Kalorisiz tox tutan qidalar


YEYİN, KÖKƏLMƏYİN
Şirin kartof, avakado, qatıq və bir neçə qida kalorisiz olsa da günboyu tox saxlayır. Rusiyalı dietoloq Antonina Starodubova yazda arıqlamaq üçün məhz bu təbii məhsullardan istifadə etməyi məsləhət görür.
Şirin kartof, başqa adı ilə batat kifayət qədər doyurucudur.
Bu tərəvəz karbohidratların udulmasını ləngidir və qanda normal xolesterin səviyyəsini saxlamağa kömək edir, həm də toxluq hissini daha uzun müddət saxlayır.
Şirin kartof immuniteti və dəri sağlamlığını dəstəkləyən
A vitamini mənbəyidir. Bundan əlavə, zülalların, yağların və kalsiumun metabolizmasını yaxşılaşdıran B6 vitaminini də var, deyə dietoloq qeyd edir.
Mütəxəssis soyutma yumurta, qatıq, yulaf, avakado, kələm, brokoli, yağsız mal ətini də tox tutan az kalorili ərzaqlara aid edir.

Saglamolun.Az