ALİMLƏRİN YENİ KƏŞFİ
Ağcaqanadlar üçün qanı zəhərləyən dərman yaradılıb. Bu, ağcaqanadlar tərəfindən ötürülən xəstəliklərin yayılmasının qarşısını almağa kömək edəcək.
Notr-Dam Universitetinin alimləri müəyyən ediblər ki, nitisinon preparatının qəbulu insan qanını malyariya ağcaqanadları üçün zəhərli edir. Araşdırmanın nəticələri Science Translation Medicine (STM) jurnalında dərc olunub.
"Qansoran həşəratlar tərəfindən xəstəliklərin yayılmasının qarşısını almağın bir yolu da, insan və heyvan qanını ağcaqanadlar üçün zəhərli etməkdir. Təcrübələrimiz göstərir ki, nitisinonun malyariya və digər ağcaqanadlarla ötürülən xəstəliklərlə mübarizə aparmaq üçün ən yaxşı üsullardan biri ola bilər" deyə, tədqiqatın müəlliflərindən biri, Notre Dame Universitetinin professoru Le Haynes izah edib.
Saglamolun.Az