Beynəlxalq Elmi-Praktik Simpozium

Beynəlxalq Elmi-Praktik Simpozium
Hörmətli həkimlər və səhiyyə mütəxəssisləri,
Sizi 19 aprel 2025-ci il tarixində "The Ritz-Carlton" otelində keçiriləcək "Xroniki Xəstəliklərin Diaqnostikası və Müalicəsinə Müasir Yanaşma" adlı II Beynəlxalq Elmi-Praktik Simpoziumda iştirak etməyə dəvət edirik!
 Simpoziumda Kolumbiyanın Javereniya Universitetinin İnteqrativ Tibb kafedrasının professoru Arturo O`Brine və İtaliyanın GUNA dərman şirkətinin Elmi Direktoru Alessandro Perra da çıxış edəcək. Eyni zamanda  beynəlxalq tədbirdə Tibb elmləri doktorları, professor Fikriyyə İbrahimli və professor Natəvan Axundovanın da məruzələri dinləniləcək. İnteqrativ Tibb sahəsində çoxillik təcrübəyə malik  doktorlar Arzu Musayeva, Arzu Quliyeva  ilə yanaşı  uzman pediatr  Lalə Nəsirovanın çıxışları müvafiq olaraq terapiya, qastroenterologiya və pediatriyada rast gəlinən xroniki xəstəliklərin müalicəsinə   İnteqrativ Tibbin  fərqli yanaşması və praktikada əldə etdikləri uğurlu nəticələr barədə olacaq.
 Bu mötəbər tədbir "İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi"nin təşkilatçılığı, "Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, "AFGEN" Genetik Laboratoriyası və "Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə baş tutacaq.
Simpozium çərçivəsində nələr təqdim olunacaq?🔹 Xroniki xəstəliklərin diaqnostikası və müalicəsində ən son elmi yeniliklərin müzakirəsi🔹 Yerli və beynəlxalq ekspertlərin təqdimatları və seminarları🔹 Nəzəri bilik və təcrübələrin paylaşılması🔹 İnteraktiv sessiyalar və sual-cavab bölmələri🔹 Peşəkar tibbi ictimaiyyətlə şəbəkələşmə və yeni əlaqələrin qurulması🔹 4 DTT Balı
 II Beynəlxalq Elmi-Praktik simpoziumda iştirak etməklə, siz tibbin  ən son yenilikləri barədə ətraflı məlumat almaqla   beynəlxalq səviyyədə biliklərinizi və təcrübənizi genişləndirmək imkanı əldə edəcəksiniz.
İştirakınızı təsdiqləmək və giriş bileti əldə etmək üçün qeydiyyatdan keçiməyiniz mütləqdir!
📅 Tarix: 19 aprel 2025, 09.00 - 17.00📍 Məkan: The Ritz-Carlton, BakıQeydiyyat üçün: https://forms.gle/QeFEeoXgm8M3R9BQA
Tibbin gələcəyini birlikdə formalaşdıraq! 

Saglamolun.Az