''Başqarının fikrini oxuya bilirəm" başına çip olan adam

İLON MASKIN YENİ LAYİHƏSİNİN İLK NƏTİCƏLƏRİ
Düşüncələrinizi kompüter əmrlərinə çevirə bilən çipin olması elmi fantastika kimi səslənə bilər, lakin bu, reallıqdır.
İflic oalndan 8 il sonra 30 yaşlı amerikalı Neuralink neyrotexnologiya şirkətindən beyin çipi alıb. Noland Arbo riskləri bilsə də, texnologiyanın inkişafı üçün təcrübədə iştirak edənlərdən biri olub. Neuralink çipi ona hərəkət etmədən texnikanı idarə etmə imkanı yaradıb.
Beyin-kompüter interfeysi insanın nə etmək istədiyini bilir və ona uyğun hərəkət edir. Cihaz hərəkət haqqında düşünən zaman yaranan kiçik elektrik impulslarını götürərək onları rəqəmsal əmrə çevirir. Məsələn, kursoru ekranda lazım olan qovluğa yaxınlaşdırıb açır.
Mən online oyunları çox xoşlayıram. Cihazdan sonra düşüncə gücü ilə oynadığım oyunlarda dostlarıma qalib gəlirəm. Onların növbəti həmləsini təxmin edirəm. Sanki onların fikrini oxuyuram. ”, deyə Noland Arbo bildirib.
Sussex Universitetinin nevrologiya professoru Anil Seth, bu texnologiyanın hər nə qədər insanlığa dəstək verən cəhətləri olsa da, şəxsi həyat məxfiliyi və təhlükəsizliyi üçün təhlükə oladuğunu bildirib.

Saglamolun.Az