MƏHKƏMƏNİN QƏRARI ONU ŞOKA SALDI
Amerikalı cərrah Riçard Batista iki uğursuz transplantasiyadan sonra bir böyrəyini həyat yoldaşı Donnelə bağışlayıb. Bir neçə il həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət etdikdə, Batista böyrəyinin qaytarılmasını və ya 1,5 milyon dollar təzminat tələb edib.
Hakim isə vəsatəti rədd edib, çünki qanunla transplantasiya edilmiş orqan hədiyyə sayılır və bütövlükdə onu alan şəxsə məxsusdur. Tibbi etika mütəxəssisləri orqanların pul və ya qiymətli əşyalarla dəyişdirilməsinin qanunsuz olduğunu və Batistanın tələbinin həm qanunsuz, həm də tibbi baxımdan qeyri-mümkün olduğunu vurğulayıblar.
Bu iş boşanma prosesində qəribə mübahisələrin necə yarana biləcəyinin məşhur nümunəsi olub.
Saglamolun.Az