ƏMƏLİYYATDAN SONRA MUSİQİ DİNLƏMƏK AĞRINI AZALDIR

ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANIB

Əməliyyatdan sonra musiqi dinləmək ağrı və narahatlığ hissini azaldır.

Kaliforniya Dövlət Universiteti Tibb Kollecinin tədqiqatçıları musiqi və onun insanların əməliyyatdan sonra sağalmasında rolu ilə bağlı 35 tədqiqatın təhlili göstərib ki,

musiqi dinləyən xəstələr, dinləməyənlərlə müqayisədə əməliyyatdan sonrakı ilk gündə daha az ağrı olduğu bildirilib. Nəticədə isə bu üsul, 19% ağrıları,

3 % narahatlığı və hətta ürək ritmini əhəmiyyətli dərəcədə azaldaraq, sağalmağa kömək edir.

Tədqiqatçılar hesab edir ki, musiqinin sakitləşdirici təsiri cərrahi sağalmanı yaxşılaşdırmaq üçün sadə və qənaətcil bir yoldur.

TÜND ŞOKOLAD ŞƏKƏR XƏSTƏLİYİNİN QARŞISINI ALIR?

MARAQLI İDDİA

Harvard Universitetinin alimləri müəyyən edib ki, müntəzəm olaraq az miqdarda tünd şokolad yeyən insanların 2-ci tip şəkər xəstəliyinə tutulma 21% daha azdır. Söhbət gündə təxminən 28 qram tünd şokolad istehlak etməkdən gedir.

Tədqiqatda 192.000 insanın məlumatları araşdırılıb.

Harvard Xalq Sağlamlığı Məktəbinin dosenti, tədqiqat müəllifi professor Qi Song bildirib ki,  nəticələr alimləri də təəccübləndirib. Lakin tünd şokoladın faydasına baxmayaraq, onu normadan artıq istifadə etməyin fəsadları da ola bilər.

 

“KİMYATERAPİYAYA C+ VİTAMİNİ ƏLAVƏ ETMƏK XƏSTƏLƏRİN ÖMRÜNÜ 2 AY  UZATDI”

YENİ ARAŞDIRMANIN NÖVBƏTİ SINAQLARI BİTİB

 

Randomizə olunmuş 2-ci faza klinik sınaqdan əldə edilən nəticələr göstərir ki, kImyaterapiyaya yüksək dozada venadaxili (IV) C+ vitamininin əlavə edilməsi inkişaf etmiş metastatik mədəaltı vəzi xərçəngi olan xəstələrin ümumi sağ qalma müddətini 8 aydan 16 aya qədər ikiqat artırır.

“Bu, xəstələr üçün çox pis nəticələr verən ölümcül bir xəstəlikdir. Orta sağ qalma müddəti müalicə ilə səkkiz aydır, yəqin ki, müalicəsiz daha azdır və beş illik sağ qalma nisbəti cüzidir” deyə Ayova Universitetinin cərrahiyyə və radiasiya onkologiyası professor,bu tədqiqatın aparıcı mütəxəssisi Joe Cullen bildirib.

“Tədqiqata başlayanda 12 aylıq sağ qalmağı bacarsaq, bunun uğurlu olacağını düşündük, lakin ümumi sağ qalma müddətini iki dəfə artıraraq 16 aya çatdırdıq. Nəticələr bu terapiyanın sağ qalma faydalarını göstərmək üçün o qədər inandırıcı idi ki, biz tədqiqatı erkən dayandıra bildik”.

"Vitamin C-nin əlavə edilməsi, təkcə ömrü uzatmır, həm də xəstələr müalicə ilə daha özlərini daha yaxşı hiss edir” deyə Cullen əlavə edib.

BENƏLXALQ İDMAN TƏBABƏTİ VƏ REABİLİTASİYA KONFRANSI KEÇİRİLİB

Dekabrın 5-də Avropa otelində Beynəlxalq İdman Təbabəti və Reablitasiya konfransı keçirilib. 

                                                                                                                                                                                                                                                                           Konfransın təşkilatçılığı isə İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi və Milli Onkologiya Mərkəzinə həvalə olunmuşdu.
Beynəlxalq tədbirin digər təşkilati dəstəkçilər isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Afgen Genetik Diaqnoz Mərkəzi və “Planeta” Apteklər şəbəkəsi idi.
Konfransın açılışını   terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.

Beynəlxalq konfransın nəzəri hissəsinin  spikeri  idman həkimi Avropa Olimpiya Komitəsi tibbi və antidopinq komissiyasının üzvü, LitvaTibbi İdman Fedresiyasının və Litva Manual Tibb Cəmiyyətinin üzvü Dalius Barkauskas idi. 1990-cı illərdən başlayaraq tibbi idman  sahəsində böyük təcrübə toplamış D. Barkauskas həm də Litvanın Kaunas şəhərindəki ixtisaslaşmış tibb mərkəzlərindən birinin peşəkar həkimidir.
Spiker haqqında digər bir maraqlı məlumat da ondan ibarətdir ki, o, Avropa İdman həkimləri və Müalicəvi Bədən Tərbiyəsi həkimləri Kollecinin həmtəsisçisidir.
Konfransda Almaniya, Polşa, Moldova, Litva və Özbəkistan   respublikalarından  dəvət olunmuş qonaqlardan əlavə Azərbaycanın müxtəlif klinika və reablitasiya mərkəzlərində çalışan 200-dən çox yerli həkim də iştirak edirdi.  
Xarici spikerin “ Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə biotənzimləyici yanaşma.İdmanda çiyin, boyun və bel zədələri”  mövzusundakı çıxışı iştirakçların marağına səbəb olduğundan tədbirin müəyyən hissəsi sual-cavaba həsr olunmuşdu.
Canlı mühazirədən başqa Almaniyadan 4  həkim- Almaniyanın Baden-Baden  şəhərindəki HEEL şirkətinin tibb mütəxəssisi, Fiziologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə professor, doktor Devid Leşayd, Almaniya Olimpiya və Almaniya Milli xizək komandalarının  idman həkimi, cərrahiyyə. İdman və təcili yardım üzrə ixtasaslaşmış praktik həkim  Ştefan Pexer konfransa onlayn qoşularaq mövzularda çıxış ediblər. 
Travmatologiya, ortopediya, idman təbabəti, fizioterapiya və naturopatiya üzrə ixtisaslaşmış doktor, Almaniya qış idman növləri üzrə milli komandanın, eyni zamanda Almaniya Olimpiya komandasının  həkimi Kristian Şnayder və  Almaniya Milli Futbol komandasının  idman həkimi, ortopediya və idman təbabəti üzrə ixtisaslaşmış  doktor Hans Vilhelm Müller  də konfransın onlayn  çıxışçılarından idilər.
Xarici həkimlərin “ İltihabın həlli terapevtik hədəf kimi” ,“ İdman təbabətində biotənzimləyici yanaşma.Müalicə sənəti”,  “Peşəkar idmandan gündəlik  təcrübəyə qədər” və s. mövzulardakı çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanaraq geniş müzakirəyə səbəb olub.                                                                                                                                                                                                                                

MAQNİT NANO-ROBOTLAR XƏRÇƏNG ŞİŞLƏRİNİ TƏMİZLƏYƏCƏK

GƏLƏCƏYİN TİBBİ ƏMƏLİYYATSIZ OLACAQ?

İynə ilə bədənə yeridiləcək həcmi çox kiçik olan maqnit nano-robotlar hazırlanıb.

10 ildən çoxdur Çində yaşayan rusiyalı bloger Maksim Sotnikov Şençjen şəhərindəki labaratoriyada olub və bu texnologiya ilə izləyicilərini tanış edib.

Çəkilişə əvvəl icazə vermək istəmirdilər, amma mən onları razı saldım deyə, bloger paylaşdığı videoda vurğulayıb.

Bu gələcəyin tibbidir və artıq hər hansı bir damarı, şişi əməliyyat etmək üçün kəsiyə, qana ehtiyac olmayacaq.

Sadəcə kiçik həcmli mikro-nano maqnit robotlar inyeksiya ilə bədənə veriləcək və lazım olan hissəyə doğru kənardan idarə edilib təmizlənməli nahiyəyə gətiriləcək, deyə bloger izah edib.

Kiçik maqnit robotlar beyin qanamasını, şişlərini və tromblarını müalicə etmək üçün də istifadə olunacaq.

Donuzlar üzərində aparılan təcrübələr uğurla nəticələnib.

Bu texnologiya yalnız Çində deyil Şotlandiyada təcrübə keçir.

Təxminən 300 nanometr diametrli maqnit nanorobotlar dünyada təxminən 500.000 ölümə səbəb olan beyin anevrizmalarının dəqiq,

nisbətən aşağı riskli müalicəsini təmin edə bilər, deyə Şotlandiyanın Edenburq Universitetinin alimi Dr. Qi Zhou yazır.

Tədqiqatçılar deyirlər ki, onların yeni texnologiyası bədənin implantasiya edilmiş materialları rədd etməsi riskini azalda bilər və qanaxma və

mədə problemlərinə səbəb ola biləcək anti-laxtalanma dərmanlarından asılılığı məhdudlaşdıra bilər.

Small jurnalında dərc olunan araşdırmada  isə Böyük Britaniya və Çindən olan bir qrup alim isə bu texnologiyanın həmçinin insultun müalicəsində də mümkün olacağını bildirib.

İNSULT NİYƏ “CAVAN”LAŞIB?

“SUSAYAN ÖVLADLARINIZA ÇAY, ŞİRƏ YOX, SU VERİN!”

 

Son illərdə bütün dünyada yeniyetmələrdə işemek insult halları kəskin şəkildə artıb. Bu barədə rusiyalı neyropsixoloq, t.ü.f.d. Elena Şevtsova xəbər verib. O, qeyd edib ki, hazırda əksər ölkələrdə insult cavanlaşıb.  

18 yaşa qədər uşaqlarda tromb xəstəliklərinin səbəbi isə zərərli qidalardır. Valideynlərin azyaşlılara müxtəliv şirin içkiləri, energetik içkiləri qadağan etməlidir, deyə mütəxəssis vurğulayıb. 

Əksər işemik insultla müraciət edən uşaqlarda qan laxtalanması, qlükoza artımı müşahidə olunur. Bu kütləvi insultun qarşısını ancaq uşaqların qida rasionuna diqqət etmək və onları sağlamlığa xeyirli olan məhsullara alışdırmaqla qalib gələ bilərik, deyə Svetsova qeyd edib.

Uşaqlarınız susayanda onlara meyvə şirəsi, çay yox, su verin. Övladlarınızda sağlam qidalanma vərdişi yaradın, deyə neyropsixoloq fikrini tamamlayıb.

 

XƏRÇƏNG PEYVƏNDİNİN TƏTBİQİNƏ BAŞLANILIR

ŞİŞLƏR TAMAİLƏ YOXA ÇIXIR?

2025-ci ildə Rusiyada yeni xərçəng peyvəndi tətbiq olunacaq.

Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Qintsburq xərçənglə mübarizə üçün yeni dərman vasitəsinin istifadəsi nəticəsində,

şişlərin və metastazların tamamilə yoxa çıxmasının mümkünlüyünü açıqlayıb.

Qintsburqun sözlərinə görə, dərman hazırda melanomanın, yəni ölüm riski ən yüksək olan dəri xərçənginin müalicəsi üçün sınaqlardan keçirilir.

“Sınaqlar zamanı biz, bu peyvəndin şişi, melanomanı, həmçinin metastazları necə tamamilə aradan qaldırdığını müşahidə edirik.

Bu dərmanla hətta xəstəliyin 4-cü mərhələsində olan pasiyentlərə də kömək edə biləcəyik” deyə o bildirib.

Mərkəzin direktoru onu da əlavə edib ki, dərmanın effektivliyi ağciyər, böyrək və mədəaltı vəzi xərçənginin müalicəsində də yoxlanılacaq. Hər bir xəstə üçün fərdi vaksinlərin yaradılması planlaşdırılır. Sınaqlara isə, onkologiya institutlarının mütəxəssisləri cəlb olunacaq, eyə Aleksandr Qintsburq vurğulayıb.

BAKTERİYALARDAN HAZIRLANMIŞ ÇANTA TƏQDİM EDİLİB

TƏKRAR EMALI MÜMKÜN OLACAQ

Ganni brendi bakteriyalardan hazırlanmış yeni çanta təqdim edib. Bakterial nanoselülozdan hazırlanmış Bou çantasının davamlılığını təmin etmək üçün plastik örtüyə ehtiyac yoxdur. Bu da onu brendin əvvəlki məhsullarından fərqləndirir. Bununla belə, çantanın astarı hələ də mikrofiberdən hazırlanır.

Bakteriyalardan və  kənd təsərrüfatı tullantılarından əldə edilən material dəriyə bənzəyir, lakin həqiqi dəri ilə müqayisədə istixana qazı emissiyalarını 65% azaldır.

Üstülik çantanın təkrar emal edilməsini və ya bioloji parçalanması da mümkündür.

Çanta Londondakı Material Matters galereyasında nümayiş edilib. Çantanın 2025-ci ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

EVLİ CÜTLÜKLƏRİN BEYNİ EYNİ ÇALIŞMAĞA BAŞLAYIR

ATI ATIN YANINA BAĞLASAN, HƏMRƏNG OLMASA DA, HƏMXASİYYƏT OLAR

Harvard Universitetində aparılan bir araşdırma, evli cütlüklərin beyin dalğalarının sinxronizasiyası olmağı ilə bağlı iddia irəli sürülüb.

Araşdırmada ən az bir illik evli olan 35 cütlük tədqiq edilib.  Onlarla demoqrafik sorğular aparılıb, müxtəlif şifahi testlər edilib və evlilikdən məmnunluğu qiymətləndirmək xahiş edilib.

Bundan sonra cütlüklərə müxtəlif mövzulu video-çarxlar izlədilib. Bu əsnada onların beyni müşahidə altında olub.

Funksional MRT (fMRI) – nin skanları, xoşbəxt cütlüklərin daha yüksək beyin sinxronizasiyası olduğunu göstərib.

“Ümumiyyətlə, evli cütlüklər, təsadüfi cütlüklərlə müqayisədə, məmnunluq səviyyəsindən asılı olmayaraq, daha çox oxşar beyin fəaliyyətinə malikdirlər.

Bundan əlavə, evliliklərində daha çox məmnun olduqlarını bildirənlər arasında əlavə beyin sinxronizasiyası aşkar görünürdü” deyə,  tədqiqatın rəhbəri Stanford Universitetinin professoru Vinod Meno bildirib. 

Araşdırma “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Tədqiqat həmçinin beyin dalğası oxşarlıqlarının cütlüyün xoşbəxt ailə nəticəsində eyniləşdiyini və ya beyin dalğaları oxşar olduğu üçün birlikdə xoşbəxtdilər sualını gündəmə gətirib.

NEVROZUN ÇUĞUNDURLA MÜALİCƏSİ

XALQ TƏBABƏTİ

Çuğundurun faydalı və müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində geniş istifadə edilir.

Çuğundur həzm və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdəki toksinləri xaric edir.

Yarpaqlarında A, köklərində isə C vitamini var. Çuğundur yemək bədxassəli şişlərin yaranmasının və ya böyüməsinin qarşısını alır.

Çuğundurun tərkibindəki B9 vitamini ürək xəstəliklərinin qarşısını almaq üçün idealdır. Bu vitaminin qəbulu hemoglobinin istehsalı və ya anemiya və leykemiyanın qarşısının alınması üçün vacibdir.

Çuğundur yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər çuğundurda yeni hüceyrələrin yaranmasına kömək edən fol turşusunun olması sayəsində baş verir.

Çuğundurun cavanlaşmasında digər mühüm element sümük, damar və dəri sağlamlığı üçün çox vacib olan kvarsdır. Bütün üstünlüklərinə baxmayaraq, qırmızı çuğundurun mədəsi zəif olanlar və ya turşuluğu yüksək olanlar üçün çox da sağlam olmadığını bilməlisiniz. Çuğundur bədəndə maye tutulmasından əziyyət çəkən insanlar və piylənmədən əziyyət çəkən insanlar üçün faydalıdır.

Çuğundur təkcə böyrəkləri deyil, həm də qanı təmizləyir, bədənimizin turşuluğunu azaldır, qaraciyərin təmizlənməsinə kömək edir. Bu tərəvəz beynimizi stimullaşdırır və psixi sağlamlığı qoruyur.

Qaynadılmış çuğundur və çuğundur bulyonu təbii sidikqovucudur. Çiy çuğundur suyu isə hipertoniya, yəni qaanazlığına faydalıdır.

 Çuğundur kapilyarların divarlarını gücləndirməyə kömək edir.

Çuğundur ürək-damar sisteminin digər xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün tövsiyə olunur.

Çuğundurun köklərində çoxlu pektin maddələri var, buna görə də onlar radioaktiv və ağır metalların təsirinə qarşı yaxşı qoruyucu xüsusiyyətlərə malikdirlər.

Gündə ən azı üç dəfə yeməkdən əvvəl təzə çuğundur suyu içmək məsləhətdir.

Qaynadılmış çuğundur, bir çox digər tərəvəzlərdən fərqli olaraq, əsas faydalı xüsusiyyətlərini saxlaya bilir. Çuğundur latınca Beta olduğu üçün adın haradan gəldiyini və belə bir maddənin ilk dəfə haradan tapıldığını təxmin etmək çətin deyil. Çuğundur betain zülalların sorulmasına kömək edir və qan təzyiqini aşağı salır, aterosklerozun qarşısını alır və ən əsası piy mübadiləsini tənzimləyir və piylənmənin qarşısını alır.

Çuğundurun ən müsbət xüsusiyyəti tərkibində 50% -dən çox natrium və yalnız 5% kalsium ehtiva etməsidir. Bu, qaynadılmış qidaların istehlakı səbəbindən qan damarlarında yığılan oksalik turşu duzlarının həllini təşviq edir.

Çuğundurun tərkibindəki kalsium orqanizmin hüceyrələrinin ümumi qidalanmasını təmin edir, xlorun tərkibi isə qaraciyər, böyrəklər və öd kisəsi üçün təmizləyicidir, bütün orqanizmdə limfa fəaliyyətini stimullaşdırır.

Kök və çuğundur suyunun qarışığı xüsusilə qırmızı qan hüceyrələrini bəsləmək üçün ən yaxşı təbii vasitədir.  O, qırmızı qan hüceyrələrinin əmələ gəlməsini stimullaşdırır, xüsusilə ateroskleroz zamanı yaddaşı yaxşılaşdırır, qan damarlarını genişləndirir. Hipertoniya, anemiya, nevroz və yuxusuzluq üçün əvəzolunmazdır.

Çuğundur şirəsini bir neçə saat soyuducuda saxlamaq, köpüyü çıxarmaq və kök suyu ilə 1:4 nisbətində qarışdırıb istifadə etmək daha məsləhət görülür.  

Faringit və boğaz ağrısı üçün gündə 5-6 dəfə çuğundur suyu ilə qarqara etmək tövsiyə edilir. Bundan əlavə,

1 stəkan çuğundur suyuna 1 çay qaşığı sirkə əlavə edib içmək və burun axması varsa, 1-2 damcı buruna damızdırma da kömək edir. .

Şəkərli diabet üçün gündə 4 dəfə 1/4 fincan təzə şirə içmək tövsiyə edilir.

Eşitmədə probleminiz varsa, qabığı soyulmuş çuğunduru qaynadın, suyunu sıxın, hər qulağa 3-4 damcı tökmək məsləhər görülür.

Bu məqalə xalq təbabətinə əsaslanıb. Hər hansı bir müalicə  üsulunu istifadə etmədən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyyə edilir.

İLK TAM ROBOTLAŞDIRILMIŞ QOŞA AĞCİYƏR TRANSPLANTASİYASI EDİLİB

İNNOVATİV TİBB


Dünyada ilk dəfə tam robotik qoşa ağciyər transplantasiyasını həyata keçirilib.
NYU Langone Health-in cərrahi qrupunun icra etdiyi bu əməliyyat robotik cərrahiyyə və minimal invaziv sahəsində ciddi sıçrayış hesab olunur.
Tibb elmləri doktoru Stefani Changın həkim heyəti Da Vinci Xi robot sistemindən istifadə edərək, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan

57 yaşlı qadının hər iki ağciyərinin nəqlini icra edib.
Prosedur tamamilə robot texnikaları vasitəsilə həyata keçirilib.

ALİMLƏR QANI BƏRKİDİB, SÜMÜK DÜZƏLTDİLƏR

 

REGENERASİYA MÜMKÜNDÜR?


Nottingem Universitetinin alimləri zədələri, hətta sümükləri bərpa etmək,

təbii sağalma prosesi tezləşdirmək üçün xəstənin öz qanından implantlar yaratmağa müvəffəq olub.
Bu bəridilmiş qan bədən toxumalarında kiçik kəsikləri və ya qırıqları olduqca effektiv şəkildə sağalda bilir.

Proses qanın regenerativ hematoma (RH) adlanan möhkəm bir quruluş meydana gətirməsi ilə başlayır.

Bu, toxumaları bərpa edən əsas hüceyrələri, molekulları və zülalları cəlb edən mürəkkəb mikromühitdir.
İnsan qanını asanlıqla və təhlükəsiz şəkildə yüksək regenerativ implantlara çevirmək qabiliyyəti həqiqətən heyrətamizdir.

Qan praktiki olaraq pulsuzdur və implantlar yaratmaq üçün nisbətən böyük həcmdə xəstələrdən asanlıqla əldə edilə bilər.

Məqsədimiz xəstələrin qanını qida ilə zəngin, əlverişli və fərdiləşdirilə bilən regenerativ implantlara tez və təhlükəsiz şəkildə çevirmək üçün

klinik şəraitdə asanlıqla istifadə edilə bilən alətlər dəsti yaratmaqdır, tədqiqatın müəllifi Dr. Cosimo Ligorio bildirib.

 

 

 

 

 

YUXULARI VİDEODA İZLƏMƏK MÜMKÜN OLACAQ

YENİ NƏSİL MRT CİHAZI YUXUNU QEYDƏ ALIR

Yuxuları videoda izləmək mümkün olacaq.

Yapon alimi yuxuları qeydə alan və təkrar edə bilən MRT aparatı hazırlayıb.

Kyoto Universitetinin nevroloqu Dr. Yukiyasu Kamitani və komandası beynin vizual təsvirlərini deşifrə və

fəaliyyətini təhlil etmək üçün MRT texnologiyasından istifadə edib və bu, onlara yuxuları “oxumağa” imkan verib.

“Yuxunu qeydə alan” maşın, funksional maqnit rezonans tomoqrafiyasından istifadə edir.

Bu texnologiya qan axınını ölçməklə, beyin fəaliyyətindəki dəyişiklikləri aşkar edir. Yatdığınız zaman beyninizdə,

MRT skaneri ilə yuxu təsvirlərin olduğu vizual korteksdən sinir fəaliyyəti nümunələrinin məlumatları toplanır.

Daha sonra, həmin məlumatlar süni intellekt modelinə ötürülür. Son olaraq isə, süni intellekt məlumatları deşifrə etdikdən sonra,

o, yuxunun görüntülərini yaradır. Nəticədə, yuxuda gördüyünüz səhnələrin pikselizə olunmuş, abstrakt versiyası yaranır.

Qeyd edək ki, həkim Kamitaninin yuxuları qeyd edən MRT aparatı hələ sınaqların başlanğıc mərhələsindədir.

Gələcəkdə, texnologiya inkişaf etdikcə, yuxuların tam vizual, emosional və eşitmə ilə təkrarlanması da mümkün olacaq, deyə alimlər bildirir.

 

YAŞ SAÇLARLA YATMAYIN!

NEVROLOQLAR XƏBƏRDARLIQ EDİR

“Yaş saçlarla yatmaq vərdişini dayandırın!” Bu haqda rusiyalı həkim-nevroloq İndira Baqdayeva danışaraq, bu vərdişi olan insanlara xəbərdarlıq edib.

“Yatağa nəmli saçlarla girdiyiniz zaman, otaqdakı açıq yerlərdən gələn hava səbəbindən həm boyun bölgəsindəki əzələ kütləsi, həm də üz sinirləri zədələnə bilər.” deyə həkim-nevroloq vurğulayıb.

Mütəxəssis həmçinin, yaş saçlarla yatan insanların sağlamlıqla bağlı başqa  problemlərin də yarandığını qeyd edib.  

Nevroloq bildirib ki, bu vərdiş, əzələ və sinir ağrılarından əlavə, saçlarda yağ miqdarının azalmasına, baş dərisindəki

pH səviyyəsinin tarazlığına, dəridə göbələyin və qaşınmanın yaranmasına, saç qırılmalarına və dəridəki digər problemlərin artmasına səbəb olur.

 

VARLILAR ZOMBİ OLMAQ ÜÇÜN NÖVBƏ GÖZLƏYİR

ÖLÜMSÜZLÜK TABLETLƏRİNİN SINAQLARI DAVAM EDİR

Amerikalı milyarderlər kütləvi şəkildə ölümsüzlük tabletləri istehsal edən şirkətə sərmayə ayırmağa başlayıb.

İddia olunur ki, rusiyalı milyarder Yuri Milner tərəfindən təsis edilən Altos Labs tabletləri hazırlayan laboratoriyada sınaqlar uğurlu keçsə, insanlara əbədi həyat bəxş ediləcək.  

Təcrübələrin əsas məqsəd alimlərə laboratoriya şəraitində hüceyrələri cavanlaşdırmağa imkan verəcək bioloji “yenidən proqramlaşdırma” texnologiyasından istifadə edərək qocalığa qalib gəlməkdir.

İnvestorlar arasında: PayPal-ın həmtəsisçisi Peter Thiel, CEO Sam Altman, Amazon-un baş direktoru Cozef Bezes və digər zəngin insanlar var.  

Amerika mediası yazır ki, adı çəkilən milyonçular ən azı 15 milyard dollar köçürüblər.

Onların artıq ümumi ləqəbi də var”İmtiyazlı zombilər!

Bəs siz necə, əbədi yaşamaq istəyərsinizmi?

SOYUDUCUDA SAXLANILAN SÜD DÜŞMƏNƏ NECƏ ÇEVRİLİR?

MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

 

Mütəxəssislər soyuducuda saxlanılan südlə bağlı ciddi xəbərdarlıqlar edib.

Qida təhlükəsizliyi mütəxəssisləri  südü soyuducu qapısında saxlanması ilə bağlı ciddi xəbərdarlıqlar edir.

Tədqiqatlar göstərir ki, bu köklü vərdiş südün keyfiyyətinə və təhlükəsizliyinə xələl gətirir.

Chowhound-un ekspert qrupu qapı bölmələrinin süd saxlamaq üçün kifayət qədər soyuq olmadığını vurğulayır.

"Hər dəfə qapını açanda otağın yüksək temperaturlarına məruz qalır. Temperatur 0-5 dərəcə arasında sabit qalmadıqda, süddə bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır", - deyə məlumatda bildirilir.

BƏS SÜD NECƏ DÜZGÜN SAXLANILMALIDIR?

Mütəxəssislər mümkün qədər soyuducunun alt rəflərini və arxa tərəfini tövsiyə edirlər.

Chowhound əlavə olaraq bildirir ki, temperatur yüksəlməyə meylli olduğundan, südü iki gündən çox soyuducuda saxlamaq doğru deyil.

Mütəxəssislər az miqdarda alıb, tez bir zamanda istehlak etməyi məsləhət görür. Xarab olmuş südün simptomları rəngsizləşmə, qabıqlanma və pis qoxudan ibarətdir.

Bundan əlavə, xarakterik bir xoşagəlməz dad xarab olmanın göstəricilərindən biridir, deyə o, bildirib.

Mütəxəssislər südü ağzıaçıq stəkanda və ya qabda saxlamağı şiddətlə qadağan edir və xüusuilə soyuducuda ağzı açıq ət varsa, bunun çox təhlükəli olduğunu vurğulayırlar.

TİBB İŞÇİLƏRİNİN ÜSTÜNƏ KAMERA TAXILACAQ

TƏCİLİ YARDIM İŞÇİLƏRİNİ ZORAKILIQDAN QORUMAQ ÜÇÜN

Tibb işçilərinin təhlükəsizliyi üçün üstlərinə kamera taxılacaq.

Beynəlxalq Səhiyyə Təhlükəsizliyi Assosiasiyasının idarə heyətinin üzvü Scott Hill, bunu xüsusən təcili yardım işçilərinin təhlükəsizliyi ilə bağlı olduğunu qeyd edib.

100-dən çox xəstəxanada monitorinq aparan qurum rəsmisi tibb ocaqlarında həkimlərin xəstələr və xəstə qohumları tərəfindən təhqirə,  zorakılığa məruz qaldığını, buna dair video sübutarın olmadığını bildirib.

Hill bəzi xəstəxanaların müahifizə sisteminin çox zəif, bəzən də heç olmadığından da gileylənib.

“Bir çox həkimlər yalan ittihamlara məruz qalır. Həkimlik kimi müqəddəs bir peşəsini icra edən həmkarlarımızı belə gərginliklərdən qorumaq üçün onların üzərinə kamera qurulmasının və hər şeyin şəffaf olmasının tərəfdarıyıq. Bu mini-cihazlar həm onların təhlükəsizliyi, həm də şərəfini qoryacaq” ,deyə Hill bildirib.

Assosasiyanın bu qərarına narazılıq bildirənlər də olub. Bəzi mütəxəssislər, həkimlər və hətta pasientlər də həkim - pasient münasibətinin özəl olduğunu və kamera müşayətində ünsiyyətin kifayət qədər səmimi olmayacağını bildirib.

ALKOQOLDAN KOFE İLƏ QURTULUN

ALİMLƏR AÇIQLAYIB

Kalyari və  Stanford Universitetinin alimləri tədqiqat nəticəsində kofe ilə içkidən qurtulmağın yolunu tapıb.

Alimlər bir şərab və ya pivədən öncə kofe içilən təqdirdə, spirtli içkinin həzzinin azaldığını iddia edib.

Həzz azaldığı üçün də insan tədricən içkidən uzalqşır, deyə mütəxəssislər bildirib.

Qəhvə özü asılııq yaratsa da, digər asılılıqları dəf edir.

Tədqiqatçılar öz təcrübələrində erkək siçovulları müşahidə edib.

Gəmiricilərin bir qrupuna yalnız spirt, ikincisinə - spirt və kofein, üçüncüsünə bəzi reseptorları bloklayan və kofeinin təsirini izləməyə imkan verən dərmanlar verilib.

Məlum olub ki, kofein alkoqolun səbəb olduğu dopaminin ifrazını effektiv şəkildə bloklayır.

Və içki əvvəlki həzzi vermir.

Mütəxəssislər belə qənaətə gəlib ki, qəhvə alkoqol istehlakının bəzi təhlükəli nəticələrindən, o cümlədən şüurdakı dəyişikliklərdən qoruya bilər.

 

GÜNLƏR 16 SAAT OLUB?

ALİMLƏR ZAMANIN SÜRƏTLƏNDİYİNİ DEYİR

Alimlər zamanın sürətləndiyini açqılayıb. Bu iddia dünyada sensasiya doğurub. Məlumatda deyilir ki,

Yer səthi ilə ionosfer arasındakı vibrasiya tezliyi, yəni Şuman rezonansı əvvəllər 7,83 herts olub.

Lakin 20-ci əsrin əvvəllərindən etibarən rezonans böyüməyə başlayıb və hazırda 16 hertz-ə çatıb. Bu o deməkdir ki, bir sutka 16 saat olub , deyə açıqlamada bildirilir.

Bununla belə insan orqanizmi planetin təbii ritmləri ilə sinxronlaşdığı üçün bioloji saata uyğun yaşamağa davam edir.

Buna görə narahatlıq və ya artan yorğunluqla nəticələnən dissonans yaranır. Bəziləri isə əksinə bu dəyişiklikdən daha çox aktiv olur.

Bununla belə, elm adamları hələ də kəskin nəticələr çıxarmağa tələsmir:

Yerin elektromaqnit sahələrində dəyişikliklər həqiqətən qeydə alınır, lakin indiyə qədər vaxtın niyə daha sürətli hiss olunmağa başladığı ilə bağlı vahid, rəsmi açıqlama  yoxdur.

Mütəxəssislər vaxtı boş yerə sərf etməmək üçün hər anı dolğun yaşamağı tövsiyə edir.

 

NƏFƏS ALA BİLMƏYƏN İNSANLAR ÜÇÜN OKSİGEN İYNƏSİ  

HƏKİMİN KƏŞFİ

Nəfəs ala bilməyən xəstələrə oksigeni effektiv şəkildə çatdıran, dəri altına iynə ilə qan dövranına yeridilə bilən və oksigen qazı ilə dolu olan mikrohissəciklərdən istifadə etməklə innovativ müalicə üsulunu təqdim edilib.

Boston Uşaq Xəstəxanasının mütəxəssis həkimi Djon Hier,  bu innovativ üsulu pnevmoniyada vəfat edən kiçik bir qız uşağının ölümündən sarsıldıqdan sonra yaradıb.

Sonikatordan istifadə etməklə yaradılmış, ölçüsü 2-4 mikrometrə qədər olan mikrohissəciklər tıxanmaya səbəb olmadan kapilyarlardan keçir. Laboratoriya testləri göstərib ki, bu hissəciklər oksigen çatışmazlığı olan heyvanları 15 dəqiqəyə qədər saxlaya bilir, ürək dayanması və orqan zədələnməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Təcili istifadə üçün nəzərdə tutulmuş bu oksigen nəfəs ala bilməyən insanlara kritik halda dəstək olmaq potensialına malikdir.

Qeyd edək ki, nəticələr “Science Translational Medicine” jurnalında dərc edilib.

GÖZ HƏRƏKƏTİNİ İZLƏMƏKLƏ BU XƏSTƏLİYİ ERKƏN AŞKAR ETMƏK OLACAQ

“EARPİECE TECH” NƏDİR?


Göz hərəkəti siqnallarından və eşitmə vibrasiyalarından istifadə edərək Alzheimer xəstəliyi erkən mərhələdə aşkar ediləcək.
Tədqiqatçılar xüsusi mini-mikrafonlar ilə qulaq pərdəsində yaranan titrəmələr və ya göz hərəkəti trayektoriyasını izləyən cihaz vasitəsilə Alzheimer xəstəliyinin erkən aşkarlanması üçün “Earpiece Tech” adlı üsul hazırlayırlar.
Alzheimer xəstəliyi olan insanlarda göz hərəkətlərinin sürəti azalır, eşitmə ləngiyir bu da motor bacarıqlarının və idrak qabiliyyətlərinin erkən azalmasını göstərir.
Ənənəvi göz izləmə avadanlığı bahalı və əlçatmazdır, lakin qulaqcıqlar uzunmüddətli monitorinq üçün daha praktik, qeyri-invaziv alternativ təklif edir.
Təcrübələr nevroloji pozuntuları göstərən nümunələri müəyyən etmək üçün qulaqlıqlardan və müntəzəm göz izləmə cihazlarından gələn siqnalların müqayisəsini əhatə edir.
Artaşdırmanın əsas məqsədi gündəlik geyilə bilən, əlaçatan olan texnologiya vasitəsilə xəstəliklərin erkən aşkarlanmasında inqilab etməkdir.

BEYİN ŞİŞİNİ SÜNİ İNTELLEKT AŞKARLAYACAQ

RADİOLOQLARIN GÖSTƏRİCİLƏRİLƏ ÜST-ÜSTƏ GƏLİR

Süni intellekt beyin şişlərinin aşkarlanması üzrə təkmilləşdirilib.

MRT skanerləri ilə öyrədilmiş süni intellekt modelləri beyin şişlərini sağlam toxumadan 85,99%-ə qədər dəqiqliklə ayırd edir və bu nəticələr  həkim-radioloqlarının göstəriciləri ilə üst-üstə gəlir.

Alimlər sağlam toxuma və şişləri ayırd etmək üçün neyron şəbəkələri öyrədən dərin öyrənmə metodundan istifadə edib. Məlumatları dəqiqləşdirmək üçün alimlər heyvanlar üzərində təcrübə aparıb.

Məlum olub ki, gizli obyektləri aşkar etmək bacarığı neyron şəbəkələrə çox vaxt sağlam toxuma kimi maskalanan şişləri daha yaxşı tapır.

Tədqiqatın nəticələri göstərib ki, neyron şəbəkələri təkcə şişin varlığını aşkar etməklə yanaşı, onun növünü də təyin edir.

Bundan əlavə, süni intellekt öz tapıntılarını izah edə, əsaslandıra da bilir.

Tədqiqatın müəllifləri qeyd edib ki, süni intellekt modeli radioloqları əvəz etməyəcək, lakin onların etibarlı köməkçisinə çevriləcək.

Bu cihazlar həkimlərə düzgün qərarlar qəbul etməyə və xərçəng xəstələrinə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.

Qeyd edək ki, tədqiqat "Biology Methods and Protocols” jurnalında dərc olunub.

ROBOTLAŞDIRILMIŞ EV HEYVANLARI YAŞLILARIN SAĞLAMLIĞINI YAXŞILAŞDIRIR

ARAŞDIRMA

Robotlaşdırılmış ev heyvanları yaşlı insanların sağlamlığını yaxşılaşdırır.

Amerikanın 2024-cü il Gerontologiya Cəmiyyətinin illik elmi konfransında təqdim olunan tədqiqata görə, robotlaşdırılmış ev heyvanları

65 yaşdan yuxarı, cəmiyyətdə yaşayan qadınlarda depressiya, narahatlıq və tənhalığı azaldır.

«Bu heyvanlarla ünsiyyət iştirakçılara sevinc bəxş. edir. Üstəlik onları yedirtmək, təmizləmək lazım deyil.

Bir çox yaşlı insan canlı heyvanlara qayğı göstərə bilmir, ona görə də düşündüm ki, bu robot itlər və pişiklər alternativ ola bilər» — deyə

Bingemton Universitetinin fəlsəfə doktoru, aparıcı tədqiqatçı və dosent Suk-Yang Kang bildirib.

45 nəfər depressiya əlamətləri olan insana ziyarət zamanı robotlaşdırılmış pişik və ya it təqdim olunub. Kang və həmkarları

1 ay sonra iştirakçıları yenidən ziyarət edərək, onların psixoloji sağlamlıq və fiziki vəziyyətindəki dəyişiklikləri analiz edib.

Nəticədə, depressiya üzrə başlanğıc göstəricisi 15 ballıq şkala ilə 9,16 olanların, 1 ay sonrakı göstəriciləri 5,29-a enib.

Narahatlıq, yalnızlıq, fiziki sağlamlıq göstəricilərində də kifayət qədər qənaətbəxş, müsbət nəticələr əldə edilib.

 

SÜMÜYƏ TAXILAN İMPLANT ÜRƏYİ NƏZARƏTDƏ SAXLAYACAQ

“CARDİOTAG” TƏZYİQ HAQQINDA DA MƏLUMAT ÖTÜRƏCƏK

Döş sümüyünə taxılan sadə, yüngül bir cihaz, ürək fəaliyyətinin pisləşməyini əvvəlcədən xəbər edəcək.

Kaliforniya Universitetinin kardioloqu, San-Fransisko Tibb Mərkəzi və laboratoriyasının direktoru Liviu Klein

bu cihazın insan sümüyünə transplantasiyasının xəstələr və həkimlər üçün daha faydalı və rahat  formada təklif etmək üçün dizaynlar hazırlandığını bildirib.

Tərtibatçılar cihazı CardioTag adlandırır. Bu avadanlıq xəstənin mövcud və yaxın müddət ərzində ola biləcək təzyiqi ilə bağlı məlumatları da bildirəcək.

Doktor artıq mövcud olan və implantasiya edilə bilən pulmoner arteriya təzyiq sensorlarını və digər kardio cihazları xəstələr üçün "çox əlverişsiz" adlandırıb.

“Bir həkim olaraq deyə bilərəm ki, hazırda mövcud olan cihazların kifayət qədər boşluqları var, CardioTag-in hazırlanmasında bu mənfiləri aradan qaldırmışıq”. Klein bu fikirlə çıxışını tamamlayıb.

 

DƏM QAZINDAN BOĞULANA İLKİN TİBBİ YARDIM

AVTOMATİK QAZI KƏSƏN CİHAZLAR VAR

Son günlər ərzində bir neçə nəfər dəm qazı ilə zəhərlənmə halları nəticəsində həyatını itirib. Bu vəziyyətlə qarşılaşdıqda nələrə diqqət etməli və ilkin tibbi yardımı necə göstərməliyik?

 “Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir.

Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək,

başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

deyə toksikoloqlar məsləhət görür.

 Xatırladaq ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən xüsusi qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz avtomatik kəsilir. Unutmayın, həyatınız hər şeydən dəyərlidir.

 

HƏR GÜN SÜD İÇMƏK QADINLARDA ÜRƏK XƏSTƏLİKLƏRİ YARADIR

33 İL DAVAM EDƏN TƏDQİQAT

Gündə iki stəkandan çox  süd içmək qadınlarda ürək-damar xəstəliklərinin riskini artırır.

Yeni aparılan tədqiqatın nəticələrini İsveçrənin Uppsala Universitetinin alimləri yayımlayıb.

100 775 nəfərin iştirak etdiyi geniş araşdırmanın elmi məqaləsi BMC Medicine jurnalında dərc olunub.

33 il çəkən tədqiqatda diqqət çəkən məqam isə, kişilərdə oxşar fəsadlar aşkarlanmamasıdır.

Təhlillər göstərdi ki, qadınlar süddən çox, fermentləşdirilmiş süd məhsulları istehlak etməyə üstünlük verirlər.

Müəlliflər mayalanmamış və fermentləşdirilmiş süd məhsulları arasındakı fərqlərə xüsusi diqqət yetirib.

Birinci qrupda adi süd, qaymaq və yağ - müxtəlif yağ tərkibli pasterizə olunmuş süddən hazırlanan məhsulları istehlak edənlər tədqiq olunub.

İkinci qrupda kəsmik, qatıq və pendir kimi fermentləşdirilmiş məhsullardan istifadə edən insanlar araşdırılıb.

Tədqiqat zamanı 17 896 ürək-damar xəstəliyi, o cümlədən 10 714 miokard infarktı kliniki təsdiqlənmiş hal qeydə alınıb.

 

 

DÖŞ XƏRÇƏNGİNƏ QARŞI BÜSTQALTER

HƏKİMƏ GETMƏDƏN DİAQNOZ QOYA BİLƏCƏKSİNİZ

 

Dünya şöhrətli alim, ürək üçün kardiostimulyatorun müəllifi türkiyəli fizik Canan Dağdeviren son ixtirası ilə elm dünyasının gündəminə gəlib.

Dağdeviren döş xərçəngini aşkar edən elektron büstqalter hazırlayıb.

Canan Dağdeviren Harvard Universitetində gənc akademiya üzvü seçilən ilk türk olub.

O, Forbes jurnalının “30 yaşa qədər 30 alim” siyahısına daxil edilib.

ABŞ-da yaşayan Canan Dağdeviren və komandasının istehsal etdiyi geyilə bilən ultrasəs skan cihazı döş xərçənginin diaqnozu üçün həyati əhəmiyyət kəsb edir.

Heç bir təcrübə tələb etməyən elektron büstqalter ultrasəs sensorları ilə xərçəng toxumalarını aşkar edə bilir.

Skanlama həkimə getmədən hər gün edilə bilər.

Dağdeviren, bu şəkildə gözdən qaçırıla biləcək halların dövri müayinə ilə tutula biləcəyini vurğulayıb.

“Bu cihazı bütün qadınlara ərmağan edirəm, siz tək deyilsiniz”, deyə türkiyəli alim vurğulayıb.

ŞƏHƏR SUYU BU XƏSTƏLİKLƏRİ YARADIR

PREZİDENT MƏSLƏHƏTÇİSİNDƏN AÇIQLAMA


Bütün su sistemlərindən flüorun çıxarılması planlaşdırılır.
Bunu ABŞ-ın 2ci defe seçilən prezidenti Donald Trampın məsləhətçisi Robert Frensis Kennedi təklif edib.

Onun, içməli sudan flüorun çıxarılması çağırışı mübahisələrə səbəb olub.
“20 Yanvar tarixində Ağ Ev ABŞ-ın bütün su sistemlərindən flüoridləri çıxarmağı tövsiyə edəcək.

Flüor - artrit, qırıq sümüklər, sümük xərçəngi, İQ itkisi, neyroinkişaf pozuntuları və tiroid xəstəlikləri ilə əlaqəli sənaye tullantılarıdır” deyə Robert Kennedi öz sosial şəbəkəsində yazı paylaşıb.

Bəzi səhiyyə işçiləri və ekspert qrupları onun bu fikrinə qarşı çıxıb və flüoridin hələ də içməli suya əlavə edilməli olduğunu deyib.
Araşdırmaya görə, flüorlu suyun dişlərdə ağ ləkələrin və ya diş florozunun inkişaf riskini artırır. Bundan əlavə, flüorun təsiri hamiləlik zamanı ana bətnində olan uşağa da zərər verə bilər.

BAĞAYARPAĞININ BİLİNMƏYƏN FAYDALARI

KƏPƏK, SIZANAQ, DƏRİ YAĞLILIĞI, BOĞAZ AĞRISI VƏ S…

Bağayarpağı orta əsrlərdə, yaraları və xoraları sağaltmaq üçün istifadə edilib.

Bununla yanaşı, bağayarpağı tənəffüs və həzm orqanlarının, reproduktiv və sinir sistemlərinin xəstəliklərini müalicə edir.

Dərman və məlhəm xammalı kimi adətən yarpaqlar, toxum və şirəsindən istifadə olunur.

Bağayarpağı vitaminlə zəngin olduğu üçün salatlara və yaz şorbalarına da əlavə edilir.

Kosmetologiyada onun müalicəvi xüsusiyyətləri sızanaqları, qırışları, yağlı dəriləri və kəpəkləri aradan qaldırmaq üçün istifadə olunur.

Bağayarpağında qlikozid akubinlə yanaşı kalsium və maqnezium, flavonoidlər və polisaxaridlər, taninlər, fitonsidlər, K vitamini, pektin, askorbin, limon və kumarin turşuları var.

 Bağayarpağının demək olar ki, bütün komponentləri müalicəvi xüsusiyyətlərə malikdir.

Polisaxaridlər vitaminlərlə birlikdə toxumaların bərpası prosesini sürətləndirir. K vitamini durulaşdırıcı təsir göstərir. Bitkinin tərkibində olan fermentlər və fitonsidlər tənəffüs yollarının epitelinin qoruyucu funksiyalarını bərpa edir. Flavonoidlər, saponinlər və pektinlər qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

 

86% DƏQİQ DİAQNOZ QOYAN YENİ NƏSİL DNT TESTLƏRİ

GENOM TESTLƏR ERASINDA YENİLİK

Müasir DNT testlərinin çətin qoyulan diaqnozlarda həkimlərə çox böyük dəstək olmağı barədə iki elmi məqalə dərc edilib.

Nature Medicine jurnalında verilən məlumatda

testin menengit və ensefalit kimi nevroloji infeksiyaların səbəbini müəyyən etməkdə effektiv olduğu sübut edilib. 

Müasir DNT testi Serebrospinal maye nümunələrindən istifadə edərək, təxminən yeddi il ərzində toplanmış 4800-dən çox nümunədən nevroloji infeksiyaların 86%-nə dəqiq diaqnoz qoyub.

Kaliforniya Universitetində hazırlanmış genom testi qan, toxuma və ya bədən mayesinin nümunəsində mövcud olan bütün DNT və RNT-ni çıxarır və sonra həmin genetik materialı ardıcıllıqla sıralayır.

Nature Communications jurnalında dərc edilən testin ikinci araşdırması isə yeni virusları, o cümlədən pandemiyaya səbəb ola biləcəkləri aşkar etmək üçün də istifadə oluna biləcəyini göstərir.

 

NƏM SALFETLƏRİN TƏRKİBİNDƏ SAĞLAMLIĞA TƏHLÜKƏLİ OLAN MADDƏLƏR VAR

METİLİZOTİYAZOLİNON, FENOKSİETANOL, İZOPROPIL, TRİKLOSAN, POLİETİLEN QLIKOL, ƏTİRLƏR

 “Nəm salfetlərin hopdurma maddələrindən biri bakteriya və göbələklərin böyüməsinin qarşısını almaq üçün konservant kimi istifadə olunan metilizotiyazolinondur. Lakin bu maddə xüsusilə uşaqlarda və həssas dərili insanlarda allergik reaksiyalara, müntəzəm təmasda olduqda isə səpgilərə, kontakt dermatitlərə və digər dəri xəstəliklərinə səbəb olur”. Bu fikri rusilayı kimyaçı alim Andrey Doroxov deyib.

Salfetlərin tərkibində  tez-tez rast gəlinən başqa bir maddə, fenoksietanoldur. Həm allergik reaksiyalara, dəri və göz qıcıqlanmasına səbəb ola bilər.  Bəzi hallarda ekzema kimi ciddi dəri xəstəliklərin yaranmasını da təşviq edə bilər. Deyə alim qeyd edib.

Doroxov bildirib ki, nəm salfetlərin tərkibində konservantlardan başqa sağlamlıq üçün kifayət qədər ziyan olan spirtlər, məsələn, etil və ya izopropil var. Alim endokrin sistemimizə zərəri ilə tanınan triklosan kimi antimikrob maddəsinin də orqanızmə mənfi təsirindən bəhs edib. 

Ekspert deyib ki, salfetlərin strukturunu və onların təmizləyici xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tərkibinə polietilen qlikol daxil edilir ki, bu da onları səthini toxunuş üçün xoş edir. Amma bu maddə, orqanizmin immun və reproduktiv sistemlərinə mənfi təsir göstərən və xərçəngə tutulma riskini artıran potensial zəhərli maddədir.

Bu məhsulların tərkinbinə qatılan ətirləndiricilər isə, xüsusən, körpələrdə allergik reaksiyalara səbəb ola bilər, deyə Andrey Doroxov vurğulayıb.

VALİDEYNLƏR CANSIZ DOKTORLARI SEÇİR

UŞAĞIN SAĞLAMLIĞINI HƏKİMƏ YOX, ChatGPT-YƏ HƏVALƏ EDİRLƏR

Tədqiqatçılar müəyyən edib ki, valideynlər tibbi məsləhət almaq üçün süni intellektə həkimlərdən daha çox etibar edir.

Kanzas Universitetinin Lifespan İnstitutunun yeni araşdırması  

“Journal of Pediatric Psychology”-də dərc edilib.  

18-65 yaş arası 100-dən çox valideyndən mütəxəssisin nəzarəti altında həm həkim, həm də ChatGPT (OpenAI tərəfindən yaradılmış süni intellektə əsaslanan chatbot) tərəfindən yaradılan mətni qiymətləndirmək istənilib.

Tədqiqat valideynlərin ChatGPT-nin "dərman, yuxu və pəhriz ilə bağlı qərarlar”larını daha qənaətbəxş hesab edib.

 Valideynlər etibarlılıq, dəqiqlik baxımından chatbotun məlumatlarına daha çox güvəndiklərini bildirib.

Tədqiqat aparıcı müəllifi, Kanzas Universitetinin Klinik Uşaq Psixologiyası Departamentinin doktorantı Calissa Leslie-Miller, tədqiqatın ChatGPT-nin işə salınmasından dərhal sonra başladığını qeyd edib. “Bu tətbiqin qısa müddətdə beləetibar qazanması təəccübləndiricidir. Valideynlər övladlarının sağlamlığını canlı həkimdən çox məlumat toplusuna həvalə etməyi seçir”, deyə alim bildirib.

 

XƏRÇƏNGƏ QARŞI TƏBİİ, QORUYUCU QALXAN

OMEQA-3 VƏ OMEQA-6

Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələri xərçəngə qarşı qoruyucu qalxandır.

Tərkibində fosfor, manqan və dəmir olan balıq yağının hətta maqnezium əlavələrindən daha güclü olduğu müəyyən edilib.

Corciya Universitetində bu yaxınlarda aparılan bir araşdırma balıq yağı əlavələrinin, xüsusən də omeqa-3 və omeqa-6 yağ turşularının xərçənglə mübarizədə potensial faydalarını araşdırıb.

Məlum olub ki, ürək sağlamlığı, beyin funksiyası və zehni rifah üçün faydalı bilinən Omeqa-3 və Omeqa-6 yağ turşuları müxtəlif xərçəng növlərinin riskini azaltmaqda da mühüm rol oynaya bilər.

Tədqiqatçılar. 13 il ərzində 500.000-dən çox insan haqqında tibbi məlumatlar təhlil edilib.

Omeqa-3 və omeqa-6 yağ turşuları istehlak edənlərin ağciyər və hətta bəzi beyin xərçəngləri də daxil olmaqla 19 müxtəlif xərçəng növünün aşağı nisbətləri aşkarlanıb.  

Xatırladaq ki, omeqa-6 bitki yağlarında, qoz-fındıq və toxumlarda olur.

Soya yağı, qarğıdalı yağı, mayonez, qoz, günəbaxan tumu, badam, zeytun yağı və fıstıq yağı isə Omeqa-3 ilə zəngindir.

 

KORONAVİRUSDAN SAĞALANLAR BU İNFEKSİYAYA YOLUXUR

ƏHİLYƏ XƏBƏRDARLIQ

COVİD virusundan sağalanlar göbələk infeksiyasına yoluxur.

Rusiyada həkimlər Covid virusundan sağalan, immuniteti zəif olan xəstələrdə, daxili orqanlara və bədən sistemlərini zədələyən “Candida Auris” adlı göbələk infeksiyasının inkişaf etdiyini bildirib. Mütəxəssislər infeksiyanın tez-tez və nəzarətsiz istifadə edilən antibiotiklər nəticəsində yarandığını deyib.

 “Candida Auris” infeksiyası mədə-bağırsaq traktına, qan damarlarına, ağciyərlərə və beyin funksiyalarına mənfi təsir göstərir.

“Antibiotiklərin belə bir xüsusiyyəti var ki, qəbul edilən zaman bağırsaq florasını, insan mikroflorasını məhv edərək, göbələyin böyüməsinə səbəb olur. Müalicəsi son dərəcə çətindir. Sağaldıqda isə, kifayət qədər ciddi nevroloji problemlər yaranır”, deyə mütəxəssislər izah edib.

Qeyd edək ki, 2022-ci ildə isə ÜST “Candida Auris”  infeksiyanı insan sağlamlığı üçün ən təhlükəli 25 patogen göbələk siyahısına daxil edib.

Subcategories