VƏ YA “İYUN ÇİYƏLƏKLƏRİ” APRELDƏ SATIŞDA!
Artıq yazın dadını fevralda, yay meyvələrini isə yazın əvvəllərində dada bilərik – sağ olsun, “çox səbirli” fermerlər və “təbii qidalanma”ya can atan marketlər. Vaxtından əvvəl yetişdirilən meyvə və giləmeyvələr bazarları zəbt edib. Apreldə ortaya çıxan “iyun çiyələkləri”, martda rəflərdə boy göstərən pomidorlar bir möcüzə kimi qarşılanır. Elə bil təbiət deyib: “Mənim nə işim var, seraların və kimyəvi gübrələrin işini görsünlər.”
Mütəxəssislər xəbərdarlıq edir: bu meyvələrin görünüşü göz oxşasa da, tərkibi sağlamlıq üçün risk daşıya bilər. Amma boş verin, əsas odur ki, Instagram-a gözəl şəkil çıxsın, deyilmi?
Braziliyanın Sao Paulo Universitetinin tədqiqatçıları isə çiyələyi uzun müddət saxlamağın qeyri-adi üsulunu açıqlayıb.
Onlar antioksidantlarla zəngin olan nar qabığının ekstraktlarından istifadə edərək, yeyilə bilən örtük hazırlayıb. Onlar dərin eutektik həlledicilərdən istifadə edərək çıxarılıb, sonra jelatin və xitozanla (dəniz məhsulları tullantılarından) qarışdırılıb. Hazırlanan örtük çiyələyə batırılaraq tətbiq olunur. Laboratoriya şəraitində aparılan təcrübələrə əsasən, bu örtüklə işlənmiş çiyələklər 6–8 gün ərzində təzə qalıb.
Saglamolun.Az