AĞIRLAŞMALAR 38-Cİ GÜNDƏ BAŞLAYIB
Dünyada ilk dəfə donuzdan insana qaraciyər transplantasiyası xəstənin ömrünü 171 gün uzatdı.
“Hepatology” jurnalında dərc edilən əmqalədə 70 yaşlı xəstənin Hepatit B və qaraciyər xərçəngi olduğu bildirilir.
Həkimlər xüsusi yetişdirilmiş Diannan adlı donuzunun qaraciyərini ona implantasiya ediblər. İmmunitet sisteminin rədd edilməsini azaltmaq və qanın laxtalanma təhlükəsizliyini yaxşılaşdırmaq üçün donuz qaraciyərinə on gen modifikasiyası tətbiq edilib.
Transplantasiya ilk ayda olduqca yaxşı nəticələr verib. Qaraciyər safra və mühüm qan laxtalanma zülalları istehsal edib və orqanizm yeni orqanı rədd etməyib.
Bununla belə, 38-ci gündə ağırlaşmalar başlayıb.
Aparılan müalicə vəziyyəti idarə etməyə kömək edib, lakin sonradan xəstə təkrar daxili qanaxma keçirib 171-ci gündə ölüb.
Saglamolun.Az