MARAQLI ARAŞDIRMA
Tədqiqatçılar bildirib ki, tarakan südü inək südünün yaxşı əvəzləyicilərindən ola bilər. Tədqiqat Beynəlxalq Kristalloqrafiya İttifaqı tərəfindən aparılıb. Məlumata görə, tarakan südünün tərkibində 3 dəfə çox faydalı qida maddəsi var, həmçinin sağlamlıq üçün vacib olan bütün amin turşuları, yağlar və şəkər. Nəticədə, bu orqanizmin tam qidalanmasını təmin edir.
Alimlərin sözlərinə görə, tarakanların yetişdirilməsi iri buynuzlu mal-qara saxlamaqdan iqtisadi və ekoloji cəhətdən dha daha əlverişlidir. Böcəklər daha az resurs tələb edir, ətraf mühitə ciddi ziyan vurmur və eyni zamanda yüksək qida dəyəri olan məhsul istehsal edir.
Mütəxəssislər əminliklə deyir ki, tarakan südü tezliklə supermarket rəflərində görünə və pəhrizin adi hissəsinə çevrilə bilər. Bəs siz, bu yeni məhsulu sınamağa hazırsınız?
Saglamolun.Az