ya romantika nə vaxt ölür? Və kitab maraqlı gəlmirsə, sona qədər oxumaq lazımdırmı? İmtina etməyin doğru vaxtı varmı?

SEVGİ

Münasibətinizin sağlam olmadığını göstərən əlamətlər arasında etibarsızlıq, daimi hörmətsizlik və mütəmadi mübahisələrdi. "Xırda münaqişələr böyük bir problemin elçisidir”. Hətta zaraftla belə olsa, partnyorunuz sizin görüşünüzə və ya əməllərinizə lağlağı edirsə, bu o deməkdir ki, artıq sevgi bitib və hər şey kəskin hala gəlmədən getmək vaxtıdır. Bu fikirləri Guardian qəzetinə münasibətlər üzrə mütəxəssis Keyt Mensfild deyib.

DOSTLUQ

İnsan münasibətləri üzrə məsləhətçi Georgina Stermer deyir ki, dostluğun sonunun gəldiyinin bir neçə əlaməti var. Onun hərəkətləri sizə əsəbiləşdirir, birlikdə vaxt keçirəndə darıxırsınızsa, başınıza gələn əhvalatı ona danışmağa can atmırsınızsa, deməli bu dostluğun istifadə müddəti bitib.

İŞ

Karyera üzrə mütəxəssis Keren Blackmore deyir: “İnkişafınız üçün imkan olmayan yerdə çox qalmayın. Çünki daimi eyni işlə məşğil olmaq yaşamaq enerjisini tükəndirir. Üstəlik, işdə sizinlə düşmənçilik, haqsızlıq kimi məsələlərlə üzləşirsinizsə, düşünmədən oranı tərk edin. Çünki fiziki və mental sağlamlıq hər şeydən vacibdir”.

PƏHRİZ

Qidalanma mütəxəssisi və Anna Mapsona görə, əgər daim acsınızsa pəhrizdən imtina etməyin vaxtı gəlib. İstər arıqlamaq üçün, istərsə də sağlamlıq və ya ekoloji səbəblərə görə yeni bir pəhriz sınamaq yaxşıdır, lakin diqqət yetirməli məqamlar var. Daimi aclıq və halsızlıq, başgicəllənmə varsa, tutduğunuz pəhrizdən imtina etməlisiniz.

İÇKİ

Alkoqollu içkidə həddi aşdığınızı necə anlaya bilərsiniz? Ayıq vaxtınızda sərxoşkən etdikləriniz size utandırmağa başlayıbsa, deməli dayanmağın vaxtıdır, deyə içki asılılığından qurtulma üzrə mütəxəssis Jill McKay bildirib. 

 

 

SABAH 2° ŞAXTA OLACAQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

İNSAN 150 İL YAŞAYACAQMI?

YENİ ARAŞDIRMA

Tədqiqatçı deyir ki, insanlar indiki kimi uzun müddət yaşamaq üçün yaradılmayıb. Amma buna baxmayaraq insanların sağlamlığına diqqəti uzunömürlülüyün yaşını getdikcə artırır.

Amma “Nature Aging” jurnalında dərc olunan araşdırmaya görə, insan ömrünün son on illikdə artımları, tibbdəki yeni inkişaflara baxmayaraq yavaşlayır.

Tədqiqat qeyd edir ki, 20-ci əsrdə yüksək gəlirli ölkələrdə insanların doğuş zamanı gözlənilən ömür uzunluğu ictimai səhiyyədəki irəliləyişlər hesabına təxminən 30 il artıb.

Çikaqo İllinoys Universitetinin (UIC) tədqiqatçıları 1990-cı ildən Avstraliya, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, İspaniya, İsveç və İsveçrədə, eləcə də Honq-Konqda və ABŞ-da ən yüksək ömür uzunluğuna dair milli həyati statistikanı təhlil edib.

 1990-cı ildən etibarən tədqiqatın əhatə etdiyi ölkələrdə gözlənilən ömür uzunluğu cəmi 6,5 il artaraq, bu gün doğulan insanın ömrünün 100 ildən çox olacağı gözləntilərini şübhə altına alır.

 

TOYDA RƏQS EDƏNDƏ ÖLDÜ

ÜRƏK XƏSTƏLİYİ OLANLAR DİQQƏTLİ OLMALIDIR

Şəkidə toyda ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü

L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb.

Qadın orada vəfat edib.

Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.

 

 
 
 

NƏCİS ÜÇÜN XÜSUSİ KAMERA İSTEHSAL OLUNUB

AYAQYOLUNA YERLƏŞDİRİLİR, GÖSTƏRİCİLƏRİ ANALİZ EDİR

ABŞ-də fəaliyyət göstərən “Throne” adlı şirkət nəcis analizi üçün xüsusi kamera istehsal edib. Hazırlanan kamera insan nəcisinin fotolarını çəkərək sağlamlıq göstəricilərini analiz edir.
Ayaq yoluna taxılan bu kameralar, süni intellektlə işləyərək bağırsaqların sağlamlığını, içilən suyun miqdarını, hətta mədə-bağırsaq xəstəliklərilə bağlı məlumatları da aşkarlaya bilir.
Şirkət, tualetlərdə yerləşdiriləcək bu kameralar vasitəsilə əldə edilən məlumatların anonim olunduğunu və yüksək təhlükəsizlik şəraitində saxlanıldığını bildirib.

Qeyd edək ki, cihaz təxminən 510 manat dəyərindədir.

Mənbə: nypost.com

 

10 000 ADDIM SAĞLAMLIQDIR – MİF, YOXSA ELM?!

ALİMLƏR YOXLADI, DƏQİQ NƏTİCƏLƏR MƏLUMDUR

Həqiqətən də 10 min addım atmaq sağlamlğın zəmanətidir? Dünyanın bir neçə ölkəsində aparılan araşdırmaların nəticələri açıqlanıb.

Gündə 10.000 addım yerimək kimi geniş yayılmış konsepsiya 1965-ci ildə Yaponiyada yaranıb. Doktor Yoshiro Hatano pedometri icad edərək onu “Manpo-kei” adlandırıb, bu da yapon dilindən tərcümədə  “10.000 addım sayğacı” deməkdir. Düşünmək olardı ki, bu rəqəm illərlə aparılan əhəmiyyətli elmi araşdırmalardan gəlib, amma məlum olub ki, addım sayları sadəcə cihazın adı ilə bağlıdır.

Alimlər hər yerdə yayılmış bu fitnes ideyasını yoxlamaq üçün 10.000 addım atmağı sınaqdan keçirib.

Hindistan və Avstraliyada aparılan araşdırmalar, 100 gün 10.000 addım atmağın təsirlərini araşdırıb. Tədqiqatda təəccüb doğuran məqam, bu fiziki aktivliyin bədən göstəriciləri ilə bərabər psixikaya da müsbət təsir etdiyi olub.

1963 nəfərin iştirak etdiyi  araşdırmada nəticələrdə iştirakçıların stress səviyyələrini 8,9%, depressiya əlamətlərini 7,6%, təşviş hissinin 5% və azaldığı aşkar edilib.

Bundan əlavə, Taylandda 35-59 yaş arasında könüllülərdən ibarəat araşdırmada, 12 həftə ərzində iştirakçıəlıarın bədən kütləsi indeksi (BMI), bel ətrafı, bədən yağ faizi, əzələ kütləsindəki dəyişikliklərlə bərabər ümumi əhval-ruhiyyə, psixi sağlamlıq kimi müxtəlif faktorlarların da müsbətə doğru dəyişməsi halları qeydə alınıb.

Beləliklə alimlər 10.000 addımın sağlamlıq üçün faydalarını sübut edib. Amma açıq qalan bir sual daha ortaya çıxıb. 5000 addım atanların da göstəricilərində eyni nəticələr çıxa bilməzmi? Bu sualın cavabı isə yeni tədqiqatlar tələb edir. Bəs siz gündə neçə addım atırsınız?

DÖNƏRLƏ BAĞLI YENI QAYDALAR QƏBUL EDİLİB

3 SAATDAN BİR AVADANLIQ YUYULMALIDIR

“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd olunub.

Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır.

Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında üç saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq  ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.

Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.

 

YUXUDA ÜNSİYYƏT QURMAQ MÜMKÜN OLACAQ

TARİXDƏ İLK DƏFƏ

Tarixdə ilk dəfə insanlar, yuxu zamanı ünsiyyət qurub. 2 iştirakçı yuxudan oyanmadan və birbaşa təmas etmədən xüsusi server vasitəsilə bir birinə informasiya ötürə bilib.

Kaliforniyanın “REMspace” startapı, insanların yuxuda ünsiyyət qurmasına imkan verəcək inqilabi texnologiyanı nümayiş etdirib. Daha sonra, ilk uğurlu sınaq mərhələsi baş tutub.

Bu texnologiyadan istifadə etmək üçün 2 qeyri-adi bacarıqlara sahib olmalısınız: şüurlu yuxu vəziyyətinə daxil olmaq və yuxuda ünsiyyət üçün hazırlanmış xüsusi “Remmyo”dilində bilmək. Bu dili startapın baş direktoru Maykl Raduqa hazırlayıb.

Sınaq mərhələsi zamanı, startap 2 fərqli insanı şüurlu yuxu vəziyyətinə salıb. Yuxu zamanı, onların beyin dalğaları və digər məlumatlar izlənilib. 1-ci iştirakçı yuxuya getdikdə, cihaz vasitəsilə təsadüfi söz yaradılıb və qulaqlıq vasitəsilə ona ötürülüb. İştirakçı yuxuda bu sözü təkrar edib və qeydə alınaraq serverdə saxlanılıb. Bundan sonra 2-ci iştirakçı da yuxuya gedib. O, ilk iştirakçıdan serverdə saxlanan mesajı alıb, oyandıqdan sonra bu sözü təsdiqləyib. Bunun üçün serverdən, xüsusi cihazdan, Wi-Fi və sensordan istifadə olunub.

“Yuxu vasitəsilə ünsiyyət qurmaq elmi fantastika hesab olunurdu. Amma insanlıq bundan sonra həyatını təqdim etdiyimiz texnologiyasız təsəvvür edə bilməyəcəyik.” deyə “REMspace”in rəhbəri bildirib.

Mənbə: Remspace.net

DÜNYAŞÖHRƏTLİ, MƏŞHUR ONKOLOQ BAKIYA GƏLIR!

26 oktyabr 2024-cü il tarixində "Milli Onkologiya Mərkəzi"nin AKT zalında "İnteqrativ Onkologiya" adlı konfrans keçiriləcək!

Tədbir "Milli Onkologiya Mərkəzi" və "İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi"-nin təşkilatçılığı, "Bioloji Təbabət-İnteqrativ Müalicə Mərkəzi", "AFGEN" Genetik Laboratoriyası və "Planeta Apteklər Şəbəkəsi"-nin sponsorluğu ilə baş tutacaq.


Tədbirdə onkoloji xəstəliklərin müalicə və diaqnostikasında ən son elmi nailiyyətlərin, yeni fikir və yanaşmaların müzakirəsi baş tutacaq.
Həmçinin, Dünyaca məşhur, Türkiyə əslli alman alim, Onkologiya Cəmiyyətinin (DGO) vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü (Almaniya) Dr. med. Hüseyn Sahinbas spikerlərdən biri olaraq ən son tibbi yenilikləri haqda öz bilgilərini həkimlərlə bölüşəcək.
Tədbirin Proqramı ilə tanış ola bilərsiniz.
PROQRAM

9:30-10:00 - KONFRANS İŞTİRAKÇILARININ QEYDİYYATI
10:00-10:10 - KONFRANSIN AÇILIŞI
Fikriyyə İbrahimli - həkim terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin sədri", Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor
10:10- 10:30 - ONKOLOGİYADA ƏNƏNƏVİ MÜALİCƏ ÜSULLARI
Elçin Mansurov - onkoloq, tibb üzrə fəlsəfə doktoru, Milli Onkologiya Mərkəzi
10:30-10:50 - DÜNYADA İNTEQRATİV ONKOLOGİYANIN NAİLİYYƏTLƏRİ
Rəna Niftəliyeva - Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, onkoloq, baş həkimin müalicə işləri üzrə müavini
10:50-11:20 - ALMAN ALİMİ H.H.REKKEVEQİN XƏSTƏLİKLƏRİN 6 FAZALI İNKİŞAF CƏDVƏLİNƏ GÖRƏ XƏRÇƏNGİN YARANMA SƏBƏBLƏRİ. ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ DRENAJ-DETOKSİKASİYA və QİDALANMA
Dr.med.Hüseyn Sahinbas, Alman Onkologiya Cəmiyyətinin (DGO) vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü (Almaniya)
11:20 – 11:40 - Kofe-breyk
11:40-12:10 - ŞİŞ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ İNTEQRATİV TƏBABƏTİN ROLU VƏ YERİ
İvan Stanislavoviç Rolik- tibb elmləri doktoru, professor, Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutu
12:10 -12:50 - XƏRÇƏNG XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ YÜKSƏKDOZALI VİTAMİN C İNFUZİYALARININ VƏ OMELOTERAPİYANIN İSTİFADƏSİNİN UĞURLU NƏTİCƏLƏRİ
Dr.med.Hüseyn Sahinbas (Almaniya)
12:50-13:10 - UŞAQLIQ BOYNUNUN XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏRİNDƏ OMELOTERAPİYANIN EFFEKTİVLİYİ
Natəvan Axundova - həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti
13:10-14:10 - Nahar fasiləsi
14:10-14:40 - DƏRİ XƏRÇƏNGİNİN İNTEQRATİV TƏBABƏTİN ÜSULLARI İLƏ MÜALİCƏSİNDƏN KLİNİK HALLAR
İvan Stanislavoviç Rolik-tibb elmləri doktoru, professor, Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutu
14:40-16:10 - ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ PSİXOTERAPİYA. İDMAN. TERMOTERAPİYA
Dr.med Hüseyn Sahinbas-Alman Hipertermiya e.V Cəmiyyətinin (DGHT) vitse-prezidenti
16:10-16:30 - Kofe-breyk
16:30-17:00 - İNTEQRATİV TİBB İLƏ KİMYATERAPİYANIN ƏLAVƏ TƏSİRLƏRİNİN ARADAN QALDIRILMASI
Fikriyyə İbrahimli- Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki
17:00-17:30 - İNTERAKTİV HİSSƏ (SUAL-CAVAB)

Qeyd: Tədbirdə iştirakınızı təsdiqləmək və müvafiq olaraq giriş bileti əldə etmək üçün aşağıda qeyd olunan məlumatları doldurun.

Qeydiyyat linki: https://forms.gle/fAvjwXhreumnRsL26

TUNELDƏ AVTOBUS BATDI

Bakı və Abşeron yarımadasına yağan leysan yağış çoxsaylı fəsadlar törədib.

Xəbər verilir ki, ən ağır vəziyyət yol qovşaqlarında yerləşən tunellərdə qeydə alınıb.

Belə ki, gecə saatlarında bir çox tunellər, eləcə də Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki tuneli su ilə dolub.

Nəticədə avtomobillər və avtobus suda bataraq hərəkətsiz qalıb. Mərdəkan tunelində suda batan

“Hyundai Caunty” markalı avtobusu çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

 

 

YAĞIŞ MƏKTƏB DİVARINI UÇURUB

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. 

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

MÜNTƏZƏM YAĞIŞLARDAN XƏSARƏT ALANLAR VAR

FHN MƏTBUAT XİDMƏTİ MƏLUMAT YAYIB: 

 

Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib. “Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib. Qurumlardan iki nəfərin batması iddiası ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb. Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.

Fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN mətbuat xidməti məlumat yayıb:

Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir.

VİDEO: https://www.youtube.com/watch?v=65bA0FSevBk

 

“İNTEQRATİV ONKOLOGİYA” KONFRANSI KEÇİRİLƏCƏK

QEYDİYYAT DAVAM EDİR

 

Hörmətli onkoloqlar!
26.10. 2024 -cü ildə “ Milli Onkologiya Mərkəzi”-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin proqramı üzrə

“İNTEQRATİV ONKOLOGİYA” konfransı keçiriləcək.

Konfransda həm yerli lektorlar, həm də xarici ölkələrdən (Almaniya, Rusiya) dəvət olunmuş

İnteqrativ onkologiya üzrə aparıcı mütəxəssislər çıxış edəcək.

Konfransda İnteqrativ onkologiyanın əsasları açıqlanacaq.

İnteqrativ onkologiyanın üstünlükləri, onun tətbiq sahələri, müxtəlif müalicə üsulları haqqında tədqiqatlara dayanıqlı

və klinik hallar üzərindən ətraflı, elmi məlumatlar veriləcək.

Bütün onkoloqlar dəvətlidir!

 

Qeydiyyat üçün:
https://forms.gle/15eKc8L5vZMfDLap9

 

 

 

 

HAZIR “SUXARİ”NİN İÇİNDƏN SİÇAN ÇIXIB

GƏNC QIZ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Gənc qızın mağazadan aldığı suxarinin içindən ölü siçan çıxıb.

Gürcüstanın Rustavi şəhər sakini İzabela Çaliqava

“Qvirila” mağazalar şəbəkəsindən aldığı “Suxari”nin içindən

siçan başının çıxdığını bildirib. Qız dərhal xəstəxanaya yerləşdirilib,

onun vəziyyəti hazırda yaxşı olsa da müşahidə altında saxlanılır.

“Əvvəlcə suxarini yeməyə başladım, hər şey yaxşı idi.

Ortasına çatanda, içində siçan başı olduğunu aşkar etdim.

Bunu təsəvvür edə bilməzdim. Daha sonra xəstəxanaya yerləşdirildim” - deyə İzabella bildirib.

Qeyd edək ki,  “Tasty Snacks” idxalçı şirkəti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Mağaza rəhbərliyi isə, satılan məhsulun içərisində nə olduğunu bilmədiklərini deyib.

 

SÜNİ İNTELLEKTİN TİBBİ MƏSLƏHƏTLƏRİ TƏHLÜKƏLİDİR

ALMAN ALİMLƏRİ XƏBƏRDARLIQ ETDİ

 

“Microsoft” neyron şəbəkəsindən verilən məsləhətlərin həyati təhlükəsi olduğu ortaya çıxdı

Alman alimləri süni intellektin (AI) və chatbotların tibbi məsləhətlərinin faydalarını qiymətləndirib.

Bu barədə Scimex məlumat yayıb. Erlangen və Nürnberq Fridrix-Aleksandr Universitetinin mütəxəssisləri

oktyabrın ortalarında öz elmi işlərinin ilkin nəticələrini bölüşüb.

Süni intellektin faydalarını qiymətləndirmək üçün onlar Windows-da quraşdırılmış

Microsoft-un Copilot neyron şəbəkəsindən istifadə edib.

Həkimlər Copilotun istifadəçilərə təklif etdiyi tibbi məsləhətlərin təxminən yarısı ilə razılaşmayıb.

Sınaq zamanı elm adamları chatbot-a 50 dərmanla bağlı 10 məşhur sual verib, ümumilikdə isə 500 sorğu alıb.

Məlum olub ki, cavabların yalnız 54 faizi elmi konsensusa uyğun gəlir və onların

əhəmiyyətli bir hissəsi sağlamlıq və həyat üçün təhlükə yaradır.

Yanlış cavablardan məsləhətlərin 42 faizi yüngül və ya orta dərəcəli zərərlə,

22 faizi isə ölümlə nəticələnə bilərdi. Neyron şəbəkənin yanlış cavablarının yalnız 36 faizi etibarsız hesab edilib.

"Süni intellektin mövcud potensialına baxmayaraq, xəstələrin öz həkimləriilə, canlı mütəxəssislərlə

məsləhətləşmələri vacibdir", deyə alimlər xəbərdarlıq edib.

 

17 YAŞLI DAUN SİNNDROMLU QIZ KÖRPƏNİ PƏNCƏRƏDƏN ATIB

DƏHŞƏTLİ FACİƏ 

17 yaşlı daun sinndromlu gənc qız 40 günlük körpəni  pəncərədən atıb.

İstanbulda, daun sindromlu 17 yaşlı İlayda Nur nənəsi ilə qonaq getdiyi qonşularının

40 günlük körpəsini 6-cı mərtəbədən atıb.

Nənə ilə qonşu mətbəxdə yemək hazırladıqlarından xəbərləri olmayıb. 

Məlumata görə, hadisə yerinə gələn həkim briqadaları,

uşağın beton döşəməyə yıxılaraq öldüyünü müəyyən edib.

Körpənin cansız bədəni Ədliyyə Tibb İnstitutunun meyitxanasına aparılıb.

İlayda Nur və nənəsi polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

DAXİLİ ORQANLAR XƏSTƏLİKDƏN YERİNİ DƏYİŞİB

“GİRESUN SİNDROMU” – DÜNYADA İLK DƏFƏ

Tibb sahəsində ilk dəfə, “Giresun sindromu” kəşf olunub.

Giresun Təhsil və Araşdırma Xəstəxanasında, bütün orqanların yerdəyişməsi nəticəsində yaranan qaraciyər sirrozu - tibb ədəbiyyatında “Giresun Sindromu” adı ilə qeyd olunub. Nəfəs darlığı, qarında maye yığılması və halsızlıq bu xəstəliyin əlamətlərinə aiddir.

Giresun Təhsil və Araşdırma Xəstəxanası Qastroenterologiya şöbəsinin müdiri https://www.giresunileri.com/video/dunyada-ilk-kez-goruldu-giresun-sendromu-tip-literaturune-girdi/850/ bildirib ki,  “Dünyada ilk dəfə, bütün orqanları əks istiqamətə çevrilən xəstədə, ürək çatışmazlığından qaynaqlanan qaraciyər sirrozunu aşkarladıq. Bu xəstələr normal işləyə və yeriyə bilmir, ömürləri qısalır. Sirrozun başlamasından 10-12 il sonra qaraciyər transplantasiyası mütləqdir. Biz bu hadisəni tibb ədəbiyyatında milli və beynəlxalq konfranslarda təqdim etdik.”

Mütəxəssislərin verdiyi məlumata görə, tibbi ədəbiyyata daxil olan və müalicəsi davam edən xəstənin həm ürəyinə, həm də qaraciyərinə lazımi müdaxilələr edilib və xəstənin vəziyyətinin yaxşı olduğu bildirilib.

SÜNİ İNTELLEKTLƏ SAÇ ƏKƏN CİHAZ İCAD EDİLİB

YENİ KƏŞF

Alimlər nöqtələr şəklində saç əkən cihaz icad edib.

Kocaeli Universitetinin professoru Dr. Oğuzhan Urhan və İstanbuldakı klinikanın tibb müdiri Koray Ərdoğan 7 ildən sonra süni intellektlə işləyən, 3

60 dərəcə saç analizini həyata keçirən “KE-BOT” adlı cihaz hazırlayıb.

"KE-BOT" adlı cihazın araşdırması, işləmə metodları Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası tərəfindən təsdiqlənib, ABŞ Patent Ofisində qeydiyyatdan keçib.

Anadolu Agentliyinin məlumatına görə, cihaz saç əkilmə əməliyyatından əvvəl başın əsas hissəsini skan edir.

Bu həkimə, bir sıra testlərdən sonra, aparılan testlər vasitəsilə, saç köklərini istənilən miqdarda və keyfiyyətdə əkməyə imkan verir.

Cihazı İstanbulda istifadə etməyə başlayan komanda Türkiyəni saç əkimi sahəsində yüksək texnologiya istehsal edən ölkələrdən birinə çevirmək məqsədi ilə,

ixracata da başlayıb. İlk olaraq İngiltərəyə göndərilən cihazın digər ölkələrə ixracı üçün danışıqlar davam edir.

YENİ SİRLİ VİRUS AŞKAR EDİLİB  - GƏNƏDƏN KEÇİR

ADINI “BATAQLIQ” QOYUBLAR

 

Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar edib.

Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri göstərən pasient xəstəxanaya yerləşdirilib.

Tədqiqatçılar xəstədən götürülmüş genetik analizin qan nümunəsində əvvəllər məlum olmayan virus aşkar edib.

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir.

İnfeksiyanın adı "Bataqlıq Virusu" qoyulub.

Alimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırması olan digər xəstələri müayinə edib

və daha 17 bataqlıq virusu aşkar edib.

Bu isə infeksiyanın yayıldığını təsdiqləyir.

Bu Virus qoyunlarda, donuzlarda və atlarda da aşkar edilib.

MƏŞHUR DUBAY ŞOKOLADINDAN SONRA BOĞULDU

“ƏVVƏLCƏ AĞZIM QAŞINMAĞA BAŞLADI”

Bütün dünyada viral olan Dubay şokoladını yedikdən sonra blogerdə  allergiya yaranıb.

Rusiya sakini Ellina Tsaraeva məşhur Dubay şokoladını yedikdən sonra ağzında qaşınma başlayıb.

Daha sonra 30 dəqiqə ərzində boğazında şiddətli allergiya yaranıb.

Allergiya ilk olaraq ağız nahiyəsinin qaşınması ilə başlayıb, daha sonra qızın vəziyyəti kəskin şəkildə pisləşib.

Nəticədə bu, nəfəs almaqda çətinliyə, öskürəyə və üzün şişməsinə səbəb olub.

Bundan xəbər tutan ailəsi Ellina üçün təcili yardım çağırıb. Məlum olub ki, onun püstəyə allergiyası olub.

 

SÜNİ İNTELLEKT ÖLÜLƏRİ DİRİLTMƏYƏ BAŞLADI

“ÖLÜ BOT” XİDMƏTİ

 

Bu xidmət “ölü bot” adlanır. Siz, onlarla Çin şirkətindən və ya cənazə evindən 1 ölü bot ala bilərsiniz.

Yaxın qohumlarınızdan biri vəfat etdikdə, siz bu şirkətlərdən birinə qohumunuzun fotolarını, videolarını, səsli mesajlarını göndərirsiniz. Bundan əlavə xatirələrinizi danışırsınız.

Daha sonra “Silicone Intelligence” kimi şirkətlər bütün bu məlumatları qohumunuzun hiperreal avatarına çevirir və onunla istənilən vaxt danışa bilirsiz.

Araşdırmalara görə, bu maraqlı kəşf - bir neçə Çin şirkətinin, ölən yaxınları ilə qarşılıqlı əlaqəni bərpa etmək üçün texnologiyadan necə istifadə etdiyini göstərir.

Qeyd edək ki, Çinin “Nanjing Silicon Intelligence” şirkətinin 500 vəfat edən şəxsin məlumatları əsasında minlərlə avatar yaratmaq üçün çalışır. Qiyməti, təxminən 13 mindən 280 minə manata qədər olan avatarlar, hər kəs üçün əlçatanm olmaya bilər.

 

 

İŞSİZLƏRƏ ARIQLAMA DƏRMANLARI PAYLANIR

SƏHİYYƏ NAZİRİ SƏBƏBİNİ AÇIQLAYIB

Rəsmilər arıqlamaq üçün dərmanlar paylamaqla işsizliyə qalib gəlməyə qərar verib.

İngiltərənin Səhiyyə Naziri deyib ki, bu preparatlar həmin şəxslərin işə qayıtmasına kömək edəcək.

“Bir çox evsiz-işsiz insanlar piylənmədən əziyyət çəkir. Bütün bunlar ziyanlı və qeyri-müntəzəm qidalanma ilə bağlıdır.

Artıq çəkiyə görə insanlar iş tapa bilmir və aktivlik səviyyəsi aşağı düşür.

Ona görə də işsizlərə arıqladan dərmanları pulsuz verəcəyik ki, əmək qabiliyyətləri bərpa olunsun.

Bununla da idarə strukturlarının xərcləri də azalsın, deyə İngiltərənin səhiyyə naziri bildirib.

“Bu arıqlama inyeksiyaları bir çox insanların həyatını dəyişdirəcək, onların işə qayıtmasına kömək edəcək və dövlər qurumlarının xərclərini azaldacaq.

Bu sözləri səhiyyə naziri Wes Streeting mətbuata açıqlamasında deyib.

Qey edək ki, açıqlamada bu təşəbbüsün statistik məlumatlarının toplanması nəzərdə tutulur.

Arıqlayan dərman qəbul edərkən insanların məşğulluq vəziyyətinin və xəstə günlərin sayının necə dəyişdiyini qiymətləndirmə aparılacaq.  

Flora Kərimova yatağa düşüb? - AÇIQLAMA

 

"Flora xanım bir neçə il öncə mikroinsult keçirmişdi, onunla əlaqədar təzyiqi "oynayır", dərmanla tənzimləyirik".

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova bildirib.

Televerilişlərin birində müğənninin yatağa düşməsi barədə səslənən xəbərə aydınlıq gətirən Y.İmanova qeyd edib ki, F.Kərimovanın vəziyyəti normaldır, yaxınları ilə birlikdə bağda istirahət edir.

Subcategories