11 min əlilliyi olan şəxsə 490 min reabilitasiya vasitəsi verilib

TƏMİNAT SİYAHISINDA TƏKƏRLİ OTURACAQLAR, PROTEZLƏR VƏ EŞİTMƏ APARATLARI DA VAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 2026-cı ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsi 490 min reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, təqdim olunan vasitələr arasında 3231 təkərli oturacaq, o cümlədən 135 mühərrikli təkərli oturacaq, 1506 aşağı və yuxarı ətraf protezi, 2445 əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.


Bundan əlavə, əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və digər reabilitasiya vasitələri verilib.


Reabilitasiya vasitələrinin əldə edilməsi üçün Bakıya gəlmək imkanı olmayan şəxslər də diqqətdən kənarda qalmayıb. Özlərinin və ya yaxınlarının Sosial Xidmətlər Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmadıqda, tələb olunan vasitələr onların evlərinə çatdırılaraq təqdim edilib.


Göstərilən xidmətlər əlilliyi olan şəxslərin reabilitasiya vasitələrinə çıxışının asanlaşdırılmasına və gündəlik həyatlarında dəstəklənməsinə yönəlib.



 

Saglamolun.Az