Yad cisimləri qulaqdan həkimsiz çıxarmayın

MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Qulağa yad cisim yerləşdirmə səbəbləri xarici otit, qulaq kiri yığılması nəticəsində narahatlıq, qəza ilə yerləşdirmə, zarafat və maraqdır.
Böyük uşaqlarda qulaq ağrısı, narahatlıq, qıcıqlanma, kiçik uşaqlarda isə qulaq axıntısı, qulaq ağrısı və öskürək ola bilər. Canlı həşəratlar, nadir hallarda xarici qulaq yoluna girərək, narahatlıq və səs küyə səbəb olur. Kanal tamam tıxanarsa, eşitmə itkisi ilə birlikdə bəzən ağrı ortaya çıxa bilir.
Bu fikirləri K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun otolarinqoloqu Gülşən Qədirli deyib.
Balaca körpələrdə və həssas yeniyetmələrdə yad çisimi çıxartmaq üçün ümumi anesteziya lazım olur. Canlı yad cisimləri xarici qulaq kanalında yerli anesteziya, yağ və ya spirtli məhlul ilə zərərsizləşdirilir. Bitki tərkibli yabançı cisimlər su ilə təmasdan sonra şişdiyinə görə su ilə təmas olmamalıdır. Kəskin uclu yad cisimlər və alətlər təbil pərdəsini zədələyə bilər. Qulaqdan yad cisimlər yalnız həkim tərəfindən kənarlaşdırılmalıdır, deyə həkim vurğulayıb.

Saglamolun.Az