Kişi saqqalında it tükündən çox zərərli bakteriya var


MARAQLI ARAŞDIRMA

Avropalı alimlərin apardığı araşdırmada kişilərin saqqalında itlərin tükündən daha çox insan sağlamlığına zərərli bakteriya olduğu sübut edilib.
“European Radiology” jurnalında dərc olunan tədqiqatda 18 saqqallı kişinin dəri, tüpürcək və 30 fərqli cins itdən tük və selik nümunələri analiz edilib.
Tədqiqatçılar həm insanlarda, həm də itlərdə insanlar üçün zərərli olan bakteriya koloniyalarını axtarıb.
Tədqiqatlar göstərib ki, 18 kişinin hamısında, 30 itdən isə yalnız 23-də çox sayda zərərli mikrob var.
Həkimlər saqqal saxlayan kişilər üçün müntəzəm gigiyenanın vacibliyini vurğulayırlar. Saqqal gündə ən az iki dəfə yuyulmalı, daranmalı, altındakı dəriyə qulluq edilməlidir, deyə mütəxəssilər xəbərdarlıq edir.

Siqareti tərgitmək üçün başına qəfəs taxdı


AÇARI AİLƏ ÜZVLƏRİNƏ VERİB
Siqareti tərgitmək üçün uzun müddətdir mübarizə aparan Türkiyə vətəndaşı İbrahim Yusel, bu vərdişdən qurtulmaq üçün inanılmaz üsula əl atıb — o, başına xüsusi misdən hazırlanmış dəmir qəfəs taxıb. Bu qəribə və diqqətçəkən hadisə bütün dünyanın marağına səbəb olub.
İbrahim bəy qeyri-adi qəfəsi 40 metr uzunluğunda mis məftildən hörüb. Qəfəsin açarlarını isə ailə üzvlərinə verib. Beləliklə, o, siqaretə olan istəyi artsa belə, qəfəsi çıxarıb siqaret çəkmək imkanından məhrum olur. Sosial mediada və xəbər portallarında geniş yayılan bu hadisə, bir çox istifadəçiyə zərərli vərdişlərdən qurtulmaq üçün həvəsləndirici təkan olub.

Qab yumaq beyin üçün faydalıdır


QAB YUMAQ BEYİN ÜÇÜN FAYDALIDIR
ALİMLƏR AÇIQLADI
“Time” jurnalında dərc olunan araşdırmaya əsasən, qab yumaq, təmizlik və ya yemək bişirmək kimi gündəlik və mexaniki fəaliyyətlər beynin daha effektiv işləməsinə kömək edir. Məişət işlərinin insanı "səyyar zehn" rejiminə keçirdiyi aşkar edilib. Florida Dövlət Universitetinin alimləri sübut ediblər ki, gündəlik sadə işlər “anı dərk etmək” yanaşması ilə vəhdətdə olanda psixoloji vəziyyət yaxşılaşır.
Somnoloqlar, yəni yuxu üzrə mütəxəssislər bu halı mürgüləməyə bənzədib. Yəni insan tam oyaq olsa da, beyin istirahət rejiminə keçərək dərin düşüncələrə dalır, arxa planda məlumatları emal edir. Bu baxımdan gündəlik ev işləri təkcə evi deyil, həm də beynimizi "təmizləyir".

Neurexan - Stress, gərginlik və yuxusuzluğa təbii həll!

Gündəlik həyatımızda qarşılaşdığımız problemlər bizə ciddi stres və gərginlik yaratmaqdadır. Xüsusilə, şəhər mühitində yaşayanlar üçün səhər və axşam saatlarının tıxacları, iş yükünün zehni və mənəvi gərginliyi , ailə-məişət çətinlikləri və sosial öhdəliklərin çoxluğu səbəbindən əsəb sistemi daimi yüklənir. Bu, həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir edir. Tıxac, iş yükünün stresi və yuxusuzluq bir-birini tamamlayan problemlərdir. Bunlar insanın həyat keyfiyyətini, iş qabiliyyətini aşağı salır və ümumi vəziyyətini pisləşdirir.
Belə vəziyyətlərdə sinir sistemini dəstəkləyən, asılılıq yaratmayan və təbii tərkibli preparatlara üstünlük verilməlidir. Neurexan məhz bu ehtiyacları qarşılayan homeopatik tərkibli dərman vasitəsidir. Almaniyanın Heel şirkəti tərəfindən istehsal edilən Neurexan əsəb sistemini balanslaşdırmaq, gündəlik stres və gərginliyi azaltmaq, həmçinin yuxu keyfiyyətini yaxşılaşdırmaq kimi üstünlüklərə malikdir.
Neurexanın tərkibində passiflora, yulaf, kofe və sink duzu kimi bitki mənşəli və homeopatik maddələr var. Bu komponentlər birlikdə sinir sisteminə sakitləşdirici, rahatlaşdırıcı və balanslaşdırıcı təsir göstərir. Məsələn, passiflora əsəb gərginliyini azaldır, yulaf diqqəti artırır və sinir sistemini gücləndirir, kofe zehni rahatlaşdırır, sink duzu isə əzələ gərginliyini və yuxu pozğunluqlarını aradan qaldırır.
Yollardakı tıxaclar kimi gündəlik stresə səbəb olan amillər insan beynində yüksək yüklənməyə və emosional gərginliyə gətirib çıxarır. Bu zaman insan tez əsəbiləşir, diqqəti dağılır, hətta panik reaksiyalar da yarana bilər. Neurexan bu hallarda sinir sistemini sakitləşdirərək insanın əhvalını və aqressiv reaksiyalarını tənzimləməyə kömək edir.
İş stresi isə çox vaxt uzunmüddət davam edir və nəticədə xronikiləşərək emosional yanma sindromu yaradır. Bu zaman insan həm zehni, həm də fiziki yorğunluq hiss edir, özünü gərgin və yüklənmiş hiss edir. Neurexan iş stresinin yaratdığı zehni gərginliyi azaltmaqla gündəlik fəaliyyətə daha asan uyğunlaşmağa imkan verir.
Yuxu problemləri isə stres və gərginliyin ən çox müşahidə olunan nəticələrindən biridir. Zehni gərginlik yuxuya getməni çətinləşdirir, yuxunun dərinliyini azaldır, tez-tez oyanmalara səbəb olur. Bu da səhər yorğun və halsız oyanmağa gətirib çıxarır. Neurexan yuxu prosesini təbii yolla dəstəkləyir, yuxuya keçidi asanlaşdırır və yuxunun keyfiyyətini artırır. Digər yuxu dərmanlarından fərqli olaraq, Neurexan süstlük və ya asılılıq yaratmır, gün ərzində yorğunluq hissi vermir.
Neurexan gündəlik həyatın müxtəlif dövrlərində, xüsusilə, stresin artdığı zamanlarda və yuxu problemləri olduqda istifadə edilə bilər. Adətən, 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 3-4 dəfə, hər dəfə 1 tablet dil altına qoyulur. Yatmazdan əvvəl qəbul edilməsi yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir. Hamiləlik, südvermə dövrü və ya digər sağlamlıq problemləri zamanı həkim məsləhəti vacibdir.
Ən böyük üstünlüklərindən biri Neurexanın asılılıq yaratmaması və gündəlik fəaliyyətə mane olmamasıdır. Avtomobil idarə etmək və diqqət tələb edən işlərlə məşğul olmaq üçün tam uyğundur. Uzun müddətli istifadə üçün də təhlükəsiz sayılır. Neurexan müasir insanın zehni və emosional gərginliyini azaltmaq, yuxu problemlərini aradan qaldırmaq və ümumi sinir sistemini dəstəkləmək üçün təbii və effektiv bir yoldur. Günümüzün stres dolu mühitində gərginlikdən uzaq, rahat yaşamaq üçün Neurexan etibarlı və sübut olunmuş preparatdır.

Pəltəklik tarixə qovuşdu


TİBBİ TEXNOİLOGİYA
Yeni BCI Sistemi iflic olanlara nitq deffektlərini aradan qaldırmağa kömək edir.
Kaliforniya Universitetinin alimləri yeni beyin-kompüter interfeysi sistemi yaradıblar. Bu qurğu iflic olan şəxslərə rahat danışmaq imkanı ilə bərabər, həm də sadə melodiyaları kompüter vasitəsilə oxuma imkanı verir.
Texnologiya amiotrofik lateral sklerozlu xəstələr üzərində sınaqdan keçirilib. Sistem nitq orqanlarının hərəkətinə nəzarət edən beynin bölgəsinə implantasiya edilmiş dörd mikroelektrod massivindən sinir siqnallarını oxuyur. Siqnallar minimal gecikmə ilə işlənir və süni intellekt alqoritmləri vasitəsilə səsə çevrilir.
Cihaz danışıq zamanı əzələ hərəkəti ilə bağlı beyin əmrlərini şərh edir. İstifadəçinin səsi xəstəlik inkişaf etməmişdən əvvəl çəkilmiş yazılar əsasında öyrədilmiş klonlaşdırma texnologiyasından istifadə edilərək təkrar istehsal olunur. Siqnalların oxunmasından tutmuş nitqin sintezinə qədər bütün prosedur 10 millisaniyədən az vaxt aparır ki, bu da faktiki olaraq ani cavab vermə imkanı yaradır.
Nitqdən əlavə, sistem istifadəçinin oxumaq cəhdlərini tanıyır, üç müəyyən notu müəyyən edir və melodiya yaratmaq üçün səsi modulyasiya edir. Eyni zamanda, texnologiya intonasiya xüsusiyyətlərini və sözlərin vurğulanmasını nəzərə alır, həmçinin sorğu və təsdiq cümlələrini fərqləndirir. Model, sintez edilmiş nitqin ifadəliliyini artıraraq, təlimdə nəzərə alınmayan sözləri də uğurla təkrarlayır. Tədqiqatçılar vurğulayırlar ki, hazırda texnologiya yalnız bir xəstə üzərində sınaqdan keçirilib və testləri fərqli nitq pozuntusu olan daha çox insan üçün genişləndirməyi planlaşdırır.

Chat GPT - dost yoxsa düşmən?

 

MÜTƏXƏSSİS YANAŞMASI

Süni intellektin (Sİ) psixoloji dəstək sahəsində istifadəsi təhlükəli nəticələrə səbəb ola bilər.
bB barədə tanınmış rusiyalı psixoloq Yekaterina Orlova xəbərdarlıq edib.
Mütəxəssis vurğulayıb ki, insanın ən şəxsi və həssas məlumatlarını çatbota və ya "ChatGPT" kimi digər Sİ sistemlərinə etibar etməsi şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır:
"Ən narahatedici məqam şəxsi məlumatların həssaslığıdır. İnsanların qorxuları, travmaları və səmimi etirafları süni intellekt sistemlərinə ötürüldükdə, bu məlumatlar bəzən kibercinayətkarların əlinə keçə bilər", - deyə Orlova bildirib.
Psixoloqun sözlərinə görə, süni intellekt insan duyğularını tam şəkildə anlaya bilmir, çünki o, nə hiss edir, nə də empatiya qurur:
"Sİ qeyri-verbal siqnalları analiz edə bilmir. O, insanın səsini, baxışını, davranışındakı incə dəyişiklikləri hiss edə bilmədiyi üçün emosional baxımdan kritik vəziyyətlərdə düzgün reaksiya verməyə bilər. Bu isə təhlükəli nəticələr doğura bilər", - deyə mütəxəssis əlavə edib.
Orlova qeyd edib ki, bu texnologiyaların istifadəsində başqa bir təhlükə də ondan ibarətdir ki, insanlar Sİ-yə həddindən artıq güvənərək peşəkar mütəxəssisə müraciəti təxirə sala bilərlər:

Yumurta ilə əlaqəli salmonella epidemiyası


ONLARLA İNSANI XƏSTƏXANALIQ OLUB
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, yeddi ştatda 70-dən çox insan Kaliforniyadan fəaliyyət göstərən fermanın yumurtalarından salmonella infeksiyasına yoluxub.
Şirkət məhsulu geri çəksə də, zərərçəkənlərdən 21-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İnfeksiyaya yoluxan ərzağın istehsalçısı olan şirkət "August Egg Company” hazırda fəaliyyətini dondurduğunu bildirib.
Xatırladaq ki, salmonella gənclərdə, immuniteti zəif olanlarda və ya yaşlılarda ölümə səbəb ola biləcək qədər təhlükəli infeksiyadır.

Ağıllı insanların saçı daha tez yağlanır

 

ARAŞDIRMA 

Paris Universitetinin tədqiqatçıları maraqlı araşdırma aparıb. İnsanın saçının kimyəvi tərkibi onun zehni qabiliyyəti ilə sıx bağlıdır. Alimlər 2 mindən çox müxtəlif intellekt səviyyəsinə və sosial statusa malik şəxsin saç nümunələrini araşdırıb. Nəticələrə görə, yüksək intellektə malik insanların saçlarında sink və mis elementləri daha çox olur. Mütəxəssislərin fikrincə bu fərqin əsas səbəblərindən biri qidalanmadır.

İsveçrəli psixoloq Qreta Bauman isə saçın yalnız fiziki sağlamlıqla deyil, emosional vəziyyətlə də əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə saçı başın arxasında topuz şəklində yığmaq diqqəti toplamağa və qərarlılığa kömək edir. Hörük sakitlik və rahatlıq hissi yaradır. Yumşaq daraqla saçları daramaq gərginliyi azaldır, qan dövranını artıraraq beyinin qidalanmasını yaxşılaşdırır. Psixoloqlar həmçinin məsləhət görürlər ki, xəstəlikdən, stressdən və ya depressiyadan sonra saçları kəsmək faydalıdır. Çünki saçlar, insanın keçirdiyi emosional və fiziki vəziyyətlərin "yaddaşını" daşıyır. Saç uclarını kəsməklə həmin mənfi enerjidən qurtulmaq mümkündür.

Bu araşdırmalar göstərir ki, saç yalnız estetik baxımdan deyil, həm də sağlamlıq və psixoloji vəziyyət baxımından vacib siqnallar daşıyır.

Günəş xərçəngindən qorunma yolları


ALİMLƏR NƏYİ TÖVSİYƏ EDİR?
Son illər günəş şüalarının dəriyə mənfi təsirləri ilə bağlı elmi araşdırmaların sayı artıb. Alimlər "günəş xərçəngi" kimi tanınan dəri xərçəngi növünün, xüsusilə ultrabənövşəyi (UV) şüalara uzun müddət məruz qalmaqla birbaşa əlaqəli olduğunu bildirirlər. Dünya Səhiyyə Təşkilatının (DST) 2023-cü il hesabatında qeyd olunur ki, dəri xərçənginə yoluxma hallarının 80%-dən çoxu günəşin zərərli UVB və UVA şüalarına məruz qalma ilə bağlıdır.
Harvard Tibb Məktəbinin dermatoloqları tərəfindən aparılan tədqiqatda sübut olunub ki, günəş altında çox vaxt keçirmək dəridə hüceyrə mutasiyalarına səbəb olur. Bu isə əsasən bazal hüceyrəli, yastı hüceyrəli və melanom tipli dəri xərçəngi riskini artırır. Xüsusilə açıq dərili insanlar və uşaqlar daha həssas qrup hesab olunur.
Alimlərin tövsiyə etdiyi 3 əsas günəşdən qorunma üsulu var. Birincisi günəş kremlərindən istifadə, ikincisi isə11:00-dan 16:00-a qədər birbaşa günəşdən uzaq durmaqddır. Bundan əlavə üçüncü vacib şərt geyimləri doğru seçməkdir. Sydney Universitetinin araşdırmalarına əsasən, uzunqollu, sıx toxunmuş parçalardan hazırlanan geyimlər və geniş kənarlı papaqlar UV şüalarının dəriyə təsirini azaldır. UV qoruyuculu geyimlər də son illərdə təsdiqlənmiş effektiv müdafiə üsuludur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, günəşdən düzgün qorunmaq təkcə estetik deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan sağlamlıq məsələsidir.

Kondisioner və sağlamlıq


ALİMLƏR NƏ DEYİR?!
Mütəxəssislər bildirirlər ki, kondisionerlərin istifadəsi həm sağlamlıq üçün faydalı, həm də zərərli təsir göstərə bilər. Elmi araşdırmalara görə, düzgün istifadə olunan kondisioner isti havalarda istilik vurmasının qarşısını alaraq, bədənin temperatur balansını qoruyur və nəfəs almağı asanlaşdırır. Xüsusilə ürək və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər üçün isti havada bu cihazdan istifadə mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, kondisionerlərin davamlı və nəzarətsiz istifadəsi bəzi sağlamlıq riskləri yarada bilər. Harvard Universitetinin araşdırmasına əsasən, çox aşağı temperaturda çalışan kondisionerlər əzələ ağrısı, soyuqdəymə və boğaz ağrısı kimi simptomlara səbəb ola bilər. Həmçinin, ildə iki dəfədən az təmizlənən filtrlər allergiya və astma xəstələrinin vəziyyətini vəziyyətini ağırlaşdırır.
Mütəxəssislər məsləhət görürlər ki, kondisioner 23–25°C arasında tənzimlənməli və cihazların filtrləri mütəmadi olaraq təmizlənməlidir.

Uzunmüddətli susqunluğun təhlükəli nəticələri


Həkimdən xəbərdarlıq

Öz istəyi ilə uzun müddət danışmamaq insan beyninə mənfi təsir göstərə bilər.
Bu barədə rusiyalı patofizioloq Sergey Stepanov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, belə "susqunluq" beyində nitqə cavabdeh olan qabıq nahiyəsinin funksiyalarının zəifləməsinə səbəb olur:
"Uzun müddət danışmamaq, beynin nitq funksiyasına cavabdeh olan qabıq hissəsinin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Bu zaman həmin nahiyədəki neyronlar arasındakı əlaqələr zəifləyir və insan əvvəlki kimi səlis danışmaqda çətinlik çəkir".
Bununla belə, həkim qeyd edib ki, danışmağa yenidən başladıqda bu əlaqələr zamanla bərpa olunur və nitq normal vəziyyətinə qayıdır.

Tərkibində gizli şəkər olan məhsullar


ENDOKRİNOLOQ AÇIQLAYIB
Son zamanlar, qida məhsullarında gizli şəkərin miqdarı artmaqdadır və bu, sağlamlıq problemlərinə səbəb olur. Rusiyanın tanınmış dietoloq-endokrinoloqu Yurqita Vareyeva, gizli şəkərin mənbələri açıqlayıb
Yarımfabrikat salat sousları. Bu məhsullarda dad artırıcı və konservləşdirici kimi şəkərdən istifadə edir. İkinci məhsul konservləşdirilmiş ərzaqlardır. Təkcə mürəbbələr deyil, həmçinin konservləşdirilmiş noxud və qarğıdalı da şəkər ehtiva edir. Sürətli hazırlanan yarmalar: Bu məhsulların tərkibində şəkər və digər sağlamlığa ziyan olan əlavə maddələr olur. “Fast food” və qəlyanaltılar da bu siyahıya daxildir. Çipslər, krakerlər və digər qəlyanaltılar, şəkər və duzla zəngindir. Pendirli pastaların və hamburger çörəklərinin də tərkibində gizli şəkər olur, deyə həkim xəbərdarlıq edib.
Dietoloq, məhsulların tərkibini diqqətlə oxumağı və şəkər ehtiva edən məhsullardan çəkinməyi tövsiyə edir. Həkim xüsusilə, uşaqları şirələr və qazlı içkilər yerinə sadə suya alışdırmağın onların gələcək sağlamlıqları üçün vacib olduğunu vurğulayıb.

Orta yaşda vərdişlərin dəyişdirilməsi ömrü uzadır


TƏDQİQAT
Finlandiyanın Helsinki Universitetinin alimləri uzunmüddətli və genişmiqyaslı araşdırma apararaq maraqlı nəticəyə gəliblər: orta yaş dövründə — yəni 40–50 yaşlarında — sağlam həyat tərzi istiqamətində atılan addımlar insanın ömrünü uzada bilər.
Tədqiqat göstərib ki, çəkinin azaldılması və bu prosesin davamlı olması, vərdişlərin dəyişməsi – sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir edir. Ən maraqlısı isə odur ki, bu dəyişikliklər yalnız gənc yaşlarda deyil, yetkin yaş dövründə də təsirli olur. Yəni, əgər 40 yaşdan sonra “fastfud”u yulaf sıyığı ilə əvəz etsəniz, liftdən istifadə əvəzinə pilləkənlə qalxsanız, bədəniniz sizə sadəcə təşəkkür etməyəcək, həm də ömrünüzü uzadacaq.
Alimlər illərlə iştirakçıların həyat tərzini müşahidə edərək belə nəticəyə gəlib ki, sağlam qidalanma və fiziki aktivliyin artırılması kimi dəyişikliklər heç vaxt gec deyil – əksinə, vaxtında edilən addımlardır.

Hormon inyeksiyalari sümük sağlamlığına mənfi təsir göstərir

 

YENİ ARAŞDIRMA

 

Yeni araşdırmalar göstərir ki, uzun müddətli hormon inyeksiyaları, xüsusən də steroid tərkibli olanlar, sümük toxumasının parçalanma sürətini artıra bilər. Harvard Tibb Məktəbi və Mayo Klinikasının alimləri tərəfindən aparılan tədqiqatda qeyd olunur ki, bu cür inyeksiyalar osteoporoz riskini artırır və sümük sıxlığında ciddi azalmaya səbəb ola bilər.

Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı 2 minə yaxın insanın məlumatları təhlil edilib. Məlum olub ki, müntəzəm hormon inyeksiyası alan şəxslərdə sümük qırığı riski 30% daha yüksəkdir. Alimlər xəbərdarlıq edirlər ki, bu müalicə forması yalnız ciddi tibbi zərurət olduqda və həkim nəzarəti altında tətbiq edilməlidir.

Mütəxəssislər hormon müalicəsi zamanı sümük sağlamlığını qorumaq üçün kalsium və D vitamini qəbulunu artırmağı, həmçinin fiziki aktivliyi tövsiyə edirlər.

Qidadaki mikroplastiklər qaraciyəri zədələyir


ALİMLƏR XƏBƏRDARLIQ EDİR
ABŞ-ın Devis Universitetindən olan alimlər mikroplastiklərin sağlamlığa ciddi zərər verdiyini aşkar edib. Amerika Qidalanma Cəmiyyətinin (ANS) Orlando şəhərində keçirilən konfransında təqdim olunan araşdırmaya əsasən, qida və içkilərdəki nanoplastik hissəciklər maddələr mübadiləsini pozur və qaraciyərdə zədələnmələrə səbəb olur.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, insanın gündəlik qəbuluna uyğun miqdarda polistirol nanohissəcikləri qəbul edən heyvanlarda şəkərli diabet əlamətləri və qaraciyər toksik zədələnməsi müşahidə olunub. Nanoplastiklərin bağırsaq baryerinin keçiriciliyini artırdığı və toksinlərin qan dövranına keçməsini asanlaşdırdığı da müəyyən edilib. Bu isə, az miqdarda plastik hissəciklərin belə ciddi sağlamlıq problemləri yaratdığını göstərir.
Alimlər xəbərdarlıq edirlər ki, hazırkı təmizləmə üsulları nanoplastikləri aradan qaldırmaqda təsirsizdir. Gələcək araşdırmalar mikroplastiklərin uzunmüddətli təsirlərini öyrənməyə və qorunma yollarını tapmağa yönələcək.

Karbon qazını udan dina


AVROPALI ALİMLƏRDƏN İNQİLABİ TEXNOLOGİYA
Avropanın 4 ölkəsindən alimlər binaların fasadlarına tətbiq olunacaq xüsusi “canlı döymə” texnologiyası üzərində işləyir. Bu texnologiya sayəsində fasadlara mikroorqanizmlərlə zəngin bioplyonkalar çəkiləcək ki, onlar karbon qazını udacaq, binaları qoruyacaq və qaranlıqda işıq saçacaq.
Sistem 2 təbəqədən ibarət olacaq: əvvəlcə fasada xüsusi pigmentlərlə naxış çəkilir, daha sonra həmin sahələrə mikroorqanizmlərdən ibarət bioplyonka tətbiq olunur. Bu bioloji örtük fotosintez qabiliyyətinə malik olacaq, ətraf mühitin bioloji üsullarla təmizlənməsinə kömək edəcək və zədələnmiş səthləri öz-özünə bərpa edə biləcək. Layihə çərçivəsində bioloji mürəkkəbi səthə dəqiq şəkildə səpələyən xüsusi çap texnologiyası hazırlanır.
İstifadə olunacaq mikroorqanizmlərin növləri hələ açıqlanmasa da, alimlər davamlı və çətin şəraitlərə tab gətirən növlərə üstünlük verir. Layihənin əsas mərhələlərinin yaxın 4 il ərzində tamamlanacağı gözlənilir.

Yuxuları yazmaq və göstərmək üçün yeni eksperiment

 

GƏLƏCƏYİN TEXNOLOGİYASI 

Elm adamları insan yuxularını yazmaq və yenidən göstərmək üçün texnologiya üzərində işləyirlər.

İnnovativ mühəndislər və neyroalimlər insan beyninin fəaliyyəti əsasında yuxuları yazmaq və yenidən canlandırmaq üçün yeni eksperimental cihazlar hazırlayır. Bu texnologiyalar elektroensefaloqrafiya və funksional maqnit-rezonans tomoqrafiyası kimi qabaqcıl beyin monitorinqi üsullarından istifadə edərək, yuxu zamanı baş verən neyroaktivliyi qeydə alır.

Qeyd edək ki, toplanmış məlumatlar süni intellekt alqoritmləri vasitəsilə təhlil olunur. Məqsəd — beyindəki fəaliyyətə əsaslanaraq yuxuların vizual elementlərini təkrar qurmaqdır. Bu sistemlər erkən inkişaf mərhələsində olsa da, bəzi elmi tədqiqatlar artıq insanların yuxuda gördüyü və ya oyaq halda xəyal etdiyi səhnələrə uyğun təsvirlər təqdim etməyə nail olub.

Turş albalının sağlamlıq üçün faydaları


FAKT, YOXSA MİF?
Son illərdə turş albalı, xüsusilə Montmorency növü, sağlamlığa müsbət təsirləri ilə bağlı elmi dairələrdə maraq doğurur. Tədqiqatlar göstərir ki, turş albalı güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki antosianin, melatonin və flavonoidlər sayəsində bu meyvə bədənin bərpa prosesini sürətləndirə, əzələ ağrılarını azalda və yuxu keyfiyyətini yaxşılaşdırır.
Bəzi klinik araşdırmalar albalı konsentratının fiziki məşqlərdən sonra bərpa prosesini sürətləndirdiyini, yuxunu dərinləşdirdiyini və arterial təzyiqi aşağı saldığını ortaya qoyub. Həmçinin, ürək-damar və metabolik sağlamlığa potensial təsirləri də qeyd olunur.
Ümumilikdə, turş albalı əlavə olaraq istifadə edildikdə sağlamlıq üçün təbii və təhlükəsiz dəstək hesab olunur. Lakin daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var ki, bu meyvənin faydaları və optimal dozası tam təsdiqlənsin.

Kola və kartof qızartması miqreni azaldır?

“McMİGRAİN” POPULYARLIĞI ƏSASLIDIRMI?

Böyük Britaniyada 10 milyondan çox insanın əziyyət çəkdiyi migren xəstəliyinə qarşı sosial şəbəkələrdə yeni "McMigraine" adlı üsul viral hal alıb. İddialara görə, qazlı kola və duzlu kartof qızartması migren tutmalarını yüngülləşdir. TikTok-da yüzlərlə istifadəçi bu kombinasiyanın faydasını gördüyünü bildirib.
Ancaq mütəxəssislər bu üsula ehtiyatla yanaşmağı tövsiyə edir. Migraine Trust fondunun nümayəndəsi, həkim Key Kennis bildirib ki, koladakı kofein bəzən sinir sisteminə müsbət təsir göstərərək migreni azalda bilər, lakin bu təsir hər kəsdə eyni olmur. Üstəlik, kofeinin həddindən artıq istifadəsi migreni daha da şiddətləndirə bilər. Bəzi insanlar isə kartof qızartmasındakı duzun kömək etdiyini iddia edir, amma alimlər bu təsirin elmi sübutlarla təsdiqlənmədiyini bildirib. Bundan əlavə, fastfud qidaların tərkibində migrenə təsir edən tiramin maddəsi də ola bilər.
Nəticə olaraq, bu “McMigraine” üsulu bəzi insanlara müvəqqəti rahatlıq versə də, onu müalicə kimi qəbul etmək risklidir. Həkimlər migrenin ciddi nevroloji xəstəlik olduğunu vurğulayaraq, hər hansı qeyri-adi üsulu sınamadan əvvəl tibbi məsləhət alınmasını tövsiyə edir.

Arı pətəkləri ilə qeyri-adi müalicə


YENİ SAĞLAMLIQ XİDMƏTİ
Arı pətəklərinin havası ilə müalicəyə başlanılıb.
Türkiyənin Egey dənizi sahillərində qeyri-adi sağlamlıq xidməti istifadəyə verilib — arı pətəklərinin havasıyla nəfəs alma yolu ilə aparılan apiterapiya. Təşkilatçıların sözlərinə görə, bu üsul miqren, allergiya kimi problemlərlə mübarizədə və ümumi sağlamlığın yaxşılaşdırılmasında kömək edir, xüsusilə də ənənəvi müalicə ilə birlikdə tətbiq edildikdə. Qonaqlar birbaşa arı təsərrüfatında yerləşən rahat taxta evlərdə yerləşdirilir. Seanslar gündə 3 saat davam edir və 45 dəqiqəlik intervallara bölünür. Hər 15 dəqiqədən bir pətək dəyişdirilir. Hər pətəyin özünəməxsus arı qoxusu və mikroflorası olur.
Qeyd edək ki, terapiya zamanı arılarla birbaşa təmas olmur — onlar xüsusi divar arxasındadır. Pətəklər xüsusi filtrlərlə təchiz olunub və bu filtrlər yalnız pətəkdən gələn zəngin hava axınını buraxır, arıların özünü isə kənarda saxlayır.
Türkiyə rəsmiləri bu müalicə üsulunun sadəcə marketinq olmadığını, alternativ tibbin ciddi bir hissəsi olduğunu bildirirlər.

Ölkədə güclü maqnit qasırğası olacaq


NƏYƏ DİQQƏT ETMƏLİYİK?
Meteoroloqların fikrincə, iyun ayında Günəşdə çoxsaylı maqnit qasırğaları olacaq. Bu qasırğalar ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq. Ölkəmizdə güclü maqnit qasırğası: 18-21 iyun tarixlərində olacaq.
Maqnit qasırğalarının təsirini minimuma endirmək üçün yuxu rejiminə riayət etmək gərəkdir. Adekvat istirahət bədənə stresin öhdəsindən gəlməyə kömək edəcək; Daha çox su içmək: Bu maddələr mübadiləsini normallaşdırmağa kömək edəcək; Stresi məhdudlaşdırmaq: Həddindən artıq emosional yükdən qaçmaq vacibdir; Spirt və kofeindən imtina etmək: Onlar baş ağrılarını və təzyiqi artıra bilər; Təmiz havada daha çox gəzmək: Fiziki fəaliyyət həm də emosional vəziyyəti sabitləşdirməyə kömək edir.

Səhər tezdən oyananlar daha xoşbəxt olur

 YENİ ARAŞDIRMA

Səhər saat yeddidən əvvəl oyananlar, gecələr gec yatıb, günorta oynanlara nisbətən daha yüksək əhvalda və enerjili olur. 

“Biss və Hasher” tərəfindən gənclər və yaşlılar arasında aparılan tədqiqatda, səhər tezdən oyananların gün ərzində müsbət emosiyalar yaşama ehtimalının əhəmiyyətli dərəcədə daha çox olduğunu göstərib. 

Erkən oyananlar məşq edir, əhval pozğunluqlarından daha az əziyyət çəkir və ürək-damar xəstəlikləri riski daha azdır, gec duranlar isə daha çox oturaq, passivdirlər. Onların əksəriyyəti depressiyadan əziyyət çəkir və erkən yaşda diabet xəstəsinə çevrilir.

Qadın sonsuzluğunda qlobal artım


30 YAŞLI QADINLARDA
Yeni genişmiqyaslı təhlil göstərir ki, qadın sonsuzluğunun yükü son üç onillikdə kəskin şəkildə artıb, yaşa görə standartlaşdırılmış göstəricilər artıb və 30 yaşlarında olan qadınlar bütün dünyada ən böyük risk altındadır.
“Scientific Reports” jurnalında dərc olunmuş son məqalədə tədqiqatçılar 1990-2021-ci illər arasında sosiodemoqrafik səviyyələr, regionlar və yaşlar üzrə yayılma dəyişikliklərini təhlil edərək və gələcək illər üçün proqnozlar verməklə qadın sonsuzluğundakı qlobal tendensiyaları qiymətləndiriblər.
Tədqiqatın nəticələri göstərir ki, 2021-ci ildə 110 milyondan çox qadın qadın sonsuzluğundan əziyyət çəkir ki, bu da 1990-cı ildən bu yana 84% artım deməkdir. Üstəlik, 35-39 yaş arası qadınlar daha çox bu xəstəlikdən əziyyət çəkirlər.
Təhlil Sosial-Demoqrafik İndeksin (SDI) beş kateqoriyasında qruplaşdırılan 204 ölkə və ərazini əhatə edib.

Dəniz sahilində yaşamaq ömrü uzadır


YENİ TƏDQİQAT
Dəniz sahilində yaşamaq ömrü uzadır. “Environmental Research” jurnalında dərc olunan tədqiqatda amerikalı alimlər sahil və daxili su hövzələrinin insan ömrünə təsirini araşdırıb. 66 000-dən çox bölgəni əhatə edən araşdırma 15 il aparılıb.
Nəticələrə görə, dəniz sahilinə yaxın ərazilərdə yaşamaq ömrü orta hesabla 0,32% artırır, daxili su hövzələrinin yaxınlığında isə 0,14% azaldır. Maraqlıdır ki, daxili su hövzələrinin təsiri şəhər və kənd ərazilərində fərqli olub. Sahil əraziləri daha təmiz hava, xoş iqlimlə seçildiyi halda, daxili su hövzələri əsasən isti, çirklənmiş və daşqın riskli şəhərlərə mənfi təsir göstərir.
Tədqiqat müəllifləri qeyd edir ki, su ilə bağlı ərazilərin insan sağlamlığına təsiri hər yerdə eyni deyil – şəhərdə və kənddə, sahildə və daxildə fərqli təsirlər göstərir. Ona görə də şəhərsalma və ictimai səhiyyə rəsmiləri bu fərqləri nəzərə almalıdır.

Alimlər qara kələmi daha faydalı edib

YENİ TƏDQİQAT
Qara kələm, fermentasiya olunduqda, yəni təbii mikroblar vasitəsilə mayalandıqda daha faydalıdır. “Food Science and Technology” jurnalında dərc olunan yeni araşdırmada alimlər qara kələmin nəzarət olunmuş fermentasiya ilə qida dəyərinin və sağlamlığa olan faydalarının artırıla biləcəyini sübut edib.
İtaliyada aparılan tədqiqat zamanı qara kələm xüsusi seçilmiş bakteriya (Lactiplantibacillus plantarum) və maya göbələkləri (Saccharomyces cerevisiae) ilə fermentasiya olunub. Nəticədə antioksidant aktivlik və polifenol tərkibi artıb, qısa zəncirli yağ turşuları və sinir sisteminə təsir edən maddə səviyyəsi yüksəlib, acılıq azalıb, şirin dad isə artıb, bağırsaq üçün faydalı bakteriyaların artımına şərait yaranıb. Xüsusilə maya ilə fermentasiya olunan nümunələr ən yüksək antioksidant və dad keyfiyyətlərini göstərib. Həm bakteriya, həm də maya ilə fermentasiya olunmuş nümunələr təhlükəsiz hesab olunub və zərərli mikroblar aşkar edilməyib.
Araşdırma nəticəsində fermentasiya olunmuş qara kələmin həm dad, həm də sağlamlıq baxımından zəngin məhsula çevrildiyi və bu üsulun davamlı qida istehsalında böyük potensiala sahib olduğu vurğulanır. Hazırda bu metodun sənaye miqyasında tətbiqi və insan sağlamlığına təsiri ilə bağlı klinik sınaqlar planlaşdırılır.

Yay aylarında susuzluq yatıran içkilər açıqlanıb


MÜTƏXƏSSİS AÇIQLAYIR
Rusiyalı kulinariya tarixçisi və brend-şef Anton Prokofyev yayda susuzluğu ən yaxşı aradan qaldıran içkilər barədə açıqlama verib. Onun sözlərinə görə, isti havalarda yaşıl çay, kvas və sitrus meyvələrindən hazırlanmış sulara üstübnlük verilməlidir.
Prokofyev bildirib ki, soyuq içkilər yayda orqanizm üçün daha əlverişlidir:
“Ən yaxşı seçimlərdən biri ‘lemon ice tea’ – yəni limonlu soyuq çaydır. Bundan əlavə, yayda müxtəlif soyuq qəhvə kokteylləri də faydalıdır. Kvas isə həm sərinlədir, həm də susuzluğu yaxşı yatırır. Ancaq şirin qazlı içkilər həm susuzluğa çarə deyil, həm də sağlamlıq üçün zərərlidir.”, deyə mütəxəssis qeyd edib.

Psixi xəstələr virtual palatalarda müalicə olunur

TİBBDƏ YENİ TƏCRÜBƏ

İngiltərədə NHS xəstəxanası xəstəni virtual olaraq izləyərkən antipsikotik dərmanlarla müalicə edən ilk qurum olduğunu bəyan edib.
həkimləri 24 saat xəstənin vəziyyətini nəzarətdə saxlayır.
"Əgər bu ilkin layihə uğurla davam edərsə, daha çox pasient online izləmə sisteminə daxil olunacaq və ehtiyac duyduqları yardım və dəstəyi ala biləcək" deyə mütəxəssislər açıqlayıb.
Virtual palatada kameralardan əlavə, geyilə bilən cihazlar kimi texnologiyalardan istifadə edir.
“Sağlamlıq Fondu”xeyriyyə təşkilatının açıqlamasında isə virtual palataların texnologiya ilə təchiz edilməyən ərazilərdə əlçatlığının təmin edilməsinin çətinliyini vurğulyaıb. Bundan əlavə bu cür palataların adilərindən iki dəfə daha baha olduğuna diqqət çəkib.

Acı yeməklər iştahanı azaldır


ARAŞDIRMA
Acı yeməklər iştahanı azaldır və çox yeməyin qarşısını alır.
Pensi¬l¬vaniya Ştat Universitetinin alimləri yeməklərin acılıq səviyyəsinin artırılmasının artıq yemək vərdişini azaltmaqda faydalı olduğunu bildirib. Tədqiqatda 130 nəfər iştirak edib, onlara acı və neytral yeməklər təqdim olunub. Təcrübə zamanı iştirakçılar videomüşahidə altında olub. Alimlər yalnız nə qədər yemək yeyildiyini deyil, həm də yemə sürətini, içilən suyun miqdarını və digər göstəriciləri qeydə alıb.
Nəticələr göstərib ki, acı yeməkləri yeyənlər daha az qidalanır və ümumi qəbul edilən qida və kalori miqdarı azalır, lakin doyma hissi və dad zövqü dəyişmir. Su içmə miqdarında isə heç bir fərq olmayıb. Alimlər bildirib ki, acı qidalar - yemək sürətini azaldaraq doyma mexanizmlərini aktivləşdirir. Həmçinin, çili bibərindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və iştahanı azalda bilər.

Birdəfəlik vape qadağasına 4 gün qaldı


ALUDƏÇİ: “40 ƏDƏD ALMIŞAM”

Vape aludəçiləri qadağa qüvvədəyə minmədən çoxsayda birdəfəlik buxarlı siqaret alır. İngiltərədə iyunun 1-dən etibarən bu cihazların satışı və alışı qeyri-qanuni olacaq. Yalnız təkrar istifadə edilə bilən, doldurulan cihazlar hələ ki, qanuni sayılacaq.
Hökumət birdəfəlik siqaretlərin təbiətə və ölkə iqtisadiyytına zərər vurduğunu əsas gətirərək bu qanunu qəbul edib.
Bundan əlavə, “vape” siqaretə daha sağlam alternativ hesab edilsə də, birdəfəlik olanlar meyvəli dadı, ucuz qiyməti ilə uşaqları və gəncləri cəlb edir, deyə rəsmilər açıqlayır.
Vape Club-ın sifarişi ilə keçirilən Censuswide sorğusu Böyük Britaniyada 2000 vaperdən gələn ay qadağanın tətbiqindən sonra vərdişlərinin necə dəyişəcəyini soruşub.
49%-i digər növ təkrar doldurulan cihazlara keçmək niyyətində olduqlarını, 16%-i isə siqareti tərgitməyi planladığını, 11% ehtiyat yığacaqlarını – veyplərin qanuni olaraq satıldığı ölkələrdən mal alıb gətirəcəyini, 18% isə siqaret çəkməyə qayıdacaqlarını deyib.

Pizzanın ətri stresi azaldır


ELMİ ARAŞDIRMA
Yeni elmi araşdırmalara görə, pizzanın ətri insanın emosional vəziyyətinə müsbət təsir göstərir.
Şərqi Ingiltərə Universitetinin alimləri müəyyən ediblər ki, təzə bişmiş pizzanın ətri insanlarda stressi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır.
Tədqiqat zamanı iştirakçıların ürək döyüntüsü, dərinin elektrik keçiriciliyi kimi biometrik göstəriciləri ölçülüb. Məlum olub ki, isti, pendirli pizzanın ətrinə məruz qalmaq insanlarda sakitləşdirici fizioloji reaksiya yaradır. Alimlər bildirir ki, bu təsir sadəcə aclıq hissindən irəli gəlmir — tanış və rahatlaşdırıcı qoxular insanın emosional vəziyyətinə birbaşa təsir göstərir. Bu isə bizim beynimizin emosiyalar və yaddaşla əlaqəli hissəsi olan limbik sistemlə əlaqəlidir. Həmçinin, qoxu, beyində serotonin və dopamin kimi “xoşbəxtlik hormonları”nın ifrazını stimullaşdırır.
Qeyd edək ki, pizza, yüksək kalori və yağ tərkibinə görə tez-tez istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də, pizzanı vaxtaşırı istehlak etmək məsləhət görülür.

Uzunömürlülüyün gözlənilməz amili açıqlandı

QAYĞI, ÜNSİYYƏT, SEVGİ
ABŞ-li psixiatr Robert Valdinqer elmi araşdırmalar nəticəsində aşkarlanan uzunömürlülüyün gözlənilməz amilindən danışıb.
Valdinqer bildirib ki, uzunömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır.
Həkimin sözlərinə görə, uzunömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək faydalıdır.
"Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq mümkündür", - deyə Robert Valdinqer vurğulayıb.

Çiyələyi sirkə, soda ilə yumayın


MÜTƏXƏSSİS XƏBƏRDARLIĞI

Mösümündən əvvəl yetişən çiyələklərdə pestisidlər və antibiotiklər var. Mütəxəssislər bütün meyvələri zamanında istehlak etməyin tərəfdarıdır. Çiyələk “askaridoz, trixuriyaz, toksokarioz, strontiloidoz” kimi infeksiyalara yoluxdura bilər.
Buna görə də, giləmeyvə yeməzdən əvvəl onu axar suyun altında bir neçə dəfə yumaq vacibdir.
Son zamanlar sosial şəbəkələrdə meyvənin sirkə, soda ilə və yaxud digər qabyuyan vasitələrlə yuyulması tövsiyyə edildiyi videolar izləyirik. Ancaq bu doğru hal deyil. Bu barədə rusiyalı tibb elmləri namizədi, pediatr-neanotoloq Anna Levadnaya danışıb. O, bildirib ki, giləmeyvə, meyvə və tərəvəzləri, hətta öz bağınızdan da toplamış olsanız belə, bir neçə dəfə yumaq vacibdir.
Soda, sirkə və digər məhsulları məsaməli giləmeyvələrdən yumaq, çox çətindir, bu isə yalnız dada deyil, qəbul edəcəyiniz orqanizm üçün faydalı vitaminlərin də tərkibinə təsir edir, deyə mütəxəssis bildirib.

Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.

 


Kron Xəstəliyi Nədir?
Kron xəstəliyi həzm sisteminin istənilən hissəsində – ağızdan anal nahiyəyə qədər – xroniki iltihabla müşayiət olunan İltihabi Bağırsaq Xəstəliyidir (İBX). Ən çox nazik bağırsağın son hissəsi (ileum) və qalın bağırsaq zədələnir. Xəstəlik remissiya və kəskinləşmə dövrləri ilə keçə bilər. Kron xəstəliyi ilk dəfə 1932-ci ildə həkim Burrill B. Crohn tərəfindən aşkar olunub.

Səbəbləri və Risk Faktorları
Kron xəstəliyinin konkret səbəbi məlum deyil, lakin aşağıdakı faktorlar risk yaradır:
• İmmun sistem: Bədən normal bakteriyalara qarşı həddindən artıq reaksiya verir.
• Genetik meyl: Xəstələrin təxminən 20%-nin ailə üzvlərində də bu xəstəlik olur.
• Siqaret çəkmək: Xəstəliyin gedişini ağırlaşdırır.
• Stres və bəzi dərmanlar: Qeyri-steroid iltihabəleyhinə dərmanlar, antibiotiklər və qeyri-sağlam qidalanma riski artırır.
• Yaş: Ən çox 15–35 yaş arasında başlayır.

Əlamətləri
Kron xəstəliyinin simptomları iltihabın yerindən asılı olaraq dəyişir, lakin ümumi əlamətlər bunlardır:
• Davamlı və bəzən qanlı ishal
• Qarın ağrısı və sancı
• İştahsızlıq və çəki itkisi
• Ağızda yaralar
• Yorğunluq və halsızlıq
• Dəri və göz iltihabı, artrit
• Uşaqlarda inkişaf geriliyi

Diaqnostika
Tək bir testlə diaqnoz qoyulmur. Ən çox istifadə olunan üsullar:
• Qan analizləri – iltihab və anemiya göstəriciləri
• Nəcis testləri – kalprotektin və digər markerlərlə iltihab dərəcəsi müəyyən edilir.
• Endoskopiya (kolonoskopiya) – birbaşa müşahidə və biopsiya
• Görüntüləmə – KT və MRT enteroqrafiya ilə daralma, fistula və s. aşkar edilir.

Qidalanma
Kron xəstələri üçün fərdi pəhriz vacibdir. Ümumi olaraq tövsiyə edilmir:
• Yüksək lifli və çiy tərəvəzlər
• Qızardılmış, yağlı və fast-food qidalar
• Süd və laktozalı məhsullar (əgər laktoz dözümsüzlüyü varsa)
• Kafein və alkoqol
• Şirin və qazlı içkilər
• Qoz-fındıq, paxlalılar və toxumlar
Az-az və tez-tez, yaxşı çeynənmiş, sadə tərkibli yeməklər tövsiyə olunur. Fərdi pəhriz dietoloqla hazırlanmalıdır.

Müalicə
Kron xəstəliyinin tam müalicəsi yoxdur, lakin simptomları nəzarətdə saxlamaq mümkündür:
• Dərmanlar: Kortikosteroidlər, immunosupressantlar, bioloji preparatlar
• Simptomatik dəstək: Anti-diareya, dəmir və vitamin əlavələri
• Qidalanma dəstəyi: Lazım olduqda enteral (boru ilə) qidalanma
• Cərrahiyyə: Daralma, fistula və ya abses olduqda tətbiq edilir
• İnteqrativ tibbi yanaşma: Klassik və alternativ metodların birgə tətbiqi xəstənin həyat keyfiyyətini artırır
• Həyat tərzi: Siqaretdən imtina, stresin idarəsi, nizamlı və sağlam qidalanma
• Psixoloji dəstək: Stresin və depressiyanın idarə olunması üçün psixoloqun dəstəyi

Tez-tez Verilən Suallar
Kron xəstəliyi genetikdirmi?
Genetik meyl var, lakin tək səbəb deyil.
Tam müalicəsi varmı?
Xeyr, lakin uzunmüddətli remissiya mümkündür.
Yoluxucudurmu?
Xeyr, infeksion deyil.
Xoralı kolitlə fərqi nədir?
Kron bütün həzm traktını, xoralı kolit yalnız qalın bağırsağı zədələyir.
Hamiləlikdə problem yaradırmı?
Aktiv dövrdə bəzi risklər olsa da, remissiya zamanı normal hamiləlik mümkündür.
Stres təsir edirmi?
Birbaşa səbəb olmasa da, simptomları şiddətləndirə bilər.
Ağrı harada olur?
Ən çox sağ aşağı qarın hissəsində.
Nəzarət necə olmalıdır?
Müntəzəm analizlər, kolonoskopiya və həkim nəzarəti vacibdir.
Həmişə ağır keçir?
Xeyr, bəzi hallarda yüngül simptomlarla gedə bilər.
Nə zaman şübhələnmək lazımdır?
Uzunmüddətli ishal, qarın ağrısı, çəki itkisi, qanlı nəcis hallarında dərhal həkimə müraciət edilməlidir.

Parkinson xəstəliyini saniyələr içində diaqnoz edir


SÜNİ İNTELLEKT TİBBDƏ
Hazırlanmış yeni süni intellekt proqramı Parkinson xəstəliyinin diaqnozunu bir neçə saniyə içərisində təsbt edir.
Florida Universitetindən olan alim süni intellektə əsaslanan yeni texnologiya – VisionMD proqramını təqdim edib. Bu proqram Parkinson xəstəliyi də daxil olmaqla, müxtəlif motor pozuntularını video görüntülər vasitəsilə avtomatik təhlil etməyə imkan verir. Proqramın müəllifi, doktor Dieqo Quarin bildirir ki, VisionMD aləti xəstənin hərəkətlərindəki incə dəyişiklikləri izləyərək, obyektiv və dəqiq diaqnostika imkanı yaradır. Beləliklə, həkimlərin subyektiv müşahidələrinə ehtiyac azalır.
Qeyd edək ki, VisionMD artıq Almaniya, İspaniya və İtaliya klinikalarında tətbiq olunur. Tətbiq həmçinin elmi-tədqiqat və tibbi müəssisələrdə geniş istifadə olunmağa başlanıb. Alimlər gələcəkdə proqramın funksiyalarını daha da genişləndirərək nevroloji praktikada istifadə edilən əlavə motor testlərini də sistemə daxil etməyi planlaşdırır.

Subcategories