14 SAAT FASİLƏSİZ DƏRS EDİB
Çinin Hunan əyalətində yaşayan 11 yaşlı məktəbli Lyanlyan yay tapşırıqlarını 1 gündə bitirmək üçün 14 saat fasiləsiz dərs etdikdən sonra xəstəxanaya yerləşdirilib. Bu barədə South China Morning Post məlumat yayıb.
Uşaqda sürətli nəfəsalma, başgicəllənmə, baş ağrıları və ətraflarda keyimə kimi ciddi simptomlar müşahidə olunub. Hadisə günü o, səhər saat 8:00-dan axşam 22:00-a qədər fasilə vermədən ev tapşırıqları ilə məşğul olub. Saat 23:00 radələrində vəziyyəti daha da ağırlaşdığından valideynləri onu təcili olaraq xəstəxanaya aparıb. Həkimlər onun emosional gərginlik nəticəsində yaranan hiperventilyasiya, yəni çox sürətli və dərin nəfəsalma sindromu yaşadığını bildirib.
Lyanlyanın nəfəsalma ritmi tənzimləndikdən və oksigen maskası ilə yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.
Qeyd edək ki, Çanşa Mərkəzi Xəstəxanasından bildirilib ki, uşaq təcili yardım şöbəsinə bənzər simptomlarla 30-dan çox məktəbli gətirilib. Bu, digər aylardakı göstəricidən 10 dəfə çoxdur.
Saglamolun.Az