30 dəfə otur, qalx və pulsuz metro girişi qazan


SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ ÜÇÜN YENİ QAYDA
Sağlam həyat tərzini təşviq etmək məqsədilə Moskva metropolitenində maraqlı və qeyri-adi təşəbbüs həyata keçirilib. Sərnişinlər metro biletini pulla deyil, fiziki hərəkətlə, yəni cəmi 30 dəfə oturub qalxmaqla (squat) əldə edə bilər. Bu təşəbbüs Rusiya Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.
Fiziki hərəkətləri stimullaşdırmaq üçün quraşdırılmış xüsusi aparat videokamera və hərəkət sensorları ilə təchiz olunub. Sistem insanın hərəkətlərini dəqiq şəkildə qeydə alır və yalnız düzgün icra olunmuş 30 hərəkət müqabilində metro bileti təqdim edir. Aparatın aldatmaq mümkün deyil, texnologiya bədən hərəkətlərini dəqiq analiz edir.
Mütəxəssislər 30 dəfə oturub qalxmaq hərəkətinin qan dövranını artırdığını, əzələ tonusunu yaxşılaşdırdığını, bədən metabolizmini aktivləşdirdiyini və stress səviyyəsini azaltdığını vurğulayıb. Həmçinin, bu cür hərəkətlər aşağı hərəkətli həyat tərzinin fəsadlarının qarşısını almağa kömək edir.
Layihə çərçivəsində hər ehtimala qarşı aparatın yanında tibb işçiləri və təhlükəsizlik əməkdaşları fəaliyyət göstərir. Bu, bədənində hərəkət məhdudiyyəti olan və ya sağlamlıq problemi yaşayan şəxslərin risklərdən qorunmasına yönəlib.

 

https://www.youtube.com/watch?v=2eoeSVX4Ek4&t=4s

Saglamolun.Az