ÜST AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaş təsnifatını yenidən nəzərdən keçirib və indi 45 yaşına çatmamış şəxs rəsmi olaraq gənc sayılır.
Yeni yaş təsnifatlandırmasına əsasən insanlar 45 yaşa qədər - gənc,
45-60 yaş arası orta yaşlı, 60-75 yaş arası yaşlı, 75-90 yaş arası isə qoca, 90-dan yuxarı isə ahıl hesab ediləcək.
Bildirilir ki, bu dəyişiklik sadəcə formal xarakter daşımır. Yeni təsnifat, dövlətlərin sosial siyasətinə mühüm təsir göstərəcək. Yaş məhdudiyyətlərinə yenidən baxılması gənclərə dəstək proqramlarına, pensiya sistemlərinə və səhiyyəyə yönəldilmiş büdcə vəsaitlərinin bölüşdürülməsinə sirayət edəcək.
Məsələn, "gənclər" yaş kateqoriyasının genişləndirilməsi təhsil proqramları, gənc sahibkarlar üçün qrantlar və bu yaş qrupunun dəstəklənməsinə yönəlmiş digər təşəbbüslər üçün maliyyələşmənin artırılmasını tələb edə bilər.
Yaşın yeni təsnifatı əmək bazarı üçün xüsusi əhəmiyyət kəsb edir. Artıq işəgötürənlər 40 yaşdan yuxarı ərizəçilərin yaşını əsas gətirərək əsassız olaraq imtina edə bilməyəcəklər. Bu cür hərəkətlər ayrı-seçkilik hesab olunacaq. Bu, dəyərli bacarıq və biliyə malik olan, lakin yaşlarına görə əmək bazarında qərəzliliklə üzləşən təcrübəli mütəxəssislər üçün yeni imkanlar açır.
Saglamolun.Az