Yazda qəbul edilməli 4 ən vacib vitamin

HƏKİM AÇIQLADI

Həkim yazda orqanizmə lazım olan vitaminlərin adılarını açıqlayıb.
Mart ayı ərzində virus xəstəliklərin, soyuqdəymə və ağır kəskin respirator infeksiyon yoluxmaların sayı artır. Qida rasionumuzda kifayət qədər vitamin olmadığını nəzərə alsaq, orqanizm vitamin və mineral çatışmazlığından məhz bu ay əziyyət çəkir.
Rusiyalı həkim-terapevt Yuliya Etlis yazda qəbul edilməli ən vacib 4 vitaminin adını açıqlayıb.
İlkin olaraq terapevt sağlam immunitet və enerji üçün D vitamini qəbul etməyi məsləhət bilib. İkinci sırada Orqanizmin zəhərli maddələrdən qorumaq və hüceyrələrin çoxlamsına dəstək üçün həkim Vitamin C qəbul etməyi tövsiyyöə edir. B qrup vitaminlər də qəbul edilməli əlavələr siyahısındadır. Stress və gərginlikdən qorunmaq, yaz depressiyasından qurtulmaq üçün ən yaxşı vitamin komleksi məhz budur, deyə həkim bildirib. Həkim sonda yazda qəbul edilməli vitamin siyahısına maqneziumu əlavə edib. Maqnezium rahat yuxu, sakit əsəblər və ayaqlardakı yorğunluq, ağrı hissini aradan qaldırmağa kömək edər, deyə həkim bildirib.
Yuliya Etlis bu vitaminləri qəbul etmədən dozaları və saat intervalını təyin etmək üçün mütləq öz həkim-terapevtinizlə məsləhətləşməsi tövsiyə edir.

Saglamolun.Az