ALKOQOLDAN KOFE İLƏ QURTULUN

ALİMLƏR AÇIQLAYIB

Kalyari və  Stanford Universitetinin alimləri tədqiqat nəticəsində kofe ilə içkidən qurtulmağın yolunu tapıb.

Alimlər bir şərab və ya pivədən öncə kofe içilən təqdirdə, spirtli içkinin həzzinin azaldığını iddia edib.

Həzz azaldığı üçün də insan tədricən içkidən uzalqşır, deyə mütəxəssislər bildirib.

Qəhvə özü asılııq yaratsa da, digər asılılıqları dəf edir.

Tədqiqatçılar öz təcrübələrində erkək siçovulları müşahidə edib.

Gəmiricilərin bir qrupuna yalnız spirt, ikincisinə - spirt və kofein, üçüncüsünə bəzi reseptorları bloklayan və kofeinin təsirini izləməyə imkan verən dərmanlar verilib.

Məlum olub ki, kofein alkoqolun səbəb olduğu dopaminin ifrazını effektiv şəkildə bloklayır.

Və içki əvvəlki həzzi vermir.

Mütəxəssislər belə qənaətə gəlib ki, qəhvə alkoqol istehlakının bəzi təhlükəli nəticələrindən, o cümlədən şüurdakı dəyişikliklərdən qoruya bilər.

 

GÜNLƏR 16 SAAT OLUB?

ALİMLƏR ZAMANIN SÜRƏTLƏNDİYİNİ DEYİR

Alimlər zamanın sürətləndiyini açqılayıb. Bu iddia dünyada sensasiya doğurub. Məlumatda deyilir ki,

Yer səthi ilə ionosfer arasındakı vibrasiya tezliyi, yəni Şuman rezonansı əvvəllər 7,83 herts olub.

Lakin 20-ci əsrin əvvəllərindən etibarən rezonans böyüməyə başlayıb və hazırda 16 hertz-ə çatıb. Bu o deməkdir ki, bir sutka 16 saat olub , deyə açıqlamada bildirilir.

Bununla belə insan orqanizmi planetin təbii ritmləri ilə sinxronlaşdığı üçün bioloji saata uyğun yaşamağa davam edir.

Buna görə narahatlıq və ya artan yorğunluqla nəticələnən dissonans yaranır. Bəziləri isə əksinə bu dəyişiklikdən daha çox aktiv olur.

Bununla belə, elm adamları hələ də kəskin nəticələr çıxarmağa tələsmir:

Yerin elektromaqnit sahələrində dəyişikliklər həqiqətən qeydə alınır, lakin indiyə qədər vaxtın niyə daha sürətli hiss olunmağa başladığı ilə bağlı vahid, rəsmi açıqlama  yoxdur.

Mütəxəssislər vaxtı boş yerə sərf etməmək üçün hər anı dolğun yaşamağı tövsiyə edir.

 

NƏFƏS ALA BİLMƏYƏN İNSANLAR ÜÇÜN OKSİGEN İYNƏSİ  

HƏKİMİN KƏŞFİ

Nəfəs ala bilməyən xəstələrə oksigeni effektiv şəkildə çatdıran, dəri altına iynə ilə qan dövranına yeridilə bilən və oksigen qazı ilə dolu olan mikrohissəciklərdən istifadə etməklə innovativ müalicə üsulunu təqdim edilib.

Boston Uşaq Xəstəxanasının mütəxəssis həkimi Djon Hier,  bu innovativ üsulu pnevmoniyada vəfat edən kiçik bir qız uşağının ölümündən sarsıldıqdan sonra yaradıb.

Sonikatordan istifadə etməklə yaradılmış, ölçüsü 2-4 mikrometrə qədər olan mikrohissəciklər tıxanmaya səbəb olmadan kapilyarlardan keçir. Laboratoriya testləri göstərib ki, bu hissəciklər oksigen çatışmazlığı olan heyvanları 15 dəqiqəyə qədər saxlaya bilir, ürək dayanması və orqan zədələnməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Təcili istifadə üçün nəzərdə tutulmuş bu oksigen nəfəs ala bilməyən insanlara kritik halda dəstək olmaq potensialına malikdir.

Qeyd edək ki, nəticələr “Science Translational Medicine” jurnalında dərc edilib.

GÖZ HƏRƏKƏTİNİ İZLƏMƏKLƏ BU XƏSTƏLİYİ ERKƏN AŞKAR ETMƏK OLACAQ

“EARPİECE TECH” NƏDİR?


Göz hərəkəti siqnallarından və eşitmə vibrasiyalarından istifadə edərək Alzheimer xəstəliyi erkən mərhələdə aşkar ediləcək.
Tədqiqatçılar xüsusi mini-mikrafonlar ilə qulaq pərdəsində yaranan titrəmələr və ya göz hərəkəti trayektoriyasını izləyən cihaz vasitəsilə Alzheimer xəstəliyinin erkən aşkarlanması üçün “Earpiece Tech” adlı üsul hazırlayırlar.
Alzheimer xəstəliyi olan insanlarda göz hərəkətlərinin sürəti azalır, eşitmə ləngiyir bu da motor bacarıqlarının və idrak qabiliyyətlərinin erkən azalmasını göstərir.
Ənənəvi göz izləmə avadanlığı bahalı və əlçatmazdır, lakin qulaqcıqlar uzunmüddətli monitorinq üçün daha praktik, qeyri-invaziv alternativ təklif edir.
Təcrübələr nevroloji pozuntuları göstərən nümunələri müəyyən etmək üçün qulaqlıqlardan və müntəzəm göz izləmə cihazlarından gələn siqnalların müqayisəsini əhatə edir.
Artaşdırmanın əsas məqsədi gündəlik geyilə bilən, əlaçatan olan texnologiya vasitəsilə xəstəliklərin erkən aşkarlanmasında inqilab etməkdir.

BEYİN ŞİŞİNİ SÜNİ İNTELLEKT AŞKARLAYACAQ

RADİOLOQLARIN GÖSTƏRİCİLƏRİLƏ ÜST-ÜSTƏ GƏLİR

Süni intellekt beyin şişlərinin aşkarlanması üzrə təkmilləşdirilib.

MRT skanerləri ilə öyrədilmiş süni intellekt modelləri beyin şişlərini sağlam toxumadan 85,99%-ə qədər dəqiqliklə ayırd edir və bu nəticələr  həkim-radioloqlarının göstəriciləri ilə üst-üstə gəlir.

Alimlər sağlam toxuma və şişləri ayırd etmək üçün neyron şəbəkələri öyrədən dərin öyrənmə metodundan istifadə edib. Məlumatları dəqiqləşdirmək üçün alimlər heyvanlar üzərində təcrübə aparıb.

Məlum olub ki, gizli obyektləri aşkar etmək bacarığı neyron şəbəkələrə çox vaxt sağlam toxuma kimi maskalanan şişləri daha yaxşı tapır.

Tədqiqatın nəticələri göstərib ki, neyron şəbəkələri təkcə şişin varlığını aşkar etməklə yanaşı, onun növünü də təyin edir.

Bundan əlavə, süni intellekt öz tapıntılarını izah edə, əsaslandıra da bilir.

Tədqiqatın müəllifləri qeyd edib ki, süni intellekt modeli radioloqları əvəz etməyəcək, lakin onların etibarlı köməkçisinə çevriləcək.

Bu cihazlar həkimlərə düzgün qərarlar qəbul etməyə və xərçəng xəstələrinə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.

Qeyd edək ki, tədqiqat "Biology Methods and Protocols” jurnalında dərc olunub.

ROBOTLAŞDIRILMIŞ EV HEYVANLARI YAŞLILARIN SAĞLAMLIĞINI YAXŞILAŞDIRIR

ARAŞDIRMA

Robotlaşdırılmış ev heyvanları yaşlı insanların sağlamlığını yaxşılaşdırır.

Amerikanın 2024-cü il Gerontologiya Cəmiyyətinin illik elmi konfransında təqdim olunan tədqiqata görə, robotlaşdırılmış ev heyvanları

65 yaşdan yuxarı, cəmiyyətdə yaşayan qadınlarda depressiya, narahatlıq və tənhalığı azaldır.

«Bu heyvanlarla ünsiyyət iştirakçılara sevinc bəxş. edir. Üstəlik onları yedirtmək, təmizləmək lazım deyil.

Bir çox yaşlı insan canlı heyvanlara qayğı göstərə bilmir, ona görə də düşündüm ki, bu robot itlər və pişiklər alternativ ola bilər» — deyə

Bingemton Universitetinin fəlsəfə doktoru, aparıcı tədqiqatçı və dosent Suk-Yang Kang bildirib.

45 nəfər depressiya əlamətləri olan insana ziyarət zamanı robotlaşdırılmış pişik və ya it təqdim olunub. Kang və həmkarları

1 ay sonra iştirakçıları yenidən ziyarət edərək, onların psixoloji sağlamlıq və fiziki vəziyyətindəki dəyişiklikləri analiz edib.

Nəticədə, depressiya üzrə başlanğıc göstəricisi 15 ballıq şkala ilə 9,16 olanların, 1 ay sonrakı göstəriciləri 5,29-a enib.

Narahatlıq, yalnızlıq, fiziki sağlamlıq göstəricilərində də kifayət qədər qənaətbəxş, müsbət nəticələr əldə edilib.

 

SÜMÜYƏ TAXILAN İMPLANT ÜRƏYİ NƏZARƏTDƏ SAXLAYACAQ

“CARDİOTAG” TƏZYİQ HAQQINDA DA MƏLUMAT ÖTÜRƏCƏK

Döş sümüyünə taxılan sadə, yüngül bir cihaz, ürək fəaliyyətinin pisləşməyini əvvəlcədən xəbər edəcək.

Kaliforniya Universitetinin kardioloqu, San-Fransisko Tibb Mərkəzi və laboratoriyasının direktoru Liviu Klein

bu cihazın insan sümüyünə transplantasiyasının xəstələr və həkimlər üçün daha faydalı və rahat  formada təklif etmək üçün dizaynlar hazırlandığını bildirib.

Tərtibatçılar cihazı CardioTag adlandırır. Bu avadanlıq xəstənin mövcud və yaxın müddət ərzində ola biləcək təzyiqi ilə bağlı məlumatları da bildirəcək.

Doktor artıq mövcud olan və implantasiya edilə bilən pulmoner arteriya təzyiq sensorlarını və digər kardio cihazları xəstələr üçün "çox əlverişsiz" adlandırıb.

“Bir həkim olaraq deyə bilərəm ki, hazırda mövcud olan cihazların kifayət qədər boşluqları var, CardioTag-in hazırlanmasında bu mənfiləri aradan qaldırmışıq”. Klein bu fikirlə çıxışını tamamlayıb.

 

DƏM QAZINDAN BOĞULANA İLKİN TİBBİ YARDIM

AVTOMATİK QAZI KƏSƏN CİHAZLAR VAR

Son günlər ərzində bir neçə nəfər dəm qazı ilə zəhərlənmə halları nəticəsində həyatını itirib. Bu vəziyyətlə qarşılaşdıqda nələrə diqqət etməli və ilkin tibbi yardımı necə göstərməliyik?

 “Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir.

Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək,

başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

deyə toksikoloqlar məsləhət görür.

 Xatırladaq ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən xüsusi qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz avtomatik kəsilir. Unutmayın, həyatınız hər şeydən dəyərlidir.

 

HƏR GÜN SÜD İÇMƏK QADINLARDA ÜRƏK XƏSTƏLİKLƏRİ YARADIR

33 İL DAVAM EDƏN TƏDQİQAT

Gündə iki stəkandan çox  süd içmək qadınlarda ürək-damar xəstəliklərinin riskini artırır.

Yeni aparılan tədqiqatın nəticələrini İsveçrənin Uppsala Universitetinin alimləri yayımlayıb.

100 775 nəfərin iştirak etdiyi geniş araşdırmanın elmi məqaləsi BMC Medicine jurnalında dərc olunub.

33 il çəkən tədqiqatda diqqət çəkən məqam isə, kişilərdə oxşar fəsadlar aşkarlanmamasıdır.

Təhlillər göstərdi ki, qadınlar süddən çox, fermentləşdirilmiş süd məhsulları istehlak etməyə üstünlük verirlər.

Müəlliflər mayalanmamış və fermentləşdirilmiş süd məhsulları arasındakı fərqlərə xüsusi diqqət yetirib.

Birinci qrupda adi süd, qaymaq və yağ - müxtəlif yağ tərkibli pasterizə olunmuş süddən hazırlanan məhsulları istehlak edənlər tədqiq olunub.

İkinci qrupda kəsmik, qatıq və pendir kimi fermentləşdirilmiş məhsullardan istifadə edən insanlar araşdırılıb.

Tədqiqat zamanı 17 896 ürək-damar xəstəliyi, o cümlədən 10 714 miokard infarktı kliniki təsdiqlənmiş hal qeydə alınıb.

 

 

DÖŞ XƏRÇƏNGİNƏ QARŞI BÜSTQALTER

HƏKİMƏ GETMƏDƏN DİAQNOZ QOYA BİLƏCƏKSİNİZ

 

Dünya şöhrətli alim, ürək üçün kardiostimulyatorun müəllifi türkiyəli fizik Canan Dağdeviren son ixtirası ilə elm dünyasının gündəminə gəlib.

Dağdeviren döş xərçəngini aşkar edən elektron büstqalter hazırlayıb.

Canan Dağdeviren Harvard Universitetində gənc akademiya üzvü seçilən ilk türk olub.

O, Forbes jurnalının “30 yaşa qədər 30 alim” siyahısına daxil edilib.

ABŞ-da yaşayan Canan Dağdeviren və komandasının istehsal etdiyi geyilə bilən ultrasəs skan cihazı döş xərçənginin diaqnozu üçün həyati əhəmiyyət kəsb edir.

Heç bir təcrübə tələb etməyən elektron büstqalter ultrasəs sensorları ilə xərçəng toxumalarını aşkar edə bilir.

Skanlama həkimə getmədən hər gün edilə bilər.

Dağdeviren, bu şəkildə gözdən qaçırıla biləcək halların dövri müayinə ilə tutula biləcəyini vurğulayıb.

“Bu cihazı bütün qadınlara ərmağan edirəm, siz tək deyilsiniz”, deyə türkiyəli alim vurğulayıb.

ŞƏHƏR SUYU BU XƏSTƏLİKLƏRİ YARADIR

PREZİDENT MƏSLƏHƏTÇİSİNDƏN AÇIQLAMA


Bütün su sistemlərindən flüorun çıxarılması planlaşdırılır.
Bunu ABŞ-ın 2ci defe seçilən prezidenti Donald Trampın məsləhətçisi Robert Frensis Kennedi təklif edib.

Onun, içməli sudan flüorun çıxarılması çağırışı mübahisələrə səbəb olub.
“20 Yanvar tarixində Ağ Ev ABŞ-ın bütün su sistemlərindən flüoridləri çıxarmağı tövsiyə edəcək.

Flüor - artrit, qırıq sümüklər, sümük xərçəngi, İQ itkisi, neyroinkişaf pozuntuları və tiroid xəstəlikləri ilə əlaqəli sənaye tullantılarıdır” deyə Robert Kennedi öz sosial şəbəkəsində yazı paylaşıb.

Bəzi səhiyyə işçiləri və ekspert qrupları onun bu fikrinə qarşı çıxıb və flüoridin hələ də içməli suya əlavə edilməli olduğunu deyib.
Araşdırmaya görə, flüorlu suyun dişlərdə ağ ləkələrin və ya diş florozunun inkişaf riskini artırır. Bundan əlavə, flüorun təsiri hamiləlik zamanı ana bətnində olan uşağa da zərər verə bilər.

BAĞAYARPAĞININ BİLİNMƏYƏN FAYDALARI

KƏPƏK, SIZANAQ, DƏRİ YAĞLILIĞI, BOĞAZ AĞRISI VƏ S…

Bağayarpağı orta əsrlərdə, yaraları və xoraları sağaltmaq üçün istifadə edilib.

Bununla yanaşı, bağayarpağı tənəffüs və həzm orqanlarının, reproduktiv və sinir sistemlərinin xəstəliklərini müalicə edir.

Dərman və məlhəm xammalı kimi adətən yarpaqlar, toxum və şirəsindən istifadə olunur.

Bağayarpağı vitaminlə zəngin olduğu üçün salatlara və yaz şorbalarına da əlavə edilir.

Kosmetologiyada onun müalicəvi xüsusiyyətləri sızanaqları, qırışları, yağlı dəriləri və kəpəkləri aradan qaldırmaq üçün istifadə olunur.

Bağayarpağında qlikozid akubinlə yanaşı kalsium və maqnezium, flavonoidlər və polisaxaridlər, taninlər, fitonsidlər, K vitamini, pektin, askorbin, limon və kumarin turşuları var.

 Bağayarpağının demək olar ki, bütün komponentləri müalicəvi xüsusiyyətlərə malikdir.

Polisaxaridlər vitaminlərlə birlikdə toxumaların bərpası prosesini sürətləndirir. K vitamini durulaşdırıcı təsir göstərir. Bitkinin tərkibində olan fermentlər və fitonsidlər tənəffüs yollarının epitelinin qoruyucu funksiyalarını bərpa edir. Flavonoidlər, saponinlər və pektinlər qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

 

86% DƏQİQ DİAQNOZ QOYAN YENİ NƏSİL DNT TESTLƏRİ

GENOM TESTLƏR ERASINDA YENİLİK

Müasir DNT testlərinin çətin qoyulan diaqnozlarda həkimlərə çox böyük dəstək olmağı barədə iki elmi məqalə dərc edilib.

Nature Medicine jurnalında verilən məlumatda

testin menengit və ensefalit kimi nevroloji infeksiyaların səbəbini müəyyən etməkdə effektiv olduğu sübut edilib. 

Müasir DNT testi Serebrospinal maye nümunələrindən istifadə edərək, təxminən yeddi il ərzində toplanmış 4800-dən çox nümunədən nevroloji infeksiyaların 86%-nə dəqiq diaqnoz qoyub.

Kaliforniya Universitetində hazırlanmış genom testi qan, toxuma və ya bədən mayesinin nümunəsində mövcud olan bütün DNT və RNT-ni çıxarır və sonra həmin genetik materialı ardıcıllıqla sıralayır.

Nature Communications jurnalında dərc edilən testin ikinci araşdırması isə yeni virusları, o cümlədən pandemiyaya səbəb ola biləcəkləri aşkar etmək üçün də istifadə oluna biləcəyini göstərir.

 

NƏM SALFETLƏRİN TƏRKİBİNDƏ SAĞLAMLIĞA TƏHLÜKƏLİ OLAN MADDƏLƏR VAR

METİLİZOTİYAZOLİNON, FENOKSİETANOL, İZOPROPIL, TRİKLOSAN, POLİETİLEN QLIKOL, ƏTİRLƏR

 “Nəm salfetlərin hopdurma maddələrindən biri bakteriya və göbələklərin böyüməsinin qarşısını almaq üçün konservant kimi istifadə olunan metilizotiyazolinondur. Lakin bu maddə xüsusilə uşaqlarda və həssas dərili insanlarda allergik reaksiyalara, müntəzəm təmasda olduqda isə səpgilərə, kontakt dermatitlərə və digər dəri xəstəliklərinə səbəb olur”. Bu fikri rusilayı kimyaçı alim Andrey Doroxov deyib.

Salfetlərin tərkibində  tez-tez rast gəlinən başqa bir maddə, fenoksietanoldur. Həm allergik reaksiyalara, dəri və göz qıcıqlanmasına səbəb ola bilər.  Bəzi hallarda ekzema kimi ciddi dəri xəstəliklərin yaranmasını da təşviq edə bilər. Deyə alim qeyd edib.

Doroxov bildirib ki, nəm salfetlərin tərkibində konservantlardan başqa sağlamlıq üçün kifayət qədər ziyan olan spirtlər, məsələn, etil və ya izopropil var. Alim endokrin sistemimizə zərəri ilə tanınan triklosan kimi antimikrob maddəsinin də orqanızmə mənfi təsirindən bəhs edib. 

Ekspert deyib ki, salfetlərin strukturunu və onların təmizləyici xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tərkibinə polietilen qlikol daxil edilir ki, bu da onları səthini toxunuş üçün xoş edir. Amma bu maddə, orqanizmin immun və reproduktiv sistemlərinə mənfi təsir göstərən və xərçəngə tutulma riskini artıran potensial zəhərli maddədir.

Bu məhsulların tərkinbinə qatılan ətirləndiricilər isə, xüsusən, körpələrdə allergik reaksiyalara səbəb ola bilər, deyə Andrey Doroxov vurğulayıb.

VALİDEYNLƏR CANSIZ DOKTORLARI SEÇİR

UŞAĞIN SAĞLAMLIĞINI HƏKİMƏ YOX, ChatGPT-YƏ HƏVALƏ EDİRLƏR

Tədqiqatçılar müəyyən edib ki, valideynlər tibbi məsləhət almaq üçün süni intellektə həkimlərdən daha çox etibar edir.

Kanzas Universitetinin Lifespan İnstitutunun yeni araşdırması  

“Journal of Pediatric Psychology”-də dərc edilib.  

18-65 yaş arası 100-dən çox valideyndən mütəxəssisin nəzarəti altında həm həkim, həm də ChatGPT (OpenAI tərəfindən yaradılmış süni intellektə əsaslanan chatbot) tərəfindən yaradılan mətni qiymətləndirmək istənilib.

Tədqiqat valideynlərin ChatGPT-nin "dərman, yuxu və pəhriz ilə bağlı qərarlar”larını daha qənaətbəxş hesab edib.

 Valideynlər etibarlılıq, dəqiqlik baxımından chatbotun məlumatlarına daha çox güvəndiklərini bildirib.

Tədqiqat aparıcı müəllifi, Kanzas Universitetinin Klinik Uşaq Psixologiyası Departamentinin doktorantı Calissa Leslie-Miller, tədqiqatın ChatGPT-nin işə salınmasından dərhal sonra başladığını qeyd edib. “Bu tətbiqin qısa müddətdə beləetibar qazanması təəccübləndiricidir. Valideynlər övladlarının sağlamlığını canlı həkimdən çox məlumat toplusuna həvalə etməyi seçir”, deyə alim bildirib.

 

XƏRÇƏNGƏ QARŞI TƏBİİ, QORUYUCU QALXAN

OMEQA-3 VƏ OMEQA-6

Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələri xərçəngə qarşı qoruyucu qalxandır.

Tərkibində fosfor, manqan və dəmir olan balıq yağının hətta maqnezium əlavələrindən daha güclü olduğu müəyyən edilib.

Corciya Universitetində bu yaxınlarda aparılan bir araşdırma balıq yağı əlavələrinin, xüsusən də omeqa-3 və omeqa-6 yağ turşularının xərçənglə mübarizədə potensial faydalarını araşdırıb.

Məlum olub ki, ürək sağlamlığı, beyin funksiyası və zehni rifah üçün faydalı bilinən Omeqa-3 və Omeqa-6 yağ turşuları müxtəlif xərçəng növlərinin riskini azaltmaqda da mühüm rol oynaya bilər.

Tədqiqatçılar. 13 il ərzində 500.000-dən çox insan haqqında tibbi məlumatlar təhlil edilib.

Omeqa-3 və omeqa-6 yağ turşuları istehlak edənlərin ağciyər və hətta bəzi beyin xərçəngləri də daxil olmaqla 19 müxtəlif xərçəng növünün aşağı nisbətləri aşkarlanıb.  

Xatırladaq ki, omeqa-6 bitki yağlarında, qoz-fındıq və toxumlarda olur.

Soya yağı, qarğıdalı yağı, mayonez, qoz, günəbaxan tumu, badam, zeytun yağı və fıstıq yağı isə Omeqa-3 ilə zəngindir.

 

KORONAVİRUSDAN SAĞALANLAR BU İNFEKSİYAYA YOLUXUR

ƏHİLYƏ XƏBƏRDARLIQ

COVİD virusundan sağalanlar göbələk infeksiyasına yoluxur.

Rusiyada həkimlər Covid virusundan sağalan, immuniteti zəif olan xəstələrdə, daxili orqanlara və bədən sistemlərini zədələyən “Candida Auris” adlı göbələk infeksiyasının inkişaf etdiyini bildirib. Mütəxəssislər infeksiyanın tez-tez və nəzarətsiz istifadə edilən antibiotiklər nəticəsində yarandığını deyib.

 “Candida Auris” infeksiyası mədə-bağırsaq traktına, qan damarlarına, ağciyərlərə və beyin funksiyalarına mənfi təsir göstərir.

“Antibiotiklərin belə bir xüsusiyyəti var ki, qəbul edilən zaman bağırsaq florasını, insan mikroflorasını məhv edərək, göbələyin böyüməsinə səbəb olur. Müalicəsi son dərəcə çətindir. Sağaldıqda isə, kifayət qədər ciddi nevroloji problemlər yaranır”, deyə mütəxəssislər izah edib.

Qeyd edək ki, 2022-ci ildə isə ÜST “Candida Auris”  infeksiyanı insan sağlamlığı üçün ən təhlükəli 25 patogen göbələk siyahısına daxil edib.

“İNSANIN MEYMUNA ÇEVRİLMƏ EHTİMALI DAHA ÇOXDUR”

DƏHŞƏTLİ PSİXOLOJİ EKSPERİMENT

Psixoloq Uintrop Kelloq öz övladı üzərində eksperiment keçirib - onu bir müddət şimpanze balası ilə birlikdə böyüdüb.

Bir il yarımdan sonra Kelloq və arvadı belə bir nəticəyə gəlib ki, insanın şimpanzeyə çevrilməsi ehtimalı şimpanzenin insana çevrilməsindən daha çoxdur. Dərhal təcrübə dayandırılıb.

Eksperimentdə Kelloqlarən əsas qaydası körpəyə və şimpanzeyə eyni münasibət göstərmək olub.

Məqsəd, meymunun insanlarla eyin şəraitdə yaşadıqda davranışlarını və inkişaf istiqamətini araşdırmaq olub.

Əvvəlcə Qua Donalddan daha uğurlu olub. Məsələn, o, əli çatamayan qabdan, çubuqla peçenye götürməyi, qaşıqla yeməyi, stəkandan su içməyi və qapını tək açmağı daha tez öyrənib.

Amma uzun müddət ayaq yoluna getməyi, "qarşok"dan istifadəni anlamayıb. Ona niyə qələm verildiyini başa düşə bilməyib. Psixoloqun oğlu isə əlinə qələm verilən kimi rəsm çəkməyə başlayıb.

Bir müddət sonra psixoloq oğlunun davranışlarında meymunun vərdişlərini aşkarlamağa başlayıb və dərhal eksperimenti dayandırıb.

1933-cü ildə Kelloq cütlüyü "Meymun və Uşaq" kitabını nəşr edib.

Böyük Britaniya və ABŞ-dan bu cür tədqiqatları araşdıran bir qrup alim isə “Animal Cognition” jurnalında məqalə dərc etdirib.

Kelloqun apardığı təcrübə kimi əksər tədqiqatların qərəzli olduğu bildirilib:

Birincisi, eyni bioloji növ daxilində belə, heyvanların fərqli intellektual qabiliyyətləri var.

İkincisi, uşaqlar primatlardan daha uğurlu ola bilərlər, çünki onlar belə bir mühitdə böyüdükləri ilk gündən valideynlərin və digər insanların davranışlarını müşahidə edirlər,

şimpanzelər isə özlərini tamamilə yeni atmosferdə tapırlar.

Meymun balası Qua aparılan təcrübə bitdikdən iki il sonra sətəlcəmdən ölüb. Donaldın taleyi isə məlum deyil. Fərziyyələrdən birinə görə, o, 42 yaşında intihar edib.

 

“Dəhşətli Psixoloji Eksperimentlər:  Real Tarixi Faktlar” kitabından tərcümə Sağlamolun.az

SUBAY VƏ BOŞANMIŞ KİŞİLƏR HAQQINDA ARAŞDIRMA:

DAHA ÇOX DEPRESSİYAYA DÜŞÜRLƏR

Yeni bir araşdırma, subay kişilərin və boşanmış kişilərin depressiya riskinin daha çox olduğunu müəyyin edib.

Tənha kişilər evlilərlə müqayisədə 80% daha çox depressiyaya düşür.

Tədqiqat müəllifləri hesab edir ki, evli cütlüklərin bir-birinə mənəvi və maddi dəstəyi, gəlir və xərclərin ortaq qərarla müəyyən edilməsi onların stress səviyyəsini azaldır.

Tədqiqatda 7 ölkədən 100 mindən çox insanın iştirak edib. ABŞ, Meksika, İrlandiya, Cənubi Koreya, Çin və İndoneziyadan olan iştirakçıların da daxil olduğu və

18 ilə qədər davam edən araşdırma, subay və ya boşanmış insanların depressiya riskinin evli insanlara nisbətən 79% daha çox olduğunu göstərib.

DƏMİR ÇATIŞMAZLIĞININ, YORĞUNLUĞUN  TƏBİİ ÇARƏSİ

ƏSRLƏRDİR XALQ TƏBABƏTİNDƏ İŞLƏNƏN GÖBƏLƏK


Dəmir çatışmazlığı ən çox görülən sağlamlıq problemlərindən biridir. Yeməkdən kifayət qədər dəmir ala bilmədikdə, vücudunuzda dəmir çatışmazlığı yaranır.

Ancaq təbiətdə olan dəmirlə zəngin qida orqanizmin bütün dəmir ehtiyacını ödəyə bilir. Həftədə iki bunu yemək həm dəmir ehtiyacını ödəyir, həm də daimi yorğunluq hissini aradan qaldırır.

Bədəndə kifayət qədər dəmir olmadıqda, bədən qırmızı qan hüceyrələrinə oksigen daşımağa imkan verən kifayət qədər hemoglobin zülalını istehsal edə bilməz. Nəticədə yaranan dəmir çatışmazlığı anemiyası yorğunluq, nəfəs darlığı, baş ağrısı, dəri rənginin dəyişməsi, əzalarda soyuqluq və üşütmə ilə nəticələnir.

Asiya mətbəxinin əvəzolunmaz hissəsi olan istiridyə göbələyi əsrlər boyu ənənəvi tibbdə şəfa mənbəyi olub.

Oyster göbələkləri lif, vitaminlər, minerallar və digər vacib qidalarla zəngindir.  Karbohidratlarda da az olduğu üçün pəhriz saxlayanlar üçün əla seçimdir.

Dəmirdən əlavə 1 stəkan (86 qram) çiy istiridyə göbələyinin qida tərkibi:

Kalori: 28

Karbohidratlar: 5 qram

Protein: 3 qram

Yağ: <1 qram

Lif: 2 qram

Niasin: Gündəlik Dəyərin 27%-i (DV)

Pantotenik turşu (vitamin B5): DV-nin 22%-i

Folat: DV-nin 8%-i

Kolin: DV-nin 8%-i

Kalium: DV-nin 8%-i

Fosfor: DV-nin 8%-i

Sink: DV-nin 6%-i

Oyster göbələkləri bədəninizdə hüceyrə zədələnməsini azaltmağa kömək edən maddələr olan antioksidantlarla təmin edir. Onların ekstraktlarında gallik turşusu, xlorogen turşusu və naringenin də daxil olmaqla yeddi fenolik birləşmə aşkar edilib; Bütün bunlar bədəninizdə antioksidant rolunu oynayır.

Bu göbələklərin tərkibində güclü antioksidan təsir göstərən amin turşusu ergotionin də var.

2007-ci ildə gəmiricilər üzərində aparılan bir araşdırma, istiridyə göbələyi ekstraktı ilə müalicənin yaşlı siçanlarda antioksidant səviyyələrini yaxşılaşdırdığını və müəyyən iltihab markerlərini, o cümlədən malondialdehidi (MDA) aşağı saldığını aşkar etdi.

Eynilə, 2020-ci ildə siçovullar üzərində aparılan bir araşdırma, ekstraktın antioksidan təsir göstərdiyini və zəhərli kimyəvi maddələrin səbəb olduğu qaraciyərin zədələnməsini azaltmağa kömək etdiyini müşahidə etdi.

ÜRƏK SAĞLIĞINA XEYİRDİR

İstiridyə göbələkləri yüksək xolesterol və yüksək təzyiq kimi ürək xəstəliyi risk faktorlarını azaldaraq ürək sağlamlığını dəstəkləyə bilər. Xüsusilə beta-qlükanlar adlanan liflər də daxil olmaqla, ürək sağlamlığına fayda verən bir sıra birləşmələrlə zəngindir.

Beta-qlükanlar, bədəninizdə xolesterol istehsalını azaltmağa kömək edə biləcək qısa zəncirli yağ turşuları istehsal etmək üçün bağırsaq bakteriyaları tərəfindən fermentləşdirilir. İstiridyə göbələkləri digər göbələklərdən iki dəfə çox beta-qlükan verir.

2011-ci ildə 20 nəfər iştirakçı ilə aparılan tədqiqat , 21 gün ərzində 30 qram qurudulmuş istiridyə göbələyi olan şorba yeməyin plasebo müalicəsi ilə müqayisədə trigliseridləri, ümumi xolesterini və oksidləşmiş LDL (pis) xolesterin səviyyələrini azaltdığını aşkar edib.

Bundan əlavə, səkkiz insan tədqiqatının 2020-ci il icmalı bu göbələyin qəbulunun qan şəkərini, trigliseridləri, qan təzyiqini və insulin səviyyələrini azaltmağa kömək etdiyini, bunların hamısının ürək xəstəliyi riskini azalda biləcəyini göstərdi.

Ürək sağlamlığını dəstəkləməklə yanaşı, istiridyə göbələkləri qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər.

QAN ŞƏKƏRİNİ AZALDIR

2-ci tip şəkərli diabeti olan və olmayan 22 insan üzərində aparılan bir araşdırma, toz halında istiridyə göbələklərinin qəbulunun yeməkdən sonra qan şəkərinin səviyyəsini azaltdığını göstərdi. Müəlliflər göbələklərin bədən toxumalarında şəkərin istifadəsini artırarkən müəyyən qan şəkərini artıran zülalları maneə törətdiyini irəli sürüb.

Eynilə, 2007-ci ildə xəstəxanaya yerləşdirilən 2-ci tip diabetli 30 insan üzərində aparılan bir araşdırma, 7 gün ərzində gündə 150 ​​qram bişmiş istiridyə göbələklərinin yeyilməsinin qan şəkərini 22%, yeməkdən sonra 23% azaltdığını göstərdi.

İştirakçılar 1 həftə ərzində göbələk müalicəsini dayandırdıqdan sonra qan şəkəri müvafiq olaraq orta hesabla 13% və 20% artıb. Müalicə həmçinin iştirakçıların qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini əhəmiyyətli dərəcədə aşağı salıb.

Üstəlik, 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqi olan 27 insan üzərində aparılan bir araşdırma, 3 ay ərzində gündə 3 qram toz halında olan istiridyə göbələyi ilə müalicənin uzunmüddətli qan şəkərinə nəzarət üçün bir marker olan hemoglobin A1c (HbA1c) səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

Oyster göbələkləri immunitet sisteminizi bir neçə yolla dəstəkləyə bilər. Məsələn, bu göbələklərdən alınan beta-qlükan lifinin bir növü olan plevranın immunomodulyator xüsusiyyətlərə malik olduğu sübut edilmişdir. Bundan əlavə, göbələklər antiviral və antibakterial təsir göstərə bilər.

41 nəfərdə 8 həftəlik araşdırma göstərib ki, gündəlik istiridyə göbələyi ekstraktı qəbulu, plasebo ilə müqayisədə infeksiyadan qorunmada mühüm rol oynayan interferon-γ (IFN-γ) molekulunu aktivləşdirərək immunitet sistemini gücləndirir. Bu göbələklərin antiviral və antibakterial təsirləri də sübut edilib.

SİÇANIN BEYNİ SÜNİ İSTELLEKTƏ QOŞULUB

DÜNYADA İLK DƏFƏ

Alimlər ilk dəfə, siçanın beynini süni intellektə qoşub.

Rusiyanın “Neiry” biotexnoloji laboratoriyası Moskva Dövlət Universitetinin alimləri ilə birlikdə unikal eksperimentin ilk nəticələrini təqdim edib.

Dünyada ilk dəfə, alimlər və tərtibatçılar siçanın beynini süni intellektə birləşdirib. Alimlər onun adını “Pifiya” qoyub.

Onlar birbaşa beyinə invaziv sinir interfeysi implantasiya edib.

Neyrointerface elektrodları müəyyən bir şəkildə Pifiyanın beyninin xüsusi sahələrini stimullaşdıraraq .

Məlumata görə, tədqiqatçılar, istənilən sualı şifahi olaraq verdikdə süni intellektə qoşulan siçan, “hə” və “yox” klaviaturalarından istifadə edərək fizika, tarix,

riyaziyyat və neyrofiziologiyaya aid istənilən suala düzgün cavab verir. Hər düzgün cavaba görə də mükafatlandırılırdı.

“Neiry” və Moskva Dövlət Universitetinin alimləri gələcək məhsulu "Süni intuisiya" adlandırıb.

Yaxın gələcəkdə implantasiya edilmiş neyron interfeysi olan hər kəs eyni şeyi edə biləcək.

Qeyd edək ki, siçovul artıq yüzlərlə elmi suala düzgün cavab verib. Təcrübə isə hər gün davam edir.

 

İNSAN ORQANLARI PRİNTERDƏ ÇAP EDİLƏCƏK

TİBBİ İNQİLAB

Melburn Universitetinin alimləri beyin kimi yumuşaq və qığırdaq kimi sərt toxumaları olan orqanların dəqiq modellərini çap etməyə qadir olan 3D bioprinter yaradıb.

Adi 3D bioprinterlər yavaş-yavaş və təbəqələr şəklində işləyir ki, bu da hüceyrələri zədələyə və mürəkkəb strukturlar yaratmaq imkanını məhdudlaşdıra bilər.

Melburn Universitetinin mühəndisləri bu problemin həllini təklif ediblər.

Yeni texnologiya hüceyrələri bir neçə saniyə ərzində ənənəvi üsullardan yüz dəfələrlə daha sürətlə, 3D strukturlara dəqiq şəkildə yerləşdirməyə imkan verir

Bu texnologiya müxtəlif heyvanlar üzərində təcrübələr aparmadan, bir çox xəstəlikləri daha dəqiq proqnozlaşdırmağa və dərmanlar hazırlamağa kömək edəcək.

ÜST UŞAQ ZORAKILIĞI İLƏ BAĞLI PAYLAŞIM EDİB

“GÜC SİZİN ƏLİNİZDƏDİR”

Ümumdünya Səhiyyə Təşkilatı rəsmi facebook səhifəsində uşaqlara qarşı zorakılıqla bağlı post paylaşıb.

Dünyada hər iki uşaqdan biri zorakılığın qurbanıdır. Bunu dayandırmaq bizim əlimizdədir, deyə posterdə bildirilir.

İki açıq ovuc içində əlin birində şiddət görən uşaqların dilindən “yumruqladı, döydü, təhdid etdi, ac saxladı, təmiz geyim vermədi”, deyə feillər yazılıb.

Digər ovucda isə yaşıdları ilə top oynayan uşaqlar təsvir edilib.

Bununla da ÜST uşaqların həm xoş, həm də bəd taleyinin, biz böyüklərin əlində olduğunu vizual olaraq göstərib.

Uşaqlara qarşı zorakılıq geniş yayılıb və ciddi sağlamlıq problemlərinə səbəb olur, deyə maarifləndirici mətndə bildirilir.

Posterə əlavə olaraq ÜST uşaqlara qarşı zorakılığın səbəb olduğu xəstəlikləri və mənfi nəticələri sadalayıb.

  •  Depressiya
  • Yemək pozğunluğu
  • Təhlükəli cinsi davranışlar
  • İstənməyən hamiləliklər
  • Tütün, alkoqol və narkotiklərin zərərli istifadəsi

Bütün bunlar uşaq zorakılığının səbəbi kimi göstərilir.

“Uşaqlara qarşı zorakılığın qarşısını almaq olar. Bunu bitirmək üçün güc sizin əllərinizdir.”, deyə sonda vurğulanır.

20 DƏQİQƏDƏ 2 LİTR SU İÇDİ, ÖLDÜ

TİBBDƏ NADİR HADİSƏ

20 dəqiqə ərzində 2 litr su içən qadın ölüb. Hadisə Amerikada baş verib.

İndiana ştatında 35 yaşlı qadın Ashley Summers ailəsi ilə birlikdə Friman gölünün sahilində istirahət edərkən istidən özünü pis hiss edib və su içə bilmədiyindən şikayətlənib.

Daha sonra şiddətli baş ağrısından şikayətlənib. Dincəlmək üçün evə qayıdan qadını qohumları bir müddət sonra huşunu itirmiş halda tapıb. Xəstəxanaya aparılsa da, elə orada özünə gəlmədən dünyasını dəyişib.

Həkimlər Summersin həddindən artıq nəmlənmə - bədəndə və ya onun ayrı-ayrı hissələrində həddindən artıq su olması səbəbindən öldüyünü müəyyən edib. Ashleyin qardaşının sözlərinə görə, o, 20 dəqiqə ərzində dörd ədəd yarım litrlik butulka su içib, lakin ailədən heç kim suyun belə faciəvi nəticəyələnəcəyini düşünməyib.

Mərhumu müayinə edən həkim Alok Kharwani jurnalistlərə bildirib ki, belə hallar nadirdir. Onun sözlərinə görə, indi insanlar bir anda çoxlu su içirlər, lakin böyrəklər saatda cəmi bir litr təmizləyə bilir. Harvani isti hava zamanı təkcə su içməyi deyil, həm də dondurma yeməyi, meyvə şirələri, kokos suyu, bitki südü  içməyi tövsiyə edib.

 

STOMATOLOQ ADAMLARIN DİŞİNİ QIRMAQ ÜÇÜN XULİQANLARA PUL VERİB

DOĞRU, YOXSA YALAN XƏBƏR?

Rusiyanın sosial şəbəkə gündəmində Penza şəhərində yaşayan diş həkiminin idmançılara onun çalışdığı müəssisə ətrafında olan adamlıarı küçədə döyüb dişini sındırmağı üçün pul verdiyindən bəhs edən video yayılıb. Videoda deyilir ki, hazırda həkim həbs edilib və ona iki illik azadlıqdan məhrum etmə cəzası verilib.

 Viral olan videoya gələn şərhlərdə həkimə qəzəblənənlərlə yanaşı, onun dahi olduğunu vurğulayanlar və möhtəşəm biznes plan qurduğunu yazıb, heyranlığını bildirənlər də olub.

Paylaşıma Rusiyanın Penza şəhərinin sakinləri də etinasız qalmayıb və fikirlərini bildirib.

Əksər sosial şəbəkə istifadəcisi bu xəbərin “fake”, “rofl”, yəni yalan məlumat payışıldığını deyib və süni intellektin yaratdığı kontent olduğunu vurğulayıb.

 

SAĞLAMLIQ ÜÇÜN TUALETDƏN DƏ MİKROBLU OLAN ZALLARA GEDİRİK

YENİ TƏDQİQAT

Tədqiqatlar göstərir ki, idman zalı avadanlıqları tualet oturacaqlarından 362 dəfə daha çirklidir!

Aparılan araşdırma idman zalı avadanlıqlarının gözlənildiyindən daha çox bakteriya mühiti olduğunu sübut edib.

Xüsusilə idman velosipedləri və qaçış yolları 39 və 74 dəfə daha çoxmikrob daşıyır.

Buna görə də mütəxəssislər idman avadanlıqlarından istifadə etməzdən əvvəl və sonra dezinfeksiya etməyi və məşqdən sonra əlləri yaxşıca yumağı tövsiyə edir.

AZƏRBAYCANLI ALİM DÜNYANIN ƏN NÜFUZLU ELM ADAMLARI SİYAHISINDA

PROFESSOR ADİL ALLAHVERDİYEV

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev Stanford Universitetinin dünya reytinq sıralamasında 2-ci yerə layiq görülüb.

“Updated Science-Wide Author Databases of Standardized Citation İndicators” adlı araşdırmaya əsasən dünya elminə verdiyi töhfələrinə görə alim Dünyanın Ən Nüfuzlu Alimləri Siyahısına daxil edilib.

Qeyd edək ki, Stanford Universiteti tərəfindən tərtib olunan bu siyahı, qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınmaqdadır.

Araşdırmaya əsasən dünyada müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm insanının fəaliyyəti dəğərləndirilmiş və yalnız 2%-i bu siyahıya daxil olmağa layiq görülmüşdür.

XƏSTƏ UŞAQLARI TƏSSƏLLİ EDƏN İTLƏRƏ “İNSANLIQ” MÜKAFATI VERƏCƏK

İLDƏ BEŞİ TƏLTİF EDİLƏCƏK – HERO DOG

Xəstə uşaqlara təsəlli verən və insan həyatını xilas edən itlər Amerika Humanitar Mükafatına namizəd olacaq.

İnsanların psixi və sağlamlığının keşiyində dayanan planet dostları mükafatlandırılacaq.

İllik ümummilli müsabiqədə beş əsas kateqoriya üzrə Amerikanın ən yaxşı itləri müəyyən ediləcək: hərbi, xidməti, bələdçi, terapiya, sığınacaq, eləcə də qəhrəman itlər.

Aprel ayından bəri Amerika üzrə yüzlərlə it sahibi “Hero Dog” mükafatına namizədlik üçün müraciət edib.

“COCA-COLA”NIN QABLAŞDIRILMASINDA ÖLÜMCÜL HİSSƏCİKLƏR AŞKARLANIB

SATIŞDAN ÇIXARILIB

Milyonlarla “Coca-Cola” qablaşdırılması satışdan çıxarılıb.

Avstriyada “Coca-Cola” şirkəti 28 milyon 0,5 litrlik plastik qablaşdırmalar məhsulun tərkibinə metal hissəciklərin daxil olması riski səbəbilə geri qaytarmağı tələb edib.

Mətbuatda yayılan məlumatlara görə, məhsulun istehsalı zamanı yaranan nasazlıq səbəbilə, içkilərə təhlükəli metal hissəciklər daxil olub.

“Coca-Cola” şüşələrinin dövriyyədən çıxardıqdan sonra, 2025-ci il fevralın 4-dən aprelin 12-dək Fanta, Sprite və MezzoMix kimi məhsullar da satışdan çıxarılacaq.

VƏRƏM KORONAVİRUSDAN QORXULUDU

KEÇƏN İL 1,25 MİLYON İNSAN TƏLƏF OLUB

Vərəm COVID-i keçərək dünyanın ən ölümcül yoluxucu xəstəliyinə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu yoluxucu xəstəlik keçən il dünyada 1,25 milyon insanın həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən son verdiyi açıqlamaya görə, vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik kimi yenidən gündəmə gəlib.

ÜST-ün məlumatına görə, 2023-cü ildə dünyada 1,25 milyon insan vərəmdən , 161 min isə İİV-dən (İnsanın immunçatışmazlığı virusundan) həyatını itirib.

 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm, adətən ağciyərlərə təsir edən bakteriyaların yaratdığı, qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdir.

Vərəm - öskürək, asqırma və ya tüpürcək yolu ilə yayıla bilən hava-damcı infeksiyasıdır.

 

ŞUŞADA SAĞLAMLIQ TURİZMİ KONFRANSI KEÇİRİLİB

“AZƏRBAYCAN SAĞLAMLIQ TURİZMİ KONFRANSI; İNKİŞAF İMKANLARI” 


“Azərbaycan sağlamlıq turizmi konfransı; inkişaf imkanları” mövzusunda keçirilən beynəlxalq konfrans Oktyabrın 28-29-da mədəniyyət paytaxtı Şuşada baş tutub.200-ə qədər mütəxəssisin iştirak etdiyi tədbirin təşkilatçısı Dövlət Turizm Agentliyi idi.
Dəvətlilər arasında təşkilatçı şirkətdən əlavə Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri ilə yanaşı bir sıra dövlət və özəl tibb ocaqlarının əməkdaşları da olub.Sağlamlıq turizmi sektorunda mövcud olan qabaqcıl təcrübələrin araşdırılaraq ölkəmiz üçün bu sahədə inkişaf istiqamətlərinin müəyyən edilməsinə həsr olunan beynəlxalq konransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini tibb ocağının icraçı direktoru Qüdrət Yaqubov və strateji inkişaf departamentinin meneceri Fərid Xankişiyev təmsil ediblr.
Tədbirdə giriş sözü söyləyən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, ölkəmizin sağlamlıq turizmi üzrə imkanlarının regional və beynəlxalq səviyyədə tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub.Sağlamlıq turizmi üçün zəngin potensialı olan Qarabağ və Şərqi Zəngəzura cəlb edilən türkiyəli mütəxəssislər bu regionda sağlamlıq turizmi resurslarını araşdıraraq maraqlı təkliflər veriblər.
2 gün davam edən konfransda Türkiyə, Rusiya, İsveçrə, Malaziya, Qazaxıstan və Çex Respublikasından olan mütəxəssisləri sağlamlıq turizmi ilə bağlı yeni fikir və mülahizələrini iştirakçılarla bölüşüblər.Beynəlxalq tədbirdə maraqlı nüanslardn biri də Azərbaycanın sağlamlıq turizm mərkəzlərinin, tibbi turizm xidməti göstərən hotel və sanatoriyaların fəaliyyətini əks etdirən videoçarxın nümayişi olub.
Fasilələrdə iştirakçılar Masallı Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində sağlamlıq turizmi üçün faydalı tibbi xidmət növü olan Naxçıvan duzundan istifadə olunan Duz mağarasının, Naftalan neftinin tətbiq edildiyi müalicəvi vannaların fotoşəkillərini əks etdirən bukletlərlə tanış olublar.Qonaqlara gözəl təbiətli Masallı şəhərində yerləşən, tibbi turizmin inkişafı üçün aktual və vacib sayılan müalicə metodlarının tətbiq olunduğu sağlamlıq ocağının fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Daha sonra konfrans işini panel sessiyalarla davam etdirib. “Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusundakı ilk sessiyada xaricilərlə yanaşı yerli mütəxəssislərin də çıxışları maraqla qarşılanıb. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.
“Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” adlı panel sessiyalar zamanı isə dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb.
Konfransın keçirildiyi günlərdə Şuşa şəhərinin əsrarəngiz təbiəti, mədəniyyət ocaqları ilə tanışlıq turları da ən xoş xatirə kimi uzun müddət həm xarici, həm də yerli qonaqların yaddaşında qalacaq.

AQRESSİV DUSTAQLAR ÇƏHRAYI KAMERALARDA SAXLANILIR

RƏNGLƏRİN PSİXİKAYA TƏSİRİ

İsveçrədə maraqlı təcrübə aparılıb. Bir qrup tədqiqatçı, həbsxanalarda kameraları müxtəlif rənglərə boyayıb, məhbusları ora yerləşdirərək, onlara nəzarət etməyə başlayıb.

Mütəxəssislər mavi, narıncı, sarı, yaşıl və çəhrayı rənglərdən istifadə edib. Nəticələrə əsasən, mavi kameralara yerləşdirilən məhbuslar əlavə yorğan tələb etməyə başlayıb. Temperatur dəyişməsə də, onlar kameranın soyuq olduğunu bildirib. Narıncı kameralarda isə əksinə, məhbuslar yorğansız yatıb. Dustaqlar oranın isti olduğunu deyib. Divarları sarı olan kameralarda məhbuslar daha çox kitab oxuyub, şahmat oynayıb və yeni biliklər əldə etməyə maraq göstərib. Yaşıl divarlı kameralarda isə, azadlıqdan məhrum olanlar özlərini həmişəkindən daha sakit və rahat hiss edib.

Lakin ən gözlənilməz nəticəni çəhrayı kamerada saxlanılanlar verib. P-618 adı verilən bu rəng məhbusların aqressiyasının azalmasına səbəb olub. Ona görə də, artıq İsveçrə həbsxanasında bir neçə kamera tamamilə çəhrayı rəngə boyanır və ora ən aqressiv məhbuslar yerləşdirilir.

“İNTEQRATİV ONKOLOGİYA” – ONKOLOJİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSINƏ FƏRQLİ YANAŞMA

 Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var?

Oktyabrın 26-da Milli Onkologiya Mərkəzində “İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. 
Onkoloji xəstəliklərin diaqnostika və müalicəsində ən son elmi nailiyyətlər hansılardır? Müasir dövrdə hansı yeni fikir və fərqli yanaşmalar daha aktualdır? Xroniki xəstəlik sayılan onkoloji proseslərin standart müalicəsində hansı yanlışlıqlar var? Yenu istiqamət olan “İnteqrativ onkologiya” bu yöndə nələr təklif edir? kimi mövzularla bağlı konfransın spikerləri həkimlərə - Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarının onkoloqları, genetika üzrə mütəxəssislərinə geniş məlumat verdilər.
Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.
Daha sonra söz spikerlərə verilib. Spikerlərdən biri alman alimi (türk əsilli), Almaniya Onkologiya Cəmiyyətinin vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü dr. med. Hüseyn Şahinbaş idi. Dünyaca məşhur alimin maraqla qarşılanan çıxışının mövzusu alman alimi H.H..Rekkeveqin “ Xəstəliklərin 6 fazalı inkişaf cədvəli”nə görə xərçəngin yaranma səbəbləri, bu xəstəliyin müalicəsində drenaj-detoksikasiya və qidalanmanın rolu haqqında olub. Hüseyn Şahinbaş bu mövzu ətrafındakı yeni tibbi bilgilərini azərbaycanlı həmkarları ilə bölüşüb.
Gün boyu davam edən tədbirdə türk əsilli məşhur alimin xərçəng xəstəliklərinin müalicəsində yüksəkdozalı vitamin C infuziyaları və omeloterapiyadan istifadənin uğurlu nəticələri” və “Onkoloji xəstəliklərin müalicəsində psixoterapiya, idman və termoterapiyanın rolu” mövzusundakı çıxışları da onkoloqların diqqətini çəkib.
Konfransda maraq və diqqətə səbəb olan çıxışlardan biri də həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Natəvan Axundovanın mərüzəsi idi. Natəvan xanımın çıxışı “Uşaqlıq boynunun xərçəngönü xəstəliklərində omeloterapiyanın effektivliyi”nə həsr olunmuşdu.
Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikriyyə İbrahimlinin ”İnteqrativ tibb metodları ilə kimyaterapiyanın əlavə təsirlərinin aradan qaldırılması “ mövzusundakı çıxışı iştirakçılarda bir daha belə qənaət yaradıb ki, onkoloji xəstəliklərdən əziyyət çəkən insanların yaşam tərzini, əhval-ruhiyyəsini, psixologiyasını xeyli yaxşılaşdırmaq mümkündür və bunun üçün İnteqrativ Tibbin fərqli yanaşması və müalicə üsulları daha məqsədəuyğundur.


Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var? Bu yenilikləri ölkəmizdə necə tətbiq edə bilərik? Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin onkoloqu, baş həkimin müalicə işləri üzrə müavini Rəna Niftəliyeva öz çıxışında daha çox bu məsələlərə toxunub və təbii ki, çıxışı ilə konfrans iştirakçılarının diqqətini mövzuya cəlb etməyi bacarıb.
“İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfransda Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutunun professoru, tibb elmləri doktoru İvan Stanislavoviç Rolikin “Dəri xərçənginin İnteqrativ Tibb üsulları ilə müalicəsindən klinik hallar”, Milli Onkologiya Mərkəzinin onkoloqu, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurovun “Onkologiyada ənənəvi müalicə üsulları” mövzusundakı çıxışlarından həmkarları öz sahələrinə aid yeni bilgilər ala biliblər.
Tədbirin sonunda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

“PLAYSTATİON” İLƏ UZAQDAN ƏMƏLİYYAT EDİLDİ

ÇİNİN İNSAN ÜZƏRİNDƏ ETDİYİNİ, AVROPA HƏLƏ DONUZLARDA YOXLAYIR

İsveçrənin Sürix şəhərindəki cərrahlar əllərində “PlayStation5 DualSense” idarəedicisini tutaraq, oyun oynayırmış kimi görünə bilər, lakin onlar təxminən 9 300 kilometr uzaqlıqdakı donuz üzərində əməliyyat aparır. Bu, yeni əldə edilən nailiyyət, uzaqdan kənd təsərrüfatı heyvanları üzərində cərrahiyyə əməliyyatı həyata keçirmək üçün, video oyun periferiyasından istifadə edən tədqiqatçılarının apardığı əsaslı araşdırmadı.

Cərrahlar “PlayStation5 DualSense” idarəedicisi ilə xəstədən xeyli aralıda olmasına baxmayaraq, heyvan üzərində distant endoskopiya aparıb.

Xatırladaq ki, bu ilin avqustunda xəbər verdiyimiz kimi çinli cərrah xəstədən 5000 kilometr məsafədə uzaqdan innovativ 5G şəbəkə imkanlarından istifadə edərək uğurla ağciyərdəki şişi kəsib çıxarmağa müvəffəq olub.

Subcategories