Tükənmiş həkimlər və yorulmaq bilməyən süni intellekt

ÜMUMDÜNYA SƏHİYYƏ SAMMİTİNİN İCLASI KEÇİRİLİB

Berlin şəhərində keçirilən Ümumdünya Səhiyyə Sammitində həkimlərin artan iş yükü və psixoloji yorğunluğu müzakirə olunub. Ekspertlər bildirir ki, süni intellekt  səhiyyə işçilərinə dəstək ola bilər. Lakin əgər sistemlər çox mürəkkəb qurularsa, bu, həkimlərin işini daha da çətinləşdirə bilər.

Sammitin direktoru Aksel Prays qeyd edib ki, bir çox həkimlər pasiyentlərlə işləmək əvəzinə, vaxtlarını sənədləşməyə sərf edir. Almaniyada aparılan bir araşdırmaya görə, həkimlər gündə orta hesabla 3 saat bürokratik işlərə vaxt ayırır.

Sİ-nin potensialı böyükdür, lakin keyfiyyətsiz və qeyri-obyektiv məlumatlarla öyrədilmiş sistemlər səhv qərarlar verə bilər. Eyni zamanda, ekspertlər Sİ sistemlərinin istifadəsində fərdi məlumatların qorunmasının vacibliyini vurğulayıb.

Mütəxəssislər bildirir ki, düzgün tətbiq olunan Sİ texnologiyaları həkimləri yüklənmədən qoruya və səhiyyə sistemini təkmilləşdirə bilər.

Saglamolun.Az