MƏŞHUR NEYROCƏRRAHIN TƏCRÜBƏSİ
Məşhur neyrocərrah və tibb üzrə jurnalist Doktor Sancay Qupda illərlə apardığı tibbi təcrübəyə əsaslanaraq bildirir ki, ağrı yalnız fiziki deyil, həm də emosional hissdir və onun mərkəzi beyin sayılır. Onun sözlərinə görə, insanların ağrını hiss etməsi çox fərqlidir və bu hissi ölçmək çətindir, çünki o, subyektivdir.
Qupda qeyd edir ki, xroniki ağrı ilə kəskin ağrı bir-birindən tamamilə fərqlənir. Kəskin ağrı bədəni qorumaq funksiyası daşısa da, xroniki ağrı beyində yaranan pozuntu kimi qiymətləndirilə bilər.
O, həmçinin vurğulayır ki, opioid tərkibli dərmanlar xroniki ağrını müalicə etmir, əksinə, bədənin təbii endorfin istehsalını azaldır. Bundan əlavə, doktor Qupda bildirir ki, ağrının yaranmasına uşaqlıq travması, stress, depressiya və gündəlik emosional vəziyyət kimi faktorlar ciddi təsir edir, və bu səbəblər mütləq şəkildə nəzərə alınmalıdır.
Nəticə etibarilə, ağrı fiziki olsa da, onu idarə edən və formalaşdıran beyindir. Bu səbəbdən, xroniki ağrının müalicəsində təkcə bədəni deyil, zehni də müalicə etmək vacibdir.
Saglamolun.Az