Qocalığı dayandırmağın üsülu açıqlandı

OMEQA 3, VİTAMİN D VƏ …

Yeni bir araşdırma göstərir ki, omeqa-3 və D vitamini əlavələri müntəzəm məşqlə birlikdə bioloji qocalmanı ləngidir.
Tədqiqatçılar 70 və daha yaşlı 700-dən çox yetkinləri izləyən DO-HEALTH tədqiqatının məlumatlarını təhlil edib. Bu sağlamlıq nizamını dəqiqliklə yerinə yetirənlərin səhhətində gözəçarpacaq qədər müsbət nəticələr olduğu aşkar edilib.
Omeqa-3 və D vitamini əlavələri müntəzəm məşqlə birlikdə yaşa bağlı sağlamlıq problemləri riskini azaldır, yaşlı insanların rifahını yaxşılaşdırır, deyə tədqiqatda deyilir.
“Nature Aging Trusted Source”-da dərc edilən araşdırmada tədqiqatçılar 3 il ərzində bu əlavələri qəbul edən və müntəzəm idmanla məşğul olan yaşlılarda qocalmanın yavaşlandığı, səhhətlərinin yaxşı olduğu və əlilliklərinin olmadığı bildirir.

Beyin niyə qocalır?

ALİMLƏR AÇIQLAYIR
Çətin uşaqlıq beyni daha sürətlə qocalqdır. Berlinin Charite Universitetinin alimləri kiçik yaşlarda yaşanılan stress və travmalrın beynin neyrodegenerativ proseslərini gücləndirdiyini müəyyən edib. Araşdırmanın nəticələri “Annals of Neurology” jurnalında dərc olunub.
Araşdırmada 30-60 yaş arası 179 qadın iştirak edib. Tədqiqat üçün alzaymer, parkinson, demensiya kimi neyrodegenerativ xəstəliklərə meylli olanlar seçilib.
Klinik sorğulara başladıqda məlum oldu ki, beynin qocalmağı ilə yaranan xəstəliklərə meylli olan qadınların əksəriyyətində ağır uşaqlıq travmaları olub”, deyə tədqiqat baş müəllifi Lara Flek bildirib.
Alimlər, həmçinin iştirakçıların qan nümunələrini, yüksək dəqiqliyi olan texnologiyalardan istifadə edərək, spesifik neyroiltihab proseslərini və sinir hüceyrələrinin zədələnməsini göstərən biomarkerləri araşdırıb. Əlavə olaraq, iştirakçılar beyin maqnit rezonans görüntüləri və koqnitiv funksiyaların qiymətləndirilməsi üçün standartlaşdırılmış testlərdən keçib. Nəticədə məlum olub ki, erkən yaşda qəddar rəftara məruz qalma, nifrət hissi, məişət zorakılığı, narkotik maddələrindən istifadə, ailə cinayətinə şahid olma, uşaqlıqda valideyn itkisi kimi travmalar yetkinlik dövründə beynin sağlamlığına ciddi təsir edir və müxtəlif beyin xəstəliklərinin inkişafına səbəb olur.

Sağlam qidalanma haqqında 5 mif

DOĞRU BİLDİYİMİZ YANLIŞLAR

Bir çox insan, heç bir şey etmədən, arıqlamaq istəyir. Buna görə də onlar, sağlam qidalanma haqqında müxtəlif miflərə çox asanlıqla inanır.

“Biz dəfələrlə yazmışıq ki, yağsız məhsullar arıqlayanlar üçün faydalı deyil, çünki onlara çox vaxt çoxlu ətirli maddələr, şəkər əvəzləyiciləri və hətta nişasta əlavə edilir, bu da kalori miqdarını artırır. Qlütensiz məhsulların isə heç bir faydası yoxdur, çünki onlar az miqdarda lif və çox miqdarda yağ ehtiva edir. Təzə sıxılmış şirələr belə meyvələri əvəz etmir.” Bu haqda professor, Rusiyanın Elmlər Akademiyasının akademiki, tanınmış həkimi Oksana Drapkina danışıb. O, özünün Telegram kanalında bu siyahını genişləndirib və «zərərli» məhsullar haqqında mifləri ifşa edib.

  1. Çəki artımına səbəb olmayan “çörək krakerləri” və ya “xlebçı” kimi bildiyimiz qida məhsulu. “Fitness məhsulları dedikdə, yulaf, protein, qoz-fındıq, meyvə, həmçinin diabetik bölmədən çörək krakerləri, granola və s. nəzərdə tutulur. Onlar kalorililik və şəkər tərkibi baxımından adi şirniyyatlara bənzərdir. Və əgər onları ölçüsüz yeməyə davam etsəniz, artıq çəkidən azad olmaq çətin olacaq. Ona görə də, bu məhsulları alarkən tərkibinə və kaloriliyinə diqqət yetirmək vacibdir.”
  2. Fermentləşdirilmiş məhsullar çox faydalıdır. “Bu qidalar bağırsaqlara və orqanizmə faydalı təsirləri sayəsində yeni populyarlıq qazanıb. Onlar faydalı olsalar da, unutmamalıyıq ki, bəzi məhsulların tərkibində çox miqdarda duz və şəkər ola bilər. Həmçinin, pendir, ət, tərəvəzlər, soya və şərabın fermentasiyası zamanı “tiramin” adlı maddə yaranır ki, bu da bəzi insanlarda baş ağrısına səbəb olur.
  3. “Superfood”lar – bütün xəstəliklərdən müalicə vasitəsi. Superfood-lar daha çox bitki mənşəli məhsullardır, yüksək miqdarda vitaminlər, minerallar və antioksidantlar ehtiva edir ki, bu da onları sağlam həyat tərzi tərəfdarları tərəfindən çox faydalı hesab edir. Ən populyarlar arasında isə goji giləmeyvələri, kinoa və çiya toxumlarıdır. Onlardan qeyri-adi bir şey gözləmək lazım deyil. Bu, pəhrizinizi zənginləşdirmək və yeni dadları kəşf etmək üçün yaxşır, amma onları yalnız vitaminlər və mineralların yeganə mənbəyi kimi qəbul etməməlisiniz. Daha yaxşı olar ki, balanslı və müxtəlif qidalanmaya diqqət yetirəsiniz.
  4. Qırmızı ət zərərlidir. İndi, boş yerə qırmızı əti tənqid etmək dəbdədir. İşlənməmiş qırmızı ət isə, əslində asanlıqla həzm olunan protein və dəmirin mühüm mənbəyidir. Böyüklər üçün onun istehlak norması həftədə 1-2 dəfə 100-150 q təşkil edir. Mütəxəssis qeyd edib ki, ən sağlam qida forması, təbii ki, əti qızartmaq deyil, onu qaynatmaq, buxarda və ya multivarkada bişirməkdir.
  5. Yalnız toyuq filesi və qarabaşaq. Bir çoxları sağlam qidalanmaya keçməkdə çətinlik çəkir, çünki "yalnız yağsız toyuq və kələm yarpağını çeynəmək" kimi bir düşüncə formalaşıb. Lakin bu belə deyil. Əsas odur ki, işlənmiş ət məhsullarını, fast food və müxtəlif qəlyanaltıları məhdudlaşdırın. Qazlı içkilərdən, konservləşdirilmiş məhsullardan və şirniyyatlardan istifadəni azaltmaq vacibdir. Daha çox evdə yemək hazırlamaq və ac qalmamaq tövsiyə olunur.

Oksana Drapkina qeyd edib ki, kalori və ya pəhriz çeşidini kəskin şəkildə məhdudlaşdırmaq orqanizm üçün fiziki və psixoloji stressdir. Bu, iş qabiliyyətinin azalmasına, həyat enerjisinin itirilməsi və depressiya ilə müşayiət oluna bilər. Bəzən kiçik bir dilim tort və ya pizza yemək olar. Əsas odur ki, bunu hər gün və çox miqdarda etməyəsiniz.

Tanınmış qastroenteroloq ölkəmizdə!

Amerika Birləşmiş Ştatlarının "Tulane" Universitetində uzmanlaşmış, Türkiyənin tanınmış qastroenteroloqu, professor Serhat Bor 27-28 fevral tarixlərində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasiyent qəbulu həyata keçirəcək. Öz sahəsində dərin bilikləri və pasiyentlərinə fərdi yanaşması ilə tanınan professor Serhat Bor, həzm sistemi problemlərinin müalicəsində ən son elmi metodlardan istifadə edir.

Qastroenterologiya sahəsində 30 ildən artıq təcrübəsi olan professor Serhat Bor, mədə-bağırsaq xəstəlikləri - qastroezofageal reflyuks, qıcıqlanmış bağırsaq sindromu, qəbizlik, nəcis və qaz saxlaya bilməmək, şişkinlik və köp şikayətləri olan pasiyentlərə effektiv müalicə metodları ilə köməklik göstərəcək.

Qeyd edək ki, Professor Serhat Bor 208-dən çox elmi araşdırmanın müəllifi, 16-dan çox proyektdə yer almış dünyaca məşhur professordur.

Daim yeniliklərlə yadda qalan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasiyent qəbulu edəcək Professor Serhat Bor-un qəbuluna yazılaraq, siz də həzm sisteminizlə bağlı problemlərə peşəkar yanaşma ilə çarə tapa bilərsiniz.

Qəbula yazılmaq üçün əlaqə:
📍 Ünvan: Bioloji Təbabət Klinikası, Bakı
📞 Telefon: 050 486 87 47 (öncədən qeydiyyat mütləqdir)
📅 Tarix: 27-28 fevral

Öz sağlamlığınızı etibarlı əllərə həvalə edin!

Bir iynə ilə xolesteroldan ömürlük qurtula biləcəyik?alimlər araşdirib

YENİ TƏDQİQAT

İnqilabi gen susdurma metodu sadəcə bir iynə ilə DNT-nin LDL xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə, uzunmüddətli azalda bildi.
Nature Medicine jurnalında dərc olunan son araşdırmada gen terapiyası tədqiqatçıları qrupu, potensial olaraq yüksək xolesterol üçün uzunmüddətli, birdəfəlik müalicə təklif edən proprotein konvertaz subtilisin/keksin tip 9 (PCSK9) genini susdurmaq üçün epigenetik redaktədən istifadə edərək innovativ yanaşmanı araşdırıb. PCSK9 - xolesterolun tənzimlənməsində rol oynayan zülaldır. Bu zülal, qaraciyərdə yerləşən aşağı sıxlıqlı lipoprotein reseptorlarının sayını azaldaraq qanda olan pis xolesterolun miqdarını artırır.
Tədqiqat, PCSK9-EE-nin sınaqdan keçirilmiş bütün modellərdə PCSK9 səviyyələrinin əhəmiyyətli dərəcədə azaldığını müəyyən edib. İnsan qaraciyər hüceyrələrində gen susdurulması bir neçə həftə davam edib və alimlər proqnoz verir ki, bu proses uzunömürlü olacaq.
Bundan əlavə, araşdırma, müalicənin DNT-də qalıcı dəyişikliklər etmədiyini, gözlənilməz genetik dəyişikliklərlə bağlı narahatlıqları azaltdığını müəyyən edib. Təhlükəsizlik monitorinqi bir neçə gün ərzində normala dönən qaraciyər fermentlərində yalnız müvəqqəti artım göstərib. Alimlərin bu metodu genlərə əhəmiyyətli dərəcədə təsir etmədən yalnız PCSK9 genini hədəf alıb və inqilabi birdəfəlik müalicə üçün zəmin yaradıb.

Saat zənginə şən melodiya seçin - gün boyu enerjili olun

 

ALİMLƏR ARAŞDIRIB

Beynəlxalq alimlərdən ibarət komandanın apardığı araşdırma göstərib ki, bənimiz hətta xoşumuza gəlməyən musiqi olanda belə, biz rəqs etməsək də müəyyən təsirə məruz qalır. Bu, fizioloji proses musiqi alətlərinin yaratdığı ritmə verilən reaksiyadır.  Nəticədə, orqanizmin universal fizioloji reaksiyası, bizə yataqdan, kreslodan və ya divandan qalxmağa kömək edir. Bu fizioloji reaksiyalar, hətta əhvalımız pis və ya yaxşı olduğu zaman, hərəkət etməyə ilham verir, yaxşı əhval-ruhiyyədə isə bizi rəqs etməyə təşviq edir. Beləliklə, səhərlər qalxmaq çətin olarsa, zəngli saatda ritmik melodiya qoymağı sınayın. İşə və ya dərsə enerjili musiqi altında başlamaq gün boyu sizi daha pozitiv edəcək, deyə alimlər bildirir. 

Ritmik musiqi sinir sistemimizi aktivləşdirir və hərəkət etmək istəyi yaradır. Ən təsirli musiqi isə, xoşunuza gələndir. Çünki sevimli melodiya  hətta bədən ağrılarını belə azaltmağa kömək ola bilər, deyə alimlər bildirir.

Hazırda dünyada geniş tətbiq edilən musiqi terapiyası isə stresin azaldılması, təşvişin aradan qaldırılması və digər fizioloji narahatlıqların müalicəsində istifadə olunur.

Batareya udan uşaqlara su verməyin!

HƏKİMDƏN XƏBƏRDARLIQ

Əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal həkimə müraciət etmək lazımdır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev açıqlayıb.
Onun sözlərinə görə, uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur.
“Həkimə qədər uşağı uzandırıb, yemək və maye vermək olmaz. Ən xırda batareyalar da çox təhlükəlidir. Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da uşağı dərhal həkimə çatdırmaq lazımdır. Udulan maqnitlər də çox ağır mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar kimi fəsadlara səbəb olur, deyə həkim bildirib

Yürüş zamanı anbaan fizioloji proseslər

15 DƏQİQƏ, YARIM SAAT, 45 DƏQİQƏ, 1 SAAT SONRA NƏ OLUR?


Addımların, xüsusilə də gündəlik yürüyşlər şəklində atılan addımların fiziki, psixoloji və uzunmüddətli sağlamlıq kimi çoxsaylı faydaları var. Gündəlik atılan addımlar ürək sağlamlığını yaxşılaşdırır, çəkini idarə etməyə kömək edir, əzələ və sümükləri gücləndirir, stressin azalmasına kömək edir, şəkər və diabetə qarşı qoruyur, yuxu keyfiyyətini və psixoloji sağlamlığı yaxşılaşdırır.
Bundan əlavə, psixoloqlar gün ərzində atılan addımların hər bir dəqiqədə fərqli fiziki proseslərin baş verdiyini qeyd edib. İlk 1-ci dəqiqədə qan dövranı sürətlənir. 5-ci dəqiqədə ruh halınız yaxşılaşmağa başlayır. 10-cu dəqiqədə kartizol, yəni stress hormone azalır. 15-ci dəqiqədə qan şəkəri düşür. Daha sonra 30-cu dəqiqədə yağın yandırılması başlayır. 45 dəqiqə sonra beyindəki artıq fikirlər susur. 1 saat sonra isə dopamin, yəni xoşbəxtlik hormonu artır.
Qeyd edək ki, gün ərzində “10 000” addım atmaq prinsipi artıq çəkili insanlar üçün uyğun olmaya bilər. Ona görə də, arıqlamaq üçün edilən idman hərəkətləri, yürüşlər və ya dietalar həkim nəzarətində olmalıdır.

 

Ehtirasla sevən cütlüklər daha tez ayrılır

YENİ ARAŞDIRMA

Partnyorlar arasında cinsi istək nə qədər alovlu olsa, münasibətin müddəti bir o qədər tez bitir. Çılğın məhəbbətlə sevən gənclərin ailələrində boşanma prosesinə daha erkən rast gəlinir. Alimlər bu qənaətə aparılan yeni araşdırmadan sonra gəlib. Reyxman Universitetinin israilli alimləri romantik münasibətlərdə cinsi istəyin mürəkkəb rolunu araşdırıblar. Onlar istəklərin partnyorlar arasında bağları formalaşdırdığı qədər, zaman keçdikcə soyumağına da səbəb olduğunu kəşf edib. Tədqiqat Nature Reviews (NatRevs) elmi jurnalında dərc olunub. Müəlliflər cinsi istəyin ikili rolunu vurğulayıb: əvvəldə ehtiras partnyorlar arasında uyğunluq amili, sonda isə ayrılıq faktoru kimi çox güclü təsirə malikdir. Bundan əlavə alimlər bildirib ki, emosional yaxınlıq nə qədər güclü olarsa, ehtiras bir o qədər tez yox olur. Tədqiqatçıların fikrincə, bu kəşfləri, gələcəkdə ailə qurarkən cütlüklərə doğru partnyoru seçməyə kömək edəcək. Uzunmüddətli ailə qurarkən hər iki tərəf istək və ehtirasını deyil, qarşı tərəfin insani keyfiyyətlərini və dəyərlərini nəzərə almalıdırlar, deyə israilli elm adamları vurğulayıb. “Ehtiras keçəndən sonra mən bu insanla bir evdə yaşaya bilərəmmi?” ailə qurmadan cavab verməli olduğunuz ən vacib sualalrdan biridir, deyə Reyxman Universitetinin alimləri bildirib.

Yumurta və çay, ət və ayran, makaron və turşunu birlikdə yemək olmaz

SƏBƏBİNİ DİETOLOQ AÇIQLAYIR

Əgər sizdə dəmir çatışmazlığı, anemiya və ya buna bənzər sağlamlıq probleminiz varsa, bəzi qidaları birlikdə qəbul etmək ziyandır.

Bu açıqlamanı türkiyəli dietoloq ZİLAN SOLQUN ASLAN verib.

Həkimin “təhlükəli ikili”lərini təqdim edirik:

 

  1. Yumurta və Çay

Çayın tərkibindəki polifenollar yumurtanın tərkibindəki dəmirin bəıdən tərəfindən sorulmasına mane olur! Yumurtaları pomidor və ya göyərti ilə birlikdə istehlak edin. Bu  bədənə dəmiri hopdurmğa kömək edəcək.  

  1. İspanaq və Qatıq

Qatıq və süd məhsulları ispanaqda dəmirin udulmasını maneə törədir! İspanağı limon və zeytunyağlı salat və ya ətlə yeyə bilərsiniz! Bu kombinasiya dəmirin udulmasını artırır.

  1. Qırmızı ət və Qatıq/Ayran

Süddə olan kalsium qırmızı ətin tərkibindəki dəmirin udulmasının qarşısını alır!

Qırmızı ətin yanında limon və ya tərəvəzlər əlavə edə bilərsiniz. Bu kombinasiya dəmirin udulmasını maksimum dərəcədə artırır.

  1. Turşu və Makaron/Düyü

Turşuların tərkibindəki duz karbohidratların tez sorulmasını təmin edərək qan şəkərini sürətlə artırır. Makaron və düyüyə zeytun yağı və ya qatıq ilə tərəvəz əlavə edə bilərsiniz!

Görmə qabiliyyəti zəif olanlar da idman oyunlarını izləyə biləcək

YENİ TEXNOLOGİYA


"Haptic handheld”, oyundakı hadisələri zəif görənlərə çatdırmaq üçün toxunma hissi ilə işləyən əl cihazı yaradıb.
“OneCourt” idman yayımlarını Brayl şrifti kimi toxunma ilə ötürən cihazdır. Yeni texnologiya real vaxt rejimində titrəyən,

ərazinin relief xəritəsindən ibarətdir. Fərqli titrəyiş rejimləri topun hərəkətini, atışları, qolları və digər hadisələri göstərir.

Oyunun hesabı və vaxtı, cihazın ayrı-ayrı bölmələrində göstərilib. Bundan əlavə, audio şərhləri səsləndirmək imkanı da mövcuddur.

“OneCourt” birbaşa arenadan məlumat almaq üçün isə, Wi-Fi və 5G-ni dəstəkləyir.
Qeyd edə ki, cihaz hazırda basketbol, beysbol və Amerika futbolu üçün sınaqdan keçirilir.

YERLİ  “HALAL” KOLBASADA DONUZ ƏTİ AŞKARLANIB

PROTOKOL TƏRTİB EDİLİB, İNZİBATİ CƏZA TƏYİN EDİLİB

İstehlak bazarına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq zamanı

“Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində

etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Faktla bağlı məlumatı AQTA yayıb.

 “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı

450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq

“Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək

laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş

məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Demensiyanın aşkarlanması üçün “borş üsulu”

PSİXİATR DANIŞIB


Psixiatr demensiyanın aşkarlanması üçün "borş üsulu"nu təqdim edib. Bu haqda məqaləsi “Doktor Piter” nəşrində dərc edilib.
67 yaşlı xəstə qızının xahişi ilə rusiyalı psixiatr Yuliya Levçenkoya müraciət edib. Səbib isə qadının son zamanlar yaşını, evdəkilərin adını xatırlaya bilməməsi olub. Təqaüdçü qadın həkimlə söhbət əsanasında borş bişirməyi xoşladığını deyib. Psixiatr yeməyə məhsulların əlavə edilmə ardıcıllığını qorumaqla resepti olduğu kimi təkrarlamağını istədikdə isə pasient vacib inqridientləri deməyi unudub.
Levçonko demensiyanın müəyyən edilməsi üçün bu üsulu təqdim edərkən bildirib ki, insasnların yaxşı bacardığı və illərlə etdiyi işi sözdə təkrarlamağı istədikdə, səhvlərdən demensiyanı aşkar etmək mümkün olur.
Həkim həmçinin, demensiyanın digər simptomlarını da vurğulayıb. O, bildirib ki, yaddaşın zəifləməsi, əşyaların itirilməsi, tanış yolda gəzinti zamanı və ya maşında sürərkən doğru istiqaməti unutmaq, zaman hissini yadırğamaq, qərar qəbul etməkdə, problemləri həll etməkdə çətinlik çəkmək, söhbət əsnasında istədiyin sözü tapa bilməmək də xəstəliyuin əlaməti ola bilər.

 

Bu meyvə 6 növ xərçəngin inkişaf riskini azaldir

ARAŞDIRMA
Alimlər müəyyən edib ki, nar 6 növ xərçəngin inkişaf riskini azaldır.
Pakistanın Svaabi Universitetinin alimləri beynəlxalq elmi komanda tərkibində aparılan tədqiqat nəticəsində aşkar edib ki, narın meyvəsi, qabığı, yağı, ekstraktı və suyu prostat, sidik kisəsi, döş, dəri, ağciyər və qalın bağırsaq xərçənglərinin inkişaf riskini azalda bilər. Bu araşdırmanın nəticələri «Food Science & Nutrition» jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, narın antiproliferativ, antitumor və antiinflamatuar xüsusiyyətlərini təmin edən əsas amil antioksidantlardır. Bunlara polifenollar, flavonoidlər və tanninlər kimi faydalı maddələr daxildir. Bu maddələr iltihabı azaldır, şişlərin yaranmasının qarşısını alır və xərçəng hüceyrələrinin artımını yavaşladır. Bundan əlavə, narın müntəzəm istifadəsi xərçəngin metastazlaşmasının - yəni, xəstəliyin digər orqanlara yayılmasının qarşısını ala bilər. Nar həmçinin lif, minerallar və vitaminlər baxımından zəngindir, eyni zamanda az miqdarda yağ və kalori ehtiva edir. Onun qəbulu artıq çəki ilə mübarizədə də kömək edir – ki, bu da onkoloji xəstəliklərin inkişaf riski amillərindən biridir.
Qeyd edək ki, nar, bəzi dərman vasitələrinin effektivliyinə təsir göstərə bilər. Buna görə də narı müxtəlif xəstəliklərin əlavə terapiyası olaraq istifadə etməzdən əvvəl diqqətli olmaq lazımdır.

Şəkər əvəzləyicisini qadağan etmək üçün petisiya başlandi

“QİDALARIMIZDA ASPARTAM İSTƏMİRİK”

Şəkər əvəzləyicisi olan aspartamın qadağana edilməsi üçün petisiya başlanıb. Müraciət Avropa Komissiyasına və Aİ(Avropa İttifaqı) üzv dövlətlərinə ünvanlanıb. Beynəlxalq qeyri-kommersiya idarəsi Foodwatch, Fransa Xərçəng Liqası və mobil proqram şirkəti Yuka tərəfindən süni dadlandırıcının ləğvini tələb edən petisiya artıq təqdim edilib.

Foodwatch International-ın baş kampaniya strateqi Nataşa Cingotti, "Bu qədər riski olan bir əlavə qida və içkilərimizdə olmamalıdır" deyə bildirib.
Koalisiya, aspartamın Avropada 2500-dən çox məhsulda, xüsusilə Coca-Cola Zero, Pepsi Max və Sprite Zero kimi şəkərsiz qida və içkilərdə olduğunu bildirib. Foodwatch qida və gözəllik məhsullarının ştrix-kodlarını skan edən və onların sağlamlığa mənfi təsirini qiymətləndirən mobil proqramı Yuka vasitəsi ilə təqdim edib.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyi (IARC) aspartamı "insanlar üçün kanserogen" kimi təsnifatlandırıb. ÜST, süni dadlandırıcı aspartamın "xərçəng riski yaratdığını", lakin az miqdarda istifadə zamanı təhlükəsiz olduğunu deyir. Aspartamın heyvanlarda və insanlarda, xüsusən də qaraciyər xərçənginə səbəıb olduğunu deyən bəzi araşdırmalar var.

Кофейные коктейли могут привести к инфаркту

Врач Майорова: коктейли с кофе и энергетиками могут привести к инфаркту.

Крепкие алкогольные коктейли, в состав которых входит кофе или энергетик, могут привести к инфаркту или инсульту, рассказала врач-гастроэнтеролог клиники «Будь Здоров» в Санкт-Петербурге Ольга Майорова.

«Есть риск повышения артериального давления. Сочетание алкоголя и энергетиков или кофе может вызвать резкое повышение артериального давления и даже гипертонический криз. Это особенно опасно для людей с уже существующими сердечно-сосудистыми заболеваниями, так как может привести к инфаркту или инсульту. Кроме того, оба напитка обладают мочегонным эффектом, что может привести к сильному обезвоживанию. Это, в свою очередь, может вызвать головокружение, тошноту и другие симптомы», — отметила врач.

Основные риски, связанные с такими сочетаниями, также включают обманчивое ощущение трезвости.

Zeytun yağı yaddaşı yaxşılaşdırırmı?

ARAŞDIRMA

Gündəlik cəmi yarım xörək qaşığı zeytun yağı istehlak etmək yaddaşı yaxşılaşdıra və idrak qabiliyyətinin zəifləmə riskini 28% azalda bilər.

Tədqiqatlar göstərir ki, neyroprotektiv birləşmələrlə zəngin olan təbii zeytun yağı beyin sağlamlığını qorumaq üçün əhəmiyyətli potensiala malikdir.

Mətbəxdə tez-tez rast gəlinən bu yağdan cəmi yarım çay qaşığı istehlak etmək yaddaşınızı və beyninizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

92.383 iştirakçı ilə 28 il ərzində aparılan araşdırma, daha çox zeytun yağı istehlak edən şəxslərin neyrodegenerativ pozuntulara daha az məruz qaldığını göstərib. Araşdırma “Nutrition” konfransında təqdim edilib.

Daha bir dövlət ÜST-dən çıxacağını bəyan elədi

“SUVERENLİYİMİZƏ TƏSİR ETMƏYİNƏ İCAZƏ VERMƏYƏCƏYİK”

Amerikadan sonra bu dövlər də Ümumdünya Səhiyyə Təşkilatından çıxacağını deyir.

Argentinanın ÜST-ə 2024-25-ci illər üçün nəzərdə tutulan 6,9 milyard dollarlıq büdcəsindən cəmi 8 milyon dollar töhfə verəcəyi gözlənilirdi.

Argentina prezidenti BMT agentliyi ilə "dərin fikir ayrılıqları" səbəbindən ölkəyə Ümumdünya Səhiyyə Təşkilatından çıxmağı əmr edib. Bu barədə  Prezident Administrasiyasının sözçüsü Manuel Adorni məlumat verib. O, ÜST-ün pandemiya dönəmində verdiyi qərarları tənbeh edib. “Argentina beynəlxalq təşkilatın onun suverenliyinə, hətta bizim sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcək”, o əlavə edib.

ÜST ölkələri xüsusi sağlamlıq tədbirləri görməyə məcbur etmək səlahiyyətinə malik deyil və təşkilatın göstərişləri və tövsiyələri, o cümlədən COVID-19 kimi sağlamlıq böhranları zamanı çox vaxt məhəl qoyulmur.

ÜST Argentinanın iddiasını araşdırdığını söylədi.

yeni yaranan xəstəlik epidemiyalarına və davamlı təhlükələrə qlobal reaksiyanı əlaqələndirmək səlahiyyətinə malik yeganə təşkilatdır.

Xatıqldaq ki, Keçən il Maili hökuməti milli suverenliyə təsir göstərə biləcəyini iddia edərək ÜST-nin pandemiya sazişini imzalamaqdan imtina etdi.

Arıqlama çayları və qəhvələri qadağan olundu

SƏHİYYƏ NAZİRLİYİ VƏ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN BİRGƏ MƏLUMATI RƏSMİ
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.

Sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.

Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Protezlərə hiss etmə əlavə olunub

ALİMLƏRİN YENİ KƏŞFİ
Beyin stimulyasiyası vasitəsilə protezlərə hiss etmə əlavə olunub.
Çikaqo Universitetinin və digər aparıcı elmi qurumların tədqiqatçıları neyroprotezlərdən istifadə edərək, toxunma hissini bərpasında əhəmiyyətli irəliləyiş əldə edib.
Alimlər, elektrik stimulyasiyası ilə beyinin sensor mərkəzlərini hədəf alaraq, sabit və dəqiq hisslər əldə edib. Bu, protez istifadəçilərinə obyektlərin formasını və hərəkətini hiss etməyə imkan verəcək. Yeni metodlar, toxunaraq hissetməyə cavabdeh olan beyin bölgələrini stimullaşdırır və hisslərin dəqiq lokallaşdırılmasını təmin edir.
Qeyd edək ki, bu, istifadəçilərə obyektləri tutmaq, hiss etmək, formasını və ya səthinin materialını bilmək, hərəkəti yüksək dəqiqliklə idarə etmək kimi gündəlik işləri yerinə yetirməyə imkan verir.

Xərçənglə mübarizənin 10 ən müasir üsulu

 

ÜMUMDÜNYA XƏRÇƏNGLƏ MÜBARİZƏ GÜNÜDÜR

Xərçənglə mübarizədə son illərdə əldə edilən bir çox innovasiyalar, xəstələrin daha effektiv və az zərər verən müalicələr əldə etməsinə imkan yaradıb. 2024-cü ilin əvvəlindən etibarən xərçəng müalicəsində əldə edilən 10 ən son yenilik aşağıdakılardır:

  1. İmmunoterapiya (CAR-T Hüceyrə Terapiyası)

CAR-T (Chimeric Antigen Receptor T-cell) terapiyası, xəstənin öz T-hüceyrələrini genetik olaraq dəyişdirib xərçəng hüceyrələrini hədəf almasını təmin edir. Bu yanaşma, leykemiya və limfoma kimi qan xərçənglərində böyük müvəffəqiyyət əldə edib.

  1. Hədəfli Terapiya

Xərçəng hüceyrələrinin böyüməsində iştirak edən xüsusi molekulları hədəf alan dərmanlar (məsələn, HER2 inhibitorları döş xərçəngi üçün) daha dəqiq və effektiv müalicələr təqdim edir. Bu yanaşma, fərdi müalicə üsullarının inkişafına imkan yaradır.

  1. Gen Redaktəsi (CRISPR)

CRISPR texnologiyası, xərçəng hüceyrələrinin DNT-sini dəqiq şəkildə dəyişdirərək xərçəngə səbəb olan genləri deaktiv etməyə və immun sistemini gücləndirməyə imkan verir. Bu üsul, xərçənglə mübarizədə daha şəxsiyyətə xas və effektiv terapiyaların inkişafına yönəlib.

  1. Xərçəng Peyvəndləri

HPV (insan papilloma virusu) peyvəndi kimi profilaktik peyvəndlər, həmçinin melanomaya, ağciyər xərçənginə və glioblastomaya qarşı inkişaf edən terapiya peyvəndləri, immun sistemini gücləndirərək xərçəng hüceyrələrinə qarşı daha yaxşı reaksiya verməsini təmin edir.

  1. Maye Biopsiyası

Maye biopsiya, qan və ya sidik nümunələrində xərçənglə əlaqəli biomarkerlərin aşkar edilməsini təmin edir. Bu üsul xərçəngi erkən mərhələlərdə aşkar etməyə və xəstənin müalicə prosesini izləməyə imkan verir.

  1. Süni İntellekt (AI) ilə Xərçəng Diaqnozu

Süni intellekt alqoritmləri, tibbi görüntüləmə və genetik məlumatları təhlil edərək daha dəqiq və erkən diaqnoz qoymağa kömək edir. Bu yanaşma, xərçəngin daha tez aşkar edilməsi və müalicə olunmasına imkan yaradır.

  1. Nanotexnologiya (Nanomedisin)

Nanotexnologiya, xərçəng hüceyrələrinə spesifik şəkildə yönəlmiş və dərmanları birbaşa şişə çatdıran nano hissəciklərin hazırlanmasına imkan verir. Bu, sağlam toxumalara zərər vermədən müalicənin effektivliyini artırır.

  1. Onkolitik Virus Terapiyası

Onkolitik viruslar, xərçəng hüceyrələrini infeksiya edərək öldürən və eyni zamanda immun sistemini aktivləşdirən xüsusi olaraq dəyişdirilmiş viruslardır. Bu terapiya melanomada və digər bərk şişlərdə təsirli olub.

  1. Fərdi Xərçəng Müalicələri

Genomik analizlər sayəsində xəstənin şişinin genetik quruluşu daha yaxşı başa düşülür və buna uyğun fərdi müalicələr təklif edilir. Bu yanaşma, xərçəngin müalicəsini daha şəxsiyyətə xas edir.

  1. Yeni Dərman Kombinasiyaları

Xərçəng müalicəsində kimyəvi terapiya, immunoterapiya və hədəfli terapiya kimi müxtəlif üsulların birləşdirilməsi daha effektli müalicə protokollarının hazırlanmasına səbəb olub. Bu cür kombinasiya, dərmanlara qarşı yaranan müqavimətin qarşısını almağa kömək edir.

Bu innovasiyalar, xərçənglə mübarizədə daha ümidverici və fərdiləşdirilmiş yanaşmaların inkişafını təmin edir. Elm və tibb sahəsində davamlı irəliləyişlər, gələcəkdə xərçəngin müalicəsi və diaqnozunun daha da inkişaf etməsinə gətirib çıxaracaq.

Fevral ayının bu günləri ilə bağlı

 

ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLİB

Fevral ayında Yer kürəsi müxtəlif intensivliyə malik bir sıra maqnit qasırğalarının təsiri altında olacaq ki, bu da meteohəssas insanların rifahına təsir göstərə bilər. Geomaqnit aktivliyinin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır.

Proqnozu ABŞ Milli okeanoqrafiya və atmosfer agentliyinin (NOAA) kosmik hava proqnozları mərkəzi açıqlayıb.

 

Fevral ayı üçün maqnit qasırğası təqvimi:

* Fevralın 7 və 8-də zəif maqnit qasırğaları gözlənilir. Onların təsiri minimal ola bilər, lakin həssas insanlar dərhal bunu hiss edəcək.

* Fevralın 1, 2, 17 və 20-də mülayim maqnit qasırğası gözlənilir. Bu günlərdə meteohəssas və xroniki xəstəlikləri olan insanlar özlərini pis hiss edə bilər.

* Güclü maqnit qasırğaları fevralın 4, 5-də (pik aktivlik fevralın 4-ü axşam saatlarında gözlənilir), 18, 19 və 24-də baş verəcək. Bu günlər xüsusi diqqət tələb edir, belə ki, Yerin maqnit sahəsində güclü dalğalanmalar baş ağrılarına, yorğunluğa, qan təzyiqində problemlərə, hətta xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

 

Bəs maqnit qasırğaları niyə təhlükəlidir?

Əksər insanlar üçün maqnit qasırğaları təsir olmadan keçir, lakin meteohəssas insanlar və ürək-damar xəstəlikləri olanlarda baş ağrıları, qan təzyiqində dəyişikliklər, artan yorğunluq, əsəbilik, yuxu pozuntuları kimi simptomlar yaranır.

Yaşlılarda demensiyani gecikdirən 2 sadə üsul

Endokrinoloq cavablayir

Yaşlılarda demensiyanı gecikdirən 2 sadə üsul açıqlanıb.

Endokrinoloq və tibb elmləri doktoru Zuxra Pavlova bildirib ki, qocalıqda zehni təmiz saxlamaq, demensiyanın qarşısını almaq üçün daha çox ünsiyyət qurmaq və sosial aktiv həyat yaşamaq lazımdır. O, bunun 2 sadə yol olduğunu bildirib.

«Dostlarınız və yaxınlarınızla görüşün, konsertlərə və idman tədbirlərinə qatılın, könüllü işlərlə məşğul olun, səyahət edin, hadisələrin mərkəzində olun! Sosial aktivlik neyron əlaqələrini gücləndirir və onları yaşla bağlı dəyişikliklərə qarşı davamlı edir. Üstəlik, insan arasında olduğunuzda, beyində yaddaş və düşünmə ilə bağlı olan sahələr aktivləşir», — deyə endokrinoloq izah edib.

Pavlovanın sözlərinə görə, elmi olaraq sübut edilib ki, aktiv sosial həyat yaşayan insanlarda yaşla bağlı demensiya riski 38%, yüngül koqnitiv pozuntuların yaranma ehtimalı isə 21% azalır.

Vaxtından əvvəl yaranan qırışlar: Dərinin elastikliyini itirməsinin 5 səbəbi

Elm adamlarının əbədi gəncliyin sirləri ilə bağlı araşdırmalar aparmasına, plastik cərrahların dərinin dartılma üsullarını təkmilləşdirməsinə baxmayaraq, bir çoxları dərinin təravət və gəncliyinin mümkün qədər uzun müddət saxlanması və özünəqulluq zamanı ciddi səhvlərə yol verirlər.

Bu səhvlərin nələrdən ibarət olduğunu bilmək dəri sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.

Makiyajın düzgün silinməməsi

Makiyaj edərkən dərini bir az dartdıqda və ya makiyajı siləndə ehtiyatla sürtdükdə, zərər verməyəcəyini düşünürük. Amma əslində, belə əhəmiyyətsiz görünən hərəkətlər də vaxtından əvvəl qırışların yaranmasına səbəb ola bilər. Məsələn, pambıq yastığı ilə göz ətrafındakı dərini güclü sürtmək onun strukturunu məhv edir, dəri elastikliyini itirir. Bu, dərhal nəzərə çarpmasa belə, illər keçdikcə özünü büruzə verir.

Günəşdən qorunmamaq

Bütün yayı çimərlikdə keçirməsəniz belə, dənizdən uzaq bir şəhərdə yaşasanız belə, dəriniz yenə də ultrabənövşəyi şüalara məruz qalır. Bu şüalar dərinin kollagen, amin turşusu bağları və zülal strukturlarına dağıdıcı təsir göstərir ki, bu da onun qocalmasını sürətləndirir. UV qoruyucu kremlərdən hər gün, hətta buludlu havada belə istifadə etmək vacibdir.

Şəkərdən həddindən artıq istifadə

Şirin qidalar sevənlər diqqət etməlidirlər ki, tərkibində şəkər olan ərzaqları yediyiniz zaman şəkər dərinizdəki kollagenlə reaksiyaya girir və bu da qlikasiya adlanan prosesə gətirib çıxarır. Bu, dərinin zülallarına zərər verir, onun möhkəmliyini və elastikliyini azaldır. Əgər dərinin gəncliyini mümkün qədər uzun müddət saxlamaq istəyirsinizsə, rasionunuzda şəkərin miqdarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalısınız.

Gün eynəyindən istifadə etməmək

Parlaq günəşdən və ya görmə problemlərindən asılı olmayaraq, davamlı şəkildə gözlərini qıymaq kiçik qırışların yaranmasına səbəb ola bilər. Çünki təkcə günəş altında deyil, gündəlik həyatda da uzaqda nəyisə daha yaxşı görmək üçün tez-tez gözlərinizi qıyırsınız. Bu, əzələlərə gərginlik verir ki, nəticədə, qocalma prosesini sürətləndirir. Ona görə də, gün eynəkləri taxmaq və lazım gələrsə, göz həkiminə müraciət etmək zəruridir.

Xroniki yuxu çatışmazlığı

Yuxu çatışmazlığı dərinin qocalmasının ən çox yayılmış səbəblərindən biridir. Xroniki yuxusuzluq təkcə görünüşünüzə deyil, həm də orqanizmin ümumi sağlamlığına da mənfi təsir göstərir. Piqment ləkələri, sızanaqlar (aknelər) və elastikliyin itməsi dərinin bərpası üçün kifayət qədər vaxt vermədiyimiz halda üzləşdiyi problemlərdən yalnız bir neçəsidir.

Bu səhvlərin dərin qırışlar şəklində özünü göstərəcəyi günə qədər gözləmək lazım deyil. Dərinizin mümkün qədər uzun müddət gənc görünməsini təmin etmək üçün indidən özünəqulluq üsullarını tənzimləməyə başlamaq lazımdır.

“2-ci tip şəkərli diabetdən tamamilə sağaldım”

İSRAİLLİ PROFESSOR AÇIQLADI

Tik tok sosial şəbəkə platformasında 2-ci tip diabetdən tamamilə sağaldığını iddia edən istifadəci izləyicilərinə İsraildə bunun mümkün olduğunu deyib. Dediklərini sübut etmək üçün o, Professor Şmuel Levitin çıxışını paylaşıb. Levit İsrailin aparıcı endokrinoloqlarındandır. Diabet və metabolik pozuntular üzrə ən qabaqcıl mütəxəssislərindən biridir. Təl-Əvivdə Endokrinologiya, Metabolizm və Diabet İnstitutunun təsisçisidir.

Professor çıxışında deyir ki, biz 2-ci tip şəkərli diabeti orqanizmin xroniki kalorili zəhərlənməyə qoruyucu reaksiyası kimi qəbul edirik. Beləliklə, xroniki kalorili zəhərlənməni və bədənin toksik vəziyyətini saxlayan və onlarla zəhər istehsal edən yağ toxumasını aradan qaldıraraq, diabeti remissiyaya gətirə bilirik.

Xatırldaq ki, 2-ci Tip  diabet və ya insulindən asılı olmayan diabet Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və genetikasında şəkər xəstəliyi olanlarda rast gəlinir. Ən geniş yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.

Bağırsaq və yuxu rejimi

ƏLAQƏ DÜŞÜNDÜYÜNÜZDƏN DƏ SIXDIR

Nə qədər yaxşı yatmağınız bədəninizin piy qatına və həzm sisteminizə təsir edir.

Aparılan son araşdırma göstərib ki, yuxu rejiminiz ürək xəstəliyi, həzm problemləri, diabet və hətta osteoporoz riski formalaşdıra bilər.

Nature Medicine jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, yuxu keyfiyyətinin aşağı olması, ürək-damar xəstəlikləri ilə yanaşı metabolik pozuntular, həzm problemi və psixoloji narahatlıqlar yaradır.

Tədqiqatçılar İnsan Fenotipi Layihəsində (HPP) iştirak edən 40-75 yaş arasında olan 6366 nəfərin (3043 kişi və 3323 qadın) məlumatlarını təhlil ediblər.

Araşdırmada bağırsaq mikrobiomunun yuxu sağlamlığında gözlənilməz rolu ortaya çıxıb. Xüsusilə pəhriz saxlayan, sağlam qidalanan xanımların yuxu rejiminin daha stabil olduğu məlum olub.

Niyə yemək zamanı və ya dərhal sonra su içməməlisiniz?

PROFESSOR NEUMIVAKİNDƏN ƏFSANƏVİ İZAH

Sovet dönəmində tanınan və qəribə açılamaları və emosional çıxışları ilə tanınan Professor Neumivakinin bir videosu sosial şəbəkələrdə viral olub. Videoda həkim “Mən cərraham və əməliyyatda qarın boşluğundan gələn üfunətli qoxunun səbəbi məhz ətlə bərabər su içməkdə görürəm.”, deyir. 

Yemək zamanı və ya yeməkdən dərhal sonra bir qurtum belə su içsəniz, heç vaxt sağlam olmayacaqsınız. Siz mədə şirəsini, həzm şirəsini və konsentrasiyaları həll edirsiniz. Bu zaman orqanizmə düşən ət həzm olmur və çürüməyə başlayır. Sonra bu çürümüş, həzm olunmayan qalıqlar şlaklara çevrilir.  Vəssalam, daha sizə kimsə kömək edə bilməz. Heç bir həkim bunu nəzərə almır. Ayaq yolundan gələn bütün üfunət qoxularının səbəbi ətlə suyu qarışdırmağınızdır. Bir daha təkrarlayıram. Ət yediyiniz zaman, ondan 30 dəqiqə əvvəl və ya sonra maye içməyin. İmkan verin bədən əti həzm etsin, deyə məşhur professor Neumıvakin israrla təkrarlayır.

“Lays” ölümcül allergik reaksiya riski ilə piştaxtalardan çixarilir

 

FDA “Lays” və “Coca-cola”ya meydan oxuyur

“Lay’s” kartof çipsləri ölümcül allergik reaksiya riski səbəbindən piştaxtalardan yığışdırılıb.
Bu barədə ABŞ Qida və Dərman İdarəsindən (FDA) bəyan edilib.
Bildirilib ki, məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən ən yüksək - “I sinif” risk səviyyəsi elan edib. Bu kateqoriya o deməkdir ki, marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Bildirilib ki, əslində geriçağırma prosesi 2024-cü ilin dekabrından başlayıb. “Lay’s”in ana şirkəti “Frito-Lay” Oreqon və Vaşinqton ştatlarında satışa çıxarılan 6 000-dən çox çips paketində süd komponenti aşkar edildiyini bildirib. Bu səhv isə südə allergiyası olan insanların sağlamlığı üçün ciddi risk daşıyır. Ona görə də FDA hazırkı geriçağırma səviyyəsini “I sinif” kateqoriyasına yüksəldib.
“Frito-Lay”dən isə baş verənlərlə bağlı bildirilib ki, hazırda geri çağırılan məhsullarla bağlı heç bir allergik reaksiya şikayəti alınmayıb. Lakin məhsullar mümkün sağlamlıq riskləri səbəbindən ehtiyat tədbiri olaraq bazarlardan yığışdırılır.

Xatırladaq ki, bir neçə gün öncə “The Coca-Cola” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Uşaqlarda Boğaz Ağrısı Niyə Yaranır? Qorxuludur ?


Uşaqlarda tez-tez rastlanana və valideynlərdə narahatlığa səbəb olan boğaz ağrısı, xəstəliyin özü
deyil, simptomdur və yüngül viral infeksiyalardan tutmuş daha ciddi bakterial xəstəliklərə qədər
müxtəlif əsas problemlərin göstəricisidir. 
Boğaz ağrısının simptomlarını valideynlərin bilməsi onu vaxtında müdaxilə etmək üçün vacibdir.
Yazımızda düzgün diaqnozun əhəmiyyətinə, profilaktik tədbirlərinə və peşəkar həkim
məsləhətinə müraciət etməyin uşaqlardakı boğaz ağrısını aradan qaldırmaqda nə vaxt
 məqsədəuyğun olduğuna toxunacağıq.

 Uşaqlarda boğaz ağrısının səbəbləri

Boğaz ağrısı yüngül qıcıqlandırıcılardan daha ciddi infeksiyalara qədər müxtəlif səbəblərdən
qaynaqlanır. Bu səbəbləri bilmək valideynlərin uşaqlara müvafiq qayğı göstərməsi üçün
önəmlidir:

 Virus infeksiyaları

Soyuqdəymə və ya qrip kimi tənəffüs yoluxucu viruslar uşaqlarda bu ağrı kimi simptomlarla
özünü göstərir. Bu infeksiyalar çox yoluxucudur və uşaqlar arasında, xüsusən də məktəblər və
uşaq baxçaları kimi uşaqların bir biriləri ilə daha çox təmasda olduqları yerlərdə asanlıqla yayılır.

  Bakterial infeksiyalar

Strep boğaz şiddətli boğaz ağrısına səbəb ola bilən bakterial infeksiyadır. Onu viral
infeksiyalardan ayırmaq vaxtında müalicəsi üçün vacibdir, çünki bu ağırlaşmaların qarşısını

 almaq üçün xüsusi antibiotik müalicəsi tələb olunur və viral infeksiyalar kimi öz özünə aradan
qalxmaya bilər.

 Allergiya

Toz və ya ev heyvanlarının tükünə qarşı allergiya boğazda qıcıqlanma və narahatlığa səbəb olur.
Uşaqlar bu kimi allergenlərə məruz qaldıqda boğazları qıcıqlanmaları səbəbilə boğaz ağrısı
yaşayırlar.

 Ətraf mühit faktorları

Aşağı rütubət səviyyələri, xüsusilə soyuq aylarda uşağın boğazının qurumasına və
qıcıqlanmasına səbəb olur. 

 Qıcıqlandırıcılar

Tüstü və ya hava çirkləndiricilərinə məruz qalmaq boğazın selikli qişasını qıcıqlandıraraq, uşağın
boğazında narahatlığa səbəb olur. 

 Qastroezofageal reflüks xəstəliyi (GERD)

Mədə turşusunun boğaza axması boğazda qıcıqlanmaya səbəb olur. Bəzi hallarda GERD olan
uşaqlar xroniki boğaz ağrısı ilə qarşılaşır. Bu zaman həkim tərəfindən uşağın qidasında
dəyişiklərin olması tövsiyə oluna bilər.

 Tonzillit

Çox vaxt viral və ya bakterial infeksiyalar nəticəsində uşaqda badamcıqların iltihabı boğaz ağrısı
ilə nəticələnə bilər. Xroniki və ya təkrarlanan tonzillit uşağı davamlı narahat etdiyi və öz özünə
həll olmadığı üçün həkim müalicəsi mütləqdir.

 İnfeksiyalar

Bəzən uşağın qulaqları və ya sinusları kimi yaxın bölgələrdə infeksiyalar olur ki, onlar da
boğazdakı bu ağrıya səbəb olur. 

 Səs telinin gərginliyi

Uşağın həddindən artıq qışqırması və ya küylü danışması onun səs tellərinin həddindən artıq
gərginliyinə və boğaz ağrısına səbəb olur. 

Uşaqlarda boğaz ağrısı simptomları

Boğaz ağrısının simptomlarını müəyyən etmək, əsas səbəbi anlamaq və müvafiq müalicə
kursunu təyin etməyə imkan yaradır. Uşaqlarda bu ağrının simptomları fərqli olsa da, onun
ümumi simptomlarına bunlar daxildir:

 Boğaz ağrısı və ya narahatlığı

Ən çox diqqət çəkən simptom adətən boğazda ağrı və ya narahatlıqdır. Kiçik uşaqlar bunu təsvir
edə bilmədikləri üçün normada çox ağlayırlar və narahat olurlar, böyük uşaqlar isə boğaz
ağrısını boğazda qıcıqlanma hissi kimi təsvir edə bilərlər.

Udmaqda çətinlik

Uşaqlarda bu tip ağrı olan zaman uşaqlar udma zamanı çətinlik çəkirlər və ya ağrı hiss edirlər. 

Qırmızılıq və iltihab

Boğaz ağrıdıqda uşağın boğazında gözlə görülə bilən qızartı və iltihablı iy ola bilər. Bu adətən
boğazın arxası, badəmciklər və uvulada şişmə ilə görülür və uşaqda qıcıqlanmaya səbəb olur.

 Qızdırma

Uşaqlarda bu ağrı onların bədən istiliyinin yüksəlməsinə səbəb ola bilir. Qızdırma infeksiyalara
qarşı ümumi reaksiyadır və uşağın temperaturunun ölçülməsi xəstəliyin şiddətini
qiymətləndirmək üçün vacibdir.

 Baş ağrısı

Uşaqların boğazı ağrıdıqda onlar baş ağrılarından şikayət edə bilərlər. Bu simptom viral
infeksiyalarla əlaqəlidir və ümumi narahatlığa səbəb olur.

Öskürək

Davamlı öskürək boğazdakı bu ağrının ən çox rastlanan simptomudur. Boğaz ağrısı zaman
uşağın öskürməsi tnəffüs yollarını təmizləmək üçün bədənin təbii reaksiyasıdır.

Burun axması

Boğaz ağrısına səbəb olan virus infeksiyaları tənəffüs sistemini əhatə edir və burun axması və ya
tıxanma kimi simptomlara səbəb olur. Burun axmasına, soyuqdəymə və ya qrip hallarında daha
çox rast gəlinir.

 Yorğunluq

Yorğunluq və ya letargik hiss, xüsusən də orqanizm infeksiyaya qarşı aktiv mübarizə aparan
zaman ümumi bir simptomdur. Bərpa üçün adekvat istirahət vacibdir.

 İştahsızlıq

Boğaz ağrısı və onun səbəbilə udqunmaqda çətinlik uşaqda iştahın azalmasına səbəb olur ki, bu
da onları zəiflədir.

 Səs dəyişiklikləri

Boğaz ağrısı olduqda onların səs tellərinin qıcıqlanması səbəbilə səsləri xırıltı olur.
Bu simptomlar uşaqlar arasında fərqli formalarda özünü göstərsə də, uşaqda yüksək hərarət,
davamlı ağrı və ya tənəffüs çətinliyi kimi ciddi simptomlar varsa, uşağın rahatlığı üçün həkim
müayinəsi vacibdir.

Uşaqlarda boğaz ağrısı diaqnozu

Boğazdakı bu ağrı əksər hallarda lazımi qayğı ilə aradan qaldırılan viral infeksiyalara aid edilə
bilsə də, bəzi hallarda, xüsusən də streptococcus kimi bakteriyaların yaratdığı xəstəliklər, həkim
müdaxiləsi tələb edir. 
Uşaqlarda bu ağrının düzgün diaqnostik prosesi aşağıdakı addımlardan ibarətdir:

 Klinik qiymətləndirmə

Həkim uşağın simptomları, simptomların müddəti, son xəstəliklər barədə məlumatlar almaqla
hansı problemin uşaqda boğaz ağrına səbəb olmasını aydınlaşdırmağa çalışır. Bu zaman boğazın,
o cümlədən badamcıqların fiziki müayinəsi ilə qızartı, şişkinlik və hər hansı ağ ləkələrin olub-
olmaması da həkim tərəfindən yoxlanılır.

 Strep boğaz testi

1. Rapid strep test. Bu test boğaz ağrısına səbəb olan A Qrupu Streptococcus
bakteriyasının mövcudluğunu aşkar etmək üçün boğazın arxa hissəsinin silinməsi
şəkilində götürülür. Nəticələr bir neçə dəqiqə ərzində əldə edilən bu test qısa müddətli
diaqnozlarda effektivdir və antibiotik müalicəsi ilə bağlı operativ qərar qəbul etməyə
kömək edir.
2. Virus testi. Viral infeksiyadan şübhələnilən  hallarda, diaqnozun təsdiqlənməsi üçün
xüsusi testlər aparılır. Virus testi uşaqlarda bu ağrıda müşahidə olunan atipik
simptomları və ya qeyri-müəyyən simptomları müəyyənləşdirmək üçün istifadə olunur.

 Qan testləri

Uşağın ümumi sağlamlığını qiymətləndirmək və uşaqlarda boğaz ağrısına səbəb olan spesifik
infeksiyalarla əlaqəli müəyyən antikorların və ya markerlərin mövcudluğunu yoxlamaq üçün qan
testləri təyin olunur.
Valideynlərin müayinə zamanı bütün müvafiq məlumatları, o cümlədən uşağın simptomları, hər
hansı son xəstəlikləri və ailənin tibbi tarixçəsini həkimə bilirmək vacibdir. Bu məlumat uşaqlarda
boğaz ağrısına səbəb olan amilin dəqiq diaqnozuna və müvafiq müalicəsinin təyininə kömək
edir.

Uşaqlarda boğaz ağrısının müalicəsi

Uşaqlarda bu ağrının müalicəsi əsas səbəbdən asılıdır. Viral infeksiyalar ev şəraitində aradan
qalxsa da, , bakterial infeksiyaların səbəb olduğu uşaqdakı boğaz ağrısı xüsusi müdaxilələr tələb
edir. 

 Evdə müalicə üsulları

1. İstirahət və maye qəbulu. Uşağın bolca istirahət etməsini və yaxşı maye qəbul etməsini
təmin edin. Kifayət qədər maye qəbulu boğazı sakitləşdirməyə kömək etməkdə boğaz
ağrısının qarşısını alır.
2. Nəmləndirici. Quru məkanlarda havanı nəmləndirmələ uşağın boğazındakı quruluğu
aradan qaldırmaq üçün uşaq otağında nəmləndiricidən istifadə edin. 
3. İsti su ilə duzlu su qarqarası. Böyük uşaqlar üçün ilıq duzlu su qarqarası boğaz ağrısını
sakitləşdirməyə yaxşı təsir edir. Qarqara zamanı uşağın duzlu suyu udmamasına və
tamamilə tüpürdüyünə əmin olmaq lazımdır. 

o Ağrı idarəetmə

Uşağın boğazını sakitləşdirmək və yumşaltmaq üçün isti su, bitki çayları kimi içkilər, həmçinin isti
sulu qidalarla qidalanmaq olar. Lakin bu maye və qidaların çox isti olmamasına diqqət
yetirilməlidir.

 Səs istirahəti

Uşaqda boğaz ağrısı səs telinin gərginliyi ilə əlaqədardırsa, uşağı səsini sakitləşdirməyə təşviq
edin. Boğaz sağalana qədər həddindən artıq danışmamaq, qışqırmamaq bura daxildir.
Uşaqlarda boğaz ağrısı olduqda hər hansısa dərmanın istifadəsi isə yalnız həkim məsləhətilə
qəbul edilməlidir. Ev şəraitində müalicəyə baxmayaraq əgər uşağın simptomları davam edərsə,
ağırlaşarsa və ya xəstəliyin şiddəti ilə bağlı narahatlıqlar varsa, həkim müayinəsi mütləqdir.
 

Boğaz ağrısı zamanı İnteqrativ Təbabət yanaşması

İlkin olaraq əsl səbəb araşdırılır ki, boğaz ağrısı viral etiologiya, bakterial yoxsa allergik səbəbə
bağlıdır. 
Biotənzimləyici  terapevtik preparat olan-oral və nazal spreylərdən istifadə olunur.
Streptokok infeksiya olarsa, müvafiq mikrobun  apatogen formasından hazırlanmış
haptenlərdən istifadə etməklə mikrobun patogenliyini azaltmaq, irinli-iltihabi proseso aradan
götürmək olar. Həmçinin immundəstəkləyici mikrobioloji preparatlarla orqanizmdə güclü
immun sistemini bərpa etmək mümkündür.

Əgər siz də bu kimi xəstəlikdən əziyyət çəkirsinizsə, Bioloji Təbabət Klinikasına müraciət edə bilərsiniz. Peşəkar həkimlərimiz sizə ilk müayinədən doğru müalicəyə yönləndirəcəkdir.

 

Gənə dişlədi, barmaqlarini kəsdilər

16 BARMAĞI AMPUTASİYA OLUNUB

Cənubi Afrikalı qadın gənə dişləməsindən sonra 16 barmağını itirib.

Əvvəlcə onu adi ağcaqanad dişlədiyini düşünüb. İki gün sonra vəziyyəti pisləşib və huşunu itirib. Xəstəxanada müayinə zamanı məlum olub ki, orqanlarda qan tədarükü çatışmazlığından toxumalar çürüyür. Pasientin bədəni göyərməyə başlayıb.

Həkimlər Catherine Abbott-Coetzee doqquzu əllərində, yeddisi ayaqlarında olmaqla 16 barmağını amputasiya edib.

İndi qadın əllərinə protez barmaqlar taxır və ayaqqabıları üçün xüsusi əlavələr geyinir.

Abbott-Coetzee bu hadisənin onun psixoloji vəziyyətinə mənfi təsir etdiyini və həyat yoldaşının onu tərk etməsinə səbəb olduğunu bildirib

Qanda Şəkər Nə Qədər Olmalıdır? Şəkər Testi Nə Vaxt Edilir?

 

Qanda şəkər norması

Hüceyrələrin ehtiyac duyduğu enerji qida maddələri ilə qarşılanır. Tərkibində karbohidratlar və yağlar olan qidalar bədəndə enerji üçün istifadə olunan qlükozaya çevrilir. Qlükoza qan vasitəsilə hüceyrələrə lazım olan enerjini daşıyır. Qan şəkəri isə qanda daşınan bu qlükoza miqdarının ölçüldüyü dəyərdir. Həddindən artıq miqdarda qlükoza qanda daşındıqda bədənin bir çox toxumasına zərər verə bilər. Bu səbəbdən orqanizmdə bir nəzarət mexanizmi var. Qandakı qlükoza səviyyəsi artdıqda mədəaltı vəzinin beta hüceyrələri tərəfindən istehsal olunan insulin işə girir və qandakı qlükozanın hüceyrəyə daxil olmasını təmin edir. Beləliklə, qanda qlükoza dəyərilazımi səviyyəyə çatır.
 

Qan şəkəri miqdarı nə qədər olmalıdır?


Sağlam insanlarda qan şəkərinin tələb olunan dəyəri 70-120 mq/dl-dir. Bəzi insanlarda kifayət qədər insulin istehsal olunmur və qan şəkəri yüksəlir. Bu insanlar diabetes mellitus adlı şəkərli diabet xəstələridir. Şəkərli diabetin diaqnostikası üçün bu dəyər tək başına kafi deyildir, çünki o, bir anda arta bilər. Buna görə də HbA1c adlanan 3 aylıq orta qlükoza dəyəri də yoxlanılır. Qanda şəkərin hemoqlobinlə birləşməsini ifadə edən bu dəyər 6-6,5%-ə çatdıqda prediabetin, yəni gizli şəkərin, 6,5%-dən yuxarı olduqda isə şəkərli diabetin göstəricisidir.
 

Aclıq və toxluq qan şəkəri nə deməkdir?


Aclıq qan şəkəri və yeməkdən sonra qan şəkəri qan dövranında şəkər səviyyəsini ölçmək üçün istifadə olunan iki vacib dəyərdir. Bu iki ölçü diabetin diaqnozu, müalicəsi və idarə edilməsi üçün vacibdir. Gəlin, bu anlayışlarla yaxından tanış olaq.

  • Aclıq qan şəkəri (Aclıq qlükozası):


Aclıq qan şəkəri son yeməkdən sonra ən azı 8 saat ərzində heç bir şey yeməmiş və ya içməmiş bir insanın qan şəkərinin səviyyəsidir. Bu ölçü insanın mədəsi boş olduqda bədəndəki qlükoza səviyyəsini və maddələr mübadiləsinin əsas enerji mənbəyini göstərir. Normalda acqarına qan şəkərinin səviyyəsi 70-100 mq/dL (milliqram/desilitr) və ya 3,9-5,6 mmol/l (millimol/litr) arasında olmalıdır.
Tip 2 diabet kimi diabet diaqnozunun qoyulması adətən 126 mq/dL (7,0 mmol/L) və ya daha yüksək aclıq qan şəkəri nəticəsində olur.


  • Yeməkdən sonra qan şəkəri (Postprandial qlükoza):


Postprandial qan şəkəri yeməkdən sonra insanın qan şəkərinin səviyyəsini ölçmək üçün istifadə edilən dəyərdir. Adətən yeməkdən sonra 1-2 saat ərzində ölçülür.

Bu ölçü bir insanın yediyi qidaların qan şəkəri səviyyəsinə necə təsir etdiyini qiymətləndirməyə kömək edir. Adətən yeməkdən sonra qan şəkərinin səviyyəsi yeməkdən sonra 140 mq/dL (7,8 mmol/L) və ya daha aşağı olmalıdır. Bununla belə, diabetin diaqnozu üçün istifadə olunan meyarlar ölkədən ölkəyə dəyişə bilər.
 

Aclıq və toxluq qan şəkəri səviyyəsi nə qədər olmalıdır?

 

Aclıq qan şəkəri, yəni ən az 8 saat aclıqdan sonra ölçülən qan şəkəri normal olaraq 70-100 mq/dl arasında olmalıdır. Bu dəyər 60 mq/dl və ya aşağı olarsa, hipoqlikemiya var. Hipoqlikemiya təhlükəli bir vəziyyət olduğundan aşağılıq dərəcəsindən asılı olaraq təcili müalicə edilməlidir. Aclıq qan şəkəri 125 mq/dl-dən yuxarı olduqda şəkərli diabetin mühüm göstəricisi hesab olunur.

Postprandial qan şəkəri, yəni qida qəbulundan 2 saat sonra ölçülən qan şəkəri 140 mq/dl-ə qədər normal sayılır. Bu dəyər 140-200 mg/dl arasında olduqda pre-diabet (gizli diabet) var. Yeməkdən sonra qan şəkəri 200 mq/dl-dən çox olarsa, bu, şəkər xəstəliyindən xəbər verir.
 

Aclıq və Postprandial qanda şəkər dəyərini necə ölçmək olar?

 


Qan şəkərinin ölçülməsi evdə və ya xəstəxana şəraitində edilə bilən bir prosedurdur. Müxtəlif markalarda evdə ölçmə aparmaq üçün qlükoza ölçmə cihazlarının müxtəlif modelləri var. Bu cihazların hamısında qlükometr zolaqları adlanan çubuqlara qan nümunəsi qoyularaq ölçmələr aparılır. Bu prosedur üçün əvvəlcə cihazın qələm formalı iynəsi ilə barmağın ucu deşilir. Daha sonra ilk axan qan silinir və sonrakı qan cihaza yerləşdirilən zolağın müvafiq hissəsinə tökülür. Bundan sonra cihaz bir neçə saniyə ərzində ölçməni həyata keçirir. Əksər cihazlarda ölçülmüş dəyərlərin saxlandığı yaddaş var. Beləliklə, evdə qan şəkərinə mütəmadi olaraq nəzarət etmək mümkündür. Diabet xəstələrinə, xüsusən də insulindən istifadə edənlərə müntəzəm monitorinq üçün gündə 4 dəfə ölçü götürmələri tövsiyə olunur. Qeyd edək ki, insulinin monitorinqi çox vacibdir. Bir çox xərçəng növlərinin müalicəsi zamanı, o cümlədən, uşaqlıq yolu xərçəngi, şəkərli diabet və digər xroniki vəziyyətlər prosesə mənfi təsir göstərir.
Xəstəxana şəraitində qan şəkərini ölçmək üçün xəstədən qan götürülür və qan nümunəsi laboratoriyaya göndərilir. Qan şəkərindən başqa digər dəyərlər də qan nümunəsindən yoxlanıla bilər. Xüsusilə HbA1c dəyərinin diabet diaqnozunda əhəmiyyətli yeri vardır. Şəkərli diabetin erkən diaqnozu üçün xəstəxanalarda oral qlükoza tolerantlıq testi (OGTT) də aparılır. Bu test üçün ən az 8 saat aclıqdan sonra aclıq qan şəkəri ölçülür. Daha sonra şəxsə tərkibində müəyyən milliqram qlükoza olan maye verilir ki, bu da qlükoza yüklənməsi adlanır və 2 saatdan sonra qan şəkəri yenidən ölçülür. Bu prosesdən sonra sağlam insanların orqanizmi insulin ifraz edərək qan şəkərini normal qan şəkəri səviyyəsinə gətirir. Diabetli xəstələrdə bu dəyərlər normadan daha yüksəkdir.


Aclıq qan şəkərinin dəyəri üçün neçə saat ac qalmaq lazımdır?


Aclıq qan şəkərini ölçmək üçün ən azı 8 saat ac qalmaq tövsiyə olunur. Bu vaxt qan şəkərinin yeməkdən sonra həzm prosesini tamamlamasına və bədənin ilkin vəziyyətinə qayıtmasına imkan verir. Aclıq qan şəkəri diabetin diaqnozu, müalicəsi və idarə edilməsi üçün xüsusilə vacibdir. Bu test, acqarına yeməkdən əvvəl şəxsin qan şəkərinin ilkin səviyyəsini əks etdirir.
Aclıq qan şəkərinin ölçülməsi səhər tezdən və ya yeməkdən ən az 8 saat sonra aclıq müddətinin sonunda aparılmalıdır. Bu müddət ərzində adətən yalnız suya icazə verilir, çünki hər hansı kalorili qida və ya içki qəbulu test nəticələrinə təsir edə bilər. 


Postprandial qan şəkərinin dəyəri neçə saatdan sonra ölçülməlidir?


Postprandial qan şəkərinin səviyyəsini təyin etmək üçün yeməyi bitirdikdən sonra ən azı 2 saat keçməlidir. Postprandial qan şəkəri yeməkdən 2-3 saat sonra müəyyən edilir. Yəni, dörd saat keçdikdən sonra dəqiq nəticələr əldə etmək artıq mümkün deyil.

 

Aclıq və toxluq qan şəkərinin səviyyəsinə niyə təsir edir?


Aclıq və toxluq zamanı qan şəkəri səviyyəsinin artmasında qidalanma vərdişlərinin, yaşayış şəraitinin və genetika kimi bir çox nüansların rolu var. Qeyri-sağlam pəhriz, karbohidrat və yağlarla zəngin qidalar qəbul etmək qan şəkərini artırır. Müntəzəm idman etməmək və gəzməmək, oturaq həyat tərzi keçirmək qan şəkərinin yüksəlməsinə səbəb olur. Stresli həyat da qan şəkərini artıran vəziyyətlər arasındadır. Qan şəkərinin artmasının ən əhəmiyyətli səbəbi diabetdir. Diabet xəstələri dərmanlarından müntəzəm istifadə etmədikdə və ya insulin qəbulunu qeyri-müntəzəm etdikdə qan şəkəri yüksəlir.
 

Aclıq və toxluqda qan şəkərinin səviyyəsini necə azaltmaq olar?

Sağlam qidalanmaqla, nizamlı, az-az və tez-tez yemək yeyərək, qəlyanaltılar zamanı qatıq kimi qidaları qəbul etməklə qan şəkərini tarazlaşdırmaq olar. Qidalanma ilə yanaşı, müntəzəm olaraq idman etmək və həftədə ən az 5 gün gəzmək də vacibdir. Anadangəlmə insulin istehsal edə bilməyən xəstələr bütün bunlara baxmayaraq qan şəkərini aşağı sala bilmirlər. Bu vəziyyətdə şəkəri adi diabet dərmanları və lazım olduqda insulin istifadə etməklə azaltmaq olar.
 

Uşaqlarda ideal qan şəkəri dəyəri nə qədər olmalıdır?


Anadangəlmə mədəaltı vəzi orqanı insulin istehsal edə bilməyənlər gənc yaşda insulin müalicəsi tətbiq etməlidirlər. Diabetli uşaqlarda hər gün müntəzəm olaraq qan şəkərinin ölçülməsi aparılır və gündə ən azı 4 dəfə insulin verilir. Uşaqlarda qan şəkərinin tələb olunan diapazonu yaşa görə dəyişir. 0-1 yaşlı körpələrdə normal aclıq qan şəkəri 90-170 mq/dl, yeməkdən sonra qan şəkəri isə 120-200 mq/dl təşkil edir. Uşaqlar böyüdükcə qan şəkərinin diapazonu dəyişir. 2-8 yaşlı uşaqlarda aclıq qan şəkəri 80-160 mq/dl olduğu halda, 8 yaşdan yuxarı uşaqlarda 80-130 mq/dl-dir. Uşaqlarda yeməkdən sonra qan şəkərinin normal həddi 2-8 yaş arasında 110-190 mq/dl, 8 yaşdan yuxarı isə 110-170 mq/dl təşkil edir.
 

Yetkinlərdə qan şəkərinin dəyəri nə qədər olmalıdır?


Qan şəkəri yaşa, xəstəliyə, aclığa və toxluğa görə dəyişən bir dəyərdir. Yetkinlərdə qan şəkərinin səviyyəsi uşaqlardan daha aşağı olmalıdır. Uşaqların və böyüklərin normal qan şəkəri dəyərləri arasında ən azı 20-30 mq/dl fərq var. Yetkinlərdə normal qan şəkəri pəhriz zamanı 70-100 mq/dl, digər hallarda isə 70-140 mq/dl təşkil edir. Bu dəyər 60-dan aşağı olduqda, deməli, hipoqlikemiya var.
 

Diabetik xəstələrdə qan şəkərinin dəyəri nə qədərdir?


Diabetli xəstələrdə qan şəkəri həm aclıq, həm də toxluq zamanı tələb olunan dəyərlərdən yüksək olur. Qida qəbulundan sonra qana buraxılan qlükoza miqdarı insulinlə azalda bilmədiyi üçün şəkər artır. Əgər genetik problem nəticəsində mədəaltı vəzinin beta hüceyrələri insulin istehsal edə bilmirsə, xəstə insulin inyeksiyalarından asılı vəziyyətə düşür. İnsulindən asılı diabet tip 1 diabet adlanır. Tip 2 diabet, insulindən asılı olmayan, sonradan ortaya çıxan bir diabet növüdür. 2-ci tip şəkərli diabetə namizədlər artıqçəkili insanlar, ailələrində şəkərli diabet xəstəliyi olanlar və stres altında yaşayanlardır. 2-ci tip diabetdə artan qan şəkəri səviyyəsi qidalanma, idman və ya müxtəlif diabet dərmanlarına diqqət yetirməklə idarə olunur. Kilolu xəstələrin şəkər səviyyəsini tarazlaşdırmaq digər xəstələrə nisbətən daha çətindir.
Əgər siz də bu kimi xəstəlikdən əziyyət çəkirsinizsə, Bioloji Təbabət Klinikasına müraciət edə bilərsiniz. Peşəkar həkimlərimiz sizə ilk müayinədən doğru müalicəyə yönləndirəcəkdir.

“Elektron duz qaşiği” - yeməklərə duz qatmağa ehtiyac qalmayacaq

İNNOVATİV CİHAZ

 

“Elektron duz qaşığı” təqdim edilib. Yaponiyanın “Kirin” şirkətinin innovativ cihazı, dad reseptorlarınızı aldadaraq, duzsuz dadı duzlu şəkildə hiss etdirir.

Texnologiya, elektrik siqnallardan istifadə edərək dilinizi stimullaşdırır və yemək duzsuz olsa, duzlu dad hiss etməyinizi təmin edir. Cihaz, natrium istehlakını azaltmağa kömək etməyi hədəfləyir. “Kirin” şirkəti, bu qaşığı əsasən Yapon bazarı üçün istehsal edib, çünki Yaponiyada, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi gündəlik natrium miqdarı 2 dəfə çox istehlak edilir.

Qeyd edək ki, hazırda bu cihazı Yaponiyada təxminən 216 manata əldə etmək mümkündür.

Səhər yeməyində bu qidalardan uzaq durun

Mütəxəssis xəbərdarlıq edir

 

Tədqiqatlar göstərir ki, işlənmiş ətlər (məsələn, sosis və pastırma) demans riskini artıra bilər. Harvard Universitetindən Dr. Daniel Hang bu cür ətlərin həddindən artıq istehlakının demans inkişafını sürətləndirə biləcəyinə diqqət çəkib. İstifadə olunan nitritlər və doymuş yağlar beyin sağlamlığını mənfi təsir edə bilər. Bunun yerinə, işlənməmiş qırmızı ət və ya balıq seçilməsi daha sağlam qidadır.

 

Sağlam səhər yeməyi üçün tövsiyələr:

 

Bol zülallı qidalar: Yumurta, az duzlu pendir, qatıq.

Tam taxıllı karbohidratlar: Tam buğda çörəyi, yulaf əzməsi.

Tərəvəz və yaşıl bitkilər: Pomidor, xiyar.

Sağlam yağlar: Qoz, zeytun yağı, avokado.

Təbii şəkər mənbələri: Meyvələr (banan, alma, portağal).

Şəkərsiz içkilər: Yaşıl çay, bitki çayı.

 

Nümunə səhər yeməyi menyusu:

1 qaynadılmış yumurta

1 dilim tam buğda çörəyi

1 dilim ağ pendir

Zeytun, pomidor, xiyar

1 ovuc qoz və ya badam

Şəkərsiz bitki çayı

Kartof suyunun mədəyə faydası və ziyanı nələrdir?

 

 Kartof suyu, xüsusən çiy halda içildikdə,  sağlamlığı müsbət təsir edir. Lakin bu içkinin bəzi insanlar üçün müəyyən  riskləri də mövcuddur.

 Faydaları

Kartof suyunun mədəyə olan müsbət təsirləri bir neçə şəkildə özünü göstərir:

 Mədənin pH səviyyəsinin tənzimlənməsi: Kartof suyu təbii olaraq turşuluğu azaldaraq mədənin pH səviyyəsini tənzimləyə bilər. Bu, xüsusilə mədə yanması və qastrit kimi problemlər yaşayan şəxslər üçün faydalıdır.

 İltihabın azaldılması: Kartof suyu, antiinflamatuar xüsusiyyətlərə malik olan bəzi maddələr ehtiva edir. Bu maddələr, mədə-bağırsaq sistemindəki iltihabıazaltmağa kömək edir və beləliklə mədə xəstəliklərinin simptomlarını yüngülləşdirə bilər.

 Mədə səthinin qorunması: Xam kartof suyu mədənin selikli qişasını qoruyur, beləliklə, mədə yara və digər mədə problemlərinin yaranmasının qarşısını ala bilər.

 Həzm sistemini yaxşılaşdırma: Kartof suyu, xüsusilə bağırsaqların hərəkətini nizamlayaraq həzmi yaxşılaşdırmağa kömək edə bilər. Bu, mədə-bağırsaq traktında qaz və şişkinlik kimi problemləri aradan qaldıra bilər.

 Zəhərli maddələrin atılması: Kartof suyu, orqanizmə zərər verən sərbəst radikalları və toksinləri təmizləyərək bədənin detoksifikasiya prosesini dəstəkləyə bilər.

 Ziyanı

Kartof suyunun bəzi riskləri də mövcuddur:

 Toksinlər və solanin: Çiy kartof suyu, solanin adlı bir maddə ehtiva edə bilər. Solanin, kartofun işıqsız və ya yaşıl hissələrində daha çox olur və bu maddə, yüksək miqdarda alındığında zəhərlənməyə səbəb ola bilər. Çiy kartof suyu içərkən, kartofun təmizlənmiş və yaşıl hissələrinin çıxarılması çox vacibdir.

 Qaz və şişkinlik: Kartof suyu bəzən bağırsaqlarda qazın artmasına səbəb ola bilər, bu da bəzi insanlar üçün mədə narahatlığına yol açar. Bu, xüsusən həzm problemləri və ya IBS (İrritabl Bağırsaq Sindromu) olan insanlar üçün problem yarada bilər.

 Ağır mədə xəstəlikləri: Kartof suyu, mədə problemləri olan bəzi insanlarda, xüsusən mədədə daha çox turşuluq və ya yüksək pH tələbləri olanlar üçün uyğun olmayabilir. Yüksək miqdarda istehlakı mədədə daha çox qıcıqlanma yarada bilər.

 Alerjik reaksiyalar: Bəzi insanlar kartof və kartof suyu ilə bağlı allergik reaksiyalar göstərə bilərlər. Bu, nadir hallarda olsa da, şişkinlik, qızartı və hətta qıcolmalar kimi reaksiyalara səbəb ola bilər.

Nəticə

Kartof suyunun mədəyə faydaları olsa da, düzgün istifadə edilməlidir. Xam kartof suyunun zərərli təsirlərini azaltmaq üçün, kartofun yaşıl hissələri çıxarılmalı və ya qaynadılaraq istifadəyə verilməlidir. Həmçinin, kartof suyunun müalicəvi məqsədlərlə istifadəsi əvvəlcədən bir həkimlə müzakirə edilməlidir, çünki bəzi insanlar üçün bu, əks təsir göstərə bilər.

Subcategories