Kişilər yoxa çıxa bilər


DÜNYAŞÖHRƏTLİ ALİM İZAH EDİR
“Hər milyon ildə Y xromosomu təxminən 3 gen itirir və bu proses davam edərsə, 25 milyon ildən sonra kişilər yoxa çıxacaq”. Bu haqda məşhur alim və yazıçı Aleksandr Sitnikov, kişilərin genetik quruluşu və onların təbiətdəki yeri ilə bağlı maraqlı düşüncələrini bölüşərkən səsləndirib.
Sitnikov bildirib ki, bu, təbiətin kişiləri müvəqqəti vəzifə üçün yaratdığını göstərir. “Kişilər təbiətdə 3 əsas funksiyanı yerinə yetirir: övladların qorunması və baxımı, təhlükəsizlik təminatı və qadınların genetik seçimində rolu. Bu, həyatın davamlılığı və növlərin təkmilləşməsi üçün vacibdir.”
Sitnikov həmçinin kişi və qadın münasibətlərinə toxunaraq, qadınların həyat enerjisinin daşıyıcıları olduğunu, lakin bu enerjini düzgün istifadə etmək üçün kişilərə ehtiyac duyduqlarını vurğulayır. O deyir ki, qadın bu enerjini kişiyə ötürür və kişi isə bunu qayğı, təhlükəsizlik və sevgi vasitəsilə geri verir.
Sitnikovun bu fikirləri insan təbiətinin anlaşılması və ailə münasibətlərində qarşılıqlı hörmət və anlaşmanın önəmini göstərir.

Saglamolun.Az