Övladı olanların beyni daha gec qocalır

YENİ ARAŞDIRMA

Övladı olanların beyin funksiolnallığı artır və qocalma prosesi ləngiyir. Bu təsir həm qadınlarda, həm də kişilərdə müşahidə olunur.
Avstraliya, Sinqapur və ABŞ-dan olan tədqiqatçılar təxminən 55 yaşlarında olan 19,964 qadın və 17,607 kişidən alınan maqnit rezonans görüntüləmə məlumatlarını təhlil edərək, onların uşaqlarının sayı ilə beyin funksiyası arasındakı əlaqəni araşdırıblar.
Yaşlandıqca sinir əlaqələri zəifləyir - bu yaşlanma prosesinin normal bir hissəsidir. Əvvəla, yaşlı insanlarda beynin hərəkətə, fiziki hisslərə və sosial təmasların saxlanmasına cavabdeh olan sahələrinin fəaliyyəti pisləşir.
Bununla belə, uşaq böyüdən insanlarda sinir əlaqələri sabit qalır və onların gücü birbaşa insanın böyüdüyü uşaqların sayı ilə əlaqələndirilir.
Alimlər gənc qalma prosesinin doğum və ya fiziki aktivliklə deyil, daha çox qayğı, sevinc və məsuliyyət kimi hisslərlə bağlı olduğunu iddia edirlər.

Saglamolun.Az