Şok! Həkim 30 xəstəni zəhərlədi, 12-si öldü



MƏHKƏMƏSİ BAŞLADI
Fransanın şərqindəki Besançon şəhərində 30 nəfəri qəsdən zəhərləmək, 12 nəfəri öldürməkdə ittiham olunan keçmiş anestezioloqun məhkəməsi başlayıb.
Həmkarları tərəfindən yüksək istedadlı mütəxəssis hesab edilən 53 yaşlı Frederik Peşye 2008-ci ildən etibarən xəstələri zəhərləməkdə şübhəli bilinir.
Ona qarşı ciddi ittihamlara baxmayaraq, həkim məhkəmə nəzarəti altında azaddır və bazar ertəsi Fransa radiosuna deyib ki, “zəhərlənmə ilə bağlı heç bir dəlil yoxdur”.
Məhkəmə üç aydan çox davam edəcək və iddia edilən 30 qurbanı təmsil edən 150-dən çox vəkilin iştirakı ilə keçiriləcək.
Zəhərlənmə iddiaları ilk dəfə 2017-ci ilin yanvarında, 36 yaşlı Sandra Simardın onurğa əməliyyatında ürəyinin dayandığı zaman ortaya çıxıb.
Məhkəmə prosesi dekabr ayına qədər davam edəcək və təqsirləndirilən şəxs məhkəmə nəzarəti altında azadlığa buraxılacaq. Günahı sübut olunarsa, onu ömürlük həbs cəzası gözləyir.
Frederic Peşye həkim ailəsindəndir, onun atası da anestezioloq olub.

Saglamolun.Az