KALORİ YANDIRMAĞA KÖMƏK EDİR
Qaçmaq əvəzinə isti duş qəbul etmək kaloriləri yandırmağa kömək edir.
Britaniyalı tədqiqatçılar müəyyən edib ki, rahatlaşdırıcı vanna yalnız yorğunluğu aradan qaldırmaq üçün bir üsul deyil, eyni zamanda effektiv kalori yandırma metodudur. Tədqiqat zamanı məlum olub ki, 40 dərəcə temperaturda 1 saat isti suda qalmaq, 150 kalori yandırmağa kömək edir. Mütəxəssislər bunu, 30 dəqiqəlik gəzinti, 20 dəqiqə üzmə və ya 15 dəqiqə qaçışla müqayisə edib. Bundan əlavə, 15 dəqiqəlik isti duşun 320 kalori yandırdığı məlum olub.
Qeyd edək ki, soyuq duş isə əksinə, bədənin isinməsinə və daha çox enerji sərf etməsinə kömək edən qəhvəyi piyləri aktivləşdirir.
Saglamolun.Az