BAKTERİYALARDAN HAZIRLANMIŞ ÇANTA TƏQDİM EDİLİB

TƏKRAR EMALI MÜMKÜN OLACAQ

Ganni brendi bakteriyalardan hazırlanmış yeni çanta təqdim edib. Bakterial nanoselülozdan hazırlanmış Bou çantasının davamlılığını təmin etmək üçün plastik örtüyə ehtiyac yoxdur. Bu da onu brendin əvvəlki məhsullarından fərqləndirir. Bununla belə, çantanın astarı hələ də mikrofiberdən hazırlanır.

Bakteriyalardan və  kənd təsərrüfatı tullantılarından əldə edilən material dəriyə bənzəyir, lakin həqiqi dəri ilə müqayisədə istixana qazı emissiyalarını 65% azaldır.

Üstülik çantanın təkrar emal edilməsini və ya bioloji parçalanması da mümkündür.

Çanta Londondakı Material Matters galereyasında nümayiş edilib. Çantanın 2025-ci ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

EVLİ CÜTLÜKLƏRİN BEYNİ EYNİ ÇALIŞMAĞA BAŞLAYIR

ATI ATIN YANINA BAĞLASAN, HƏMRƏNG OLMASA DA, HƏMXASİYYƏT OLAR

Harvard Universitetində aparılan bir araşdırma, evli cütlüklərin beyin dalğalarının sinxronizasiyası olmağı ilə bağlı iddia irəli sürülüb.

Araşdırmada ən az bir illik evli olan 35 cütlük tədqiq edilib.  Onlarla demoqrafik sorğular aparılıb, müxtəlif şifahi testlər edilib və evlilikdən məmnunluğu qiymətləndirmək xahiş edilib.

Bundan sonra cütlüklərə müxtəlif mövzulu video-çarxlar izlədilib. Bu əsnada onların beyni müşahidə altında olub.

Funksional MRT (fMRI) – nin skanları, xoşbəxt cütlüklərin daha yüksək beyin sinxronizasiyası olduğunu göstərib.

“Ümumiyyətlə, evli cütlüklər, təsadüfi cütlüklərlə müqayisədə, məmnunluq səviyyəsindən asılı olmayaraq, daha çox oxşar beyin fəaliyyətinə malikdirlər.

Bundan əlavə, evliliklərində daha çox məmnun olduqlarını bildirənlər arasında əlavə beyin sinxronizasiyası aşkar görünürdü” deyə,  tədqiqatın rəhbəri Stanford Universitetinin professoru Vinod Meno bildirib. 

Araşdırma “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Tədqiqat həmçinin beyin dalğası oxşarlıqlarının cütlüyün xoşbəxt ailə nəticəsində eyniləşdiyini və ya beyin dalğaları oxşar olduğu üçün birlikdə xoşbəxtdilər sualını gündəmə gətirib.

NEVROZUN ÇUĞUNDURLA MÜALİCƏSİ

XALQ TƏBABƏTİ

Çuğundurun faydalı və müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində geniş istifadə edilir.

Çuğundur həzm və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdəki toksinləri xaric edir.

Yarpaqlarında A, köklərində isə C vitamini var. Çuğundur yemək bədxassəli şişlərin yaranmasının və ya böyüməsinin qarşısını alır.

Çuğundurun tərkibindəki B9 vitamini ürək xəstəliklərinin qarşısını almaq üçün idealdır. Bu vitaminin qəbulu hemoglobinin istehsalı və ya anemiya və leykemiyanın qarşısının alınması üçün vacibdir.

Çuğundur yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər çuğundurda yeni hüceyrələrin yaranmasına kömək edən fol turşusunun olması sayəsində baş verir.

Çuğundurun cavanlaşmasında digər mühüm element sümük, damar və dəri sağlamlığı üçün çox vacib olan kvarsdır. Bütün üstünlüklərinə baxmayaraq, qırmızı çuğundurun mədəsi zəif olanlar və ya turşuluğu yüksək olanlar üçün çox da sağlam olmadığını bilməlisiniz. Çuğundur bədəndə maye tutulmasından əziyyət çəkən insanlar və piylənmədən əziyyət çəkən insanlar üçün faydalıdır.

Çuğundur təkcə böyrəkləri deyil, həm də qanı təmizləyir, bədənimizin turşuluğunu azaldır, qaraciyərin təmizlənməsinə kömək edir. Bu tərəvəz beynimizi stimullaşdırır və psixi sağlamlığı qoruyur.

Qaynadılmış çuğundur və çuğundur bulyonu təbii sidikqovucudur. Çiy çuğundur suyu isə hipertoniya, yəni qaanazlığına faydalıdır.

 Çuğundur kapilyarların divarlarını gücləndirməyə kömək edir.

Çuğundur ürək-damar sisteminin digər xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün tövsiyə olunur.

Çuğundurun köklərində çoxlu pektin maddələri var, buna görə də onlar radioaktiv və ağır metalların təsirinə qarşı yaxşı qoruyucu xüsusiyyətlərə malikdirlər.

Gündə ən azı üç dəfə yeməkdən əvvəl təzə çuğundur suyu içmək məsləhətdir.

Qaynadılmış çuğundur, bir çox digər tərəvəzlərdən fərqli olaraq, əsas faydalı xüsusiyyətlərini saxlaya bilir. Çuğundur latınca Beta olduğu üçün adın haradan gəldiyini və belə bir maddənin ilk dəfə haradan tapıldığını təxmin etmək çətin deyil. Çuğundur betain zülalların sorulmasına kömək edir və qan təzyiqini aşağı salır, aterosklerozun qarşısını alır və ən əsası piy mübadiləsini tənzimləyir və piylənmənin qarşısını alır.

Çuğundurun ən müsbət xüsusiyyəti tərkibində 50% -dən çox natrium və yalnız 5% kalsium ehtiva etməsidir. Bu, qaynadılmış qidaların istehlakı səbəbindən qan damarlarında yığılan oksalik turşu duzlarının həllini təşviq edir.

Çuğundurun tərkibindəki kalsium orqanizmin hüceyrələrinin ümumi qidalanmasını təmin edir, xlorun tərkibi isə qaraciyər, böyrəklər və öd kisəsi üçün təmizləyicidir, bütün orqanizmdə limfa fəaliyyətini stimullaşdırır.

Kök və çuğundur suyunun qarışığı xüsusilə qırmızı qan hüceyrələrini bəsləmək üçün ən yaxşı təbii vasitədir.  O, qırmızı qan hüceyrələrinin əmələ gəlməsini stimullaşdırır, xüsusilə ateroskleroz zamanı yaddaşı yaxşılaşdırır, qan damarlarını genişləndirir. Hipertoniya, anemiya, nevroz və yuxusuzluq üçün əvəzolunmazdır.

Çuğundur şirəsini bir neçə saat soyuducuda saxlamaq, köpüyü çıxarmaq və kök suyu ilə 1:4 nisbətində qarışdırıb istifadə etmək daha məsləhət görülür.  

Faringit və boğaz ağrısı üçün gündə 5-6 dəfə çuğundur suyu ilə qarqara etmək tövsiyə edilir. Bundan əlavə,

1 stəkan çuğundur suyuna 1 çay qaşığı sirkə əlavə edib içmək və burun axması varsa, 1-2 damcı buruna damızdırma da kömək edir. .

Şəkərli diabet üçün gündə 4 dəfə 1/4 fincan təzə şirə içmək tövsiyə edilir.

Eşitmədə probleminiz varsa, qabığı soyulmuş çuğunduru qaynadın, suyunu sıxın, hər qulağa 3-4 damcı tökmək məsləhər görülür.

Bu məqalə xalq təbabətinə əsaslanıb. Hər hansı bir müalicə  üsulunu istifadə etmədən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyyə edilir.

İLK TAM ROBOTLAŞDIRILMIŞ QOŞA AĞCİYƏR TRANSPLANTASİYASI EDİLİB

İNNOVATİV TİBB


Dünyada ilk dəfə tam robotik qoşa ağciyər transplantasiyasını həyata keçirilib.
NYU Langone Health-in cərrahi qrupunun icra etdiyi bu əməliyyat robotik cərrahiyyə və minimal invaziv sahəsində ciddi sıçrayış hesab olunur.
Tibb elmləri doktoru Stefani Changın həkim heyəti Da Vinci Xi robot sistemindən istifadə edərək, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan

57 yaşlı qadının hər iki ağciyərinin nəqlini icra edib.
Prosedur tamamilə robot texnikaları vasitəsilə həyata keçirilib.

ALİMLƏR QANI BƏRKİDİB, SÜMÜK DÜZƏLTDİLƏR

 

REGENERASİYA MÜMKÜNDÜR?


Nottingem Universitetinin alimləri zədələri, hətta sümükləri bərpa etmək,

təbii sağalma prosesi tezləşdirmək üçün xəstənin öz qanından implantlar yaratmağa müvəffəq olub.
Bu bəridilmiş qan bədən toxumalarında kiçik kəsikləri və ya qırıqları olduqca effektiv şəkildə sağalda bilir.

Proses qanın regenerativ hematoma (RH) adlanan möhkəm bir quruluş meydana gətirməsi ilə başlayır.

Bu, toxumaları bərpa edən əsas hüceyrələri, molekulları və zülalları cəlb edən mürəkkəb mikromühitdir.
İnsan qanını asanlıqla və təhlükəsiz şəkildə yüksək regenerativ implantlara çevirmək qabiliyyəti həqiqətən heyrətamizdir.

Qan praktiki olaraq pulsuzdur və implantlar yaratmaq üçün nisbətən böyük həcmdə xəstələrdən asanlıqla əldə edilə bilər.

Məqsədimiz xəstələrin qanını qida ilə zəngin, əlverişli və fərdiləşdirilə bilən regenerativ implantlara tez və təhlükəsiz şəkildə çevirmək üçün

klinik şəraitdə asanlıqla istifadə edilə bilən alətlər dəsti yaratmaqdır, tədqiqatın müəllifi Dr. Cosimo Ligorio bildirib.

 

 

 

 

 

YUXULARI VİDEODA İZLƏMƏK MÜMKÜN OLACAQ

YENİ NƏSİL MRT CİHAZI YUXUNU QEYDƏ ALIR

Yuxuları videoda izləmək mümkün olacaq.

Yapon alimi yuxuları qeydə alan və təkrar edə bilən MRT aparatı hazırlayıb.

Kyoto Universitetinin nevroloqu Dr. Yukiyasu Kamitani və komandası beynin vizual təsvirlərini deşifrə və

fəaliyyətini təhlil etmək üçün MRT texnologiyasından istifadə edib və bu, onlara yuxuları “oxumağa” imkan verib.

“Yuxunu qeydə alan” maşın, funksional maqnit rezonans tomoqrafiyasından istifadə edir.

Bu texnologiya qan axınını ölçməklə, beyin fəaliyyətindəki dəyişiklikləri aşkar edir. Yatdığınız zaman beyninizdə,

MRT skaneri ilə yuxu təsvirlərin olduğu vizual korteksdən sinir fəaliyyəti nümunələrinin məlumatları toplanır.

Daha sonra, həmin məlumatlar süni intellekt modelinə ötürülür. Son olaraq isə, süni intellekt məlumatları deşifrə etdikdən sonra,

o, yuxunun görüntülərini yaradır. Nəticədə, yuxuda gördüyünüz səhnələrin pikselizə olunmuş, abstrakt versiyası yaranır.

Qeyd edək ki, həkim Kamitaninin yuxuları qeyd edən MRT aparatı hələ sınaqların başlanğıc mərhələsindədir.

Gələcəkdə, texnologiya inkişaf etdikcə, yuxuların tam vizual, emosional və eşitmə ilə təkrarlanması da mümkün olacaq, deyə alimlər bildirir.

 

YAŞ SAÇLARLA YATMAYIN!

NEVROLOQLAR XƏBƏRDARLIQ EDİR

“Yaş saçlarla yatmaq vərdişini dayandırın!” Bu haqda rusiyalı həkim-nevroloq İndira Baqdayeva danışaraq, bu vərdişi olan insanlara xəbərdarlıq edib.

“Yatağa nəmli saçlarla girdiyiniz zaman, otaqdakı açıq yerlərdən gələn hava səbəbindən həm boyun bölgəsindəki əzələ kütləsi, həm də üz sinirləri zədələnə bilər.” deyə həkim-nevroloq vurğulayıb.

Mütəxəssis həmçinin, yaş saçlarla yatan insanların sağlamlıqla bağlı başqa  problemlərin də yarandığını qeyd edib.  

Nevroloq bildirib ki, bu vərdiş, əzələ və sinir ağrılarından əlavə, saçlarda yağ miqdarının azalmasına, baş dərisindəki

pH səviyyəsinin tarazlığına, dəridə göbələyin və qaşınmanın yaranmasına, saç qırılmalarına və dəridəki digər problemlərin artmasına səbəb olur.

 

VARLILAR ZOMBİ OLMAQ ÜÇÜN NÖVBƏ GÖZLƏYİR

ÖLÜMSÜZLÜK TABLETLƏRİNİN SINAQLARI DAVAM EDİR

Amerikalı milyarderlər kütləvi şəkildə ölümsüzlük tabletləri istehsal edən şirkətə sərmayə ayırmağa başlayıb.

İddia olunur ki, rusiyalı milyarder Yuri Milner tərəfindən təsis edilən Altos Labs tabletləri hazırlayan laboratoriyada sınaqlar uğurlu keçsə, insanlara əbədi həyat bəxş ediləcək.  

Təcrübələrin əsas məqsəd alimlərə laboratoriya şəraitində hüceyrələri cavanlaşdırmağa imkan verəcək bioloji “yenidən proqramlaşdırma” texnologiyasından istifadə edərək qocalığa qalib gəlməkdir.

İnvestorlar arasında: PayPal-ın həmtəsisçisi Peter Thiel, CEO Sam Altman, Amazon-un baş direktoru Cozef Bezes və digər zəngin insanlar var.  

Amerika mediası yazır ki, adı çəkilən milyonçular ən azı 15 milyard dollar köçürüblər.

Onların artıq ümumi ləqəbi də var”İmtiyazlı zombilər!

Bəs siz necə, əbədi yaşamaq istəyərsinizmi?

SOYUDUCUDA SAXLANILAN SÜD DÜŞMƏNƏ NECƏ ÇEVRİLİR?

MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

 

Mütəxəssislər soyuducuda saxlanılan südlə bağlı ciddi xəbərdarlıqlar edib.

Qida təhlükəsizliyi mütəxəssisləri  südü soyuducu qapısında saxlanması ilə bağlı ciddi xəbərdarlıqlar edir.

Tədqiqatlar göstərir ki, bu köklü vərdiş südün keyfiyyətinə və təhlükəsizliyinə xələl gətirir.

Chowhound-un ekspert qrupu qapı bölmələrinin süd saxlamaq üçün kifayət qədər soyuq olmadığını vurğulayır.

"Hər dəfə qapını açanda otağın yüksək temperaturlarına məruz qalır. Temperatur 0-5 dərəcə arasında sabit qalmadıqda, süddə bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır", - deyə məlumatda bildirilir.

BƏS SÜD NECƏ DÜZGÜN SAXLANILMALIDIR?

Mütəxəssislər mümkün qədər soyuducunun alt rəflərini və arxa tərəfini tövsiyə edirlər.

Chowhound əlavə olaraq bildirir ki, temperatur yüksəlməyə meylli olduğundan, südü iki gündən çox soyuducuda saxlamaq doğru deyil.

Mütəxəssislər az miqdarda alıb, tez bir zamanda istehlak etməyi məsləhət görür. Xarab olmuş südün simptomları rəngsizləşmə, qabıqlanma və pis qoxudan ibarətdir.

Bundan əlavə, xarakterik bir xoşagəlməz dad xarab olmanın göstəricilərindən biridir, deyə o, bildirib.

Mütəxəssislər südü ağzıaçıq stəkanda və ya qabda saxlamağı şiddətlə qadağan edir və xüusuilə soyuducuda ağzı açıq ət varsa, bunun çox təhlükəli olduğunu vurğulayırlar.

TİBB İŞÇİLƏRİNİN ÜSTÜNƏ KAMERA TAXILACAQ

TƏCİLİ YARDIM İŞÇİLƏRİNİ ZORAKILIQDAN QORUMAQ ÜÇÜN

Tibb işçilərinin təhlükəsizliyi üçün üstlərinə kamera taxılacaq.

Beynəlxalq Səhiyyə Təhlükəsizliyi Assosiasiyasının idarə heyətinin üzvü Scott Hill, bunu xüsusən təcili yardım işçilərinin təhlükəsizliyi ilə bağlı olduğunu qeyd edib.

100-dən çox xəstəxanada monitorinq aparan qurum rəsmisi tibb ocaqlarında həkimlərin xəstələr və xəstə qohumları tərəfindən təhqirə,  zorakılığa məruz qaldığını, buna dair video sübutarın olmadığını bildirib.

Hill bəzi xəstəxanaların müahifizə sisteminin çox zəif, bəzən də heç olmadığından da gileylənib.

“Bir çox həkimlər yalan ittihamlara məruz qalır. Həkimlik kimi müqəddəs bir peşəsini icra edən həmkarlarımızı belə gərginliklərdən qorumaq üçün onların üzərinə kamera qurulmasının və hər şeyin şəffaf olmasının tərəfdarıyıq. Bu mini-cihazlar həm onların təhlükəsizliyi, həm də şərəfini qoryacaq” ,deyə Hill bildirib.

Assosasiyanın bu qərarına narazılıq bildirənlər də olub. Bəzi mütəxəssislər, həkimlər və hətta pasientlər də həkim - pasient münasibətinin özəl olduğunu və kamera müşayətində ünsiyyətin kifayət qədər səmimi olmayacağını bildirib.

ALKOQOLDAN KOFE İLƏ QURTULUN

ALİMLƏR AÇIQLAYIB

Kalyari və  Stanford Universitetinin alimləri tədqiqat nəticəsində kofe ilə içkidən qurtulmağın yolunu tapıb.

Alimlər bir şərab və ya pivədən öncə kofe içilən təqdirdə, spirtli içkinin həzzinin azaldığını iddia edib.

Həzz azaldığı üçün də insan tədricən içkidən uzalqşır, deyə mütəxəssislər bildirib.

Qəhvə özü asılııq yaratsa da, digər asılılıqları dəf edir.

Tədqiqatçılar öz təcrübələrində erkək siçovulları müşahidə edib.

Gəmiricilərin bir qrupuna yalnız spirt, ikincisinə - spirt və kofein, üçüncüsünə bəzi reseptorları bloklayan və kofeinin təsirini izləməyə imkan verən dərmanlar verilib.

Məlum olub ki, kofein alkoqolun səbəb olduğu dopaminin ifrazını effektiv şəkildə bloklayır.

Və içki əvvəlki həzzi vermir.

Mütəxəssislər belə qənaətə gəlib ki, qəhvə alkoqol istehlakının bəzi təhlükəli nəticələrindən, o cümlədən şüurdakı dəyişikliklərdən qoruya bilər.

 

GÜNLƏR 16 SAAT OLUB?

ALİMLƏR ZAMANIN SÜRƏTLƏNDİYİNİ DEYİR

Alimlər zamanın sürətləndiyini açqılayıb. Bu iddia dünyada sensasiya doğurub. Məlumatda deyilir ki,

Yer səthi ilə ionosfer arasındakı vibrasiya tezliyi, yəni Şuman rezonansı əvvəllər 7,83 herts olub.

Lakin 20-ci əsrin əvvəllərindən etibarən rezonans böyüməyə başlayıb və hazırda 16 hertz-ə çatıb. Bu o deməkdir ki, bir sutka 16 saat olub , deyə açıqlamada bildirilir.

Bununla belə insan orqanizmi planetin təbii ritmləri ilə sinxronlaşdığı üçün bioloji saata uyğun yaşamağa davam edir.

Buna görə narahatlıq və ya artan yorğunluqla nəticələnən dissonans yaranır. Bəziləri isə əksinə bu dəyişiklikdən daha çox aktiv olur.

Bununla belə, elm adamları hələ də kəskin nəticələr çıxarmağa tələsmir:

Yerin elektromaqnit sahələrində dəyişikliklər həqiqətən qeydə alınır, lakin indiyə qədər vaxtın niyə daha sürətli hiss olunmağa başladığı ilə bağlı vahid, rəsmi açıqlama  yoxdur.

Mütəxəssislər vaxtı boş yerə sərf etməmək üçün hər anı dolğun yaşamağı tövsiyə edir.

 

NƏFƏS ALA BİLMƏYƏN İNSANLAR ÜÇÜN OKSİGEN İYNƏSİ  

HƏKİMİN KƏŞFİ

Nəfəs ala bilməyən xəstələrə oksigeni effektiv şəkildə çatdıran, dəri altına iynə ilə qan dövranına yeridilə bilən və oksigen qazı ilə dolu olan mikrohissəciklərdən istifadə etməklə innovativ müalicə üsulunu təqdim edilib.

Boston Uşaq Xəstəxanasının mütəxəssis həkimi Djon Hier,  bu innovativ üsulu pnevmoniyada vəfat edən kiçik bir qız uşağının ölümündən sarsıldıqdan sonra yaradıb.

Sonikatordan istifadə etməklə yaradılmış, ölçüsü 2-4 mikrometrə qədər olan mikrohissəciklər tıxanmaya səbəb olmadan kapilyarlardan keçir. Laboratoriya testləri göstərib ki, bu hissəciklər oksigen çatışmazlığı olan heyvanları 15 dəqiqəyə qədər saxlaya bilir, ürək dayanması və orqan zədələnməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Təcili istifadə üçün nəzərdə tutulmuş bu oksigen nəfəs ala bilməyən insanlara kritik halda dəstək olmaq potensialına malikdir.

Qeyd edək ki, nəticələr “Science Translational Medicine” jurnalında dərc edilib.

GÖZ HƏRƏKƏTİNİ İZLƏMƏKLƏ BU XƏSTƏLİYİ ERKƏN AŞKAR ETMƏK OLACAQ

“EARPİECE TECH” NƏDİR?


Göz hərəkəti siqnallarından və eşitmə vibrasiyalarından istifadə edərək Alzheimer xəstəliyi erkən mərhələdə aşkar ediləcək.
Tədqiqatçılar xüsusi mini-mikrafonlar ilə qulaq pərdəsində yaranan titrəmələr və ya göz hərəkəti trayektoriyasını izləyən cihaz vasitəsilə Alzheimer xəstəliyinin erkən aşkarlanması üçün “Earpiece Tech” adlı üsul hazırlayırlar.
Alzheimer xəstəliyi olan insanlarda göz hərəkətlərinin sürəti azalır, eşitmə ləngiyir bu da motor bacarıqlarının və idrak qabiliyyətlərinin erkən azalmasını göstərir.
Ənənəvi göz izləmə avadanlığı bahalı və əlçatmazdır, lakin qulaqcıqlar uzunmüddətli monitorinq üçün daha praktik, qeyri-invaziv alternativ təklif edir.
Təcrübələr nevroloji pozuntuları göstərən nümunələri müəyyən etmək üçün qulaqlıqlardan və müntəzəm göz izləmə cihazlarından gələn siqnalların müqayisəsini əhatə edir.
Artaşdırmanın əsas məqsədi gündəlik geyilə bilən, əlaçatan olan texnologiya vasitəsilə xəstəliklərin erkən aşkarlanmasında inqilab etməkdir.

BEYİN ŞİŞİNİ SÜNİ İNTELLEKT AŞKARLAYACAQ

RADİOLOQLARIN GÖSTƏRİCİLƏRİLƏ ÜST-ÜSTƏ GƏLİR

Süni intellekt beyin şişlərinin aşkarlanması üzrə təkmilləşdirilib.

MRT skanerləri ilə öyrədilmiş süni intellekt modelləri beyin şişlərini sağlam toxumadan 85,99%-ə qədər dəqiqliklə ayırd edir və bu nəticələr  həkim-radioloqlarının göstəriciləri ilə üst-üstə gəlir.

Alimlər sağlam toxuma və şişləri ayırd etmək üçün neyron şəbəkələri öyrədən dərin öyrənmə metodundan istifadə edib. Məlumatları dəqiqləşdirmək üçün alimlər heyvanlar üzərində təcrübə aparıb.

Məlum olub ki, gizli obyektləri aşkar etmək bacarığı neyron şəbəkələrə çox vaxt sağlam toxuma kimi maskalanan şişləri daha yaxşı tapır.

Tədqiqatın nəticələri göstərib ki, neyron şəbəkələri təkcə şişin varlığını aşkar etməklə yanaşı, onun növünü də təyin edir.

Bundan əlavə, süni intellekt öz tapıntılarını izah edə, əsaslandıra da bilir.

Tədqiqatın müəllifləri qeyd edib ki, süni intellekt modeli radioloqları əvəz etməyəcək, lakin onların etibarlı köməkçisinə çevriləcək.

Bu cihazlar həkimlərə düzgün qərarlar qəbul etməyə və xərçəng xəstələrinə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.

Qeyd edək ki, tədqiqat "Biology Methods and Protocols” jurnalında dərc olunub.

ROBOTLAŞDIRILMIŞ EV HEYVANLARI YAŞLILARIN SAĞLAMLIĞINI YAXŞILAŞDIRIR

ARAŞDIRMA

Robotlaşdırılmış ev heyvanları yaşlı insanların sağlamlığını yaxşılaşdırır.

Amerikanın 2024-cü il Gerontologiya Cəmiyyətinin illik elmi konfransında təqdim olunan tədqiqata görə, robotlaşdırılmış ev heyvanları

65 yaşdan yuxarı, cəmiyyətdə yaşayan qadınlarda depressiya, narahatlıq və tənhalığı azaldır.

«Bu heyvanlarla ünsiyyət iştirakçılara sevinc bəxş. edir. Üstəlik onları yedirtmək, təmizləmək lazım deyil.

Bir çox yaşlı insan canlı heyvanlara qayğı göstərə bilmir, ona görə də düşündüm ki, bu robot itlər və pişiklər alternativ ola bilər» — deyə

Bingemton Universitetinin fəlsəfə doktoru, aparıcı tədqiqatçı və dosent Suk-Yang Kang bildirib.

45 nəfər depressiya əlamətləri olan insana ziyarət zamanı robotlaşdırılmış pişik və ya it təqdim olunub. Kang və həmkarları

1 ay sonra iştirakçıları yenidən ziyarət edərək, onların psixoloji sağlamlıq və fiziki vəziyyətindəki dəyişiklikləri analiz edib.

Nəticədə, depressiya üzrə başlanğıc göstəricisi 15 ballıq şkala ilə 9,16 olanların, 1 ay sonrakı göstəriciləri 5,29-a enib.

Narahatlıq, yalnızlıq, fiziki sağlamlıq göstəricilərində də kifayət qədər qənaətbəxş, müsbət nəticələr əldə edilib.

 

SÜMÜYƏ TAXILAN İMPLANT ÜRƏYİ NƏZARƏTDƏ SAXLAYACAQ

“CARDİOTAG” TƏZYİQ HAQQINDA DA MƏLUMAT ÖTÜRƏCƏK

Döş sümüyünə taxılan sadə, yüngül bir cihaz, ürək fəaliyyətinin pisləşməyini əvvəlcədən xəbər edəcək.

Kaliforniya Universitetinin kardioloqu, San-Fransisko Tibb Mərkəzi və laboratoriyasının direktoru Liviu Klein

bu cihazın insan sümüyünə transplantasiyasının xəstələr və həkimlər üçün daha faydalı və rahat  formada təklif etmək üçün dizaynlar hazırlandığını bildirib.

Tərtibatçılar cihazı CardioTag adlandırır. Bu avadanlıq xəstənin mövcud və yaxın müddət ərzində ola biləcək təzyiqi ilə bağlı məlumatları da bildirəcək.

Doktor artıq mövcud olan və implantasiya edilə bilən pulmoner arteriya təzyiq sensorlarını və digər kardio cihazları xəstələr üçün "çox əlverişsiz" adlandırıb.

“Bir həkim olaraq deyə bilərəm ki, hazırda mövcud olan cihazların kifayət qədər boşluqları var, CardioTag-in hazırlanmasında bu mənfiləri aradan qaldırmışıq”. Klein bu fikirlə çıxışını tamamlayıb.

 

DƏM QAZINDAN BOĞULANA İLKİN TİBBİ YARDIM

AVTOMATİK QAZI KƏSƏN CİHAZLAR VAR

Son günlər ərzində bir neçə nəfər dəm qazı ilə zəhərlənmə halları nəticəsində həyatını itirib. Bu vəziyyətlə qarşılaşdıqda nələrə diqqət etməli və ilkin tibbi yardımı necə göstərməliyik?

 “Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir.

Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək,

başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

deyə toksikoloqlar məsləhət görür.

 Xatırladaq ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən xüsusi qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz avtomatik kəsilir. Unutmayın, həyatınız hər şeydən dəyərlidir.

 

HƏR GÜN SÜD İÇMƏK QADINLARDA ÜRƏK XƏSTƏLİKLƏRİ YARADIR

33 İL DAVAM EDƏN TƏDQİQAT

Gündə iki stəkandan çox  süd içmək qadınlarda ürək-damar xəstəliklərinin riskini artırır.

Yeni aparılan tədqiqatın nəticələrini İsveçrənin Uppsala Universitetinin alimləri yayımlayıb.

100 775 nəfərin iştirak etdiyi geniş araşdırmanın elmi məqaləsi BMC Medicine jurnalında dərc olunub.

33 il çəkən tədqiqatda diqqət çəkən məqam isə, kişilərdə oxşar fəsadlar aşkarlanmamasıdır.

Təhlillər göstərdi ki, qadınlar süddən çox, fermentləşdirilmiş süd məhsulları istehlak etməyə üstünlük verirlər.

Müəlliflər mayalanmamış və fermentləşdirilmiş süd məhsulları arasındakı fərqlərə xüsusi diqqət yetirib.

Birinci qrupda adi süd, qaymaq və yağ - müxtəlif yağ tərkibli pasterizə olunmuş süddən hazırlanan məhsulları istehlak edənlər tədqiq olunub.

İkinci qrupda kəsmik, qatıq və pendir kimi fermentləşdirilmiş məhsullardan istifadə edən insanlar araşdırılıb.

Tədqiqat zamanı 17 896 ürək-damar xəstəliyi, o cümlədən 10 714 miokard infarktı kliniki təsdiqlənmiş hal qeydə alınıb.

 

 

DÖŞ XƏRÇƏNGİNƏ QARŞI BÜSTQALTER

HƏKİMƏ GETMƏDƏN DİAQNOZ QOYA BİLƏCƏKSİNİZ

 

Dünya şöhrətli alim, ürək üçün kardiostimulyatorun müəllifi türkiyəli fizik Canan Dağdeviren son ixtirası ilə elm dünyasının gündəminə gəlib.

Dağdeviren döş xərçəngini aşkar edən elektron büstqalter hazırlayıb.

Canan Dağdeviren Harvard Universitetində gənc akademiya üzvü seçilən ilk türk olub.

O, Forbes jurnalının “30 yaşa qədər 30 alim” siyahısına daxil edilib.

ABŞ-da yaşayan Canan Dağdeviren və komandasının istehsal etdiyi geyilə bilən ultrasəs skan cihazı döş xərçənginin diaqnozu üçün həyati əhəmiyyət kəsb edir.

Heç bir təcrübə tələb etməyən elektron büstqalter ultrasəs sensorları ilə xərçəng toxumalarını aşkar edə bilir.

Skanlama həkimə getmədən hər gün edilə bilər.

Dağdeviren, bu şəkildə gözdən qaçırıla biləcək halların dövri müayinə ilə tutula biləcəyini vurğulayıb.

“Bu cihazı bütün qadınlara ərmağan edirəm, siz tək deyilsiniz”, deyə türkiyəli alim vurğulayıb.

ŞƏHƏR SUYU BU XƏSTƏLİKLƏRİ YARADIR

PREZİDENT MƏSLƏHƏTÇİSİNDƏN AÇIQLAMA


Bütün su sistemlərindən flüorun çıxarılması planlaşdırılır.
Bunu ABŞ-ın 2ci defe seçilən prezidenti Donald Trampın məsləhətçisi Robert Frensis Kennedi təklif edib.

Onun, içməli sudan flüorun çıxarılması çağırışı mübahisələrə səbəb olub.
“20 Yanvar tarixində Ağ Ev ABŞ-ın bütün su sistemlərindən flüoridləri çıxarmağı tövsiyə edəcək.

Flüor - artrit, qırıq sümüklər, sümük xərçəngi, İQ itkisi, neyroinkişaf pozuntuları və tiroid xəstəlikləri ilə əlaqəli sənaye tullantılarıdır” deyə Robert Kennedi öz sosial şəbəkəsində yazı paylaşıb.

Bəzi səhiyyə işçiləri və ekspert qrupları onun bu fikrinə qarşı çıxıb və flüoridin hələ də içməli suya əlavə edilməli olduğunu deyib.
Araşdırmaya görə, flüorlu suyun dişlərdə ağ ləkələrin və ya diş florozunun inkişaf riskini artırır. Bundan əlavə, flüorun təsiri hamiləlik zamanı ana bətnində olan uşağa da zərər verə bilər.

BAĞAYARPAĞININ BİLİNMƏYƏN FAYDALARI

KƏPƏK, SIZANAQ, DƏRİ YAĞLILIĞI, BOĞAZ AĞRISI VƏ S…

Bağayarpağı orta əsrlərdə, yaraları və xoraları sağaltmaq üçün istifadə edilib.

Bununla yanaşı, bağayarpağı tənəffüs və həzm orqanlarının, reproduktiv və sinir sistemlərinin xəstəliklərini müalicə edir.

Dərman və məlhəm xammalı kimi adətən yarpaqlar, toxum və şirəsindən istifadə olunur.

Bağayarpağı vitaminlə zəngin olduğu üçün salatlara və yaz şorbalarına da əlavə edilir.

Kosmetologiyada onun müalicəvi xüsusiyyətləri sızanaqları, qırışları, yağlı dəriləri və kəpəkləri aradan qaldırmaq üçün istifadə olunur.

Bağayarpağında qlikozid akubinlə yanaşı kalsium və maqnezium, flavonoidlər və polisaxaridlər, taninlər, fitonsidlər, K vitamini, pektin, askorbin, limon və kumarin turşuları var.

 Bağayarpağının demək olar ki, bütün komponentləri müalicəvi xüsusiyyətlərə malikdir.

Polisaxaridlər vitaminlərlə birlikdə toxumaların bərpası prosesini sürətləndirir. K vitamini durulaşdırıcı təsir göstərir. Bitkinin tərkibində olan fermentlər və fitonsidlər tənəffüs yollarının epitelinin qoruyucu funksiyalarını bərpa edir. Flavonoidlər, saponinlər və pektinlər qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

 

86% DƏQİQ DİAQNOZ QOYAN YENİ NƏSİL DNT TESTLƏRİ

GENOM TESTLƏR ERASINDA YENİLİK

Müasir DNT testlərinin çətin qoyulan diaqnozlarda həkimlərə çox böyük dəstək olmağı barədə iki elmi məqalə dərc edilib.

Nature Medicine jurnalında verilən məlumatda

testin menengit və ensefalit kimi nevroloji infeksiyaların səbəbini müəyyən etməkdə effektiv olduğu sübut edilib. 

Müasir DNT testi Serebrospinal maye nümunələrindən istifadə edərək, təxminən yeddi il ərzində toplanmış 4800-dən çox nümunədən nevroloji infeksiyaların 86%-nə dəqiq diaqnoz qoyub.

Kaliforniya Universitetində hazırlanmış genom testi qan, toxuma və ya bədən mayesinin nümunəsində mövcud olan bütün DNT və RNT-ni çıxarır və sonra həmin genetik materialı ardıcıllıqla sıralayır.

Nature Communications jurnalında dərc edilən testin ikinci araşdırması isə yeni virusları, o cümlədən pandemiyaya səbəb ola biləcəkləri aşkar etmək üçün də istifadə oluna biləcəyini göstərir.

 

NƏM SALFETLƏRİN TƏRKİBİNDƏ SAĞLAMLIĞA TƏHLÜKƏLİ OLAN MADDƏLƏR VAR

METİLİZOTİYAZOLİNON, FENOKSİETANOL, İZOPROPIL, TRİKLOSAN, POLİETİLEN QLIKOL, ƏTİRLƏR

 “Nəm salfetlərin hopdurma maddələrindən biri bakteriya və göbələklərin böyüməsinin qarşısını almaq üçün konservant kimi istifadə olunan metilizotiyazolinondur. Lakin bu maddə xüsusilə uşaqlarda və həssas dərili insanlarda allergik reaksiyalara, müntəzəm təmasda olduqda isə səpgilərə, kontakt dermatitlərə və digər dəri xəstəliklərinə səbəb olur”. Bu fikri rusilayı kimyaçı alim Andrey Doroxov deyib.

Salfetlərin tərkibində  tez-tez rast gəlinən başqa bir maddə, fenoksietanoldur. Həm allergik reaksiyalara, dəri və göz qıcıqlanmasına səbəb ola bilər.  Bəzi hallarda ekzema kimi ciddi dəri xəstəliklərin yaranmasını da təşviq edə bilər. Deyə alim qeyd edib.

Doroxov bildirib ki, nəm salfetlərin tərkibində konservantlardan başqa sağlamlıq üçün kifayət qədər ziyan olan spirtlər, məsələn, etil və ya izopropil var. Alim endokrin sistemimizə zərəri ilə tanınan triklosan kimi antimikrob maddəsinin də orqanızmə mənfi təsirindən bəhs edib. 

Ekspert deyib ki, salfetlərin strukturunu və onların təmizləyici xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tərkibinə polietilen qlikol daxil edilir ki, bu da onları səthini toxunuş üçün xoş edir. Amma bu maddə, orqanizmin immun və reproduktiv sistemlərinə mənfi təsir göstərən və xərçəngə tutulma riskini artıran potensial zəhərli maddədir.

Bu məhsulların tərkinbinə qatılan ətirləndiricilər isə, xüsusən, körpələrdə allergik reaksiyalara səbəb ola bilər, deyə Andrey Doroxov vurğulayıb.

VALİDEYNLƏR CANSIZ DOKTORLARI SEÇİR

UŞAĞIN SAĞLAMLIĞINI HƏKİMƏ YOX, ChatGPT-YƏ HƏVALƏ EDİRLƏR

Tədqiqatçılar müəyyən edib ki, valideynlər tibbi məsləhət almaq üçün süni intellektə həkimlərdən daha çox etibar edir.

Kanzas Universitetinin Lifespan İnstitutunun yeni araşdırması  

“Journal of Pediatric Psychology”-də dərc edilib.  

18-65 yaş arası 100-dən çox valideyndən mütəxəssisin nəzarəti altında həm həkim, həm də ChatGPT (OpenAI tərəfindən yaradılmış süni intellektə əsaslanan chatbot) tərəfindən yaradılan mətni qiymətləndirmək istənilib.

Tədqiqat valideynlərin ChatGPT-nin "dərman, yuxu və pəhriz ilə bağlı qərarlar”larını daha qənaətbəxş hesab edib.

 Valideynlər etibarlılıq, dəqiqlik baxımından chatbotun məlumatlarına daha çox güvəndiklərini bildirib.

Tədqiqat aparıcı müəllifi, Kanzas Universitetinin Klinik Uşaq Psixologiyası Departamentinin doktorantı Calissa Leslie-Miller, tədqiqatın ChatGPT-nin işə salınmasından dərhal sonra başladığını qeyd edib. “Bu tətbiqin qısa müddətdə beləetibar qazanması təəccübləndiricidir. Valideynlər övladlarının sağlamlığını canlı həkimdən çox məlumat toplusuna həvalə etməyi seçir”, deyə alim bildirib.

 

XƏRÇƏNGƏ QARŞI TƏBİİ, QORUYUCU QALXAN

OMEQA-3 VƏ OMEQA-6

Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələri xərçəngə qarşı qoruyucu qalxandır.

Tərkibində fosfor, manqan və dəmir olan balıq yağının hətta maqnezium əlavələrindən daha güclü olduğu müəyyən edilib.

Corciya Universitetində bu yaxınlarda aparılan bir araşdırma balıq yağı əlavələrinin, xüsusən də omeqa-3 və omeqa-6 yağ turşularının xərçənglə mübarizədə potensial faydalarını araşdırıb.

Məlum olub ki, ürək sağlamlığı, beyin funksiyası və zehni rifah üçün faydalı bilinən Omeqa-3 və Omeqa-6 yağ turşuları müxtəlif xərçəng növlərinin riskini azaltmaqda da mühüm rol oynaya bilər.

Tədqiqatçılar. 13 il ərzində 500.000-dən çox insan haqqında tibbi məlumatlar təhlil edilib.

Omeqa-3 və omeqa-6 yağ turşuları istehlak edənlərin ağciyər və hətta bəzi beyin xərçəngləri də daxil olmaqla 19 müxtəlif xərçəng növünün aşağı nisbətləri aşkarlanıb.  

Xatırladaq ki, omeqa-6 bitki yağlarında, qoz-fındıq və toxumlarda olur.

Soya yağı, qarğıdalı yağı, mayonez, qoz, günəbaxan tumu, badam, zeytun yağı və fıstıq yağı isə Omeqa-3 ilə zəngindir.

 

KORONAVİRUSDAN SAĞALANLAR BU İNFEKSİYAYA YOLUXUR

ƏHİLYƏ XƏBƏRDARLIQ

COVİD virusundan sağalanlar göbələk infeksiyasına yoluxur.

Rusiyada həkimlər Covid virusundan sağalan, immuniteti zəif olan xəstələrdə, daxili orqanlara və bədən sistemlərini zədələyən “Candida Auris” adlı göbələk infeksiyasının inkişaf etdiyini bildirib. Mütəxəssislər infeksiyanın tez-tez və nəzarətsiz istifadə edilən antibiotiklər nəticəsində yarandığını deyib.

 “Candida Auris” infeksiyası mədə-bağırsaq traktına, qan damarlarına, ağciyərlərə və beyin funksiyalarına mənfi təsir göstərir.

“Antibiotiklərin belə bir xüsusiyyəti var ki, qəbul edilən zaman bağırsaq florasını, insan mikroflorasını məhv edərək, göbələyin böyüməsinə səbəb olur. Müalicəsi son dərəcə çətindir. Sağaldıqda isə, kifayət qədər ciddi nevroloji problemlər yaranır”, deyə mütəxəssislər izah edib.

Qeyd edək ki, 2022-ci ildə isə ÜST “Candida Auris”  infeksiyanı insan sağlamlığı üçün ən təhlükəli 25 patogen göbələk siyahısına daxil edib.

“İNSANIN MEYMUNA ÇEVRİLMƏ EHTİMALI DAHA ÇOXDUR”

DƏHŞƏTLİ PSİXOLOJİ EKSPERİMENT

Psixoloq Uintrop Kelloq öz övladı üzərində eksperiment keçirib - onu bir müddət şimpanze balası ilə birlikdə böyüdüb.

Bir il yarımdan sonra Kelloq və arvadı belə bir nəticəyə gəlib ki, insanın şimpanzeyə çevrilməsi ehtimalı şimpanzenin insana çevrilməsindən daha çoxdur. Dərhal təcrübə dayandırılıb.

Eksperimentdə Kelloqlarən əsas qaydası körpəyə və şimpanzeyə eyni münasibət göstərmək olub.

Məqsəd, meymunun insanlarla eyin şəraitdə yaşadıqda davranışlarını və inkişaf istiqamətini araşdırmaq olub.

Əvvəlcə Qua Donalddan daha uğurlu olub. Məsələn, o, əli çatamayan qabdan, çubuqla peçenye götürməyi, qaşıqla yeməyi, stəkandan su içməyi və qapını tək açmağı daha tez öyrənib.

Amma uzun müddət ayaq yoluna getməyi, "qarşok"dan istifadəni anlamayıb. Ona niyə qələm verildiyini başa düşə bilməyib. Psixoloqun oğlu isə əlinə qələm verilən kimi rəsm çəkməyə başlayıb.

Bir müddət sonra psixoloq oğlunun davranışlarında meymunun vərdişlərini aşkarlamağa başlayıb və dərhal eksperimenti dayandırıb.

1933-cü ildə Kelloq cütlüyü "Meymun və Uşaq" kitabını nəşr edib.

Böyük Britaniya və ABŞ-dan bu cür tədqiqatları araşdıran bir qrup alim isə “Animal Cognition” jurnalında məqalə dərc etdirib.

Kelloqun apardığı təcrübə kimi əksər tədqiqatların qərəzli olduğu bildirilib:

Birincisi, eyni bioloji növ daxilində belə, heyvanların fərqli intellektual qabiliyyətləri var.

İkincisi, uşaqlar primatlardan daha uğurlu ola bilərlər, çünki onlar belə bir mühitdə böyüdükləri ilk gündən valideynlərin və digər insanların davranışlarını müşahidə edirlər,

şimpanzelər isə özlərini tamamilə yeni atmosferdə tapırlar.

Meymun balası Qua aparılan təcrübə bitdikdən iki il sonra sətəlcəmdən ölüb. Donaldın taleyi isə məlum deyil. Fərziyyələrdən birinə görə, o, 42 yaşında intihar edib.

 

“Dəhşətli Psixoloji Eksperimentlər:  Real Tarixi Faktlar” kitabından tərcümə Sağlamolun.az

SUBAY VƏ BOŞANMIŞ KİŞİLƏR HAQQINDA ARAŞDIRMA:

DAHA ÇOX DEPRESSİYAYA DÜŞÜRLƏR

Yeni bir araşdırma, subay kişilərin və boşanmış kişilərin depressiya riskinin daha çox olduğunu müəyyin edib.

Tənha kişilər evlilərlə müqayisədə 80% daha çox depressiyaya düşür.

Tədqiqat müəllifləri hesab edir ki, evli cütlüklərin bir-birinə mənəvi və maddi dəstəyi, gəlir və xərclərin ortaq qərarla müəyyən edilməsi onların stress səviyyəsini azaldır.

Tədqiqatda 7 ölkədən 100 mindən çox insanın iştirak edib. ABŞ, Meksika, İrlandiya, Cənubi Koreya, Çin və İndoneziyadan olan iştirakçıların da daxil olduğu və

18 ilə qədər davam edən araşdırma, subay və ya boşanmış insanların depressiya riskinin evli insanlara nisbətən 79% daha çox olduğunu göstərib.

DƏMİR ÇATIŞMAZLIĞININ, YORĞUNLUĞUN  TƏBİİ ÇARƏSİ

ƏSRLƏRDİR XALQ TƏBABƏTİNDƏ İŞLƏNƏN GÖBƏLƏK


Dəmir çatışmazlığı ən çox görülən sağlamlıq problemlərindən biridir. Yeməkdən kifayət qədər dəmir ala bilmədikdə, vücudunuzda dəmir çatışmazlığı yaranır.

Ancaq təbiətdə olan dəmirlə zəngin qida orqanizmin bütün dəmir ehtiyacını ödəyə bilir. Həftədə iki bunu yemək həm dəmir ehtiyacını ödəyir, həm də daimi yorğunluq hissini aradan qaldırır.

Bədəndə kifayət qədər dəmir olmadıqda, bədən qırmızı qan hüceyrələrinə oksigen daşımağa imkan verən kifayət qədər hemoglobin zülalını istehsal edə bilməz. Nəticədə yaranan dəmir çatışmazlığı anemiyası yorğunluq, nəfəs darlığı, baş ağrısı, dəri rənginin dəyişməsi, əzalarda soyuqluq və üşütmə ilə nəticələnir.

Asiya mətbəxinin əvəzolunmaz hissəsi olan istiridyə göbələyi əsrlər boyu ənənəvi tibbdə şəfa mənbəyi olub.

Oyster göbələkləri lif, vitaminlər, minerallar və digər vacib qidalarla zəngindir.  Karbohidratlarda da az olduğu üçün pəhriz saxlayanlar üçün əla seçimdir.

Dəmirdən əlavə 1 stəkan (86 qram) çiy istiridyə göbələyinin qida tərkibi:

Kalori: 28

Karbohidratlar: 5 qram

Protein: 3 qram

Yağ: <1 qram

Lif: 2 qram

Niasin: Gündəlik Dəyərin 27%-i (DV)

Pantotenik turşu (vitamin B5): DV-nin 22%-i

Folat: DV-nin 8%-i

Kolin: DV-nin 8%-i

Kalium: DV-nin 8%-i

Fosfor: DV-nin 8%-i

Sink: DV-nin 6%-i

Oyster göbələkləri bədəninizdə hüceyrə zədələnməsini azaltmağa kömək edən maddələr olan antioksidantlarla təmin edir. Onların ekstraktlarında gallik turşusu, xlorogen turşusu və naringenin də daxil olmaqla yeddi fenolik birləşmə aşkar edilib; Bütün bunlar bədəninizdə antioksidant rolunu oynayır.

Bu göbələklərin tərkibində güclü antioksidan təsir göstərən amin turşusu ergotionin də var.

2007-ci ildə gəmiricilər üzərində aparılan bir araşdırma, istiridyə göbələyi ekstraktı ilə müalicənin yaşlı siçanlarda antioksidant səviyyələrini yaxşılaşdırdığını və müəyyən iltihab markerlərini, o cümlədən malondialdehidi (MDA) aşağı saldığını aşkar etdi.

Eynilə, 2020-ci ildə siçovullar üzərində aparılan bir araşdırma, ekstraktın antioksidan təsir göstərdiyini və zəhərli kimyəvi maddələrin səbəb olduğu qaraciyərin zədələnməsini azaltmağa kömək etdiyini müşahidə etdi.

ÜRƏK SAĞLIĞINA XEYİRDİR

İstiridyə göbələkləri yüksək xolesterol və yüksək təzyiq kimi ürək xəstəliyi risk faktorlarını azaldaraq ürək sağlamlığını dəstəkləyə bilər. Xüsusilə beta-qlükanlar adlanan liflər də daxil olmaqla, ürək sağlamlığına fayda verən bir sıra birləşmələrlə zəngindir.

Beta-qlükanlar, bədəninizdə xolesterol istehsalını azaltmağa kömək edə biləcək qısa zəncirli yağ turşuları istehsal etmək üçün bağırsaq bakteriyaları tərəfindən fermentləşdirilir. İstiridyə göbələkləri digər göbələklərdən iki dəfə çox beta-qlükan verir.

2011-ci ildə 20 nəfər iştirakçı ilə aparılan tədqiqat , 21 gün ərzində 30 qram qurudulmuş istiridyə göbələyi olan şorba yeməyin plasebo müalicəsi ilə müqayisədə trigliseridləri, ümumi xolesterini və oksidləşmiş LDL (pis) xolesterin səviyyələrini azaltdığını aşkar edib.

Bundan əlavə, səkkiz insan tədqiqatının 2020-ci il icmalı bu göbələyin qəbulunun qan şəkərini, trigliseridləri, qan təzyiqini və insulin səviyyələrini azaltmağa kömək etdiyini, bunların hamısının ürək xəstəliyi riskini azalda biləcəyini göstərdi.

Ürək sağlamlığını dəstəkləməklə yanaşı, istiridyə göbələkləri qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər.

QAN ŞƏKƏRİNİ AZALDIR

2-ci tip şəkərli diabeti olan və olmayan 22 insan üzərində aparılan bir araşdırma, toz halında istiridyə göbələklərinin qəbulunun yeməkdən sonra qan şəkərinin səviyyəsini azaltdığını göstərdi. Müəlliflər göbələklərin bədən toxumalarında şəkərin istifadəsini artırarkən müəyyən qan şəkərini artıran zülalları maneə törətdiyini irəli sürüb.

Eynilə, 2007-ci ildə xəstəxanaya yerləşdirilən 2-ci tip diabetli 30 insan üzərində aparılan bir araşdırma, 7 gün ərzində gündə 150 ​​qram bişmiş istiridyə göbələklərinin yeyilməsinin qan şəkərini 22%, yeməkdən sonra 23% azaltdığını göstərdi.

İştirakçılar 1 həftə ərzində göbələk müalicəsini dayandırdıqdan sonra qan şəkəri müvafiq olaraq orta hesabla 13% və 20% artıb. Müalicə həmçinin iştirakçıların qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini əhəmiyyətli dərəcədə aşağı salıb.

Üstəlik, 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqi olan 27 insan üzərində aparılan bir araşdırma, 3 ay ərzində gündə 3 qram toz halında olan istiridyə göbələyi ilə müalicənin uzunmüddətli qan şəkərinə nəzarət üçün bir marker olan hemoglobin A1c (HbA1c) səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

Oyster göbələkləri immunitet sisteminizi bir neçə yolla dəstəkləyə bilər. Məsələn, bu göbələklərdən alınan beta-qlükan lifinin bir növü olan plevranın immunomodulyator xüsusiyyətlərə malik olduğu sübut edilmişdir. Bundan əlavə, göbələklər antiviral və antibakterial təsir göstərə bilər.

41 nəfərdə 8 həftəlik araşdırma göstərib ki, gündəlik istiridyə göbələyi ekstraktı qəbulu, plasebo ilə müqayisədə infeksiyadan qorunmada mühüm rol oynayan interferon-γ (IFN-γ) molekulunu aktivləşdirərək immunitet sistemini gücləndirir. Bu göbələklərin antiviral və antibakterial təsirləri də sübut edilib.

SİÇANIN BEYNİ SÜNİ İSTELLEKTƏ QOŞULUB

DÜNYADA İLK DƏFƏ

Alimlər ilk dəfə, siçanın beynini süni intellektə qoşub.

Rusiyanın “Neiry” biotexnoloji laboratoriyası Moskva Dövlət Universitetinin alimləri ilə birlikdə unikal eksperimentin ilk nəticələrini təqdim edib.

Dünyada ilk dəfə, alimlər və tərtibatçılar siçanın beynini süni intellektə birləşdirib. Alimlər onun adını “Pifiya” qoyub.

Onlar birbaşa beyinə invaziv sinir interfeysi implantasiya edib.

Neyrointerface elektrodları müəyyən bir şəkildə Pifiyanın beyninin xüsusi sahələrini stimullaşdıraraq .

Məlumata görə, tədqiqatçılar, istənilən sualı şifahi olaraq verdikdə süni intellektə qoşulan siçan, “hə” və “yox” klaviaturalarından istifadə edərək fizika, tarix,

riyaziyyat və neyrofiziologiyaya aid istənilən suala düzgün cavab verir. Hər düzgün cavaba görə də mükafatlandırılırdı.

“Neiry” və Moskva Dövlət Universitetinin alimləri gələcək məhsulu "Süni intuisiya" adlandırıb.

Yaxın gələcəkdə implantasiya edilmiş neyron interfeysi olan hər kəs eyni şeyi edə biləcək.

Qeyd edək ki, siçovul artıq yüzlərlə elmi suala düzgün cavab verib. Təcrübə isə hər gün davam edir.

 

İNSAN ORQANLARI PRİNTERDƏ ÇAP EDİLƏCƏK

TİBBİ İNQİLAB

Melburn Universitetinin alimləri beyin kimi yumuşaq və qığırdaq kimi sərt toxumaları olan orqanların dəqiq modellərini çap etməyə qadir olan 3D bioprinter yaradıb.

Adi 3D bioprinterlər yavaş-yavaş və təbəqələr şəklində işləyir ki, bu da hüceyrələri zədələyə və mürəkkəb strukturlar yaratmaq imkanını məhdudlaşdıra bilər.

Melburn Universitetinin mühəndisləri bu problemin həllini təklif ediblər.

Yeni texnologiya hüceyrələri bir neçə saniyə ərzində ənənəvi üsullardan yüz dəfələrlə daha sürətlə, 3D strukturlara dəqiq şəkildə yerləşdirməyə imkan verir

Bu texnologiya müxtəlif heyvanlar üzərində təcrübələr aparmadan, bir çox xəstəlikləri daha dəqiq proqnozlaşdırmağa və dərmanlar hazırlamağa kömək edəcək.

ÜST UŞAQ ZORAKILIĞI İLƏ BAĞLI PAYLAŞIM EDİB

“GÜC SİZİN ƏLİNİZDƏDİR”

Ümumdünya Səhiyyə Təşkilatı rəsmi facebook səhifəsində uşaqlara qarşı zorakılıqla bağlı post paylaşıb.

Dünyada hər iki uşaqdan biri zorakılığın qurbanıdır. Bunu dayandırmaq bizim əlimizdədir, deyə posterdə bildirilir.

İki açıq ovuc içində əlin birində şiddət görən uşaqların dilindən “yumruqladı, döydü, təhdid etdi, ac saxladı, təmiz geyim vermədi”, deyə feillər yazılıb.

Digər ovucda isə yaşıdları ilə top oynayan uşaqlar təsvir edilib.

Bununla da ÜST uşaqların həm xoş, həm də bəd taleyinin, biz böyüklərin əlində olduğunu vizual olaraq göstərib.

Uşaqlara qarşı zorakılıq geniş yayılıb və ciddi sağlamlıq problemlərinə səbəb olur, deyə maarifləndirici mətndə bildirilir.

Posterə əlavə olaraq ÜST uşaqlara qarşı zorakılığın səbəb olduğu xəstəlikləri və mənfi nəticələri sadalayıb.

  •  Depressiya
  • Yemək pozğunluğu
  • Təhlükəli cinsi davranışlar
  • İstənməyən hamiləliklər
  • Tütün, alkoqol və narkotiklərin zərərli istifadəsi

Bütün bunlar uşaq zorakılığının səbəbi kimi göstərilir.

“Uşaqlara qarşı zorakılığın qarşısını almaq olar. Bunu bitirmək üçün güc sizin əllərinizdir.”, deyə sonda vurğulanır.

20 DƏQİQƏDƏ 2 LİTR SU İÇDİ, ÖLDÜ

TİBBDƏ NADİR HADİSƏ

20 dəqiqə ərzində 2 litr su içən qadın ölüb. Hadisə Amerikada baş verib.

İndiana ştatında 35 yaşlı qadın Ashley Summers ailəsi ilə birlikdə Friman gölünün sahilində istirahət edərkən istidən özünü pis hiss edib və su içə bilmədiyindən şikayətlənib.

Daha sonra şiddətli baş ağrısından şikayətlənib. Dincəlmək üçün evə qayıdan qadını qohumları bir müddət sonra huşunu itirmiş halda tapıb. Xəstəxanaya aparılsa da, elə orada özünə gəlmədən dünyasını dəyişib.

Həkimlər Summersin həddindən artıq nəmlənmə - bədəndə və ya onun ayrı-ayrı hissələrində həddindən artıq su olması səbəbindən öldüyünü müəyyən edib. Ashleyin qardaşının sözlərinə görə, o, 20 dəqiqə ərzində dörd ədəd yarım litrlik butulka su içib, lakin ailədən heç kim suyun belə faciəvi nəticəyələnəcəyini düşünməyib.

Mərhumu müayinə edən həkim Alok Kharwani jurnalistlərə bildirib ki, belə hallar nadirdir. Onun sözlərinə görə, indi insanlar bir anda çoxlu su içirlər, lakin böyrəklər saatda cəmi bir litr təmizləyə bilir. Harvani isti hava zamanı təkcə su içməyi deyil, həm də dondurma yeməyi, meyvə şirələri, kokos suyu, bitki südü  içməyi tövsiyə edib.

 

Subcategories