Elektron siqaret çəkənlərin sayı açıqlandı

15 MİLYONU 13-15 YAŞLI YENİYETMƏLƏRDİR

 

Dünyada 100 milyondan çox insan veyp (elektron siqaret) istifadəçisidir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir.

Bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2000-2024-cü illəri əhatə edən tütün istehlakı tendensiyalarına dair yeni hesabatında təqdim olunub.

Hesabatda qeyd edilir ki, elektron siqaret istifadəçilərinin böyük əksəriyyəti yüksəkgəlirli ölkələrdə yaşayır.

Tədqiqat fərqli əhali kateqoriyaları arasında keçirilmiş 2 000-dən çox sorğunun nəticələrinə əsaslanır.

Saglamolun.Az