Kofe cavanlaşdırır?

ALİMLƏRDƏN YENİ İDDİA

Alimlər kofenin insanları cavanlaşdırdığını iddia edir.
“Nature” jurnalında dərc edilən məqalədə deyilir ki, hər səhər qəhvə içənlərin bağırsaqlarında faydalı bakteriyalar aşkarlanıb.
Lawsonibacter asaccharolyticus adlanan bu bakteriya sayəsində orqanizmdə heyrətamiz dərəcədə faydalı maddələrin səviyyəsi artır.

Alimlər iddia edir ki, kofedəki kafein, sinir sistemini stimullaşdıraraq insanı daha cəld və diqqətli edir. Bu da əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır və diqqəti artırır. Kofenin bu təsiri nəticəsində insanlar özlərini daha cavan və enerjili hiss edir. Lakin, həddindən artıq kofe istehlakı, tərs təsir göstərərək narahatlıq, yuxusuzluq və ürək döyüntüsündə sürətlənmə kimi problemlərə də səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.

Saglamolun.Az